Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Səviyyə korreksiyaedici tədbirlər



Yüklə 40,31 Kb.
səhifə6/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Səviyyə



korreksiyaedici tədbirlər





Məsul şəxs(lər)





Qeydiyyat/məsul şəxs

1 Yüngül səviyyəli qayda pozuntuları



  • “Müəllim baxışı” / qeyri-verbal ünsiyyət

  • Şagirdlə “sakit(səs tonunu qaldırmadan) söhbət ” - onların davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşdirməyə ehtiyac olduğunu dəqiq izah etmək

Hadisənin şahidi, dərsi aparan müəllim və ya digər məsul şəxs

Qeydiyyat aparmağa ehtiyac yoxdur.

2 Orta səviyyəli qayda pozuntuları

….və ya 1-ci səviyyəli qayda pozuntularının təkrarı



  • 1-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “şifahi xəbərdarlıq” aldığı bildirilir. Davranışının niyə qəbuledilməz hesab olunduğu və nə üçün təkmilləşməyə ehtiyac olduğu aydın şəkildə izah olunur.

  • 2-ci şifahi xəbərdarlıq (təklikdə deyilməsi tövsiyə olunur) - Şagirdə niyə “2-ci şifahi xəbərdarlıq ” aldığı və davranışının niyə qəbuledilməz olduğu aydın şəkildə izah olunur.

  • Valideyn/qanuni nümayəndə ilə telefonla əlaqə saxlanılır və ya dərs gününün sonuna görüş təyin olunur.

  • Şagird bir dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur5.

  • Müəllim və ya məktəb rəhbərliyinin üzvü ilə görüş (2-ci səviyyə davranış pozuntusunda valideynin/qanuni nümayəndənin iştirakı tələb olunmur.)

Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs

Məktəb rəhbərliyinin üzvü



Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)

Valideynlə/qanuni nümayəndə ilə görüşün detalları Sinif davranış jurnalında qeyd olunur.


“Özünürefleksiya”-nın qeydyyat forması


(Məktəb rəhbərliyi)

3 Ciddi qayda pozuntuları
….və ya 1-ci və 2-ci səviyyə qayda pozuntuların təkrarı

  • Müəllim və ya məktəb rəhbərliyinin üzvü ilə görüş

  • Şagird dəstək üçün psixoloqa yönləndirilir.

  • Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.

  • Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.

  • Müəllim, valideyn/qanuni nümayəndə və məktəb rəhbərliyinin üzvü ilə görüş.

Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs

Məktəb rəhbərliyinin üzvü


Məktəb psixoloqu


Valideyn /qanuni nümayəndə


NİŞ(direktorun qərarı ilə)

Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)

Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı


(Psixoloq)

Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyat aparılır və surəti saxlanılır (Bax: əlavə 1).


“Özünürefleksiya”-nın qeydiyyat forması (Məktəb rəhbərliyi)


Görüşün protokolları


(Məktəb rəhbərliyi)

4 Ağır qayda pozuntuları
və ya 1-ci, 2-ci və 3-cü səviyyələrin təkrarı



  • Şagird dəstək üçün psixoloqa yönləndirilir.

  • Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.

  • Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.

  • Müəllim, valideyn/qanuni nümayəndə, məktəb rəhbərliyinin üzvü və direktorla görüş

  • Şagird və ya onun ailəsinə dəstək üçün Sosial Xidmət mərkəzlərinə müraciət etmək

(NİŞ-in və ya direktorun qərarı ilə)

Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim

Məktəbin rəhbərliyinin üzvü


Məktəb psixoloqu


Məktəbin direktoru


Valideyn/ qanuni nümayəndə


Sosial xidmət mərkəzinin əməkdaşları


(NİŞ və ya direktorun qərarı ilə)



Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)

Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı


(Psixoloq)

Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyat aparılır və surəti saxlanılır (Bax: əlavə 1).


“Özünürefleksiya”-nın qeydyyat forması (Məktəb rəhbərliyi)


Görüşün protokolları
(Məktəb rəhbərliyi)

5 Çox ağır qayda pozuntuları

…və ya 1-ci, 2-ci, 3-cü və ya 4-cü səviyyələrin təkrarı



  • Şagird dəstək üçün psixoloqa yönləndirilir.

  • Şagird bir neçə dəfə dərsdən sonra “Özünürefleksiya” prosesinə cəlb olunur.

  • Valideyn/qanuni nümayəndəyə bildiriş məktubu göndərilir.

  • Müəllim, valideyn/qanuni nümayəndə, idarəetmə heyəti üzvü və direktorla görüş

  • Sosial xidmət mərkəzlərinə müraciət etmək

  • Şagird haqqında YYÇİ (Yetkinlik yaşına Çatmayanlarla İş ) və hüquq müdafiəsi üzrə komissiyaya (və ya yerli Polis idarəsinin yetkinlik yaşına çatmayanlarla proflaktik işlərin təşkili şöbəsinin inspektorlarına) məlumat verilməsi

Hadisənin şahidi və ya dərsi aparan məsul şəxs və müəllim

Məktəb rəhbərliyinin üzvü


Məktəb psixoloqu


Məktəbin direktoru


Valideyn/qanuni nümayəndə


NİŞ(direktorun qərarı ilə)


Sosial xidmət mərkəzinin əməkdaşları


(NİŞ və ya direktorun qərarı ilə)

Yerli İcra hakimiyyəti yanında YYÇİ və hüquq müdafiəsi üzrə komissiya prosesə cəlb olunur (məktəb direktorunun qərarı ilə).


Ərazi üzrə YYÇ baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə polis əməkdaşı prosesə cəlb olunur (məktəb direktorunun müraciəti ilə).





Sinif davranış jurnalında hadisənin qeydiyyatı aparılır.
(Hadisənin şahidi, dərsi aparan müəllim və ya məsul şəxs)

Sinif davranış jurnalında bildiriş məktubunun qeydiyyatı aparılır və surəti saxlanılır (Bax: əlavə 1).


“Özünürefleksiya”-nın qeydiyyat forması (Məktəb rəhbərliyi)


Psixoloqun şagirdlə apardığı işin qeydiyyatı


(Psixoloq)

Görüşün protokolları


(Məktəb rəhbərliyi)



QEYD: Şagirdin yol verdiyi qayda pozuntuları dərs prosesini tamamilə pozduğu və onun davranışının idarəedilməz olduğu müstəsna hallarda şagird dərsdən və ya olduğu məkandan (dəhliz, həyət və s.) uzaqlaşdırıla bilər. Məktəb rəhbərliyinin üzvü davranışının niyə qəbuledilməz olduğunu şagirdə izah edir. Şagird səhvini anladıqda dərsə qayıda bilər. Əks təqdirdə, şagird dərsin qalan hissəsini məsul şəxsin nəzarəti altında qalır.
Davamiyyət və məktəbli formasının tənzimlənməsi

Ümumi təhsil müəssisələrindən aşağıda qeyd olunan məsələlərlə bağlı daxili prosedurların (müxtəlif tədbirlər, xatırlatma məktubları və qeydiyyatın aparılması) müəyyənləşdirilməsi tələb olunur:





  • punktuallıq və davamiyyət

  • məktəbli forması və xarici görünüş

Bu sahələri əhatə edən qaydaların tətbiqi və müvafiq qeydiyyatın aparılması icbaridir. Məktəbli forması və xarici görünüşlə bağlı qayda pozuntularının 3-cü səviyyəni keçməsinə yol verilməməlidir.


Direktorun qərarı ilə yerli icra hakimiyyətinin müvafiq nümayəndəsi prosesə cəlb oluna bilər.

D - Rəğbətləndirmə tədbirləri
Bu hissə nümunəvi davranış meyarları ilə yanaşı rəğbətləndirmə tədbirlərini müəyyən edir.



Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin