İxtisas: Məktəbəqədər təhsil Qrup: 2001b kurs


Bu təhsil forması ilə bağlı hansı işlər görülüb?



Yüklə 99,6 Kb.
səhifə3/4
tarix17.12.2022
ölçüsü99,6 Kb.
#75768
1   2   3   4
DOC-20221127-WA0047.

Bu təhsil forması ilə bağlı hansı işlər görülüb?
Təhsil Nazirliyinin son illər həyata keçirdiyi ən uğurlu layihələrdən biri kimi məhz inklüziv təhsillə bağlı layihə hesab olunur. Belə ki, ölkəmizdə “İnklüziv təhsil layihəsi”nin icrasına 2005-ci ildən start verilib. Nazirlər Kabinetinin 3 fevral 2005-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı (2005-2009-cu illər)” təsdiq edilib. İnkişaf proqramı çərçivəsində inklüziv təhsilin təşkili ilə bağlı 3 pilot layihənin icrasına başlanılıb. Layihələrin icrası gedişində 15 ümumi təhsil, 13 məktəbəqədər təhsil müəssisəsində 268 nəfər əlilliyi olan uşaq inklüziv təhsilə cəlb olunub. 2015-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə əməkdaşlığı çərçivəsində inklüziv təhsillə bağlı görülən işlər və bu sahədə beynəlxalq təcrübə təhlil edilib. Nəticə etibarilə əlilliyi olan şəxslərin təhsilinin təşkili yeni mərhələyə keçib. 2016-cı ildə xüsusi təhsil sistemində interaktiv proseslər həyata keçirilib və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaradıcılıq potensialının inkişafı sahəsində inklüziv təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb. 2015-2016-cı tədris ilindən əlilliyi olan uşaqların ümumi təhsil müəssisəsində digər uşaqlarla birgə təhsilə cəlb olunması məqsədilə Azərbaycan Respublikasında “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. Bu məqsədlə müəyyənləşdirilən pilot inklüziv məktəblərin (Bakıdakı 138, 220, 202 və 252 nömrəli məktəblər) hər birində iki sinif olmaqla, sağlamlıq imkanları məhdud olan 4 uşaq birinci sinfə qəbul edilib. Hazırda Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 86 şagird inklüziv təhsilə cəlb edilib.Ölkə başçısı İlham Əliyevin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq olunan “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” da məhz sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etməsində və onların təhsili üçün maneəsiz mühit yaradılmasında geniş imkanlar yaradır.

Yüklə 99,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin