Sürüşdürmə çubuqları.
Sürüşdürmə çubuqları işçi sahənin sağ və aşağı hissələrində yerləşirlər. Mətn ekrana tam yerləşmədikdə, bu çubuqların köməyi ilə onu şaquli (aşağı və yuxarı) və ya üfüqi (sol və sağ) istiqamətlərdə hərəkət etdirmək mümkündür. Bunun üçün siçanın göstəricisini çubuqların seçilmiş (açıq rəngli) hissəsinin üzərinə gətirib sol düyməni basmaqla lazımi istiqamətə daşımaq lazımdır. Mətni çubuqların uc hissələrində olan oxlar vasitəsilə də hərəkət etdirmək olar. Şaquli sürüşdürmə çubuğundan aşağıda üç əlavə keçid düyməsi yerləşir. Həmin düymələr vasitəsilə mətn daxilində cari səhifədən əvvəlki və ya sonrakı səhifəyə, həmçinin sənəddə olan müəyyən obyektə keçmək mümkündür. Burada obyekt qismində səhifə, bölmə, cədvəl, şəkil, başlıq və s. ola bilər.
İnformasiya sətri İnformasiya sətri pəncərənin aşağı hissəsində axırıncı sətirdə yerləşir. Bu sətirdə sənəddəki səhifələrin ümumi sayı, ekrandakı səhifənin sıra nömrəsi, cari sətrin səhifədəki sıra nömrəsi, kursorun sətirdə mövqeyi, iş prosesində istifadəçi üçün əhəmiyyətli olan digər məlumatlar əks olunur. İnformasiya sətrinin sağ tərəfin-də sənədə baxış rejimləri və miqyasın müəyyən edilməsi üçün düymələr yerləşdirilmişdir. Sənədə baxış rejimləri hissəsində beş əmr düyməsi yerləşir:
Разметка страницы (Səhifə düzəni) – bu rejim mürəkkəb formatlaşdırma əməliyyatlarını yerinə yetirir. Adətən, sənədlər bu rejimdə daxil edilir. Bu rejimdə sənəd çap zamanı görünən formada olur.
Режим чтения (Tam ekran oxuması) – oxuma rejimi adlanır. Bu rejim sənədlərin ekranda oxunuşunu asanlaşdırmağa xidmət edir. Bu rejimdə işləyərkən mətnlər avtomatik olaraq Microsoft ClearType texnologiyasının köməyi ilə əks olunur (şək.1.5). Microsoft ClearType texnologiyası oxuma rejimində mətnin şriftlərinin ölçüsünü dəyişdirməyə imkan verir, lakin bu zaman sənəddə heç bir dəyişiklik baş vermir. Oxuma rejimindən çıxmadan sənədin mətni üzərində redaktə əməliyyatlarını yerinə yetirmək mümkündür. Bunun üçün oxuma rejimində Параметры просмотра (Baxış seçimləri) menyusundan Разрешить ввод (Daxil etməyə icazə ver) əmrini seçmək lazımdır (şək.1.6).
веб-документ (veb düzəni) – bu rejim sənədin veb səhifədə oldugu kimi görünüşünü təsvir edir.
структура (struktur) – böyük tipli sənədlərlə işi asanlaşdırmaq üçün bu rejimdən istifadə olunur. Bu zaman sənədin yalnız mətn hissəsi ekranda görünür. Hər bir sənəd başlıqları ilə seçilən hissələrdən (məs., fəsillər), bu hissələr öz növbəsində kiçik hissələrdən ibarət olur.
Bu rejimdə başlıqların strukturu ilə tanış olmaq, onların sırasını dəyişdirmək, yeni hissələr əlavə etmək, mövcud hissələri silmək və s. əməliyyatları aparmaq mümkündür.
черновик (qaralama) – bu rejim mətn üzərində formatlaşdırma əməliyyatlarını tez yerinə yetirməyə imkan verir. Lakin bu rejimdə sənədin bəzi elementləri (məs., şəkil, sərlövhə və s.) görünmür. Yuxarıda qeyd olunan sənədlərin baxış rejimlərinə Вид (Görünüş) tab-vərəqinin Режимы просмотра документа (Sənədə baxış rejimləri) qrupunda Разметка страницы (Səhifə düzəni), Режим чтения (Tam ekran oxuması), Веб-документ (Veb düzəni), Структура (Struktur), Черновик (Qaralama) əmrləri vasitəsilə də müraciət etmək olar (şək.1.7). Bir neçə sənədlə eyni zamanda işləmə. Bəzən Word redaktorunda bir neçə sənədlə eyni zamanda işləmək zərurəti yaranır. Bunun üçün həmin sənədlər açılmalı, yəni aktiv olmalıdır. Sənədin birindən digərinə keçmək, informasiya mübadiləsi etmək üçün Вид (Görünüş) tab-vərəqinin Окно (Pəncərə) qrupundakı əmrlərdən istifadə olunur:
Новое окно (Yeni pəncərə) – aktiv pəncərəyə uyğun yeni ikinci pəncərənin açılması.
Упорядочить все (Hamısını nizamla) – ekranda açılmış bütün pəncərələrin eyni anda ekrana çıxarılması və sıra ilə düzülməsi. Bu rejimdə pəncərələrdə olan fayllar arasında informasiya mübadiləsini aparmaq asan olur.
Разделить (Böl) – aktiv pəncərənin bir neçə hissəyə bölünməsi əməliyyatıni yerinə yetirir. Bölgünü götürmək üçün onu ekranın aşağı hissəsinə daşımaq lazımdır.
Рядом (Yan-yana görünüş) – pəncərələr ekranda yan-yana yerləşdirilir. Əmri yerinə yetirdikdən sonra aktiv olan Синхронная прокрутка (Sinxron sürüşdürmə) düyməsi vasitəsilə pəncərələri eyni anda hərəkət etdirmək mümkündür. Восстановить расположение окна (Pəncərənin mövqeyini bərpa et) düyməsi vasitəsilə pəncərələr ekranı bərabər bölməklə açıq vəziyyətdə olur. Перейти в другое окно (Başqa pəncərəyə keç) - Word redaktorunda açılmış istənilən sənədə keçmək üçün istifadə olunur.
Nəticə Microsoft Word Mətn Redaktoru, iş və təhsil sahəsindəki fəaliyyətlər üçün ən tələb olunan və ən effektiv alətlərdən biridir. İstifadəçilərə geniş formatlandırma və düzəliş imkanları təklif edən bu proqram, sənəd hazırlama və mübadiləsi prosesini asanlaşdırır. Microsoft Word, ətraflı xüsusiyyətləri və müstəqil interfeysi ilə bir çox istifadəçinin əsas mətn redaktor seçimi olmağını əmin edir. Bu, müstəqil işçilərdən böyük şirkətlərə qədər hər kəs üçün müstəqil və effektiv işləmə imkanı təmin edir.
İstifadə olunmuş ədəbiyyat siyahısı: Microsoft-Word-2010-mtn-redaktoru.pdf (researchgate.net)