Windows 2000- 2000-ci ildə Windows NT sisteminin arxitekturası əsasında yaradıldı. Bu sistemin yaradılmasında Windows 98 sisteminin mühüm xüsusiyyətləri də nəzərə alınmışdır. Bu sistemin fərqli xüsusiyyəti istifadəçiyə internetdən sürətli və səmərəli istifadə imkanı verməsidir. Bu ƏS rahat istifadə olunan, stabil və təhlükəsizlik baxımından etibarlı olmaqla çox asan tənzimlənən sistemdir.
Windows ME (Millennium Edition)- 2000-ci ildə buraxılmışdır. Bu sistem yeni II minilliyin şərəfinə (lat. Millenium-minillik) bu cür adandırılıb. Onda aktiv olaraq sistem reyestri istifadə olunmağa başlanıldı və bu sistem özündən əvvəlki Windows sistemləri ailəsindən hər şeydən əvvəl onunla fərqlənir ki, bu sistem MS-DOS-dan tamamilə imtina edir.
Windows XP (ing. eXPerience – təcrübə, sınaq)- 2001-ci ildə təqdim edildi. Bu sistemin ən gözlənilməz yeniliyi CD-R və CD-RW diskləri ilə işləməyin mümkülüyüdür. Bu sistem Windows NT əsasında qurulmuş ilk istehsalçı yönümlü ƏS-dir. Bu ƏS şəxsi kompüterlər üçün nəzərdə tutulan ilk belə sistem oldu.
Windows Vista- 2005-də Vista onun kod adı ,,Longhorn’’ ilə tanındı. İnkişaf 2006-da tamamlandı və 2007-də bütün dünyaya buraxıldı. Bu sistem inkişaf etdirilmiş qrafiki istifadəçi interfeysi, axtarış funksiyaları, multimedia vasitələri, şəbəkə ünsiyyəti və müxtəlif funksiyaları əhatə edir. Kompüterə olan yüksək tələbi sürücülərin dəstəkləməməsi və DRM mühavizə sistemin bazarda satılmaması bu sistemi dünya müstəvisində Microsoft şirkətinin ən uğursuz məhsulu kimi tanıtdı.
Windows 7- 2009-cu ildə təqdim olundu. Zahiri cəhətdən Windows Vista-ya çox oxşarlığı var. O, daha çox universallığa malikdir, çox geniş yayılıb və tətbiq olunmuşdur. Köhnə proqramları dəstəkləyən və təhlükəsiz sistem kimi tanınır.
Windows 8- 2012-ci ildə satışa çıxarılmışdır.Hazırda bu sistemin interfeysində adət etdiyimiz “Start” düyməsi yoxdur, işçi masası isə klassik Windows-dan daha çox Windows Phone-a bənzədilir. İlk dəfə bu sistemə “Windows Store” adlı market əlavə olundu və bizə Google şirkətinin Play Marketini xatırlatdı. Lakin masa üstü və noutbook tipli komputerlərdə bu sistem çoxda yayılmadı. Səbəb isə, istifadəçi interfeysinin plitka şəklində olması idi ki,buda çox zaman standart iş masasına öyrəşmiş istifadəçilərə çətinlik yaradırdı. Həmçinin bu sistem istifadəçilərə bir neçə ekranla işləməyə imkan verir.
Windows 10- sonuncu sistemdir. Windows 8-dən sonra sistem, 9-cu nömrəni buraxaraq, 10-cu nömrəli adlandırıldı. Praktik olaraq bütün qurğularda işləmək bacarığına malikdir. İtmiş ,,Start” düyməsi yenidən sistemə qaytarılmışdır. Sistem fərdi kompüterlər, planşetlər, smartfonlar və s. kimi müxtəlif qurğular üçün vahiddir. Həmçinin kompüterlər və planşetlər üçün Cortana səs köməkçisi istifadəyə verildi.