Psixoanalitik perspektiv. Bu perspektivin fundamentində şüuraltı mühim rola sahibdir. Psixoanalitik perspektivin ən tanınmış dəstəkçisi avstriyalı nevroloq və psixoanaliz elminin banisi Sigmund Freuddur. Freudun bu teoriyaya verdiyi töhfə onun struktur modelindən ibarətdir.
Freud həmçinin bizim hərəkətlərimizin instinktlərimizdən təsirləndiyini iddia edir. Freuda görə, instinktlər bioloji ehtiyaclarımızın doğulduqdan bəri mövcud olan psixoloji təmsilçiləridir.
Freudun modelinin əsasında isə 3 əsas prinsip durur- Id (alt-mən), Ego, Superego (üst-mən).
İd ilkin, heyvani instinktlərdən ibarətdir ki, bunlar yaşamağa, həyatda qalmağa və çoxalmağa xidmət edir. Yəni, deyə bilərik ki, İd-in əsasında məmnuniyyət, həzz alma prinsipi durur. Şüursuz şəkildə “indi və gecikmədən həzz almağı” tələb edir.
İd-in tələbləri və istəkləri ilkin ehtiyaclara olsa da, superego məfhumunun hədəfləndiyi nöqtə isə ideal-mən-dir. Superego şəxsin mükəmməlliyyətçiliyini, öz hərəkətlərini mühakimə etməsini, uğur qazandıqda özünü mükafatlandırmasını, uğursuz olduqda isə cəzalandırmasını hədəf qoyur.
Ego isə id ilə superego arasında tarazlığı saxlamağa xidmət edir. İd məhz “indi məmunluq hissi yaşamaq” hissini tələb etsə də, ego bu məmnunluq istəyini super ego vasitəsilə təxirə salır. Ego gücünü id-dən alır və heç vaxt müstəqil qərar verə bilmir.
Fərz edək ki, işdən yorğun halda çıxmısınız və tıxacda dayanmısınız. İlk öncə davamlı siqnala basmaq, qışqırmaq, tıxacdan, problemdən məsuliyyət daşıyan və daşımayan hər kəsə əsəbləşmək istəyirsiniz. Bunu istəyən əslində alt-mən, yəni İd-dir. Lakin, siz daha sonra cəmiyyət içində olduğunuzu, cəmiyyətin norma və qaydalarına əməl etməli olduğunuzu, edəcəyiniz hərəkətin kiməsə ziyan vermə və daha böyük problemlərə yol açma ehtimalını düşünüb- təmkinli qalmağa çalışırsınız. Bunu təmin edən isə üst-mən, yəni superegodur. Tarazlığın yaranması isə ego-dan asılıdır.
İd ilə superego arasında tarazlığı tutmağa xidmət edən digər məfhum isə müdafiə mexanizmləridir. Müdafiə mexanizmləri 1930-cu il Freud tərəfindən irəli sürülüb və daha sonra qızı Anna Freud tərəfindən isə təkmilləşdirilib.
Müdafiə mexanizmləri özümüzü mənfi, günahkar hissetdirən düşüncə və hisslərdən qorumaq və rahat hiss etməyimiz üçün şüursuz şəkildə istifadə etdiyimiz psixoloji strategiyalardır.
Bütün müdafiə mexanizmləri 2 ümumi xarakteristikaya sahibdir. Bu mexanizmdə ilk olaraq hadisəni inkar edirlər, daha sonra isə şüuraltı səviyyəsində buna reaksiya verirlər.
Bu müdafiə mexanizmlərindən bəzilərinə nəzər yetirək.
İlk öncə qeyd edək ki, müdafiə mexanizmləri şüuraltı olaraq baş verir, yəni heç biri şüurlu və qəsdən edilən hərəkətlər deyil.
Repression (basdırma)- şəxsdən asılı olmadan istənilməyən, ağrılı düşüncə və hisslərin beyindən (yaddaşdan) silinməsi, şüuraltı səviyyədə basdırılması.
Lakin şüuraltı səviyyədə basdırılma -unutmaq demək deyil və bu o mənaya gəlir ki, şəxs özü bilmədən basdırmış olduğu hissləri gələcəkdə yaşaya bilər. Əsasən, bu hisslər sonradan fobiya şəklində üzə çıxırlar. (münasibətə girə bilməmə, güvən problemi, maşın sürməkdən, çox insan olan yerdə olmaqdan qorxmaq və s.)
Suppression (supressiya)– şəxsin yaddaşından öz iradəsi ilə, şüurlu şəkildə xatirə, düşüncə və hisslərin silinməsi. Məsələn, ölümcül dərəcədə olan xərçəng xəstəsinin narahatçılığını, xəstəliyini unudaraq (kənara qoyaraq) ailəsiylə xoş vaxt keçirməsi və s.
Regression (reqressiya)– şəxsin psixoloji olaraq və davranışında öz inkişafının əvvəlki mərhələlərinə qayıtması. Məsələn, yetkin bir şəxsin sevdiyi biri ilə konfliktdə olduğu zaman uşaq kimi danışmağa başlaması, stresslə üzləşdikdə barmaq yeməsi bura aiddir.
Reaction İnformation (reaksiya formalaşdırma)– şəxs daxilən sahib olduğu hiss və düşüncəni basdıraraq tam əks şəkildə reaksiya verir. Məsələn, iki iş yoldaşının yaxın aralıqlarla bir-biri ilə münaqişəyə girmə və ya bir-birlərindən nifrət etmə səbəbi bəzən daxildə yatan cazibə hissi olur.
Projection (proyeksiya)– özündə qəbulolunmaz gördüyü hiss və düşüncələri şüuraltı səviyyədə sıxışdırıb digər insana əks etdirmək. Məsələn, sevgilisini aldadan bir şəxsin sevgilisində onu aldatma potensialı görməsi və hətta onu bununla ittiham etməsi.
Rationalization (rasiyonallaşdırma)– bəhanə tapmaq, beyni öz yalanına inandırmaq, daha doğrusu bəhanəni məntiqi əsaslarla gətirmək. Məsələn, bir şəxs digərinə zərər verdiyi halda özünə “o buna laiq idi”- deyərək bəraət qazandırması buna misaldır.
Displacement (yerdəyişmə)– obyektin, hədəfin dəyişməsi. İşdə müdirinə əsəbləşən, lakin ona heç nə deyə bilməyən şəxsin hirsini evdə həyat yoldaşı və uşağına yönəltməsi, qışqırması və ya cəzalandırılaraq otağına göndərilən uşağın yastığı yumruqlaması bura aiddir.
İntellectualization (intellektuallaşdırma)– özünü rahatlatmaq və problemi daha qəbul olunan hala salmaq üçün elmi səbəblərə baş vurmaq.
Misalla daha aydın izah edək, qarşınızdakı şəxsə (sən tənbəlsən) irad bildirdikdə bunun səhv olduğunu qəbul etməməsi və söhbətdən kənara çıxaraq bunu elmi tərəfdən izah etməyə çalışması: -“tənbələm, bilirəm, amma filan məqalədə tənbəlliyin bu faydası haqda oxumuşdum”.
Sublimation (Sublimasiya)– arzuolunmaz düşüncə və hisslərin cəmiyyətin qəbul edəcəyi formaya çevrilməsi. Freuda görə bu, əsasən, basdırılmış cinsi istəklər olur. Freud burada həmin istəklərin sublimə edilərək iş həyatında, yaradıcılıqda uğura aparmasından bəhs edir. Təbii ki, bu sadəcə cinsi istəklərə aid edilməyib. Əsəbi bir şəxsin idman edərək aqressiyasını faydalı hala çevirməsi də həmçinin bura aiddir.
Psixoloji müdafiə – yetkin şəxsiyyətə xas xüsusiyyətdir. Bu intellekt səviyyəsi, dünyagörüş, diqqətlilik, təhlilə və reflekslərə meyillilik, tənqidi düşüncə, emosional dayanıqlılıq kimi xarakter kompleksini özündə birləşdirir.
Aşağıda sizə psixoloji müdafiə üçün sınanmış bir neçə üsulu təqdim edirik:
“Ventilyator” üsulu. Sizi daha çox nəyin incitdiyini təhlil edin. Sizi nə qıcıqlandırır? Nə sizi özünüzdən çıxararaq əsəblərinizi yerindən oynadır? Qarşı tərəfin sizi əsəbləşdirən konkret sözlərini, davranışlarını, intonasiyasını yada salın. Gözlərinizi yumun və beyninizi, hətta əzələlərinizi belə qıcıqlandıran bütün bu acı, iynəli, qıcıqlandıran sözləri gözünüzün önündə canlandırın.
İndi isə təsəvvür edin ki, sizə psixoloji zərbə endirən şəxslə qarşı-qarşıya əyləşmisiniz. O sizi əsəbləşdirməyə başlayır. Üzərinizdə bu zərbəni hiss etməyə çalışın. Bədəninizin hansı hissəsi ağrıya daha çox reaksiya verir? Sizinlə nə baş verir? Bu zaman emosiyaların ventilyasiyası üsulundan istifadə edin. Təsəvvür edin ki, sizinlə həmin şəxs arasında güclü bir ventilyator var və o həmin şəxsin iynəli sözlərini bir göz qırpımında kənara aparır və sizi bu zərbələrdən qoruyur.
“Akvarium” üsulu. Sizə qarşı davranışda mənfi xarakterli bir insanla ünsiyyət qurduqda onun davranışlarından qıcıqlanmağa başlamısınızsa, psixoloji sağlamlığınız üçün onunla sizin aranızda böyük, şüşələri qalın, səs keçirməyən bir akvarium olduğunu təsəvvür edin. Rəqibiniz bu qalın şüşə qatının arxasında dayanıb və danışır. Siz isə onu eşitmir və sadəcə görürsünüz. Və siz özünüidarənizi itirməyərək və ruh sakitliyinizi qoruyaraq mübahisəyə təhrik atəşinə cavab vermirsiniz. Bununla da vəziyyəti öz xeyrinizə dəyişmiş olursunuz.
“Disneyland” üsulu. Psixoloji zərbə xəstəliyini bütün insanlarla sanki uşaqlarmış kimi davranaraq yüngülləşdirmək olar. Axı siz düşünmə qabiliyyəti elə də yüksək olmayan uşaqlara əsəbiləşmirsiniz, elə deyilmi? Onlar uşaq olaraq bütün dəcəllikləri edir, sizi qıcıqlandırır, özünüzdən çıxarmağa çalışırlar. Siz nə edirsiniz? Böyük, müdrik bir insan olaraq onlara uşaq olaraq yanaşır, ruh sakitliyinizi qoruyursunuz. Onların sözlərini təhqir kimi deyil, uşaq kaprizi olaraq qəbul edin…
Təsəvvür edin ki, sizi əsəbləşdirən böyük bir qrupa qarşı təksiniz. Güc onlar tərəfdədir. Vəziyyəti idarə etmək üçün yalnız bir üsulunuz var: onları əyləncə parkında oynayan bir uşaq qrupu olaraq təsəvvür edin.
“Tülkü və üzüm” üsulu. Keçmişdə yaşadığınız və sizi bu günə qədər incidən bir hadisə varsa, həyəcanını hələ də yaşayırsınızsa mənfi “lövbərlərin” qaldırılması texnikasından istifadə edin. “Tülkü və üzüm” hekayəsini xatırlayın: üzümə əli çatmayan tülkü, onun elə də çox üzüm istəmədiyini, hətta onun yaşıl və turş olduğunu deyir.
Bəzi insanlar arzuolunmaz davranışları öz “faktları” ilə izah etməyə cəhd edə bilərlər. Bu, əslində düzgün olmadığını bilsəniz belə, etdiyiniz seçimdə özünüzü rahat hiss etməyə imkan verir.
Özümüzə bəhanələr gətirdiyimiz zaman bunu kifayət qədər şüurlu səviyyədə tez-tez edirik. Bir insan bir vəziyyəti qəbul etməkdə çətinlik çəkdikdə, bunun nə üçün baş verdiyini məntiqli bir səbəb tapacaq. Məsələn, Pisiyin eli ete catmayanda deyir iy verib. Tələbə zəif imtahan balını öz hazırlıqsızlığından çox müəllimin üzərinə ata bilər.
Rasionallaşdırma yalnız narahatlığın qarşısını almır, həm də özünə hörmət və özünə inamı qoruya bilər.
Uğur və ya uğursuzluğu izah etməyə çalışarkən, insanlar uğuru öz keyfiyyətlərinə və bacarıqlarına bağlamağa meyllidirlər, uğursuzluqlarda isə başqa insanlar və ya kənar qüvvələr günahlandırılır.
Bu tip müdafiə mexanizmi müsbət strategiya hesab edilir. Bunun səbəbi ona güvənən insanların güclü duyğuları və ya hissləri uyğun və təhlükəsiz bir obyektə və ya fəaliyyətə yönləndirməyi seçməsidir. Məsələn, hissləri musiqi, incəsənət və ya idmana yönləndirmək sublimasiyadır.
Proyeksiya başqa insanlarda öz qəbuledilməz istəklərini görmək meylini ehtiva edir. Başqa sözlə, istəklər hələ də var, lakin onlar artıq sizin arzularınız deyil.
Ən çox başqasına proyeksiya edilən düşüncələr aqressiv və cinsi fantaziyalar və ya düşüncələr kimi günaha səbəb olacaq düşüncələrdir.
Məsələn, siz kiməsə nifrət edə bilərsiniz, lakin supereqonunuz sizə belə nifrətin qəbuledilməz olduğunu bildirir. Onların sizə nifrət etdiklərinə inanmaqla problemi "həll edə" bilərsiniz.
Sublimasiya yerdəyişməyə bənzəyir, lakin biz qəbuledilməz duyğularımızı dağıdıcı fəaliyyətlərdən daha çox konstruktiv və sosial cəhətdən məqbul olan davranışlara çevirməyi bacardığımız zaman baş verir. Bir çox böyük sənətkar və musiqiçi faciəvi həyat sürmüş və özlərini ifadə etmək üçün incəsənətindən istifadə etmişlər. İdman emosiyalarımızı (məsələn, aqressiya) konstruktiv bir şeyə çevirməyin başqa bir nümunəsidir.
Müdafiə mexanizmləri insanın rahatlamasına kömək etməkdən əlavə yığılıb qaldığı zaman depressiya başda olmaqla bir çox psixoloji narahatlıqlara səbəb ola bilir. Şüuraltı tamamilə basdırılmış, ertələnmiş hisslər ilə doludur. Etiraf olunmamış heç bir hiss əsla ölməz. Şüuraltını bir yeşik, hər basdırmanı isə bir tullantı olaraq təsəvvür etsək bunların yığılıb qalması böyük ağırlığa səbəb olar. Bu səbəbdən etiraf olunmamış hər bir duyğu ağır yükdür. Bu yükün altına girməməyə çalışın! Onlar eqonunuzu stressdən qorumaqla və sağlam çıxış yolu ilə faydalı rol oynaya bilərlər. Digər hallarda, bu müdafiə mexanizmləri sizi reallıqla üzləşməkdən çəkindirə və özünü aldatma forması kimi çıxış edə bilər.
Müdafiə mexanimzlərinin mənfi təsirlərindən uzaq olmaq üçün psixoterapiya almaq faydalıdır. Beləki, terapiya ən çox istifadə etdiyiniz müdafiə mexanizmlərini tanımağınıza kömək edir və reallıqdan qaçmadan istifadə qaydalırını müəyyənləşdirməyinizə kömək edir.
İntellektuallaşdırma hadisələri soyuq şəkildə düşünərək narahatlığı azaltmağa çalışmaqdır. Bu müdafiə mexanizmi vəziyyətin stresli, emosional tərəfi haqqında düşünməkdən qaçmağa və bunun əvəzinə yalnız intellektual komponentə diqqət yetirməyə imkan verir.
Məsələn, yenicə ölümcül xəstəlik diaqnozu qoyulmuş bir insan, sıxıntıdan qaçmaq və vəziyyətin reallığından və bununla bağlı hisslərindən uzaq olmaq üçün xəstəlik haqqında hər şeyi öyrənməyə diqqət yetirə bilər.
ƏDƏBİYYAT SİYAHISI Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları. – Bakı, 2003, səh.212-257
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. – Bakı, 1991, s.242-291.
Əlizadə Ə.Ə. Məktəbə psixoloji xidmət: problemlər, düşüncələr// Azərbaycan məktəbi, 1993, №3.
Əliyev R.İ. Məktəbə psixoloji xidmətin aktual məsələləri.