Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır



Yüklə 40,31 Kb.
səhifə4/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Aşağıdakı əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.
Məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır. Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.



  1. Etik davranış

Şagirdlər:





    1. Azərbaycan Respublikası dövlətçiliyinə, milli dəyərlərə və dövlət rəmzlərinə hörmət etməli;

    2. məktəb nüfuzuna xələl gətirəcək hərəkətlərə yol verməməli;

    3. şagird yoldaşları və böyüklər haqqında olan şəxsi məlumatların məxfiliyini pozmamalıdırlar.



Aşağıdakı davranışlar yolverilməzdir:



    1. böhtan atmaq və həqiqəti gizlətmək;

    2. məktəb sənədləri və ya məlumatlarını dəyişdirmək, saxtalaşdırmaq və zərər vermək;

    3. akademik nəticələrini saxtalaşdırmaq, bu məqsədlə məktəb heyətinin üzvünə pul, hədiyyə və ya digər maddi nemətlər təklif etmək;

    4. qeyri-qanuni dərman vasitələrini məktəbə gətirmək, başqalarına təklif etmək və ya satmaq;

    5. summativ qiymətləndirmə qaydalarını pozmaq;

    6. sinif və ev tapşırıqlarını yerinə yetirərkən, həmçinin summativ qiymətləndirmə zamanı plagiatlıq və ya köçürmək;

    7. alqı-satqı, əşyaların dəyişdirilməsi və ya qumar oynamaq;

    8. qeyri-etik, təhqiramiz məzmunlu materialı kağız və ya elektron formatda əldə etmək və ya yaymaq;

    9. dini və ya siyasi baxışları təbliğ etmək.

    10. şagird yoldaşlarına qarşı qısnamaya (bullinq) yol vermək.

B – Qayda pozuntularının səviyyələri

Bu hissə qayda pozuntularının ağırlıq dərəcəsini təsnif edir.





Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin