İxtisas: Qrup: Kurs


) Yerli büdcələrin xərcləri və onların strukturu



Yüklə 27,1 Kb.
səhifə3/4
tarix15.01.2022
ölçüsü27,1 Kb.
#51301
növüReferat
1   2   3   4
Büdcə sistemi

3) Yerli büdcələrin xərcləri və onların strukturu

Yerli büdcələrin xərcləri-yerli özünüidarəetmə orqanlarının vəzifə və funksiyalarının maliyyə təminatına yönəldilən pul vəsaitidir. Yerli büdcələrin xərc hissəsinə yerli əhəmiyyətli məsələlərin, inzibati rayon və şəhərlərin iqtisadiyyatının və sosial sferasının idarə edilməsi və inkişafı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi xərcləri daxildir. Yerli büdcələrin xərc hissəsi yerli özünüidarxtmə orqanlarının maliyyələşdirdiyi kifayət qədər geniş növ xərc siyahısını əhatə edir ki, bunlarda əsasən aşağıdakılardan ibarətdir:


• yerli özünüidarəetmə orqanlarının saxlanılması;
• bələdiyyə mülkiyyətinin formalaşması və onun idarə edilməsi;
• təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, sosial müdafiə, sosial inkişaf, idman, kütləvi informasiya vasitələri, bələdiyyə mülkiyyətində olan və ya yerli özünüidarəetmə orqanlarının tabeçiliyində olan digər idarələrin təşkili, saxlanılması və inkişafı;
• ictimai asayişin qorunmasının bələdiyyə orqanlarının saxlanılması;
• bələdiyyə mənzil-kommunal təsərrüfatının (yaşayış evləri, küçə, həyət və bağların) təşkili, saxlanılması və inkişafı;
• bələdiyyə yol tikintisi və yerli əhəmiyyətli yolların saxlanılması;
• bələdiyyə qurumlarının və ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması;
• məişət tullantılarının istifadəsi və emalının təşkili;
• yerli özünüidarəetmənin qəbul etdiyi proqramların reallaşdırılması;
• bələdiyyə borclarına xidmət və onun ödənilməsi;
• əhalinin məqsədli dotasiyalaşdırılması;
• bələdiyyə arxivlərinin saxlanılması;
• bələdiyyə seçkilərinin və referendumlarının keçirilməsi;
• yerli əhəmiyyətli məsələlərə aid edilən sair xərclər. Bələdiyyə qurumlarının hakimiyyət orqanları yerli büdcələrdən xalq təhsili idarələrinin (məktəb, məktəbəqədər müəssisələr), səhiyyənin (poliknika, xəstəxana), mədəniyyət idarələri (klubların, muzeylərin, teatrların, kinoqurğuların və s.) və qeyri-istehsal sahəsinin bir çox digər idarələrin maliyyələşdirilməsini həyata keçirirlər. Bir sıra rayon və şəhərlərdə qeyri-istehsal sahələrinə məsrəflər büdcə xərclərinin yarıdan çoxunu təşkil edir. Yerli büdcələrdən mənzil-kommunal təsərrüfatının, əhali məskənləri və s. maliyyələşdirilməsi həyata keçirilir. Bir sıra rayonlarda yerli büdcə hesabına bələdiyyə sənayesinin və kənd təsərrüfatının inkişafına maliyyə dəstəyi göstərilir. Son illərdə yerli təcrübədə müəssisələrin yerli özünüidarəetmə orqaları ilə birlikdə infrastruktur obyektlərin yaradılmasında pay iştirakı metodundan istifadə edilir. Nəhayət, yerli özünüidarəetmə orqanlarının qarşısında ərazinin sosial-iqtisadi inkişafı məsələlərinin və ətraf mühitin qorunmasının həll edilməsində vətəndaşların səy və müstəqilliyini inkişaf etdirmək vəzifəsi qoyulur. Buradan da büdcə xərclərinin planlaşdırılmasının aşkarlığını təmin etmək, xərclərin maliyyələşdirilməsi üzrə büdcə məsələlərinin müzakirəsinə əhalini cəlb etmək yolu ilə bir sıra problemlər aradan qaldırılır. Xərclərin öz gəlirləri hesabına təmin olunmayan hissəsi (kəsir) dövlət büdcəsindən alınan dotasiya və sub- vensiya vasitəsilə örtülə bilər və respublikamızda da bu təcrübədən istifadə edilir. Lakin bu zaman bələdiyyə Şuraları yuxarı dövlət təşkilatlarına subvcnsiyların məqsədəuyğunluğunu sübut etməli və həmin vəsaitin alınmasına cəhd göstərməlidirlər. Dövlət büdcəsindən dotasiya, subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövləl büdcəsi xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz. Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı, ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alınır. Dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcə layihəsi tərtib edilərkən lazımı sənədlər və məlumatlar may ayının 1-dək müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Cari büdcə ilində yerli büdcələrə ayrılmış dotasiya isə 3,5 mln. manat təşkil edir. Bələdiyyələr ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada büdcədənkənar fondlar da yarada bilərlər. Belə fondlar məqsədindən asılı olaraq müddətli və müddəlsiz ola bilərlər. Müddətli büdcədənkənar fondlar adətən konkret problemin həlli məqsədilə yaradılır və həmin məsələnin həlli başa çatdıqdan sonra onlann fəaliyyəti dayandırılır. Müddətsiz büdcədənkənar fondlar isə çox hallarda yerli sosial-müdafiə və sosial inkişaf məsələlərinin müəyyən istiqamətləri üçün nəzərdə tutulur. Bələdiyyələrin büdcədənkənar fondlarının müəyyənləşdirilməsi məsələləri ölkə qanunvericiliyinə uyğun olaraq həll edilir.


Yüklə 27,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin