İXTİsasa giRİŞ


 Neft quyularının işinin yaxşılaşdırılması tədbirlərini həyata



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə23/66
tarix09.05.2023
ölçüsü0,91 Mb.
#110327
növüDərslik
1   ...   19   20   21   22   23   24   25   26   ...   66
Mirzacanzade Ixtisasa girish

4. Neft quyularının işinin yaxşılaşdırılması tədbirlərini həyata 
keçirmək üçün optimal quyu miqdarının seçilmə kriterisi
Neft istehsalını artırmaq üçün neft-mədən təcrübəsində müxtəlif 
üsullardan istifadə olunur. Ən səmərəli üsullardan biri polimer 
məhsulların tətbiqidir. 
Quyuların istismar şəraitinin yaxşılaşdırma üsullarının 
səmərəliliyi quyuların seçilməsindən xeyli asılıdır. Eyni zamanda 
müxtəlif tədbirləri həyata keçirmədən quyuların uzun müddətli 
istismarının qeyri-mümkün olmasına baxmayaraq indiyə qədər 
tədbirlərin səmərəliliyini təyin edən vahid metodika yoxdur. 
Ona görə də bu tədbirlərin səmərəliliyi hələlik 60–70%-dən artıq 
deyildir. 
Belə bir şəraitdə neft quyularında aparılan tədbirlərin tələb 
olunan həcmini təyin etməyin praktik əhəmiyyəti böyükdür. 
Bundan əlavə quyu hasilatının artırılma tədbirlərində quyu sayını 
müəyyən edən texniki-iqtisadi meyar (kriteri) bu günə qədər 
yoxdur. 
Aşağıda polimer məhlullarının tətbiqi effektivliyinin 
qiymətləndirilmə üsulları nəzərdən keçirilir və texniki-iqtisadi 
göstəriciləri yaxşılaşdırmaq məqsədilə tədbirlər aparılacaq 
quyuların optimal sayını müəyyənləşdirən müxtəlif meyarlar 
təhlil olunur. 
Bu məqsədlə iş şəraitinin yaxşılaşdırılması üçün polimer 
məhlullar tətbiq olunan 50 quyunun faktiki göstəriciləri istifadə 
olunur. Bu göstəricilərə əsasən cədvəldə quyuların sayından asılı 
olaraq neft artımı verilir. 
Quyuların sayından asılı olaraq neft artımı 7-ci cədvəldə verilir.
Cədvəl 7
Səmərəli 
quyuların
sayı
Ümumi
quyuların sayı
10
20
30
40
10
51.8
51.8
51.8
51.8
20
– 34.0
147.7
147.7
147.7
30
– 34.0
62.1
202.0
202.0
40
– 34.0
62.1
116.4
247.7
50
– 34.0
62.1
116.4
162.1
Aparılan tədbirlərin effektivliyi polimer məhlul tətbiqindən əvvəl 
və sonrakı quyu hasilatları müqayisəsi yolu ilə müəyyənləşdirilir. 
50 quyudan 10-da polimer vurulduqdan sonra hasilat azalır. Bu 


50
V. Qərarı necə qəbul etməli
quyular cədvəl tərtib olunanda səmərəsiz kimi qəbul edilmişdir. 
Əvvəlcə meyarların təhlili aparılır. Laplas kriterisinə görə 
belə fərz etmək olar ki, neft artımının orta qiyməti ehtimalı, 
bərabər ehtimallar qanunununa uyğundur. Beləliklə -nin müxtəlif 
qiymətləri (10, 20, 30, 40) ehtimalı ¼ qəbul olunur. Belə şəraitdə 
uyğun qiymətlər üçün hasilat artım ehtimalı tapılır.
 
 
= 10
51.8
N = 40
98.05
= 20
102.275 
N = 50
76.5
N = 30
103.025
Bu meyara əsasən quyuların sayı N = 30 seçilməlidir. 
Valna meyarına əsasən cədvəlin hər sətrindən ən kiçik say 
qiyməti çıxarılır və ən böyük qiymətə uyğun sətr seçilir. Buradan 
belə aydın olur ki, 




ij
j
i
a
min
max
olan sətri seçirik. Cədvəldəki 
qiymətlərə uyğun olaraq
 
 
= 10
51.8
N = 40
- 34.0 
= 20
- 34.0
N = 50
- 34.0
N = 30
- 34.0
Bu nəticələrə görə N = 10 seçilir. 
Qurvits kriterisinə əsasən ən kiçik neft artımını seçmək və ən 
böyük artımı nəzərə almamaq məsləhət görülür. 
Bu meyar belədir: 
H = kA + (1 - k)a,
burada 
A – verilmiş sətrdə ən böyük qiymət, 
a – ən kiçik qiymət, 
k – optimizm əmsalı. 
İndi nəzərdən keçirdiyimiz halda hər sətr üçün H hesablayaq və 
ən böyük H olan sətri seçək. Bizim hal üçün optimizm əmsalı 0.1; 
0.2; 0.5; 0.8; 0.9 alınır. 
Hesablama nəticələri 8 və 9-cu cədvəldə verilir. Bu cədvəldəki 
nəticələrə əsasən hadisəyə pestimistik yanaşdıqda quyuların sayı
N = 10, optimistik yanaşdıqda isə N = 40 seçilməlidir. 
Seviç kriterisinə əsasən n əmsalının hər bir qiyməti üçün seçilən 
ən əlverişli hal tapılır və hər sütun üçün uyğun qiymət hesablanır. 
N k -dan asılı olaraq quyu sayının maksimal qiyməti 8-ci 
cədvəldə verilir. 
Nəzərdən keçirilən hal üçün sütunlardakı qiymətlərdən 51.8 
çıxsaq Seviç kriterisinə əsasən quyuların maksimal sayı 9-cu 
cədvəldəki kimi olur. 


51
V. Qərarı necə qəbul etməli
Cədvəl 8

Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin