Azərbaycan Respublikası Konstitusiyası və hüququn əsasları
2. Nikahın anlayışı, şərtləri və bağlanması qaydası Nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə vətəndaĢlıq aktlarının dövlət qeydiyyatı orqanında qeydiyyata alınan könüllü ittifaqdır. Nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Nikahın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafeyin, həm də ər-arvadın və uşaqların şəxsi əmlak hüquqları və mənafeyinin mühafizəsi məqsədini güdür. Ailə hüququna görə nikahın mövcud olmasına yeganə və şəxsi sübut onun müəyyən edilmiş qaydada qeydə alınmasıdır
Nikah ailənin əsasıdır – onun ictimai əhəmiyyəti də elə bundadır. «Nikah müvafiq icra hakimiyyəti orqanında (VVAQ) nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən bir ay sonra onların iştirakı ilə bağlanır.» Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən azaldıla və ya bir aydan çox olmayan müddətə uzadıla bilər. Xüsusi hallarda (hamiləlik, uşağın doğulması və digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.
Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanında nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Nikahın qeydiyyatından imtina edilərsə nikaha daxil olmaq istəyən şəxslər (onlardan biri) məhkəməyə şikayət edə bilərlər.
Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı (Yerli icra Hakimiyyəti Orqanları) onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Nikah yaşının azaldılması üçün əsas həddi buluğa çatmamış qızın hamilə olması və ya uşaq doğması, oğlanın hərbi qulluğa çağırılması, yaxud digər ciddi səbəblər ola bilər.
Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilir:
1. Yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);
2. Övladlığa götürənlər və övladlığa götürülənlər arasında;
3. İkisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında;
4. İkisində biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllılıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən Ģəxslər arasında
Evlənmək istəyən şəxslərdən heç olmasa biri başqası ilə pozulmamış nikahdadırsa, belə şəxslər arasında nikah qeyd edilmir. şəxs ancaq bir rəsmi nikahda ola bilər: nə qədər ki, boşanma yolu ilə pozulmamışdır, şəxsin yeni nikaha daxil olması qadağandır.
Nikahın daxil olan şəxslərin tibbi müayinəsi, tibbi genetik və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikah daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri zöhrəvi xəstəliyinin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (AİDS) olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması
tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikaha daxil olma qaydasının müəyyən edilməsində məqsəd ailə qanunvericiliyi ilə müəyyən olunmuş nikahın bağlanması şərtlərinə ciddi əməl olunmasına fəal kömək etməkdir.