Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Şagird ciddi qayda pozuntularına yol verdikdə Nizam İntizam Şurasının qərarı ilə onun yaşıl kartları ləğv edilə bilər



Yüklə 40,31 Kb.
səhifə8/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Şagird ciddi qayda pozuntularına yol verdikdə Nizam İntizam Şurasının qərarı ilə onun yaşıl kartları ləğv edilə bilər.
Hər yarımilin sonunda yaşıl kartların sayına uyğun olaraq şagirdlər tərifnamə, təşəkkürnaməfəxri fərman ilə təltif olunur.

  • 3 yaşıl kart - tərifnamə



  • 5 yaşıl kart - təşəkkürnamə



  • 8 yaşıl kart - fəxri fərman

Şagirdin təltifnamələri onun şəxsi işinə əlavə edilir.


Qeyd: 1. Məktəb yuxarıda qeyd olunanlardan əlavə rəğbətləndirmə tədbirləri tətbiq edə bilər.
2. Məktəb müəyyən hallarda şagirdi birbaşa olaraq fəxri fərmanla təltif edə bilər. ( Nümunə: Yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə yüksək nəticə göstərən şagirdlər və s.)
E - Əsas terminlərin izahı


Dərs günü: tam məktəb günü, ilk dərsdən və ya fəaliyyətdən ( məs, dövlət himninin oxunma mərasimi) son dərsə və ya fəaliyyətədək olan müddət


Özünürefleksiya: 2, 3, 4 və 5-ci səviyyə qayda pozuntuları üçün nəzərdə tutulan korreksiyaedici tədbirdir. Şagirdin öz davranışını yazılı şəkildə təhlil etməsi üçün dərsdən sonra sinif mühitində məsul şəxsin nəzarəti altında saxlanılmasını nəzərdə tutur; Dərsdən sonra “özünürefleksiya” prosedurunun həyata keçirilməsi bu sənədə əlavələrdə öz əksini tapır.


Müəyyən olunmuş vaxt: məktəbə gəlmək və məktəbi tərk etmək ilə bağlı məktəb tərəfindən müəyyən edilmiş vaxt; dərsdən sonra əlavə dərslər, dərnəklər və s. kimi fəaliyyətlərdən asılı olaraq təyin olunmuş vaxt sinifdən-sinfə, şagirddən şagirdə dəyişə bilər.


Öyrənmə prosesində davranış: şagirdin uğurlu öyrənməsinə müsbət təsir göstərə biləcək davranış və vərdişləri müəyyənləşdirən modeldir.


Sağlamlıq imkanları məhdudluğundan irəli gələn xüsusi ehtiyaclar: şagirdin öyrənmə, ünsiyyət qurma, sosiallaşma və hərəki bacarıqlarına maneə yaradan tibbi diaqnozla təsdiqlənmiş hallar. Məsələn, disleksiya, diskalkuliya, autistik spektr pozuntusu, diqqət çatışmazlığı pozuntusu, diqqət çatışmazlığı hiperaktivlik pozuntusu

Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin