İxtisas: Tibb Bacısı Kurs: 1 Qrup


Word redaktorundakı tab-vərəqlər



Yüklə 44,98 Kb.
səhifə2/3
tarix24.12.2023
ölçüsü44,98 Kb.
#193379
1   2   3
71-73 inf

Word redaktorundakı tab-vərəqlər. Word redaktorunda aşağıdakı tab-vərəqlər reallaşdırılmışdır:
 Главная (Ev) tab-vərəqi. Bu tab-vərəqə daxil olan əmrlər yaradılmış sənədin mətni üzərində müxtəlif redaktə, formatlaşdırma, strukturlaşdırma və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur. Həmin əmrlər sənəddə şriftin seçilməsi, ölçüsünün, üslubunun, rənginin dəyişdirilməsi, abzaslarla və siyahılarla iş, sənəddə fraqmentin axtarılması, əvəz edilməsi, mətnin və ya onun fraqmentinin qeyd edilməsi, köçürülməsi, silinməsi, başqa yerə daşınması, mübadilə buferində saxlanılması, istifadəsi və digər funksiyaları yerinə yetirir.
 Вставка (Əlavə etmə) tab-vərəqi. Bu tab-vərəqin əmrləri Word sənədlərinə yeni obyekt, o cümlədən cədvəl, şəkil, diaqram, simvol, düstur daxil etmək, həmçinin mətnin səhifələrinin nömrələnməsi, səhifələrə sərlövhələrin (təkrarlanan yazıların) əlavə edilməsi və s. əməliyyatları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.

 Разметка страницы (Səhifə düzəni) tab-vərəqi. Bura səhifənin parametrlərinin tənzimlənməsi, o cümlədən vərəqin kənarlarından məsafənin qoyulması, vərəqin ölçüsünün və istiqamətinin seçilməsi, mətnin sütunlara bölünməsi, səhifənin fonunun və sərhədinin, abzasların parametrlərinin tənzimlənməsi və s. əməliyyatlar daxildir.


 Ссылки (İstinadlar) tab-vərəqi. Bu tab-vərəqdə mündəricatın, predmet göstəricinin, haşiyənin, istinadların qoyulması və digər əməliyyatları yerinə yetirən əmrlər daxil edilmişdir.
 Рассылки (Göndərişlər) tab-vərəqi. Bu tab-vərəqə konvert, yarlıq, etiket formalarının yaradılması, sənədlərin birləşdirilməsi və s. əmrlər daxil edilmişdir.
 Рецензирование (İcmal) tab-vərəqi. Bu tabvərəqdəki əmrlər mətnlərin orfoqrafik yoxlanılması, qeydlərin qoyulması, səhvlərin düzəldilməsi və s. kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.
 Вид (Görünüş) tab-vərəqi. Bu tab-vərəqdəki əmrlər redaktorun əsas pəncərəsinin görünüşünü tənzimləmək, müxtəlif baxış rejimlərinə keçmək, miqyası dəyişdirmək, makroslar yaratmaq, eyni zamanda bir neçə sənədin açıldığı pəncərələr ilə işləmək, bir pəncərədən digərinə keçmək, onları ekranda idarə etmək və s. kimi əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur.
Cəld alətlər paneli lentin yuxarı sol güncdə yerləşir (şək.1.2). Bura daha tez-tez istifadə olunan əmrlər daxil edilir və istifadəçinin işini asanlaşdırmaq məqsədi daşıyır. Hər hansı bir əmr düyməsini cəld alətlər panelinə əlavə etmək üçün şəkildə göstərilən Настройка панели быстрого доступа (Cəld müraciət panelini fərdiləşdir) düyməsindən istifadə olunur. Bu düyməni

basdıqda açılan kontekst menyudan olan istənilən əmri cəld alətlər panelinə çıxarmaq mümkündür (şək.1.3.). Bunun üçün kontekst menyuda siçanın göstəricisini həmin əmrin adının üzərinə gətirib siçanın sol düyməsini basmaq lazımdır. Bu zaman kontekst menyuda həmin əmrin qarşısında  işarəsi əmələ gəlir. Hər hansı əmri cəld alətlər panelindən çıxarmaq üçün kontekst menyuda aktiv olan düymənin adının üzərində siçanın sol düyməsini basmaq kifayətdir. Bu zaman  işarəsi silinəcək. Kontekst menyuda olmayan hər hansı başqa əmri cəld alətlər panelinə yerləşdirmək üçün kontekst menyunun Другие команды… (Digər əmrlər...) bəndindən istifadə olunur. Bu zaman Параметры Word (Word seçimləri) dialoq pəncərəsinin Настройка (Fərdiləşdir) bölməsi açılır (şək.1.4). Burada Выбрать команды из: (Əmri seç:) hissəsində olan açılan siyahıdan lazım olan əmri seçərək Добавить (Əlavə et) düyməsini basmaqla onu sağ tərəfdə olan Настройка панели быстрого доступа (Cəld müraciət panelini fərdiləşdir) siyahısına əlavə etmək mümkündür. Cəld alətlər panelindən əmrin pozulması üçün sağ siyahıdan həmin əmri seçib Удалить (Təmizlə) düyməsini basmaq lazımdır.





Sonda dialoq pəncərəsinin aşağısında olan OK (Təsdiq) düyməsi basılmalıdır ki, bütün dəyişikliklər qəbul edilsin. Aparılmış dəyişikliklərdən imtina etmək üçün Отмена (İmtina) düyməsini basmaq lazımdır. İşçi sahənin ölçülərinin tənzimlənməsinə və abzasın qoyulmasına xidmət edən xətkeşlər proqram pəncərəsində cari işçi sahənin yuxarı hissəsində və sol tərəfində yerləşir. Əgər xətkeşlər ekranda yoxdursa, onları Вид (Görünüş) tab-vərəqinin Показать или скрыть (Göstər və ya gizlət) qrupundan Линейка (Xətkeş) əmrini seçməklə ekrana çıxarmaq olar.



Yüklə 44,98 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin