Məsələ 44: Malikə vacibdir ki, müqavilə əsnasında özünə etdiyi şərtlərə vəfa etsin. Belə ki, 42-ci məsələdə fərz olunan halda malikə vacibdir ki, həmin yeri icarəçiyə, yaxud icarəçinin onun xeyrinə olaraq kənara çəkildiyi üçüncü bir şəxsə, icarə haqqını artırmadan icarəyə versin. Həmçinin 43-cü məsələdə fərz olunduğu kimi malikə vacibdir ki, icarə müddətini, icarəçinin qalmağa meylli olduğu müddətə qədər həmin əvvəlki icarə miqdarında, yaxud adi qaydada (şərt olunan hər növdə) uzatsın.
Malik öz şərtinə əməl etməzsə və icarə müddətini uzatmaq istəməzsə, icarəçi şəriət hakiminə, yaxud başqasına müraciət etməklə onu öz şərtinə əməl etməyə vadar edə bilər. Lakin əgər hər hansı bir dəlilə görə onu öz şərtinə əməl etməyə vadar edə bilməsə, malikin razılığı olmadan caiz deyildir ki, icarə olunan yerdə təsərrüf etsin.
Məsələ 45: Əgər şərt, 42-ci və 43-cü məsələlərdə fərz olunduğu kimi, fel şərtində deyil, icarə əqdində qeyd olunsa (nəticənin şərti surətində) yə`ni (bizim fərz etdiyimiz halda) icarənin vaxtının uzadılması şərti olsa, belə ki, icarəçi maliklə şərtləşsin ki, o, ya da onun birbaşa, yaxud müəyyən yollarla müəyyən etdiyi şəxs həmin məhəlldə, təsərrüf etmək və ondan istifadə etmək haqqını illik müəyyən məbləğ vermək müqabilində, yaxud hər ildə adi qaydada verilən qiymət müqabilində olsun, bu halda icarəçi, yaxud icarəçinin tə`yin etdiyi şəxs malikinin razılığı olmadığı məhəldə təsərrüf və istifadə etmək haqqına malikdir və malikin yalnız razılaşılan məbləği tələb etməyə haqqı vardır.
17-İqrar və növ`i təqass qaydası barəsində müəyyən məsələlər
Bə`zi üqud, iyqa [üqud iki tərəfli, (nikah əqdi kimi), iyqa isə bir tərəfli olan (təlaq kimi) əqddir] və hüquq məsələləri ixtilaflıdır. Bu barədə şiə alimlərinin rə`yləri sair İslam məzhəbləri ilə bə`zi hallarda cüz`i, bə`zi hallarda isə külli şəkildə fərqlənir. Buna görə də bu kimi məsələlərlə əlaqədar şiələrin qeyri şiələrlə rəftarı barəsində sual olunur və mütəəxxir fəqihlər (Allah onlardan razı olsun!) bu məsəlinin hökmünü «ilzam qaydası» əsasında bəyan etmişlər. Yə`ni şiə olmayan şəxsləri öz məzhəblərinin hökmlərinə vadar etmək. Lakin bizim nəzərimizdə bu qayda sübuta yetmədiyindən, bu məsələni ilzam qaydasının canişini olan müxtəlif qaydalarla, məsələn növ`i təqass qaydası (yə`ni onların sünnət və hökmləri əsasında sizdən aldıqları kimi siz də onlardan alın), yaxud iqrar qaydası (şiə olmayan şəxslərlə, onların öz məzhəb hökmlərinə əsasən rəftar edərək onları öz məzhəb qanunlarına vadar etmək) uyğunlaşdırır və onların hökmünü bəyan edirik.
Məsələ 46: On iki İmamçı fiqh nəzərindən nikah əqdi şahid tutmadan da səhihdir. Lakin sünnü məzhəbləri bu məsələdə ixtilafa düçar olmuşlar. Onların bə`ziləri İmamiyyə ilə müvafiq, bə`ziləri isə hənəfilər, şafeilər, hənbəlilər kimi şahid tutmadan olan nikahı fəsad (yə`ni batil) hesab edirlər. Malikilər də məxfi şəkildə baş verən nikahı fasid (batil) hesab edirlər. Bunun fasid olduğunu idda edənlər özü də iki dəstəyə ayrılır:
Malikilər və hənbəlilərin çoxu səhih və ya batil olmasında ixtilaf olan bu cür nikahlar barəsində inanırlar ki, heç kəsin bu qadınla (yə`ni şahid tutulmadan əqdi oxunan və əqdi batil olan qadınla) izdivac etməyə haqqı yoxdur. Nikah əqdi kimin adına oxunubsa yalnız onun həmin qadına təlaq verməsindən, yaxud nikahı fəsx etməsindən sonra o qadının ərə getməyə haqqı vardır. Deməli, əgər ər bu iki məzhəbdən birinin ardıcılı olsa, belə bir qadınla izdivac edə bilməz, yalnız təlaq versə, yaxud nikahını fəsx etsə, (yenidən onunla öz məzhəbinə uyğun izdivac edə bilər).
Şafeilər və hənəfilər bu kimi nikah barəsində inanırlar ki, belə qadınla izdivac etmək olar və təlağa, yaxud nikahın fəsx edilməsinə də ehtiyac yoxdur.
Buna əsasən, əgər ər bu iki məzhəb ardıcılı olsa ilzam qaydasına əsasən ər öz məzhəbinin hökmlərinə vadar edilməlidir. Belə ki, əgər qadın onların nəzərində iddə saxlamağa ehtiyaclı olarsa, əzhər nəzər iddəsi qurtardıqdan sonra onunla nikahın caiz olmasıdır.
Həmçinin əgər qadın şiə, onun əri isə bu iki məzhəb ardıcılı olsa belə ki, onların nəzərində iddə saxlamağa ehtiyac olsa iddə tamam olduqdan sonra izdivac etməsi caizdir. Amma hər iki halda şübhədən xaric olmaq və ehtiyata riayət etmək üçün daha yaxşı olar ki, kişinin qadına təlaq verməkdən imtina etdiyi halda şəriət hakiminin vasitəsi ilə olsa belə onun təlağını alsınlar.
Məsələ 47: Sünnü alimlərinin nəzərində bir qadınla onun qardaşı qızı, yaxud bir qadın ilə onun bacısının qızını bir yerə cəm etmək caiz deyildir. Bu mənaya ki, əgər hər ikisini eyni zamanda (bir nəfərə) əqd edərlərsə, hər iki əqd batildir. Əgər əqdin biri digərindən sonra olarsa ikincisi batildir.
Lakin imamiyyə fiqhi nəzərindən bir qadının əqdi, onun qardaşı uşağının əqdindən sonra və eləcə də bir qadının əqdi bacısı qızının əqdindən sonra mütləq şəkildə caizdir. Həmçinin bir qadının əqdindən sonra onun qardaşı qızını əqd etmək və ya bir qadının əqdindən sonra onun bacısı qızını əqd etmək bununla şərtlənir ki, əvvəlcə o qızın bibisi və xalası razılıq vermiş olsunlar və ya sonradan da razılıq versələr caizdir.
Buna əsasən, əgər sünnülər bir qadınla onun qardaşı qızını, yaxud bir qadınla onun bacısı qızını cəm eləsələr, əgər onların əqdləri eyni zamanda olsa, onların məzhəbinə əsasən hər ikisi batil olduğuna görə imamiyyə ardıcıllarının nəzərinə görə onlardan hər biri ilə və ya qızın bibi ya xalası razı oluduğu surətdə hər ikisini əqd etməsi caizdir. Əgər sünnü kişinin əqdi eyni zamanda olmazsa, qeyd olunan fərzdə ikinci arvadının əqdi onların məzhəbinə görə batildir və şiə bir kişi onunla izdivac edə bilər. Hər ikisi imamiyyə şiəsi olduğu zaman o iki qadının hər biri barəsində bu hökm caridir.
Məsələ 48: İmamiyyə məzhəbinə əsasən təlaq verilmiş qadının yaisə və səğirə olsa yaxınlıq edilmiş olsa da belə, iddəsi yoxdur. Lakin sünnü məzhəblərinin nəzərinə görə (səğirə qız uşağı üçün iddə saxlamağın şərtlərindəki ixtilaflarla yanaşı) onlara da iddə saxlamaq vacibdir. Belə ki, əgər ər sünnü olsa, qadın isə yaisə və səğirə olan qadınına səğirə üçün iddə saxlamağın lazım olmasına e`tiqad bəsləyərək təlaq versə, öz məzhəbinin təlaq verilmiş qadının bacısını almaq və iddə dövründə bir yerə cəm edilməsi haram olan qadınların nikahının haram olması kimi qanunlarına riayət etməyə borcludur.
Şiə olan kişi üçün vacib ehtiyat budur ki, iddəsi tamam olmamışdan qabaq belə qadınla evlənməsin. O qadın da əgər şiə olsa, yaxud (sonradan) şiəliyi qəbul etsə iddəsinin axırına qədər gərək izdivac etməsin. Həmçinin əhvət nəzər odur ki, iddə dövründə öz ərindən nəfəqə almasın, baxmayaraq ki, ərinin məzhəbinə görə onun nəfəqəsini yeyən olsun. Amma əgər şərtləri mövcud olduğu zaman növ`i təqass qaydalarını icra etmək qəbilindən olsa o nəfəqəni ala bilər.
Məsələ 49: İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının müxtəlif şərtləri vardır ki, sair İslami məzhəblər nəzərindən onun heç biri, yaxud bə`ziləri təlaqın səhihliyində şərt sayılmır. Buna görə də əgər şiə olmayan bir şəxs öz qadınına onun məzhəbində səhih sayılan qaydada təlaq versə, amma həmin təlaq bizim məzhəb nəzərindən batil olsa, imamiyyə məzhəbi ardıcılı üçün, qarşı tərəfi öz məzhəbinin hökmlərinə əməl etməyə vadar etmək qanununa əsasən o qadının iddəsi qurtarandan sonra onunla izdivac etməsi caizdir, əgər öz məzhəbinə əsasən iddə saxlamalı olan qadınlardan olsa. Həmçinin təlaq verilmiş qadın imamiyyə şiəsi olsa başqası ilə izdivac edə bilər.
İmamiyyə fiqhi nəzərindən təlaqın səhih olmasının bə`zi şərtləri aşağıdakılardan ibarətdir, belə ki, sair məzhəblərin nəzərindən onların heç biri, yaxud bə`zisi şərt deyil:
1-Qadına, onunla yaxınlıq edilməmiş bir paklıq dövründə təlaq verilməlidir.
2-Təlaq qəti olmalıdır, heç nə ilə şərtləndirilməməlidir.
3-Təlaq yazılmaqla deyil, deyilməklə olmalıdır.
4-Təlaq icbar üzündən deyil, ixtiyar əsasında olmalıdır.
5-Təlaq iki adil şahidin hüzurunda verilməlidir.
Məsələ 50: Şafei məzhəbinə əsasən bir kəs bir şeyi alsa və onu görsə rö`yət ixtiyarından istifadə edə bilər, hətta alınan şey zikr olunan xüsusiyyətlərə müvafiq olsa belə. Halbuki, imamiyyə məzhəbi nəzərindən müştəri fərz olunan halda rö`yət ixtiyarından istifadə edə bilməz. Deməli, əgər şafei məzhəbi imamiyyə məzhəbinə nifuzlu olsa, belə ki, müştəri şafei məzhəbli olsa, bu kimi hallarda imamiyyə məzhəbində olan satıcıya, bu ixtiyardan istifadə edə bilər, imamiyyə şiəsi olan müştəri də bunun əvəzini çıxa bilər və növ`i təqass qaydasına əsasən şafei məzhəbli satıcı barəsində bu qaydadan istifadə edə bilər.
Məsələ 51: Əbu Hənifə və Şafei məğbun üçün ğəbn ixtiyarının olduğuna inanmırlar, halbuki bizim məzhəbimizdə bu ixtiyar sübuta yetmişdir. Zahirən bu ixtiyar haqqının sübut olub-olmaması o məğbun olmuş şəxsin qərarı qiymətə diqqətsizlik, malın hər qiymətə satılıb və alınması olduğu hallara şamil olmur. Fərz olunan bu halda zahirən ğəbn ixtiyar haqqı sübuta yetmir. Həmçinin müamilə edən iki tərəfin nəzəri artıq qiymətə deyil, bazar qiymətinə uyğun olaraq nəql-intiqal olmasıdır və məğbun olmuş şəxs də ğəbn edən şəxsin qiymətin yuxarı olmamasına dair sözünə e`tina etdiyi hallarda şamil olmur. Çünki zahirən hamının nəzərində bu kimi yerdə (alveri pozma) ixtiyarı satıcının aldatması cəhətindən sabitdir. Həmçinin bu haqq o yerlərə şamil olmur ki, xüsusi ürfün nəzərində zehndə olan şərt əsasında-fəsx haqqından başqa-qiymət fərqini tələb etmək kimi sair haqq mövcud olsun.
Hər halda İmamiyyə məzhəbi nəzərindən hər yerdə ğəbn ixtiyarı sübut olsa və sünnü məzhəbləri onu inkar etsələr, imami məzhəbində olan şəxs üçün növ`i təqass qəbilindən caizdir ki, sünnünü ğəbn ixtiyarının olmamasına vadar etsin. Bu o yerdədir ki, sünnü məzhəbi hamıya, həmçinin İmami məzhəb olan şəxsə də nüfuzlu və cari olsun.
Məsələ 52: Hənəfi məzhəblilərin nəzərində sələm əqdi satılan şeyin əqd zamanında mövcud olması ilə şərtlənir, halbuki İmamiyyə fiqhi nəzərindən belə bir şərt mö`təbər deyildir. Deməli, əgər hənəfi məzhəbi İmamiyyə məzhəbinə nüfuzlu olsa, belə ki, müştəri hənəfi məzhəbli olsa və satıcını bu əqdi batil etməyə vadar etsə İmamiyyə məzhəbli müştəri üçün də caizdir ki, növ`i təqass qaydasının tələbinə uyğun olaraq hənəfi satıcını bu əqdin batil etməyə məcbur etsin. Halbuki ondan sonra müştəri İmamiyyə məzhəbli olsa, həmin hökm caridir.
Məsələ 53: Sünnülərin nəzərinə görə mirasçıların irs payından artıq qalanlar meyyitin qardaşı kimi olan əsəbəsinə verilir. Lakin İmamiyyə məzhəbi bunun əksinədir. Məsələn, əgər bir kişi ölsə və yalnız bir qızı və bir qardaşı olsa, İmamiyyə nəzərindən gərək irsin yarısı qıza irs səhmi adı ilə verilsin, digər yarısı isə ona qaytarılma adı ilə verilsin, meyyitin qardaşına heç bir şey düşmür. Lakin sünnülərin nəzəri budur ki, fərz olunan bu halda meyyitin irsinin yarısı onun qardaşına veriləcəkdir. Çünki o, meyyitin əsəbəsindən sayılır. Belə ki, əgər sünnü məzhəbli bir şəxs İmami məzhəbdən olan bir şəxsin varisinə nafiz olarsa və irs paylarından artıq qalan ona verilməzsə əgər meyyitin əsəbəsi İmami məzhəb olsalar, növ`i təqass qaydasına uyğun olaraq irsdən artıq qalan payları sünnü məzhəb varisindən ala bilərlər.
Məsələ 54: Sünnülərin nəzərində qadın öz ərinin tərəkəsinin hamısından istər mənqul olsun istərsə torpaq və sair kimi qeyri mənqul irs aparır. Halbuki İmamiyyə məzhəbi nəzərindən qadın yerin əslindən, yaxud onun qiymətindən irs aparmır. Yalnız binanın və ağacların qiymətindən irs aparır onların əslindən yox. Buna əsasən əgər sünnü məzhəbi şiəyə nafiz olarsa, belə ki, sünnü məzhəbli bir qadın yerdən, binanın və ağacların əslindən irs aparsa, əgər başqa vərəsəsi də İmami məzhəb olsa İmami məzhəbdən olan qadın da sair sünnü vərəsələr kimi, torpaqdan bina və ağacların əslindən ona çatan payı ala bilər.
18-Təşrihin (bədən yarmağın) hökmləri
Məsələ 55: Ölü müsəlmanın bədənini yarmaq caiz deyildir. Əgər bir kəs bu işi görərsə, diyə kitablarında qeyd olunan təfsilə əsasən, ona diyə vermək vacib olur.
Məsələ 56: Ölü kafirin bədənini yarmaq, hansı qrupdan olsa belə, əgər sağlığında qanı möhtərəm deyildirsə caizdir. Lakin əgər zimmi kafir olsa ehtiyat vacib budur ki, onun bədənini yarmaqdan çəkinsinlər. Əlbəttə, əgər onun bədəninin yarılması öz şəriətində caizdirsə, istər mütləq şəkildə, istərsə sağlığında bu işə icazə vermiş olsun və ya ölümündən sonra onun vəlisi icazə versin, bu kimi hallarda onun bədəninin yarılmasının caiz olması uzaq deyildir.
Əgər kafirin qanının həyatında möhtərəm olmasında şəkk edilsə və bu barədə heç bir nişanə olmasa onun bədənini yarmaq caizdir.
Məsələ 57: Əgər bir müsəlmanın canının qorunması digər müsəlmanın bədəninin yarılmasına (və ondan müəyyən üzvün götürülməsinə) bağlıdırsa, mümkün olan halda qanı möhtərəm olmayan, yaxud şəkkli olan bir kafiri, əgər bu da mümkün olmasa ondan başqa (ölü) bir kafiri yarmalıdırlar. Əgər bu da mümkün olmasa müsəlman ölüsünü yarmaq caizdir.
Təlim və başqa məqsədlə müsəlman bədənini yarmaq caiz deyildir. Amma əgər bir müsəlmanın hətta gələcəkdə belə canının qorunması buna bağlıdırsa, onda caizdir.
19-Peyvəndin (üzv köçürmənin) hökmləri
Məsələ 58: Ölmüş müsəlmanın bədən üzvlərini, məsələn gözünü, əlini və s. diri bir şəxsin bədəninə peyvənd etmək üçün kəsilməsi caiz deyildir. Əgər bir kəs bu işi görərsə ona diyə vermək lazım olur. Kəsilmiş üzvün dəfn edilməsi də vacibdir. Amma əgər biri peyvənd vurarsa və diri insanın bir üzvü sayılarsa onu yenidən kəsmək vacib deyildir.
Məsələ 59: Əgər bir müsəlmanın həyatının qorunması bir ölmüş müsəlmanın bədən üzvünün kəsilməsinə bağlıdırsa onun kəsilməsi caizdir. Lakin onu kəsən şəxsə diyə vacib olur. Hərgah bu üzv diri insanın bədəninə peyvənd vurulsa onun bir hissəsi sayılır və diri şəxsin bədənində olan hökmlər də ona aid olur.
Məsələ 60: Əgər diri bir müsəlmanın bədən üzvlərindən birinin sağ qalması meyyitin bədənindən bir şeyin kəsilməsinə bağlıdırsa bu iş caiz deyildir.
Məsələ 61: Əgər bir şəxs vəsiyyət etsə ki, ölümündən sonra üzvlərindən birini diri bir şəxsin bədəninə peyvənd etmək üçün kəssinlər, o şəxsin həyatı həmin üzvün kəsilməsinə bağlı olmasa, bu vəsiyyətin nüfuzlu olması və nəticədə ölü bədəninin kəsilməsinin caizliyi işkallıdır. Lakin bu surətdə kəsən şəxsə diyə vacib olmaz.
Məsələ 62: Sual: Diri insanın bədənindən hər hansı bir şeyi peyvənd vurmaq üçün götürmək, özü ona razı olarsa caizdirmi?
Bu məsələnin iki forması vardır:
1-O üzvün kəsilməsi insana mühüm bir ziyan yetirir, o cümlədən gözün, əlin, ayağın və bu kimi şeylərin kəsilməsidir ki, bu halda caiz deyil.
2-Çoxlu ziyanı olmasın məsələn ətinin, yaxud dərisinin bir hissəsinin götürülməsi, bu halda caizdir. Onun müqabilində pul almaq da caizdir.
Məsələ 63: Ehtiyacı olanlara qan hədiyyə eləmək, eləcə də onun müqabilində pul almaq caizdir.
Məsələ 64: Qanı möhtərəm olmayan, yaxud şəkkli olan ölmüş kafirin bədən üzvünü müsəlmana peyvənd etmək üçün kəsmək caizdir. Peyvənd edildikdən sonra müsəlmanın bədəninin hökmləri o üzvə də şamil olur. Çünki onun bədənindən bir hissə kimi hesab olunur. Həmçinin it kimi nəcisül-eyn (zatən nəcis olan) heyvanın bədən üzvlərindən birini kəsib müsəlmanın bədəninə peyvənd edilməsinin işkalı yoxdur. (Peyvənd edildikdən sonra da) müsəlman bədəninin hökmləri ona şamil olur. Çünki artıq diri şəxsin bədən üzvündən hesab olunur və o hissədə həyat vardır, pakdır və onunla namaz qılmaq caizdir.
20-Sün`i təlqih (mayalandırma)
Məsələ 65: Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq caiz deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Məsələ 66: Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yə`ni onu ərinin mənisi ilə mayalandırmaq istədikləri halda başqasının mənisi ilə səhvə düşübsə, belə olan surətdə şübhəsiz övlad məninin sahibinə mülhəq olur. Bu məsəlinin hökmü vəty be şübhə kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də övladın məni sahibinə mülhəq olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs belə onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq lakin bu məsələ zina hökmündə deyildir.
Həmçinin bu övlad hər iki surətdə anasına mülhəq edilir və onunla sair övladları arasında heç bir fərqi yoxdur.
Əgər qadın öz ərinin nütfəsini müsahiqə və sair yollarla başqa bir qadının bətninə daxil edərsə və o qadın hamilə olub övlad dünyaya gətirərsə övlad nütfənin sahibinə və onu dünyaya gətirən qadına aiddir, baxmayaraq ki, bu əməl haramdır.
Məsələ 67: Əgər qadının yumurta hüceyrəsi və kişinin sperması götürülüb mayalandırıldıqdan sonra süni bətnə qoyulsa və bu işdən bir övlad dünyaya gəlsə zahir budur ki, yumurta hüceyrə və spermanın sahiblərinə aid olur və bu övladla o iki şəxsin arasında bütün nəsəb (qohumluq) hökmləri hətta irs hökmü belə cari olur. Əlbəttə, əgər mayalandırılma yerinə yetməzdən öncə o ikisindən biri dünyadan getsə övlad ondan irs aparmaz.
Məsələ 68: Əgər bir qadının mayalanmış yumurta hüceyrəsini başqa bir qadının bətninə qoysalar və orada inkişaf edib övlad dünyaya gəlsə onun birinci qadına aid edilməsinin bir əsası vardır. Amma ehtiyat da tərk olunmamalıdır.
Məsələ 69: Qadının öz ərinin mənisi ilə mayalandırılması caizdir. Əlbəttə əgər bu iş baxışı haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına caiz deyildir. Amma zərurət halı istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların sair övladları kimidir.
21-Əhali artımına nəzarətin hökmləri
Məsələ 70: Caizdir ki, qadın ona mühüm bir ziyanı çatmadığı təqdirdə hamiləliyin qarşısını alan dərmanlardan istifadə etsin, istər əri bu işə razı olsun, istərsə razı olmasın.
Məsələ 71: Caizdir ki, qadın ona mühüm bir zərəri olmadığı təqdirdə hamiləliyin qarşısını alan cihazlardan və sair kimi şeylərdən istifadə etsin. Amma əgər onun fərcinə bu kimi cihazların qoyulması baxılması haram olan yerlərə nəzər salmağa bağlıdırsa, yaxud ləms etmək halal olmayan yerlərə ləms etməyini lazım tutursa bu işin ərindən başqası tərəfindən yerinə yetirilməsi caiz deyildir. Amma zərurət halı bundan istisna olunur, məsələn, uşaq sahibi olmağın onun üçün zərəri olarsa. Bu o haldadır ki, həmin cihazın nütfəni mayalandıqdan sonra məhv etməsi mə`lum olmasın. Əgər mə`lum olarsa əhvət onun tərk edilməsidir.
Məsələ 72: Caizdir ki, qadın daha heç bir vaxt övlad sahibi olmayacağı ilə nəticələnən bir cərahiyyə əməliyyatına razı olsun. Belə ki, bu iş yumurtalıq kimi bir üzvün kəsilməsi nəticəsində ciddi bir ziyana səbəb olmasın. Əlbəttə əgər bu cərrahiyyə əməliyyatı ərindən başqasının əli ilə görülərsə və baxışı haram olan yerlərə baxmağa səbəb olarsa, ləms edilməsi haram olan bədənin üzvlərinə ləms edilməsini lazım tutarsa, bu halda bu iş caiz deyildir. Yalnız zərurət halında caiz ola bilər, məsələn uşaq sahibi olmaq onun üçün zərərli olsa. Bu məsələnin hökmü tamamilə kişi barəsində də caridir.
Məsələ 73: Nütfə bağlandıqdan sonra bətndə olan şeyi saldırmaq caiz deyildir. Amma əgər bətndə olan rüşeymin davam etməsi anaya çox ziyan çatdırarsa bu halda əgər ruh daxil olmayıbsa, saldırması caiz, amma ruh daxil olduqdan sonra rüşeymi saldırmaq mütləq şəkildə caiz deyildir. Əgər ana öz bətnində olanı saldırsa miqdarı diyə kitablarında deyilən qədər diyə vermək ona vacib olur və onu uşağın atasına, yaxud bətnindəki uşağın vərəsələrinə verməlidir. Əgər ata uşağı saldırsa diyə vermək ona vacib olur və onu anasına verməlidir. Əgər birbaşa həkimin vasitəsi ilə saldırılarsa diyə ona vacib olur, amma əgər vərəsələr onu güzəştə getsələr onda vacib olmaz.
Məsələ 74: Caizdir ki, qadın bə`zi vacib əməlləri tamamlamaq üçün adət günlərini tə`xirə salan dərmanlardan istifadə etsin. Məsələn oruc, həcc əməlləri və başqa hallarda. Bu şərtlə ki, bu iş ona mühüm bir ziyan çatdırmasın. Əgər bu dərmanlardan istifadə etdiyi halda ardıcıl olmayan qan görsə adəti dövründə olsa belə, heyz hökmləri ona aid olmayacaqdır.
22-Dövlətin saldırdığı xiyabanların, küçələrin hökmləri
Məsələ 75: Əvvəllər camaatın şəxsi əmlakı, evləri olan, sonradan dövlətin öz mülkiyyətinə keçirərək yol saldırdığı yerləşən səkilərdə və xiyabanlarda hərəkət etmək caizdir. Əlbəttə, əgər bir kəs bu yerlərdən xüsusi bir yerinin dövlət tərəfindən zorla, onun sahiblərinə dəyən xəsarəti ödəmədən, yaxud onları razı salmadan istifadə etdiyini bilsə, qəsbi yerlər hökmünü daşıyacaq orada hər növ təsərrüf, hətta o yerdən keçmək belə caiz olmayacaq. Amma əgər onun malikini, yaxud vəlisini (atası, babası, yaxud o ikisinin tərəfindən tə`yin edilən qəyyumu) razı salsa onda eybi yoxdur. Əgər malikini tanımasalar məchulul-malik hökmlərinə malik olacaq və bu barədə şəriət hakiminə müraciət edilməlidir. Bu məsələdən bu kimi torpaqların yerdə qalan hissələrinin də hökmü aydın olur, belə ki, malikinin icazəsi olmadan onlardan istifadə etmək caiz deyildir.
Məsələ 76: Məscid, hüseyniyyə, qəbiristan və yol üzərində salınmış olan ümumi vəqf yerlərində yol getmək, oturmaq və bu kimi qəbildən olan təsərrüflər etmək caizdir. Lakin bu cür təsərrüflər xüsusi vəqf yerlərindən olan mədrəsə və bu kimi şeylərin yerindən, kimə vəqf olunubsa onlardan başqasında caiz olması işkallıdır.
Məsələ 77: Xiyabanlarda və səkilərdə yerləşən məscidin torpağı vəqf olmaqdan xaric olmur, lakin məscid ünvanı ilə gələn hökmlərə malik deyildir. O cümlədən onu nəcis etməyin haram, nəcis olduqda paklamağın vacibliyi, cünub, haiz və nüfəsa qadınların orada dayanmağının haramlığı kimi hökmlər ona şamil olmur.
Amma məscidin qalan yerləri, əgər məscid olmaq ünvanından xaric olmayıbsa məscidlə əlaqədar olan bütün hökmlər ona gələcəkdir. Lakin məscid olmaq ünvanından xaric olubsa, məsələn hər hansı bir zalım onu dükan, məhəll, yaxud başqa bir evə çeviribsə məscid hökmü ona aid olmaz, ondan bütün halal faydalar caizdir. Amma əgər qəsbin təsdiq olunmasına səbəb olarsa caiz deyildir.
Məsələ 78: Məscid uçurulduqdan sonra ondan qalan əsərlər, daşı, taxtaları, dəmirləri və onun vasitələri, o cümlədən çıraqları, istilik və soyuqluq verən şeyləri, əgər həmin məscidə vəqf olunmuşsa, başqa məscidə sərf olunması vacibdir. Əgər bu iş mümkün olmazsa ümumi xalq mənafeyində məsrəf edilməlidir. Onları satmaqdan başqa yolla istifadə etmək mümkün olmazsa, gərək mütəvəlli, yaxud onlardan istifadə etmək haqqına malik olan şəxs onları sataraq başqa məscidlərə məsrəf etsin.
Məscidin yerdə qalmış əsərləri onun mülkü olarsa məsələn məscidə vəqf olunmuş malın eyninin mənfəətindən məscid üçün alınmışsa bunların özünün başqa məscidlərə sərf olunması vacib deyildir. Əksinə caizdir ki, mütəvəlli, yaxud onlarda təsərrüf etmək haqqına malik olan bir şəxs məsləhət gördüyü təqdirdə onları satsın və onların pulunu başqa məscidə xərcləsin.
Bu qeyd olunan hökm ümumi vəqf olunan yerlərin, o cümlədən yol üstündə yerləşən mədrəsə və Hüseyniyyənin üzərinə də gəlir.
Məsələ 79: Yol üzərində yerləşən müsəlman qəbiristanlığının, eləcə də şəxsi, ya ümumi vəqflərdən olan qəbiristanlığın əmlakının hökmü qeyd olunanlardan aydın olur. Bu o haldadır ki, qəbiristanın torpağında gediş-gəliş müsəlman ölülərinin hörmətsizliyinə səbəb olmasın, əks halda orada gediş-gəliş caiz deyil. Lakin əgər qəbiristan bir şəxsin mülkü, yaxud vəqf olmazsa, hörmətsizlik olmadığı təqdirdə hər növ istifadə etməyin işkalı yoxdur.
Bu məsələdən qəbiristanlığın yola salınmayan hissələrinin hökmləri aydın olur. Belə ki, birinci halda (şəxsi əmlak olduqda) onlardan istifadə etmək və ya satmaq malikinin icazəsi olmadan caiz deyildir. İkinci halda isə (ümumi vəqflərdən olarsa) mütəvəllinin, yaxud onda təsərrüf etmək haqqına malik olan şəxsin icazəsi olmadan caiz deyildir. Onun pulu sair müsəlman qəbiristanlıqlarında istifadə edilməlidir. Vacib ehtiyata görə yaxında olan qəbiristanlıq bu işə daha üstündür. Üçüncü halda bir kəsin icazəsinə ehtiyac duyulmadan ondan istifadə etmək caizdir. Belə ki, əgər bu iş başqalarının mülkündən – xarab olmuş qəbirlərin əsərlərindən istifadə etməyə səbəb olmasın.
Dostları ilə paylaş: |