Rəqəmsal Kriminalistikanın əsasları (Digital Forensics fundamentals)
Bu fənn çərçivəsində təhlükəsizlik insidentlərinin araşdırılması, eləcə də, rəqəmsal kriminalistikanın həyata keçirilməsi, rəqəmsal sübutların identifikasiyası, toplanılması, sənədləşdirilməsi, saxlanılması, istifadə olunması, mühafizəsi və təqdim olunması sahəsində zəruri mövzuların tədrisi həyata keçirilir. Məhkəmə kompüter-texniki ekspertizasının/rəqəmsal kriminalistikanın anlayışı, növləri və prinsipləri, kriminalistik diaqnostika və tədqiqat prosesi, rəqəmsal kriminalistik taktika və texnika, rəqəmsal sübutların əldə olunması və təhlili üçün zəruri resurslar, eləcə də, rəqəmsal kriminalistikanın bəzi problemləri barədə biliklərin əldə edilməsi diqqətdə saxlanılmalıdır. Bununla yanaşı tələbələr təcrübədə açıq kodlu həllərin və eləcə də qabaqcıl istehsalçıların həllərini öyrənəcəklər.
|
8
|
25
|
Sənaye idarəetmə sistemlərinin təhlükəsizliyi (Security of industrial management systems)
Bu fənndə tələbələr kritik infrastrukturlar və onların əhəmiyyətini öyrənərək kritik infrastrukturlarda kibertəhlükəsizlik mövzuları ilə tanış olacaq, İT muhitində olmayan protokolları (modbus, DNP3, ICCP və.s), texnologiyaları (SCADA, PLC, DCS, ve.s) və OT (Sənaye idarəetmə sistemlərinin) mühitinin təhlükəsizliyinin təmin olunması üsul və vasitələrini öyrənəcəklər.
|
5
|
26
|
Mülki müdafiə
Bu fənn çərçivəsində mülki müdafiənin əsasları, qüvvə və vasitələri, fövqəladə hallar və onların xarakteristikaları, fövqəladə hallarda əhalinin mühafizəsi, əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması yolları haqqında məlumat verilməli, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, fövqəladə hallarda sənaye obyektlərinin işinin dayanıqlığının əsasları və qiymətləndirilməsinə dair məlumat verilməlidir.
|
3
|
Cəmi
|
120
|
|
Dostları ilə paylaş: |