Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri
Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən vəzifələri vardır:
-Vergi Məcəlləsinə və Azərbaycan Respublikasının digər qanunlarına ciddi riayət etmək; -vergi orqanlarının hüquq və vəzifələrini öz səlahiyyətləri daxilində yerinə yetirmək;
-vergi ödəyicilərinə, onların nümayəndələrinə və vergi münasibətlərinin digər iştirakçılarına diqqət və nəzakətlə yanaşmaq.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifələri
Nazirliyin vəzifələri aşağıdakılardır:
- öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının dövlət vergilərinin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasına nəzarət etmək;
- vergi qanunvericiliyi ilə bağlı vergi ödəyicilərinə məlumatların verilməsini, vergilərin hesablanması və ödənilməsi barədə onlara əvəzsiz olaraq izahatların verilməsini təmin etmək; - vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
- vergi ödəyicilərinin hüquqlarının və qanunı mənafelərinin qorunmasını təmin etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetiımək.
Dostları ilə paylaş: |