Maddi Mədəni irs nümunələri muzeylərin tədqiqat obyekti kimi



Yüklə 45 Kb.
səhifə1/4
tarix24.03.2022
ölçüsü45 Kb.
#54099
  1   2   3   4
Fidan-1-ci fəsil


I FƏSİL. MƏDƏNİ İRS ANLAYIŞININ TARİXİ KÖKLƏRİ

    1. Maddi Mədəni irs nümunələri muzeylərin tədqiqat obyekti kimi

Mədəni irs bir toplumun keçmişi ilə bağlı olan, onun kimliyini müəyyənləşdirən, həyati davamlılıqla birlikdə günümüzə gəlib çatan yerli və bəşəri dəyər mahiyyəti daşıyan hər cür maddi və qeyri- maddi sərvətlərdir. Bu mənada mədəni irs keçmişdən bu günə gəlib çatmış, insanların müntəzəm dəyişiklik halında olan dəyərlərin, inancların, məlumatalrın və ənənələrin birəksi olaraq təsəvvür etdikləri bir qaynaq toplusudur. “İrs” tarixi varisliyin ötürücüsüdür [8].

“Mədəni irs” anlayışı maddi və mənəvi mədəniyyətin dəyər statuslu nümunələrinin məcmusu kimi qavranılır [8]. Elmi mənbələrdə “mədəni irs” mədəni resurs mənbəyi kimi təqdim edilir. Bu mənadan “ mədəni irs” anlayışını mədəniyyətin əhəmiyyətli bir hissəsi və mədəniyyət tarixinin dəyər statuslu mühafizəkar qismi kimi də nəzərdən keçirmək olar.

Mədəni irs keçmişlə bu günün arasında olan mənəvi bir bağdır. Deməli mədəni irs eyni zamanda informasiyanın ötürücülük xüsusiyyətinə malikdir.

Mədəni irs məfhumunun dərk edilməsi,qorunması və təbliği məsələlərinə əsasən son yüzillikdən etibarən diqqət yetirilməyə başlanılmışdır. Daha dəqiq desək mədəni irs konseosiyasının inkişafı müharibə zamanı mədəni sərvətlərin qorunması kimi nisbətən məhdud məqsədlər güdən beynəlxalq aktların qəbul edilməsi ilə başlamışdır. Bu müharibə adət və qanunları haqqında IV Haaqa konvensiyasına 18 oktyabr 1907-ci ildə edilən əlavə və habelə silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 14 may 1954-cü il Haaqa konvensiyasıdır. Müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri əsas etibarı ilə məhz bu beynəlxalq sazişlə -“ Silahlı münaqişə zamanımədəni mülkiyyətin qorunması haqqında 1954-cü il Haaq Konvensiyası” ilə nizama salınır. Arxeloji qazıntılar zamanı aşkar edilən artefaktlar muzey dəyəri olan maddi mədəni irs nümunələri muzeylərin əsas tədqiqat obyektləridir. Muzey elmi tədqiqatların mərkəzi olub, muzeydə maddi mədəni irs nümunələrinin geniş elmi tədqiqatlar aparılır. Bu isə maddi mədəni irs nümunələrinin muzeylərin əsas obyekti olması deməkdir [9].

Milli mədəni irsə muzey, incəsənət, audiovizual (o cümlədən kino), teatr, kitabxana, əlyazma, arxiv, folklor, arxeologiya, etnoqrafiya, memarlıq, dekorativ-tətbiqi sənət nümunələri və tarix-mədəniyyət qoruqları aiddir. Mədəni irs nümunələri maddi (daşınmaz və daşınar) və qeyri-maddi mədəni irs nümunələrinə bölünür.

Mədəni irs nümunələrinin qorunması dedikdə, mədəni irs nümunələrinin silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla istənilən təhlükələrdən qorunması, habelə mədəni irs nümunələrinin zədələnməsi, deformasiyası, dağıdılması, sökülməsi, konfiqurasiyasının pozulması və ya silahlı münaqişələr, ixtişaşlar və ictimai asayişin pozulmasının digər halları da daxil olmaqla, istənilən təhlükələr nəticəsində dəyərini itirməsinin qarşısının alınması, mədəni sərvətlərin müəyyən edilməsi, tədqiqi, siyahıya alınması, monitorinqi və istifadəsinə nəzarət edilməsi məqsədi ilə mədəni irs nümunələrinin mühafizəsini təmin edən dövlət orqanları və bələdiyyələr tərəfindən həyata keçirilən hüquqi, maddi-texniki və təşkilati tədbirlər nəzərdə tutulur [2., s.201].

Milli mədəni irs obyektlərinin mühafizəsi mədəniyyət sahəsində dövlət reyestri sistemi vasitəsilə təmin edilir.

Mədəni irs nümunələrinin cari vəziyyəti mədəniyyət sahəsində dövlət monitorinqi vasitəsilə qiymətləndirilir.

Milli mədəni irs obyektlərinin sahiblərinə həmin obyektlərin mühafizəsini təmin etmək məqsədi ilə verilən təminatlar, habelə mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq 38.4-cü və 39.1-ci maddələrinə əsasən tənzimlənir.

Azərbaycan Respublikasında daşınmaz mədəni irs abidələri yerləşdirildiyi, aşkar olunduğu və ya inşa edildiyi məkanlarda qorunur.

Daşınmaz mədəni irs abidələrinin Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və mədəni sərvətlərin mühafizə siyahısına daxil edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir [1]. Həmin siyahılara daxil edilən qoruqların sərhədləri və mühafizə zonaları Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin (“İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının əraziləri istisna olmaqla) mühafizə zonaları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən müəyyən edilir.

Daşınmaz mədəni irs nümunələrinin onların yerləşdiyi və ya inşa olunduğu yerlərdə qorunması məqsədi ilə mühafizə zonaları yaradılır.

Daşınmaz mədəni irs nümunələrinin mühafizə zonası daxilində istehsal və kommersiya fəaliyyətinin, tikinti inşaat fəaliyyətinin həyata keçirilməsi (daşınmaz mədəni irs nümunələrinin mühafizəsi məqsədi ilə həyata keçirilən fəaliyyət istisna olmaqla), həmçinin bədii estetik görkəminin dəyişdirilməsi və onlar üçün təhlükə yarada biləcək hər hansı işlərin aparılması qadağandır. Qoruqların ərazilərində fəaliyyət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 18 mart tarixli 74 nömrəli qərarı ilə təsdiq edilmiş “Abidə qoruqlarının nümunəvi Əsasnaməsi”nə uyğun olaraq həyata keçirilir.

Qoruqların mühafizə zonaları və sərhədləri barədə təkliflər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazilərində isə  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilir [1].

Qoruqların mühafizə zonalarını və sərhədlərini müəyyən etmək məqsədi ilə ekspertizanın həyata keçirilməsini Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi təmin edir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu Qaydanın 3.4-cü bəndində göstərilən ekspertizanın nəticələrini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilən təkliflərə əlavə etməlidirlər.

Dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işlərinin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və müvafiq ərazi üzrə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi,  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə razılaşdırılmalıdır. Layihədə nəzərdə tutulmuş işlər Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazilərində isə  İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təyin edilmiş mütəxəssisin iştirakı ilə həyata keçirilir.

Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, konservasiyası, təmir-tikintisi, rekonstruksiyası, ərazilərinin abadlaşdırılması “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Mədəni irs nümunələrinin bərpası aşağıdakı üsullarla həyata keçirilir [1]:


  • mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi;

  • bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlərin müvəqqəti ixrac edilməsi.

Mühafizənin bərpa dərəcəsi obyektin ilkin təyinatına qaytarılması üçün bərpa işlərinə ehtiyacı olan mədəni sərvətlərə şamil edilir. Mədəni sərvətlərə bərpa mühafizə dərəcəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 26 may tarixli 204 nömrəli qərarı ilə təsdiq edilmiş “Mədəni sərvətlərə mühafizə dərəcəsinin tətbiqi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Daşınar mədəni sərvətlər Azərbaycan Respublikasının Milli Mədəniyyət Əmlakının Dövlət Siyahısına və Mədəni Sərvətlərin Mühafizə Siyahısına daxil edilərək qorunur.

Əsas məqsədi daşınar mədəni sərvətlərin qorunması, saxlanması və ya sərgilənməsi olan muzeylər, kitabxanalar, arxivlər, dini qurumlar, arxeoloji komplekslər və bu qəbildən olan digər təşkilatlar tərəfindən aşağıdakı sxemdə qeyd olunan tədbirlər həyata keçirilməlidir:


Yüklə 45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin