İXTİsas üZRƏ t ə h s I lproqram I ixtisasın (proqramın) şifri və adı: 050615 "İnformasiya təhlükəsizliyi" baki – 2022


Proqramın və hər bir fənnin təlim nəticələri



Yüklə 351 Kb.
səhifə15/18
tarix07.01.2024
ölçüsü351 Kb.
#206918
1   ...   10   11   12   13   14   15   16   17   18
Təhsil proqramı Inf. Təh. 2022 Adil (1)

Proqramın və hər bir fənnin təlim nəticələri




    1. Təhsil proqramının təlim nəticələri, eləcə də hər bir fənnin təlim nəticələrinin müəyyənləşdirilməsi və hər bir fənnin sillabusunun hazırlanması ali təhsil müəssisəsinin/akademik heyətin səlahiyyətindədir.

    2. Təhsil proqramının Təlim nəticələri və fənnlərin təlim nəticələri Əlavə 4-də əks olunmuşdur. Seçmə fənnlərin təlim nəticələri ali məktəb tərəfindən müəyyənləşdirilir. Təlim nəticələri matrisində (Əlavə 5) fənlərlə təlim nəticələri arasındakı əlaqə əks olunmuşdur.

    3. Təhsil Proqramının cəmiyyətin və əmək bazarının dəyişən ehtiyaclarına cavab verən nəzəri və praktiki məzmunu təmin etməsi məqsədilə cari təhsil proqramı və fənlərin sillabusları müntəzəm şəkildə yenilənməlidir.




  1. İnfrastruktur və kadr potensialı




    1. Təhsil Proqramının tədris, öyrənmə və qiymətləndirmə prosesi ali təhsil müəssisəsinin aşağıdakı infrastruktura malik olmasını zəruri edir:

  • tədris planında nəzərdə tutulan fənnlər üzrə dərslərin aparılması, praktiki və laboratoriya dərslərinin keçirilməsi üçün müvafiq proqram təminatı və internetə çıxışla təmin edilmiş kabinetlər, laboratoriyalar, kompüter sinifləri;

  • müvafiq layihə və elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün tələbə və müəllimlərin müasir fiziki avadanlıqla və ya simulyatorlarla təchiz olunmuş maddi-texniki bazaya, o cümlədən müstəqil tədqiqat apara bilmələri üçün fərdi qurğularının ali təhsil müəssisəsinin lokal şəbəkəsinə, internetə, aidiyyəti informasiya bazalarına, elektron kitabxanalara, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.

    1. Ali təhsil müəssisələrinin professor-müəllim heyəti, bir qayda olaraq, elmi dərəcəyə malik olur. O cümlədən dövlət, özəl müəssisələrdən və digər təşkilatlardan müvafiq təcrübəsi olan mütəxəssislər tədrisə cəlb oluna bilərlər.



  1. Təcrübə




    1. Təcrübə tələbənin nəzəri biliklərinin praktikada tətbiqi, eləcə də peşə bacarıqlarının gücləndirilməsi baxımından önəmlidir.

    2. Təcrübə özəl şirkətdə, dövlət müəssisəsində, tədqiqat laboratoriyasında (eləcə də universitet, AMEA, özəl yerli, yaxud beynəlxalq təşkilat və şirkətlər və s.) təşkil oluna bilər.

    3. Təcrübədən öncə ali təhsil müəssisəsi və təcrübə təşkil olunacaq şirkət/müəssisə/laboratoriya arasında müqavilə imzalanmalıdır. Eyni zamanda, tələbənin fərdi müraciəti əsasında onun ixtisasına uyğun digər şirkət/müəssisə/laboratoriyada, o cümlədən xaricdə təcrübə keçməsinə icazə verilir. Müqavilədə şərtlər, tələbələrin hüquq və öhdəlikləri və digər zəruri təfərrüatlar əks olunur.

    4. Təcrübə tələbənin təcrübə keçdiyi təşkilatda hazırladığı hesabat əsasında qiymətləndirilir.




  1. Kurs layihələri




    1. Tələbələr hər il müəyyən olunmuş bir fənn üzrə kurs layihəsi yerinə yetirirlər.

    2. Bu kurs layihələri fərdi və ya qrup şəklində hazırlana bilər.

    3. Kurs layihələri “İnformasiya Təhlükəsizliyi” sahəsinə aid praktiki əhəmiyyət kəsb edən mövzulara dair olmalıdır.



  1. Yüklə 351 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin