GÖRMƏ VƏ EŞİTMƏ QÜSURLU UŞAQLARDA NİTQİN
İNKİŞAFI.
Uşağın normal inkişafına maneçilik törədən nöqsanlar müxtəlifdir. Bunlardan biri də korluqdur.Kor və zəif görən uşaqların müalicəsi və proflaktikası,korluğu yaradan səbəblər tibb elminin qarşısında duran bir problemdir.Korluğu əmələ gətirən xəstəliklər müxtəlifdir.Aparılan tədqiqatlar göstərir ki, korluq əsasən neyroinfeksion xəstəliklərin baş beyinin və başın müxtəlif travmaları nəticəsində baş verir.Alimlərin fikrincə korluğun əsas səbəblərindən biri gözün otrafiyası(yığılma və daralma),göz orqanlarının zədələnməsidir.Anadangəlmə korluq göz billurunun bulanması nəticəsində baş verir. Uşaqlarda anomal inkişafın ümumi qanunauyğunluqları vardır.Bu baxımdan görmədəm məhrum olan uşaqalar müxtəlif dərəcədə müşahidə etmək olar.Bunlar aşağıdakı kimi özünü göstərir.
Hər iki gözdə mütləq korluq olduqda işıq duyma,rəng qabiliyyəti itirilmiş olur.
Praktik görmədə isə işıq duyma müəyyən dərəcədə olur və rəngləri seçmə qabiliyyəti mümkündür.
Kor və zəif görən uşaqlarda nitqin inkişafı vasitəsilə əşyaların hərəkətini, təsüratını, inkişafını yaxşılaşdırmaq mümkündür.Müəllim və tərbiyəçilərin rəhbərliyi ilə fəal, məqsədyönlü fəaliyyət prosesində kor uşaqlar bilik,bacarıq və vərdişlər sisteminə yiyələnir, onlarda eşitmə və hərəkətetmə yaranır. Bunun sayəsində qavrayış,sərbəst təfəkkür, nitq kimi mürəkkəb psixi proseslər inkişaf edir.Düzgün təlim metodu tətbiq olunduqda kor və zəif görən uşaqlar oxumaq,yazmaq kimi vərdişlərə yiyələnirlər. Oxumaq və yazmaq kimi vərdişləri uşaqlara öyrətmək üşün Brayl əlifbasından istifadə olunur.Brayl əlifbası vasitəsilə uşaqlara səs və hərfləri normal şəraitdə oxuması aşılanır. Bu əlifbada ayrı-ayrı xəttlərin birləşməsi və onların üzərində olan hərflərin vasitəsilə uşaqlara oxumağı alışdırmaq olar. Görmə analizatoru öz funksiyasını itirdikdə eşitmə, hissetmə,lamisə orqanları öz qüvvəsini artırır.Uşaqlarda oxu və yazı vərdişləri inkişaf etməyə başlayır. Kor və zəif görən uşaqlar materialı mənimsəməsinə görə aşağıdakı kimi qruplaşdırılır.
a)Yaxşı yaddaş, qavraması tez olan uşaqlar.
b)Əsəbi,gec qavrayan, diqqəti davamlı olmayan uşaqlar.
c)Pis yaddaş,qavraması zəif olan uşaqlar.
Təcrübə təsdiq edir ki, görmə qüsurlu olan uşaqlarda aşağıda qeyd olunan formatda iş aparılır. - Uşaqlarda fonetik anlayışlar;hərf,sait, hecaları mənimsəməkdə çətinlik çəkirlər. Bu çətinlikləri aradan qadırmaq üçün loqopedlərin üzərinə böyük iş düşür.Bu çətinlikləri aradan qaldırdıqdan sonra uşaqlarda konkret faktlarla yanaşı mücərrəd faktları da dərk edirlər.
Səs və hərf anlayışlarının fərqləndirilməsinə görə uşaqları aşağıdakı qrupalara bölmək olar.
Uşaqlar səsləri və hərfləri hər iki mühüm əlamətə görə fərqləndirməyi bacarır.
Uşaqlar səs və hərfi yalnız idrak əlamətlərinə görə səciyyələndirir.
Uşaqlar fərqləndirmə üçün nitq fəaliyyəti ilə bağlı olan əlaməti əsas götürür.
Uşaqlar saitlə samitləri bir-birindən asanlıqla fərqləndirə bilmirlər.
Məlumdur ki, uşağın inkişafında eşitmənin rolu əsasdır. Uşaq böyüklərin nitqini eşidir,onu təqlid edərək müstəqil danışmağı öyrənir.Eşitmə həmçinin uşağın intellektual inkişafına da təsir göstərir.Eşitmə vasitəsilə uşaq özünə nəzarət edir.Eşitmə uşaqların savad təlimində oxu və yazı vərdişlərinə yiyələnmək üçün əsas şərtlərdən biridir.Uşağın eşitmə funksiyasının normal inkişaf prosesini bir neçə mərhələyə bölmək olar.
Doğulduqdan sonra ilk saatlarda uşaq hər hansı bir səsə reaksiya verir.Belə ki, bu zaman onun nəbzi tez-tez vurur,nəfəs alma aktı sürətlənir.
Üç ayında uşaqlarda səsin ucalığlına və tembrinə görə fərqləndirmək bacarığı formalaşır.
10-11 ayında ritmi və intonasiyanı fərqləndirmə bacarığı formalaşır.
Uşaqda nitqin yaranması ilə eşitmə funksiyasının daha da inkişaf etməsi başlanır.
Karlıq eşitmənin ən ağır pozulmasıdır. Karlıq anadan gəlmə və sonradan qaznılaraq yarana bilər. Anadan gəlmə karlıq çox az təsadüf olunur.Bətndaxili mərhələdə eşitmə orqanın düzgün inkişaf etməməsi və irsiliyin təsiri nəticəsində karlığın baş verməsi anadan gələmə karlığın səbəbi kimi göstərilir.Həyatda qazanılan karlığın səbəbləri isə bunlardır;Yoluxucu xəstəliklər,fiziki və mənəvi travmalar.Qazanılma karlıq daha çox daxili qulağın eşitmə sinirlərinin zədələnməsi nəticəsində baş verir.Karlığın baş vermə səbəblərindən asılı olaraq erkən karlıq ( nitqin inkişafdan əvvəlki mərhələsi),sonradan qazanılmış karlıq(nitqin inkişafından sonra baş vermiş karlıq).Əgər karlıq zamanı nitqin qazanılması qeyri mümkündürsə ,ağır eşitməyə xüsusi şərait yaradılarsa,səsin hündürlüyü xüsusi səs gücləndirici vasitəsilə nitqin qazanılmasını artırır.Ağır eşidən uşaqların nitqinin vəziyyəti aşağıdakı kimi izah olunur.
Eşitmənin zəifliyi nəticəsində. Uşaq nə qədər ağır eşidirsə,bir o qədər pis danışır.
Eşitmə qüsurunun əmələ gəlməsi nəticəsində. Əgər eitmə 3 yaşında pozulubsa,uşaqda lüğət ehtiyatı,tələffüz və qrammatik forması ola bilər.Əgər eşitmə məktəb yaşı dövründə pozulubsa,onda belə uşaqlarda cingiltili səslər karlaşmış olur.
Dostları ilə paylaş: |