Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları


Bütün ümumtəhsil məktəblərinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir



Yüklə 40,31 Kb.
səhifə7/9
tarix10.03.2023
ölçüsü40,31 Kb.
#87198
növüQaydalar
1   2   3   4   5   6   7   8   9
1 nömrəli əlavə

Bütün ümumtəhsil məktəblərinin bu hissədə yazılan təlimatlara əməl etməsi məcburidir.

Şagirdlər nümunəvi davranışa görə rəğbətləndirilirlər. Nümunəvi davranış 3 meyara (Nizam-intizam, Sosial məsuliyyətlilik və Akademik nailiyyət) əsasən dəyərləndirilir.


Hər alt meyar üçün 1 yaşıl kart nəzərdə tutulur.
Meyarların təsviri aşağıdakı cədvəldə öz əksini tapır:

Nümunəvi davranışlar

Meyar

Alt meyar



Nümunələr
(bunlarla məhdudlaşmır)

1. Nizam-intizam



1.1 Şagird davranış qaydalarına riayət

Yarımil ərzində 2, 3, 4 və 5 - ci səviyyəli heç bir qayda pozuntusu etməmək

1.2. Davamiyyət və punktuallıq



Yarımil üzrə 96%-dən yüksək davamiyyət göstərmək, məktəbə və dərslərə vaxtında gəlmək

1.3 Milli dəyərlərə hörmət



Vətənpərvərlik keyfiyyətləri ilə yoldaşlarına nümunə olmaq




2. Sosial məsuliyyət

2.1 Nümunəvi əxlaqi davranış



Dürüst və vicdanlı olmaq, xeyirxahlıq etmək, ehtiyac olduqda özündən böyüklərə və kiçiklərə kömək etmək, məktəb əmlakını qorumaq.

2.2 İctimai-sosial tədbirlərdə fəal iştirak



Sosial məsuliyyətlə bağlı proqram və layihələrdə iştirak etmək (ətraf mühitin mühafizəsi, sağlamlıq imkanları məhdud və əlil insanlara yardım və s.);

2.3 Liderlik bacarıqları, innovativlik və təşəbbüskarlıq



Sosial məsuliyyət layihələri ilə bağlı təşəbbüs irəli sürmək, şagirdlərdə müsbət sosial davranışların, ətraf mühitə qarşı həssas münasibətin formalaşdırılması fonunda çağırışlar və təqdimatlar etmək, tədbirlər təşkil etmək, görüşlər keçirmək;

Məktəb icmasının üzləşdiyi problemlərlə bağlı yaradıcı və innovativ həll yolları təklif etmək



3. Akademik və sosial fəaliyyətlər

3.1 Yarımillik və illik qiymətləndirmə nəticələri

Fənlər üzrə yarımillik və ya illik ümumi ortalama nəticənin 75 baldan yüksək olması

3.2 Məktəbdaxili yarış və müsabiqələrdə, yerli və beynəlxalq olimpiadalarda, müsabiqələrdə iştirak

Fənn müsabiqə və olimpiadalarında, layihə əsaslı müsabiqələrdə, məktəbdaxili intellektual yarışlarda nailiyyətlər qazanmaq

3.3 Sinifdənxaric və məktəbdənkənar tədbirlərdə fəal iştirak

Məktəbdə və məktəbdənkənar həyata keçirilən tədbirlərdə fəal iştirak etmək, idman, layihə, sərgi, sosial tipli müsabiqə və yarışlarda nailiyyətlər qazanmaq

Şagirdə yaşıl kart müvafiq şəxslərin (sinif rəhbəri, fənn müəllimi və s.) təqdimatı əsasında Nizam İntizam Şurasının qərarı ilə verilir və Sinif Davranış jurnalında qeydiyyatı aparılır.



Yüklə 40,31 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin