İxtisas: Maliyyə Qrup: 528ML2 Kurs: IV fənn: Vergi İnzibatçılığı Müəllim: Həsənov Əşrəf


Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri ………………...………..8



Yüklə 141,67 Kb.
səhifə2/9
tarix01.01.2022
ölçüsü141,67 Kb.
#50502
1   2   3   4   5   6   7   8   9
Ağa Əliyev

8.Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri ………………...………..8

9.Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifələri ……………….8

10.Azərbaycan Respublikası Vergilər Nazirliyinin hüquqları…………….8
11.Ədəbiyyat siyahısı………………………………………………….……...12

“Vergi inzibatçılığı” termini möhkəm surətdə vergi terminologiyasına daxil olmuşdur. Eyni zamanda, bu tərifin şərhində mövcud kənarlaşmalar bizi bu mövzuya bir daha müraciət etməyə və vergi inzibatçılığı üzrə əsas meyarlara yenidən baxmağa sövq edir. Başlanğıc üçün inzibatçılığın özünün nə olduğunu müəyyən etməyə çalışaq. Müasir iqtisadi lüğət inzibatçılığı idarəetmədə formal, xalis inzibati, əmr formaları və üsullarına sahibolma kimi şərh edir. A.Fayoll tərəfindən verilən daha müasir tərif isə belədir:

İnzibatçılıq etmək - qabaqcadan görmək, təşkil etmək, sərəncam vermək,rəhbərlik etmək, nəzarət etmək deməkdir.

Başqa sözlə, birmənalı şəkildə demək olar ki, vergi inzibatçılığı özündə vergi münasibətlərinin idarə edilməsi prosesini ehtiva edir.

Vergi inzibatçılığı ümumi idarəetmə nəzəriyyəsinin tərkib hissəsi olmaqla elmipraktik tədqiqat və metodik işləmələrin ən əhəmiyyətli sahəsi hesab olunur.

Vergi inzibatçılığı dövlət idarəetməsinin bir forması kimi vergi orqanlarının və digər səlahiyyətli orqanlarla birgə ayrı-ayrı vergi ödəyiciləri və ya vergi növləri üzrə maksimal yığıma nail olmaq üçün vergi ödəyiciləri ilə konstruktiv əməkdaşlıq şəraitində həyata keçirdikləri inzibati və maliyyə (vergi) normaları çərçivəsində tənzimlənən vergi münasibətləri sahəsində idarəetmə fəaliyyətidir.

Vergi inzibatçılığı vergiqoyma prosesinin səmərəliliyinin yüksəldilməsi məqsədilə idarə olunması funksiyasının həyata keçirilməsi üzrə dövlət orqanlarının fəaliyyətidir. Vergi inzibatçılığı müasir yerli və beynəlxalq təcrübəyə ilə əsaslanaraq idarəetmə orqanları fəaliyyətinə aid metodlar, üsullar və vasitələrlə vergi mexanizminin hüquqi istiqamətlərini müəyyyən edir və iqtisadiyyatda, o cümlədən vergi siyasətində olan əhəmiyyətli dəyişikliklər zamanı onların fəaliyətlərini koordinasiya edir.

Vergi inzibatçılığı – dövlətin vergi orqanlarının (öz səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən) təşkilatlar və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə riayət edilməsi üzrə fəaliyyətdir.

Vergi daxilolmaları büdcənin gəlir hissəsinin formalaşmasının əsas mənbələrindən biridir. Təşkilati-hüquqi formasından asılı olmayaraq, istənilən iqtisadi subyektin maliyyə maraqlarının müdafəsi üçün, vergi münasibətlərinin reallaşması üzərində nəzarəti təmin etmək məhz vergi inzibatçılığının fəaliyyətinin mahiyyətini təşkil edir.

Vergi inzibatçılığı – inzibati qaydada məcburetmə vasitəsilə reallaşır. Bu özünü – cərimələr, hesabların və/və ya əmlakın həbsi, təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması və bu kimi tədbirlərin tətbiqində göstərir.



Yüklə 141,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin