Təcrübə qurğusu.
Atmosfer təzyiqində havanın izobar istilik tutumunun təyin edilməsi üçün istifadə olunan qurğu avtomatik işləyir. Qurğu təcrübənin aparılması, təcrübədən alınan nəticələri analiz etmək üçün (1) kompyuterdən, istilik miqdarını təyin etmək üçün kalorimetrdən, (6) başlanğıc və (7) son temperaturlarını müəyyən edən termometrlərdən, (4) qızdırıcıdan, (2) ventilyatordan, (3) çeviricidən, (5) izolə qatından, təcrübə prosesinə avtomatik nəzarəti təmin etmək üçün elektron sistemdən ibarətdir.
Şəkil 2. Atmosfer təzyiqində havanın izobar istilik tutumunun təyin edilməsi üçün istifadə olunan qurğu.
Təcrübə prosesi. Təcrübə prosesi qurğunun şəbəkəyə qoşulması və işçi proqramın işə salınması ilə başlayır, prosesin başlanğıc halı ekranda əks olunur. (Şəkil 3). Sonra sistemin başlanğıc parametrləri qeyd olunur. Burada əvvəlcə hava vuran ventilyatorun sürəti (faizlə) daxil edilir. Sonra isə güc rejimi seçilir və “START” düyməsi basılmaqla verilən müddət ərzində temperaturlar fərqinin sabit qiymət alması gözlənilir. Bu zaman ekranda kalorimetrdən axan qazın sərfi, başlanğıc və son temperaturlar əks olunur. Qərarlaşmış rejimi (yəni, temperaturlar fərqinin stabil qiymət alması) əldə etdikdən sonra isə “MEASURE” (ölçmə) düyməsini basırıq. Ölçmə prosesi bitdikdən sonra qeyd edilən güc rejimində təcrübədən alınan istilik tutumu, istilik tutumunun istinad qiyməti və xətası ekranda əks olunur.
Şəkil 3.
Daha sonra “NEXT” düyməsi basılmaqla növbəti güc rejimi seçilir. Yuxarıda qeyd edilən proses təkrarlanır, parametrlərin alınan yeni qiymətləri cədvələ avtomatik olaraq görünür. “SAVE” düyməsini basmaqla istilik tutmunun temperaturdan asılılıq qrafiki qurulur. Sonda “EXİT” düyməsini sıxmaqla təcrübə proqramını bağlamaq lazımdır.
Şəkil 4.
Bütün sonrakı hesablamalarda təcrübə zamanı verilmiş cihazın qeyd olunan göstəricilərindən alınan parametrlərin orta arifmetik qiymətlərindən istifadə olunur. V həcmi üzrə havanın kütləsi M, Mendeleyev-Klapeyron tənliyi vasitəsi ilə hesablanır.
(2.9)
burada P-atmosfer təzyiqi, Pa, barometrlə ölçülür; – havanın qaz sabiti, C/kqK; T – laboratoriyada kalorimetrin girişindəki temperatura bərabər olan temperaturdur, K.
Kalorimetrdən keçən havanın miqdarı təşkil edir:
(2.8) və (2.10) ifadələrini nəzərə almaqla orta kütlə izobar istilik tutumunun təyin olunması üçün (2.7) ifadəsi aşağıdakı formanı alır:
(2.11)
Burada: N – qızdırıcının gücüdür.
Dostları ilə paylaş: |