Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Bütün ümumi təhsil müəssisələrinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir



Yüklə 40,31 Kb.
səhifə5/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Bütün ümumi təhsil müəssisələrinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir.

1-ci səviyyə: Yüngül səviyyəli qayda pozuntuları




1-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

  • üzrsüz səbəbdən dərsə gecikmək;

  • şəxsi gigiyena, məktəbli forması və xarici görünüşlə bağlı qaydalara əməl etməmək;

  • ümumi təhsil müəssisəsi binasının daxilində qaçmaq;

  • lazımi dərslik və ləvazimatları dərsə gətirməmək;

  • dərslərdə diqqətsiz olmaq, səs-küy salmaq və dərsi pozmaq; dəhlizlərdə səs-küy salmaq;

  • sinif otağı və ya təlim məkanını təmiz və səliqəli saxlamamaq;

  • şagird yoldaşlarına və böyüklərə qarşı nəzakətsiz davranmaq;

  • müəllimin icazəsi olmadan sinif otağı və ya təlim məkanını tərk etmək (münaqişəyə yol vermədən);

  • məktəb heyəti üzvlərinin müvafiq təlimatlarına əməl etməmək (münaqişəyə yol vermədən);

  • müəyyən edilmiş zaman və ya məkan xaricində yemək və içmək;

  • qadağan olunmuş əşyaları məktəbə gətirmək (məsələn, təsbeh, ağıllı telefon, planşet və s.);

  • saqqız çeynəmək.

2-ci səviyyə: Orta səviyyəli qayda pozuntuları




2-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (1-ci səviyyədəki qayda pozuntularının təkrarlanması daxil olmaqla) (lakin bunlarla məhdudlaşmır):

  • 1-ci səviyyədə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq;

  • yalan danışmaq, həqiqəti gizlətmək və ya təhrif etmək;

  • dərs, toplantı və ya tədbirdən yayınmaq (məsələn, şagird məktəbdədir, ancaq müvafiq məkanda deyil);

  • təhlükəsizlik qaydalarını pozmaq (məsələn, pəncərədən çölə əyilmək, sürahilərdə sürüşmək və ya laboratoriya, idman zalı, kompüter otağının təhlükəsizlik qaydalarını pozmaq);

  • qadağan olunmuş (təhlükəsiz olan) ərazidə olmaq;

  • sinif otağı və ya sinif otağından kənarda nizamı pozmaq;

  • heç kimə ünvanlanmamış qeyri-etik ifadələr işlətmək;

  • ekskursiya zamanı nəqliyyatda səs-küy salmaq və ya nizamı pozmaq;

  • dərsdən sonra “Özünürefleksiya” prosesində iştirak etməmək və ya prosesin sonuna qədər iştirak etməmək;

  • başqasına emosional/fiziki zərər vuran ehtiyatsız hərəkət və ya davranışa yol vermək;

  • sinif və ya ev tapşırığını köçürmək və ya tapşırığın köçürülməsinə şərait yaratmaq;

  • məktəbdaxili qiymətləndirmə qaydalarını pozmaq;

  • dərslik, internet və ya digər mənbələrdən plagiatlıq;

  • alqı-satqı, əşyaların dəyişdirilməsi və qumar oyunlarında iştirak etmək4.

3-5-ci səviyyə: Ciddi və ağır qayda pozuntuları




3-5-ci səviyyə qayda pozuntularına aşağıdakılar daxildir (lakin bunlarla məhdudlaşmır):

  • 1-ci və 2-ci səviyyələrdə olan qayda pozuntularını davamlı təkrarlamaq və xəbərdarlıqları nəzərə almamaq;

  • məktəbdən yayınmaq (tədris müddəti ərzində məktəb ərazisindən kənarda olmaq);

  • qadağan olunmuş təhlükəli ərazidə olmaq; (məsələn, məktəbin damında və ya elektrik otağında və sair);

  • ehtiyatsızlıqdan özünü və ya başqa birini təhlükəyə atmaq (qəsdən olarsa, S 4-5);

  • yanğın təhlükəsizlik siqnalını qəsdən işə salmaq;

  • nizamı pozan davranışa təkrar yol vermək və ya ciddi şəkildə nizamı pozan davranışa yol vermək (qəsdən başqasına xəsarət yetirərsə, S 4-5);

  • şəxsə ünvanlanmış cinsi, irqi və ya digər məzmunlu təhqiramiz, qeyri-etik ifadələrdən istifadə etmək (S 4-5);

  • başqalarına qarşı qeyri-etik şəkildə davranmaq;

  • başqalarına qarşı açıq-aşkar hörmətsizlik etmək (S 4-5);

  • başqasının əşyasını və ya məktəb əmlakını oğurlamaq (S 4-5);

  • başqasının əşyasına və ya məktəb əmlakına zərər vurmaq (S 4-5);

  • tütün məmulatlarını (elektron siqaret daxil olmaqla) məktəbə gətirmək və ya istifadə etmək;

  • hər hansı təhlükəli əşyanı məktəbə gətirmək (S 4-5);

  • əsl silahı imitasiya edən hər hansı əşyanı məktəbə gətirmək;

  • təhdidedici davranış nümayiş etdirmək;

  • zorakılıq etmək, dalaşmaq və ya zorakı şəkildə qisas almaq (S 4-5);

  • fiziki, cinsi, verbal, mənəvi və kiber qısnama (S 4-5);

  • şagird yoldaşları və böyüklər haqqında şəxsi məlumatların məxfiliyinə xələl gətirmək;

  • qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq (S 4-5);

  • məxfilik hüquqları və məktəb nüfuzu ilə bağlı qaydaları pozmaq;

  • qeyri-etik fiziki təmas;

  • başqasının nüfuzuna və rifahına xələl gətirmək məqsədilə qəsdən yalan danışmaq;

  • imtahanın şəffaflığına ciddi şəkildə xələl gətirmək;

  • məktəb sənədlərini və məlumatlarını dəyişdirmək və ya saxtalaşdırmaq (S 4-5);

  • təyin edilən korreksiyaedici tədbirin tələblərini yerinə yetirməmək və buna cidd-cəhdlə etiraz etmək.

Aşağıdakı qayda pozuntuları birbaşa 5-ci səviyyə hesab olunur: Çox ağır qayda pozuntuları



  • Azərbaycan dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmətsizlik etmək;

  • qəsdən ciddi fiziki zərərə səbəb olan zorakılıq etmək;

  • cinsi zorakılıq etmək;

  • təhlükəsizlik qaydalarını ciddi xəsarət və ya ölümə səbəb ola biləcək şəkildə pozmaq;

  • ekskursiya zamanı nəqliyyatın təhlükəsizliyini riskə atan davranış nümayiş etdirmək;

  • başqalarının əşyalarına və ya məktəb əmlakına qəsdən ziyan vurmaq;

  • qanunsuz dərman vasitələri və əşyaları ümumi təhsil müəssisəsinə gətirmək, istifadə etmək və ya satmaq;

  • məxfilik hüquqlarını ciddi şəkildə pozmaq; məktəbin, eyni zamanda digər şagirdlərin və böyüklərin nüfuzuna ciddi şəkildə xələl gətirmək;

  • ümumi təhsil müəssisəsinə silah və ya ciddi təhlükə yaradan digər qadağan olunmuş əşyalar gətirmək;

  • akademik nəticələri saxtalaşdırmaq, habelə bu məqsədilə məktəb heyətinin üzv və ya üzvlərinə pul, hədiyyə, xidmət və ya hər hansı digər maddi nemət təklif etmək (şagird və ya onun ailəsi tərəfindən);

  • qeyri-etik, ağır təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq.

C - korreksiyaedici tədbirlər
Ümumi təhsil müəssisəsinin idarəetmə heyətindən şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının tətbiqi, korreksiyaedici tədbirlərinin həyata keçirilməsi və zəruri qeydiyyatın aparılması tələb olunur.

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası tərəfindən verilmiş qərarlar Azərbaycan Respublikası qanunlarına zidd olmamalıdır.


Bütün ümumi təhsil müəssisələri Nizam-İntizam Şurası (NİŞ) yaratmalıdır. NİŞ adətən məktəb rəhbərliyi, təhsilverənlər (sinif rəhbəri, fənn müəllimləri, psixoloqlar və s.) və ən azı bir valideyn daxil olmaqla 5-7 nəfərdən ibarət olur. Direktor şuranı aşağıdakı hallarda toplayır:



  • qayda pozuntusunun səviyyəsini müəyyən etmək və/ və ya müvafiq korreksiyaedici tədbirin tətbiqi zərurəti yarandıqda;

  • valideyn\qanuni nümayəndə övladı barədə verilmiş korreksiyaedici tədbir barədə qərara rəsmi şəkildə etiraz etdikdə;

  • məktəbdaxili nizam-intizam qayda və prosedurlarını yenidən nəzərdən keçirməyə ehtiyac olduqda.





Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin