3. ELEY MƏKTƏBİ VƏ QƏDİM YUNANISTANDA ATOMİSTLƏRİN FƏLSƏFİ BAXIŞLARI Eley məktəbi. Bu məktəb e.ə.VI-V əsrlərdə fəaliyyət göstərmişdir. Onun yaranması və inkişafı Ksenofan Kolofonlu, Parmenid Eleyli və Zenon Eleylinin adı ilə bağlıdır. Eley məktəbi nümayəndələrinə görə varlıq anlayışının məzmununa üç xüsusiyyət daxildir: a) varlıq mövcuddur, vardır, qeyri-varlıq, yoxluq ısə mövcud deyildir, yoxdur; b) varlıq vahiddir, bölünməzdir, təkdir; v) varlıq dərkolunandır, qeyri-varlıq, yoxluq isə dərkolunmazdır, o zəka üçün yoxdur, çünki o, mövcud deyildir. Ksenofan Kolofonlunun (e.ə. 565-470) fəlsəfi düşüncələri öz əksini "Kolofonun əsasları", "Eləyə çıxış" adlı əsərlərində tapmışdır. Onun tə"limi dünyanın meydana gəlməsi və inkişafı məsələlərinə həsr olunmuşdur. Bununla birlikdə o, Allahın varlığını inkar etmir, dünyanın idarə olunmasında onun rolunu xüsusi vurğulayırdı. Ksenofanın fikrincə, vahid Allah hər şeyi görür, hər şeyi başa düşür və hər şeyi eşidir. O, hərəkət etmir, məkanda yerini dəyişmir, öz fıkri ilə bütün dünyanı lərzəyə gətirir. Allah dedikdə, Ksenofan səmanı nəzərdə tuturdu. O, deyirdi ki, "Allah mahiyyətcə şarabənzərdir". O, dünyanın maddiliyini qəbul edir, onun dəyişməz olduğunu sübüt etməyə çalışırdı. Dəyişmə və hərəkəti meydana gəlmə və məhv olma kimi başa düşürdü. Ksenofan fikirlərinin materialist istiqaməti aşağıdakı tezislərdə özünü açıq-aydın göstərir: "Hər şey torpaqdan yaranır, hər şey son nəticədə torpağa çevrilir, torpağa qayıdır". O, insanın mənşəyini belə izah, edirdi: "Biz hamımız torpaqdan, sudan doğulmuşuq". Eley məktəbinin digər nümayəndəsi Parmenid idi. Parmenid (e.ə. 540-470) Anaksimandr və Ksenofanın tələbəsi olmuşdur. Fəlsəfi baxışları ilə daha çox Ksenofana yaxmdır. Parmenid fəlsəfi düşüncülərini "Təbiət haqqında" əsərində şərh etmişdir. Onun fəlsəfəsinin mahiyyətini varlıq haqqında lə"lim təşkil edir. Parmenid iqrar edirdi kl, varlıq təkcədir, dünyada ondan başqası yoxdur. Varlıq olmayan şey mövcud deyildir. O, varlığın hər hansısa bir qüvvə tərəfindən yaradıldığını inkar edir və onun əbədiliyini təsdiqləyirdi. Bu onu göstərir ki, Parmenid materializmə meyl göstərirdi. O, varlıq haqqında danışanda həm, də deyirdi ki, varlıq dəyişməzdir, sükunətdədir. Parmenid varlığın hərəkət və inkişafını tamamilə inkar edərək göstərirdi ki dünyada mövcud olan nə varsa, hamısı varlıqdır, varlıq məkam tamamilə doldurduğu üçün hərəkət mümkün deyildir. "Təbiət haqqında" əsərinin əvvəlində o yazırdı: "Var olan o şeydir ki, o, olmaya bilməz, yəni bu varlıqdır". Parmenidin idrak haqqında tə"limi də maraqlıdır. O belə hesab edirdi ki, insanlar hissi idrak vasitəsilə predmetlər, şeylər haqqında fikir, rəy, mülahizə yaradır, lakin varlığın əsl mahiyyətini dərk edə bilmirlər. Onlar cisim və hadisələrin mahiyyətini rasional idrak vasitəsilə öyrənirlər. Parmenid yanlış olaraq idrakın bu iki pilləsini bir-birindən təcrid edirdi. Eley məktəbinin digər görkəmli nümayəndələrindən biri də Zenon (e.ə. 490-430) idi. Parmenidin görkəmli tələbəsi Zenonun fəlsəfi fikrin inkişaf tarixində rolu az olmamışdır. O, varlığın vəhdəti və bütövlüyü fıkrini qəbul edir, lakin onun dəyişkənliyi prinsipini rədd edirdi. Zenonun fikrincə, təbiətdə hər şey istidən, soyuqdan, qurudan, rütubətdən və onlann birbirinə qarşılıqlı surətdə keçməsindən əmələ gəlir. O qeyd edirdi ki, "insanlar torpaqdan əmələ gəlmiş, onların ruhu isə yuxarıda göstərilən elementlərin qarışığından yaranmışdır". Zenonun fikrincə, hər şeyin başlanğıcı olan varlıq təkdir, hərəkətsizdir. O, hiss üzvləri vasitəsilə deyil, əql vasitəsilə dərk olunur. Onun fikrincə, hissi idrak həll edilməz ziddiyyətlərə aparıb çıxarır, buna görə də onun vasitəsilə gerçəkliyi dərk etmək mümkün deyil. Zenon bu ziddiyyətləri aporiyalar adlandırırdı. Bütövlükdə Eley məktəbinin nümayəndələri dünyanın maddiliyi haqqında bir sıra fikirlər irəli sürsələr də, hadisələrə antidialektik münasibət bəsləmiş, Milet məktəbinin fəlsəfi təlimini inkişaf etdirə bilməmişlər. Cənubi İtaliyada fəaliyyət göstərən məktəblərdən biri də Pifaqor və pifaqorçular məktəbi idi. E.ə. VI-V əsrlərdə Yunan fəlsəfəsində ontoloji təlimə görə varlığın əsasları müxtəlif mövqelərdən həll edilırdi. Pifaqorçular bütün mövcudatın əsasına sayları qoyurdular. Pifaqor (e.ə. 584-582-500) Anaksimandr və Anaksimenin müasiri olmuşdur. "Tərbiyə haqqqında", "İcmanın işləri haqqında", "Təbiət haqqında" əsərləri ilə məşhurdur. Pifaqorçular birinci növbədə riyaziyyat və həndəsə ilə məşğul olmuşlar. Elə buradan da onların ədədlər haqqındakı fəlsəti tə"limi meydana gəlmişdir. Pifaqorçular deyirdilər ki, bütün mövcudatın mahiyyətini mücərrəd təfəkkürün məhsulu olan ədədlərdə axtarmaq lazımdır. Onlar ədədləri şeylərdən ayırır, fövqəltəbii, mistik mahiyyətə çevirir və ilahiləşdirirdilər. Pifaqorun dəqiq ifadə olunan idealizmi onun siyasi, etik və dini baxışlarında da aydın görünürdü. O, dini və əxlaqı cəmiyyəti qaydaya salmaq üçün əsas amillər hesab edirdi. Ruhun ölməzliyi haqqında onun təlimi insanların tamamilə allahlara tabe edilməsi prinsipi əsasında qurulmuşdur. Pifaqorçuluq antik fəlsəfədə birinci idealist məktəb olmuşdur. O, Milet məktəbinin və Heraklitin dialektikasının əleyhinə idi. Pifaqor təlimində idealizm fəlsəfəsi metafizik təfəkkürlə birləşmişdi. Sokrata qədərki fəlsəfənin görkəmli nümayəndəbrindən biri də Empedokl və Anaksaqor olmuşlar. Onların hər ikisi kortəbii materializm mövqelərindən çıxış edirdilər. Empedokl Akraqantlı (e.ə. 490-430) Siciliyada yaşamış, "Təmizlənmə" və "Təbiət haqqında" mənzum əsərlər yazmışdır. Yunan fəlsəfi fikir tarixində Empodokldan başqa filosof, şair, təbiətşünas alim, həkim, siyasi xadim və din təbliğatçisı kimi tanınmış ikinci bir şəxsiyyət tapmaq çətindir. Onun fəlsəfi təliminin əsasında 4 ünsür konsepsiyası dururdu. Bu ünsürlər od, hava, su və torpaqdan ibarət idi. Empodokl bu elementləri həyatda mövcud olan "bütün şeylərin kökləri" adlandırırdı. Empedokl sadəlövh materialist idi, o, dünyanın heç bir qüvvə tərəfindən yaradılmadığını və onun məhv edilməzliyini sübut etməyə çalışırdı, dünyanın dərk edilməsini qəbul edirdi. Empedoklun fəlsəfəsinin metafizik və mexaniki xarakterə malik olmasına baxmayaraq, burada dialektika ünsürlərinə də rast gəlirik. Dialektik fikirlər filosof tərəfindən məhəbbət və nifrətin hərəkətverici qüvvə kimi başa düşülməsində özünü daha qabarıq büruzə verirdi. Anaksoqorun (e.ə. 500-428) fəlsəfi görüşləri Milet və Eley məktəbləri nümayəndələrinin, o cümlədən, Anaksimen və Parmenidin tə"siri altrada formalaşmışdır. Kainat hadisələrini tabii-elmi yolla izah etdiyi, dini baxışlara qarşı çıxdığı üçün Anaksaqor allahsızhqda günahlandırılaraq ölüm cəzasına məhkum edilmişdi. O, Afina quldarlıq demokratiyasının başçısı Periklin dostu və silahdaşı idi. Dostunun xahişi ilə Anaksaqoru ölüm cəzasmdan azad etdilər. Anaksaqor fəlsəfi fikirlərini "Təbiət haqqında" adlı kitabında vermişdir. Sadalövh materialist olan Anaksaqoru düşündürən əsas problem materiyanın quruluşu məsələsi idi. O belə hesab edirdi ki, dünyadakı bütün şeylərin əsasını sonsuz miqdarda mövcud olan maddi hissəciklər təşkil edir. Anaksaqor keyfiyyətcə birbirindən fərqlənən bu hissəcikləri "şeylərin toxumu" - "qomeomeriya" adlandırırdı. Onun fikrincə, yeni ona görə meydana gəlir ki, bütün predmetlərdə şeylərin toxumu vardır. Bu toxumun təsiri ilə predmətlərin biri digərindən ayrılır. Bütün bunlar özünü ya bir şeyin meydana gəlməsində və yaxud da onun məhv olmasında göstərir. Dünyanın maddi əsası olan şeylərin toxumunu, Anaksaqor hərəkətsiz, ətalət qüvvəsinə malik bir şey hesab edirdi. Anaksaqorun fikrincə, onları hərəkətə gətirən "nus"dur. O, "nus"u maddi şeyləri nizamlayan "mə"nəvi"-ruhi varlıq kimi başa düşürdü. Anaksaqorun idrak nəzəriyyəsi də filosofların diqqətini cəlb etmişdi. O, hissi idrakı qəbul edir, eyni zamanda, deyirdi ki, əql, təfəkkür olmasa bizi əhatə edən mühit haqqında müdrik fikirlər söyləmək mümkün olmaz. Empedokl və Anaksaqorun sadəlövh materializmi İoniya filosoflarının, eleatların metafizik materializminə nisbətən irəliyə mühüm bir addım idi. Onların materialist baxışları Levkipp və Demokritin atomizmi üçün əsas yaratdı. Bu fəlsəfəsini Levkipp və Demokrit fəlsəfəsinə keçid mərhələsi kimi qiymətləndirmək olar.