İxtisas: Muhasibat uçotu Qrup: 579 Tələbə:Ələkbərova Aycan Fənn:İkt-baza komputer bilikleri

Yüklə 312,91 Kb.
səhifə1/6
tarix19.05.2022
ölçüsü312,91 Kb.
#58735
  1   2   3   4   5   6
AYCAN-İKT

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

İxtisas:Muhasibat uçotu
Qrup:579
Tələbə:Ələkbərova Aycan
Fənn:İKT-baza komputer bilikleri
Mövzu: Əməliyyat sistemləri Windows Əməliyyat sistəmləri
Muəllim:Əliyeva Şövkət

PLAN

Əməliyyat sistemi (eng. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. Kompüter işə salındıqda ƏS başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. ƏS eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. ƏS sistem proqram təminatının əsasını təşkil edir. ƏS fərdi kompüterlərin vacib elementlərindən biridir. O, məlumatın saxlanması və emalı idarə etməklə yanaşı istifadəçi üçün də interfeysə malikdir.

MS-DOS
MS-DOS (Microsoft Disk Operating System-Microsoft Disk Əməliyyat Sistemi) – DOS əməliyyat sistemləri ailəsinin 1-ci və ən məşhur üzvüdür. IBM PC kompüterləri ilə eyni vaxtda yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş FK-larda istifadə edilir. O, kiçik və sadə bir əməliyyat sistemi olub, əsas vəzifəsi disket və sabit disk kimi saxlama mühitlərinin idarə edilməsidir. Kompüterlərin digər funksiyaları: qrafika, səs yazma, şəbəkədə gəzinmə, yaddaşa nəzarət, çoxlu isdifadəçi və çoxlu iş xüsusiyyətləri də bu əməliyyat sistemi tərəfindən yerinə yetirilə bilir. Bu əməliyyat sisteminin tarixi kompüterlərin tarixi ilə başlayır. MS-DOS əməliyyat sistemi diskdəki verilənlərin idarə edilməsində yeni üsullardan istifadə etməklə, servis proqramlar üçün olduqca geniş əmrlərdən istifadə edir. Burada yalnız əməliyyatları ardıcıl yerinə yetirmək olar, yəni bir dəfəyə iki və daha çox əməliyyatı yerinə yetirmək olmur.
MS-DOS-un işə salınması: Əgər siz indi Windows Əməliyyat Sistemində işləyirsinizsə, onda bu sistemi çağırmaq üçün Start -> Run edir və orada "command" əmrini yazıb OK düyməsini sıxın. Bundan sonra, qara fonda bir pəncərə açılacaq, bu, MS-DOS-dur.
UNIX- 1969-cu ildə Ken Tompson və Denis Ritçi tərəfindən Bell laboratoriyalarında yazılmış, eyni vaxtda bir çox istifadəç ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir. Denis Ritçinin təklifi ilə yeni ƏS–i UNICS (UNiplexed Information and Computing System) adlandırılmış, sonralar UNIX adına qısaldılmışdı. UNIX çox prosesli və çox bahalı kompüterlərdən, ucuz və tək prosesli PC-lərə qədər bir çox kompüterdə işləyə bilir. UNIX aşağıdakıları özündə birləşdirir:

*paylanmış verilənlər bazasına müraciət;

*lokal şəbəkədə işləmək;
*uzaq məsafədə əlaqə və adi modemdən istifadə etməklə qlobal çıxış imkanı. Bu Unix-in ən vacib komponentlərindən biridir.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə

yükləyin