İxtisas: Maliyyə Kurs: II qrup: 622 Fənn: Fəlsəfə Mövzu



Yüklə 58,83 Kb.
səhifə1/5
tarix07.01.2024
ölçüsü58,83 Kb.
#202895
növüReferat
  1   2   3   4   5
FƏRİD FƏLSƏFƏ


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı Biznes Universiteti

Fakültə: İqtisadiyyat və İdarəetmə
İxtisas: Maliyyə
Kurs: II
Qrup: 622
Fənn: Fəlsəfə
Mövzu: Qədim Yunan Fəlsəfəsi

Referat


Elmi Rəhbər: Abdullayeva Nailə
Tələbə: Cəfərov Fərid


BAKU-2023

PLAN
1. Qədim Yunanıstanda fəlsəfənin yaranması və inkişafı
2. Qədim Yunanıstanda Milet və Hefes məktəbi
3. Eley məktəbi və qədim Yunanıstanda atomistlərin fəlsəfi baxışları

GİRİŞ
Yunanlar fəlsəfədə kainatın təbiəti haqqında hər bir ağlabatan sualı cavablandlrmağa, həqiqət proplemini və həyatın məqsədi və mənasını tapmağa çalışmışdılar. Fəlsəfədə bu günə qədər ən çox müzakirə edilən mövzu yunanların qərarlarının həqiqiliyi barədə olmuşdur. Bu fakt onların nailiyyətlərinin böyüklüyünü təsdiq edir.


1. QƏDİM YUNANISTANDA FƏLSƏFƏNİN YARANMASI VƏ İNKİŞAFI
Qədim Yunan fəlsəfəsi eramızdan əvvəl VI əsrdə yaranmışdır. Bu dövrdə ənənəvi mifoloji təsəvvürlərin məhdudluğu, onların yeni dünyagörüşü məsələlərini həll edə bilməməsi aşkara çıxmışdı. O zaman burada politeizm (çoxallahlılıq) hökm sürürdü. Allahlar antromorf, qüdrətli və ölməz mövcudluqlar kimi təsəvvür olunurdu. Lakin onların hakimiyyəti müəyyən məhdudluqdan azad deyildi, insanlar kimi onlar da taleyə tabe idi. Allahlar ədalət carçısı və cəmiyyətdə qəbul edilmiş qaydaların keşikçisi hesab olunurdu. Onlar öz andından dönənləri, ailəsinə qarşı cinayət işlədənləri, yoxsulları incidənləri cəzalandırırdılar.
Bütövlükdə mifoloji şüur böhran keçirirdi. Bu böhranı törədən səbəblər sırasında ölkənin iqtisadi inkişafı mühüm yer tuturdu. Bununla yanaşı ticarət və gəmiçilik genişlənir, yunan koloniyaları yaranır və sayca çoxalırdı. Cəmiyyətdə sərvətin artması və onun yenidən bölüşdürülməsi, əhalinin çoxalması və şəhərlərə axını baş verirdi. Bütün bunlar yunanların coğrafi üfüqlərinin genişlənməsi ilə müşayiət olunurdu. Artıq bu dövrdə Cəbəllütariq boğazına qədər Aralıq dənizi məlum idi və ioniyalıların ticarət gəmiləri bu yerlərə gəlirdi. Başqa xalqlar ilə əlaqələr yarandıqdan sonra kainat haqqında Homerin təsəvvürlərinin dürüst olmadığı aşkara çıxdı. Yunanlar başqa xalqların adətləri, əxlaqı və etiqadları ilə tanışlıq nəticəsində yəqin edirdilər ki, onların tətbiq etdikləri sosial və siyasi qaydalar mütləq deyildir, nisbidir və şərtidir. Bunun nəticəsində də Yunanıstanda ənənəvi həyat ukladının böhranı, mövcud mənəvi-əxlaqi oriyentirlərin gərəksizləşməsi prosesi daha da sürətlənirdi.
Mifologiyanın əsas dünyagörüşü tipi olduğu dövrdə hər bir insanın şüuru hələ tam fərdiləşmiş xarakter daşımırdı. Yalnız sonrakı sosial dəyişikliklər gedişində insanların şüurunda irəliləyişlər baş verdi. Artıq hər bir fərddən öz həyat mövqeyini işləyib hazirlamaq tələb olunurdu. Fəlsəfə məhz bu tələbata cavab kimi təşəkkül tapmışdır. O, hər bir insana yeni tipli həyat mövqeyi aşılayaraq göstərir ki, təkcə vərdiş və ənənələrə əsaslanmaq kifayət deyildir. Hər bir fərd öz zəkasına, düşüncəsinə arxalanmalıdır.
Beləliklə fəlsəfə əsrlər boyu davam edən ənənələrin tənqidi, köhnə həyat formalarına və etiqadlara şübhə ilə yanaşılması kimi formalaşırdı. Digər tərəfdən, fəlsəfə keyfiyyətcə yeni mədəniyyət tipinin əsasını, özülünü yaratmaq cəhdlərini ifadə edirdi. Buna görə də bütün fəlsəfi sistemlərdə nəzəriyyə ilə dünyagörüşü məsələləri bir-birnə sıx bağlı olurdu.
Qədiın Yunan fəlsəfəsi uzun bir tarixi dövrü (e.ə. VI əsrdən başlayaraq eramızın V əsrinə qədər) əhatə edir. Özünün mövcud olduğu min ilə yaxın müddət ərzində o öz məzmunu və həll etdiyi məsələlərin xarakteri baxımından eyni olmamışdır. Bu baxımdan antik fəlsəfə aşağıdakı mərhələlərə ayrılır. Birinci mərhələ Sokrataqədərki fəlsəfə (erkən naturfəlsəfə) adlanır (e.ə. VI-V əsrlərdə mövcud olmuş Milet, Eleya və Efes məktəbləri). Bu mərhələ fəlsəfənin təşəkkülü dövrü idi. Fəlsəfi məktəblərin əsas diqqəti dünya binasının əsasını axtarıb tapmağa yönəlmişdi. Buna görə də həmin dövrdə naturfəlsəfə (təbiət fəlsəfəsi) üstünlük təşkil edirdı. Ümumiyyətlə qədim yunan fəlsəfəsi üçün səciyyəvi olan cəhət - kosmosentrizm (təbiətin, kosmosun və insanın vəhdətdə götürülməsi) bu mərhələ üçün daha əlamətdar olmuşdur. Onu da qeyd edək ki, sokrataqədərki mərhələdə yaşamış mütəfəkkirlərin əsərləri bizə ayrı-ayrı parçalar halında gəlib çatmışdır. Yaxud da onların görüşləri barədə biz digər sonrakı filosofların əsərlərindən məlumatlar əldə edirik. Bu dövrün fəlsəfi fikrində ontologizm üstünlük təşkil edirdi, yəni varlıq problemi fəlsəfənin mərkəzində dururdu. İkinci mərhələ klassik mərhələ adlanır (e.ə. IV əsr). Bu mərhələ Yunan fəlsəfəsinin çiçəklənməsi dövrüdür. Onun səciyyəvi cəhətini cəmiyyət və insan problemlərinə doğru dönuş təşkil edir. Bu mərhələ sofistlər - Sokrat, Platon və Aristotel ilə təmsil olunur. Üçüncü mərhələ ellin Roma dövrü fəlsəfəsidir (e.ə. IV əsrin sonları, eramızın IV əsri). Bu dövrdə qədim yunan quldarlığı böhran dövrünü keçirirdi. Yunanıstanın şəhərləri bir-birinin ardınca əvvəlcə Makedoniyanın, sonra isə Romanın tabeliyi altına düşdü. Həmin mərhələdə fəlsəfə başlıca diqqəti dünya və onun qurutuşuna deyil, insanın şəxsi həyatı ilə bağlı problemlərə yönəltmişdi. Bir çox fəlsəfi məktəblər (epikürizm, stoisizm, skeptisizm, neoplatonizm və s.) fəaliyyət göstərmişdir.


Yüklə 58,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin