İxtisasın adı: Tərəvəz ustası (Tərəvəzçilik mütəxəssisi)
154
Öyrənmə elementinin vacibliyi haqqında məlumat:
Əziz tələbələr! Məlumdur ki, bitkilərin böyüməsi, inkişafı və yüksək məhsul verməsi
onların normal qidalanmasından çox asılıdır. Bitkilərin normal böyüyüb, yüksək məhsul
verməsi üçün gübrələrin rolu böyükdür. Gübrələr torpağın münbitliyinin artırılmasında
xüsusi əhəmiyyətə malikdir.
Əziz tələbələr! Siz bu təlim elementində ədviyyat, bitki çayları və dərman bitkilərinin
gübrə normalarının hesablanmasını öyrənəcək, bitkilərin müxtəlif qida maddələrinə olan
ehtiyacını müəyyən edə biləcəksiniz.
Tədris nəticəsinin təsviri:
Bu təlim elementini öyrəndikdən sonra siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:
Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin becərilməsində
gübrələmənin rolu və gübrələrdən səmərəli istifadə qaydalarını öyrənəcəksiniz;
Bitkilərdə qida maddələrinin çatışmazlığı və artıqlığı əlamətlərini müəyyən
edəcəksiniz;
Ədviyyat, bitki çayları və dərman bitkilərinə tətbiq edilən mineral gübrələri
tanıyacaqsınız;
Öyrəndiyiniz ədviyyat, bitki çayları və dərman bitkilərinin gübrə normalarını
hesablayacaqsınız.
Dostları ilə paylaş: