Windows 3.1- 1992-ci ildə buraxılıb. Bu versiyadan başlayaraq Microsoft şirkəti 80386 və ondan sonra gələn prosessorlara xas olan virtual yaddaşın təşkil edilməsi imkanına malik ƏS-nin istehsalı ilə məşğul olur. O cümlədən,bu sistemdə klaviaturanı müxtəlif dillərə yükləməklə çoxdilli rejimdə işləmək, həmçinin xarici mikrofondan və universal səsgücləndiricidən, eləcə də geniş spektrli səs kartlarından istifadə etmək mümkün idi.
Windows 3.11 Workgroups- 1993-cü ildə buraxıldı. Bu versiya lokal şəbəkə və geniş multimedia imkanlarına malik idi. Bu sistem lokal şəbəkə yaratmağa, internetlə əlaqə yaratmağa, şəbəkə printerlərindən, informasiya mübadiləsi üçün alətlərdən və eləcə də faksların göndərilməsi və qəbulu üçün proqramlardan istifadə etməyə imkan verirdi. Bu sistemlə işləmək üçün IBM PC 386 kompüterləri və 1 Mb əməli yaddaş tələb olunurdu. Sistemin tətbiqi proqramlar paketinə bir sıra yeni proqramlar əlavə edilmişdi: Microsoft Mail poçt proqramı, Microsoft Internet Explorer brauzeri,Microsoft Chat utiliti və s.
Windows NT (New Technology)- 1993-cü ildə buraxıldı. Bu sistem tamamilə yeni nüvə əsasında qurulmuş və əsasən korporativ istifadəçilərin lokal kompüter şəbəkələrində işləməsi üçün nəzərdə tutulurdu. Bu sistemin interfeysi zahirən Windows 3.11 sistemindən heç nə ilə fərqlənməsə də, bu sistem 32 mərtəbəli çoxistifadəçili ƏS idi. Bu sistem buna qədərki Windows sistemləri ilə müqayisədə istifadəçilər tərəfindən ən stabil və ən etibarlı ƏS kimi qəbul edilmişdir.
Windows 95- 1995-ci ildə buraxılmışdır. IBM PC kompüterləri üçün ilk qrafiki ƏS olmuşdur. Bu sistemin iş stoluna “My Computer” və “Recycle Bin” sistem qovluqlarının işarələri və üzərində saat, səs tənzimləyicisi, müxtəlif dillərə keçidləri tənzimləmək üçün göstərici əks olunan tapşırıqlar paneli daxil edilmişdir. Məhz Windows 95-də “Start” düyməsi yaradıldı, 32-bitlik proqramlar dəstəkləndi və “Mavi ölüm” ekranı meydana çıxdı. Bu ƏS-nin çox da böyük olmayan işləmə etibarlılığı vardır.
Windows 98- 1998-ci ildə istehsal edilib.Bu versiya sadəcə olaraq Windows 95 versiyasının yenilənmiş variantı idi və onunla eyni interfeysə malik idi. Bu versiyada əlavə olaraq USB sürücülərinin təkminləşdirmə prosesi yer almışdır. Bu sistemi təqdim edildiyi zaman konfus yaşanıb, belə ki, təqdimat zamanı skaneri qoşarkən sistem birdəfəlik çökmüşdür. Bil Qeyts təqdimat zamanı etiraf etmişdir ki, sistem hələ tam hazır deyildir.