İxtisas: tspx kurs: IV fənn: Defektologiya və loqopediyanın əsasları



Yüklə 85,2 Kb.
səhifə30/36
tarix29.12.2021
ölçüsü85,2 Kb.
#48730
1   ...   26   27   28   29   30   31   32   33   ...   36
Defektologiya-və-loqopediyanın-əsasları-TSPX-4

Açıq rinolaliya.Bu xəstəliyin əmələ gəlməsində ata-ananın müxtəlif xəstəliklər keçirməsi və ya uşaqların ana bətnində ikən qida mübadiləsinin düzgün getməməsi nəticəsində baş verən xəstəlikdir.Və bunun nəticəsində uşaqda yuxarı dodağın yumşaq və sərt damağın tam birləşməsindən əmələ gələn burun və ağız boşluğunun arasında olan sərhəddin pozulması müşahidə olunur.Bu nöqsanlar bir neçə şəkildə ola bilər.

  • Dodağın və dişarası sahənin arasında yarığın olması.

  • Yumşaq dadoğın boylama yarıq olması.

  • Yumşaq damağın qısa olaraq burun boşluğuna keçən yolu tamamilə qapaya bilməməsi.

  • Dilçəyin tamamilə olmaması.

Yarıqlar xarakterinə görə müxtəlif olurlar.

a)bütöv yarıqlar

b)yarımçıq yarıqlar

c)birtərəfli yarıqlar

d)ikitərəfli yarıqlar.

Nitq zamanı rinolaliyalı uşağın nəfəsi yarımçıq, nəfəsalması isə qısa olur.Açıq ronilaliyalı olan uşaqların udlaq və yumşaq damaq əzələləri gərginləşə bilmir.Bundan başqa dil, dodaq və üz əzələləri də zəif hərəkətli olur.Yuxarıda göstərilən anatomik nöqsanları cərrahi yolla aradan qaldırmaq lazımdır.Əməliyyatdan sonra xəstə yenə də tıntın danışa bilər.Onunla mütləq xüsusi iş aparmaq lazımdır ki, uşaq düzgün danışa bilsin. Damaq yarıqlarının dərinliyindən asılı olaraq nitq səsinin yaranması və formalaşması da mürəkkəbləşir.Qüsur ağır olduqda ətrafdakılar,hətta uşağın valideynləri də onun nitqini anlamırlar.Nitqin inkişaf prosesində rinolaliyalı uşaqlar bu və ya digər səsin düzgün tələffüzünə çalışdığı halda özlərindən asılı olmayaraq artikulyasiya aparatını gərginləşdirilər.Bunun nəticəsində üz, alın,burun əzələləri hərəkət etmiş olur.Belə ki,nitq bütün üz əzələlərinin hərəkəti ilə müşayət olunur.Yadda saxlamaq lazımdır ki, ağız boşluğu təkcə tənəffüz prosesini yerinə yetirmir,həm də orqanizm üçün vacib olan qidalanmadada iştirak edir.Buna görə də nitqin üz əzələlərnin hərəkəti, periferik nitq aparatının anatomik qüsurları uşağın fiziki inkişafınada təsir göstərir.




Yüklə 85,2 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin