Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Və Menecment Universiteti Fakültə



Yüklə 82,14 Kb.
səhifə1/9
tarix12.06.2023
ölçüsü82,14 Kb.
#129156
  1   2   3   4   5   6   7   8   9
Səbuhi, kurs işi


Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi
Azərbaycan Turizm Və Menecment Universiteti


Fakültə: Sosial Menecment
Kafedra: Beynəlxalq münasibətlər
İxtisas: Sosial iş
Qrup: Sİ2102
Kurs işi rəhbəri: Zeynalova Gülnar
Tələbə: Zeynalov Səbuhi
Mövzu: Narkomaniya sosial işə təsir göstərən amil kimi

Bakı 2023
MÜNDƏRİCAT
GİRİŞ..............................................................................................................................................3
I FƏSİL. GƏNCLƏRİN NARKOMANİYANIN SOSİAL AMİLİ KİMİ TƏHLİLİNİN NƏZƏRİ ASPEKTLƏRI
1.1. Gənclər arasında narkomaniyanın sosial mahiyyəti..................................................................5
1.2. Narkomaniyanın gənclərin deviant davranış formalarının sosioloji təhlili...............................8
1.3. Narkomaniya və narkobiznesin hüquqi aspektləri...................................................................12
II FƏSİL. NARKOMANİYADAN ƏZİYYƏT ÇƏKƏN ŞƏXSLƏRLƏ SOSİAL İŞİN FORMA VƏ METODLARI
2.1. Azərbaycanda narkotik aludəçiliyindən əziyyət çəkən şəxslərin sosial vəziyyəti....................15
2.2. Narkotik asılılığından əziyyət çəkən şəxslərin reabilitasiya üsulları və tədbirləri....................17
NƏTİCƏ.......................................................................................................................................23
ƏDƏBİYYAT SİYAHISI............................................................................................................25


GİRİŞ
Mövzunun aktuallığı: Narkomaniya, ayrı-ayrı sosial təbəqə, siniflərə və qruplara bölünən qədim zamanlardan yaranmış, “narko” - bihuşluq, “maniya” - asılılıq yunan sözlərinin birləşməsindən yaranmışdır. Narkotik vasitələrin qanunla müəyyən edilmiş narkotik vasitə kimi təsnifatı çox vaxt narkotiklərə nəzarət qaydalarının pozulmasına görə cəzaları artırır.
Narkotizm problemi bir sıra problemlər kimi Azərbaycan Respublikasında vacibliyi ön plana çıxmış və bu istiqamətdə tədbirlər görülməyə başlanmışdır. Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizə ilk dəfə Heydər Əliyevin rəhbərliyi ilə 18 iyun 1999-cu il tarixli “Narkotik maddələrin, psixotrop vasitələrin və prekursorların qanunsuz dövriyyəsinə mübarizə” Qanunu qəbul edilmişdir.
Statistikaya görə, ölkəmizdə narkotik istifadəçilərin sayının çoxalması tendensiyası müşahidə olunur. 2019-cu ildə qeydiyyata alınmış narkotik istifadəçilərinin sayı 32 min 921 nəfər, 2020-ci ildə isə bu göstərici 33 min 788 nəfər, 2021- ci ildə isə bu statistika 34 min 602 nəfər olmuşdur. Azərbaycanda kişilərə nisbətən bu xəstəliyinə düçar olmuş yeniyetmələrin və qadınların sayı dəfələrlə azdır. Onlardan 2019-cu ildə 9 yeniyetmə və 641 qadın, 2020-ci ildə 9 yeniyetmə və 618 qadın, 2021-ci ildə isə bu göstərici 14 yeniyetmə və 566 qadın müşaiyət olunub. İstifadə olunan narkotik növlərindən F11-24 min (opioid tərkibli preparatlar) - 850 nəfər, F12 (kannabinoid) - 9 min 752 nəfər və F15 (psixostimulyator) -3 min 107 nəfər istifadəçiləri təşkil edir.

Yüklə 82,14 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin