Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları



Yüklə 40,31 Kb.
səhifə1/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə



"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”
Bu sənəd təhsilalanların aşağıdakı hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir:



  • fiziki təhlükəsizlik;

  • psixoloji sağlamlıq;

  • məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət, məktəb kollektivi ilə olan münasibət);

  • əlverişli öyrənmə mühiti;

  • Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti.




Sənədin strukturu:



  1. Şagird davranış qaydaları: 6 bölmə üzrə müəyyənləşdirilmiş qaydalar;

  2. Davranış səviyyələri: qayda pozuntularının ağırlıq dərəcəsini müəyyənləşdirən səviyyələr;

  3. Tövsiyə edilən korreksiyaedici tədbirlər

  4. Rəğbətləndirmə tədbirləri.

  5. Əsas terminlərin izahı.



Sağlamlıq imkanları məhdud və mental pozuntuları olan şagirdlər

Təhsilverənlər və məktəb rəhbərliyi şagirdin ümumi davranış problemləri ilə xüsusi ehtiyaclardan (təhsil, psixi və emosional inkişafın ləngiməsi, fiziki məhdudiyyət və s.) irəli gələn davranışları fərqləndirməyi bacarmalıdırlar.


Məktəbin nizam-intizam qaydaları və tədbirləri bu qrupdan olan şagirdlərə də şamil edilir, lakin həmin şagirdlərə münasibətdə nizam-intizam qayda və tədbirlərinin tətbiqi forması dəyişdirilir. Bu zaman təhsilverənlər və məktəb rəhbərliyi peşəkar mühakimə yürütməli və ehtiyac olduqda müvafiq mütəxəssislərə müraciət etməlidirlər.




A - Şagird davranış qaydaları

  1. Davamiyyət və punktuallıq

Şagirdlər:





    1. Ümumi təhsil müəssisəsinə müəyyən olunmuş vaxtda gəlməli və dərs gününün sonunadək müəssisəni tərk etməməli;

    2. hər bir fənn üzrə dərslərin 96%-dən çoxunda iştirak etməli (üzrlü səbəblər istisna olmaqla);

    3. hər bir dərs zəngindən öncə sinif otağında olmalı;

    4. təlim prosesi zamanı müəllimin icazəsi olmadan tədris məkanını tərk etməməli;

    5. buraxılmış dərs saatları/günləri üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış izahat və ya tibbi arayışı məktəbə qayıtdığı ilk gün təqdim etməli1;

    6. buraxılacaq dərs saatları/günləri ilə bağlı icazə almaq üçün valideyn/qanuni nümayəndə tərəfindən yazılmış icazəni öncədən (dərs günü ərzində şagirdin səhhətində problemlərin yarandığı və bu səbəbdən dərsdə iştirak edə bilmədiyi hallar istisna olmaqla) təqdim etməlidirlər.



Şagirdlər ümumi təhsil müəssisəsinə vaxtında gəlməlidirlər. Əgər şagird dərs zəngindən sonra sinif otağına daxil olursa, ümumi təhsil müəssisəsinin gecikmə ilə bağlı prosedurlarına əməl etməli, sakit şəkildə sinfə daxil olmalı və digər şagirdlərin öyrənmə hüququna hörmət edərək təlim prosesinə mane olmamalıdır.




  1. Yüklə 40,31 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin