Azərbaycan Respublikası Vergilər Nazirliyinin hüquqları
Nazirliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
- Qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamaları keçirmək;
- Vergitutma bazası həcminin müəyyənləşdirilməsi, aksiz markası ilə markalanmalı olan, lakin markalanmamış və ya saxta aksiz markaları ilə markalanmış malların, sahibkariıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergitutma obyektlərinin uçotu, əhali ilə pul hesablaşmalarının aparılması sahəsində qanunvericiliyə riayət olunmasını yoxlamaq məqsədi ilə vergi ödəyicilərinə qanunla nəzərdə tutulmuş hallarda və qaydada operativ nəzarəti həyata keçirmək;
- Vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumatlar almaq;
- Vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarda (ərazilərdə) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, qanunla müəyyən edilmiş qaydada sənədləri və nümunə kimiəşyaları götürmək, mülkiyyətində və ya istifadəsində olan əmlakın (yaşayış sahələri istisna olmaqla) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydada inventarizasiyanı aparmaq;
- Vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək; - Vergi qanunvericiliyinə müvafiq olaraq bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanmasını təmin etmək məqsədi ilə bazar qiymətlərinin qeydə alınmasını və bazar qiymətləri barədə informasiya bazasının yaradılmasını təmin etmək;
- Vergi qanunverıciliyi ilə nəzərdə tutulmuş qaydada əlaqəli məlumatlara əsasən, yaxud birbaşa və ya dolayı qiymətləndirmə metodlarından istıfadə etməklə vergitutma bazasını və vergiləri hesablamaq;
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin yerinə yetirilməsi müddətini dəyişdirmək;
- Qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, vergi ödəyicilərinin vergi borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;
- Müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla nəzərdə tutulmuş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;
- Hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin nağd və ya köçürmə qaydasında ödənilməsini təmin etmək;
- Vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək;
- Qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq;
- Vergilər üzrə borcların, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş hallarda və qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbir görmək;
- "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada əməliyyat-axtanş fəaliyyətini həyata keçiımək;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada təhqiqat və istintaq aparmaq;
- Vergi nəzarətini həyata keçirmək məqsədilə mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;
- Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətin belə razılıq olmadan həyata keçirildiyi halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görmək;
- Nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsinə nəzarət etmək;
- Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərdən lisenziyanın geri alınması barədə xüsusi razılıq (lisenziya) verən orqanın qarşısında vəsatət qaldırmaq;
- Qanunla müəyyən edilmiş qaydada hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırmaq;
- Düzgün müəyyənləşdirilməmiş tənzimlənən qiymət və tariflərin ləğv edilməsi və ya dəyişdirilməsi barədə onları müəyyən edən orqan qarşısında məsələ qaldırmaq;
- Müntəzəm nəzarət tələb olunan yerlərdə müəyyən olunmuş qaydada stasionar vergi məntəqələri yaratmaq;
- Aksiz markası ilə markalanmalı olan malların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmış malların satışının həyata keçirilməsi faktı aşkar edildikdə, həmin malları siyahıya almaq və qanunvericiliyə uyğun olaraq tədbir göımək;
- Dövlət vergi orqanlarının üzərinə düşən vəzifələri yerinə yetirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeliyində olan vergi orqanları, tədris müəssisələri və digər qurumlar yaratmaq və ləğv etmək;
- Tabeliyində olan vergi orqanlarının və digər struktur bölmələrinin fəaliyyətinə rəhbərlik etmək, onların əsasnamələrini (nizamnamələrini) təsdiq etmək;
- Ərizələri və digər məlumatları qeydiyyata almaq, qanunla müəyyən edilmiş qaydada onların yoxlanılmasını təşkil etmək;
- Struktur bölmələrinin vəzifəli şəxslərinin qeyri-qanuni aktlarını və qərarlarını ləğv etmək;
- Öz səlahiyyətləri daxilində bütün vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
- Dövlət vergi orqanlarının səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterti göstərişlər, məsləhət və izahatlar vermək;
- Qanunvericiliklə müəyyən edilmiş qaydada rabitə və məlumatların ötürülməsi sistemi yaratmaq;
- Qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Dostları ilə paylaş: |