Əgər həvalədə qeyd olunan məbləğ xarici pul olsa bank üçün başqa haqq da yaranır, belə ki, borclu şəxsin zimməsi həvalədə qeyd olunan xarici pulun dəyərini ödəməyə məşğul olur və onu ödəməyə iltizamlı olur. Buna görə də əgər bank bu haqdan keçsə və borclunun onun qədərincə olan ölkə daxilindəki pullardan verməyini qəbul etsə, caizdir ki, öz haqqından belə güzəştə getmə müqabilində müəyyən məbləğdə pul alsın. Həmçinin onu, artıqlaması ilə ölkə daxilində olan pula çevirə bilər. 3-Şəxs müəyyən bir məbləği, məsələn Nəcəfi-Əşrəfdəki bir banka təhvil verib və həvalə alır ki, onun əsasında həmin məbləği, yaxud onun dəyərini (bərabərini) Kərbəlada, yaxud Livan kimi xarici bir ölkədə başqa bir bankdan alsın. Bank bu xidmət müqabilində müəyyən qədər zəhmət haqqı alır. Bu fərz iki cür təsəvvür olunur: 1-Şəxs ölkə daxilində işlənən pulun müəyyən məbləğini öz pulunun dəyərində olan xarici pul məbləğinə satır və həvalə almaq və bank xidmətləri üçün müəyyən qədər əmək haqqı da ödəyir. Bu halda işkalı yoxdur və bunun oxşarı yuxarıda qeyd olundu. 2-Şəxs müəyyən bir məbləği banka borc verir və şərt edir ki, daxildə ya xaricdəki bir banka həvalə çıxarmaq müqabilində müəyyən əmək haqqı ödəsin. Bu halda olan işkal bundan ibarətdir ki, həvalə vermək möhtərəm bir əməldir və maliyyətə malikdir. Onu borc verən şəxs tərəfindən onun borc alan şəxsə icra olunması eynilə o şərt kimidir ki, mali dəyəri olsun və şərən haram olsun. Lakin xüsusi rəvayətlərdən aydın olur ki, borc verən şəxs borc alan şəxsə belə şərt qoya bilər ki, borcunu başqa bir yerdə ödəsin. Deməli, həvalə verməyi də şərt edə bilər. Əgər bu şərt pulsuz olaraq caizdirsə müəyyən qədər əmək haqqı vermək müqabilində də sözsüz ki, caizdir. 4-Bir şəxs, misal üçün Nəcəfi-Əşrəfdə olan bankdan müəyyən bir məbləğ götürür, onun müqabilində banka həvalə verir ki, ödənəcək pulun bərabərini başqa bir bankdan – daxildə, ya ölkə xaricində götürsün bank da bu həvaləni qəbul etmək müqabilində əmək haqqı alır. Bu fərz də iki surətdə təsəvvür olunur: 1-Bank bir şəxsə ölkə daxilində işlənən müəyyən məbləğ pul verir və onun müqabilində olan xarici pulu və əlavə olaraq əmək haqqı satır və müştəri də bankı, o pulu almaq üçün başqa bir banka həvalə edir. Bu surətdə caizdir. 2-Bank müəyyən bir məbləği bir şəxsə borc verir, onun borcunu başqasının zimməsinə nəql etdirmək və başqa bir yerdə həmin məbləği almaq müqabilində müəyyən qədər əmək haqqı almasını şərt edir. Bu halda ribadır. Çünki borcdan artıq almağı şərt etmək qəbilindədir, hətta həvalə vermə əməliyyatı müqabilində olsa belə. Əlbəttə, əgər bu hadisə əvvəldən şərt olmadan olarsa, belə ki, əvvəlcə şəxs bankdan müəyyən qədər borc alsın, sonra öz borcunu ödəmək üçün bank, ona əvvəlcədən pul verən şəxsi başqa bir banka həvalə versin və bank bu həvalə vermək müqabilində əmək haqqı tələb etsin. Bu surətdə onun verilməsi caizdir. Çünki bankın borcu başqa bir banka nəql etdirmək və borc alanın şərtini qəbul etməkdən imtina etməyə haqqı vardır. Buna görə də bu haqqdan güzəştə getmək müqabilində müəyyən məbləğ ala bilər. Bu tələbkarın öz pulunun tə`xirə salınması müqabilində aldığı məbləğ qəbilindən deyildir ki, riba olsun; əksinə, bank bu məbləği (borcu) başqasının zimməsinə nəql etdirmək və onu başqa bir yerdə almaq müqabilində əldə edir, buna görə də işkalı yoxdur. Məsələ 21: Bə`zən bir həvalənin əsnasında iki həvalə olur. Məsələn, borclu şəxs öz tələbkarını onun adına bir çek yazmaqla banka həvalə edir və bank da həmin çekdə dərc olunan məbləği tələbkarın yaşadığı şəhərdəki şö`bəyə, yaxud başqa bir banka göndərir ki, tələbkar qeyd olunan məbləği orada alsın. Burada həqiqətdə iki həvalə ilə rastlaşırıq: 1- Birincisi budur ki, borclu şəxs öz tələbkarını banka həvalə edir, beləliklə də bank o şəxsə borclu sayılır. 2-İkincisi budur ki, bank qeyd olunan məbləği almaq üçün tələbkarı öz şö`bələrindən birinə, yaxud başqa bir banka göndərir. Birinci həvalədəki bankın rolu həvaləni qəbul etmək, ikincidə isə həvalə çıxarmaqdır. Hər iki həvalə də şər`ən səhihdir, lakin əgər bankın öz şö`bəsinə həvalə verməsi eynilə həvalə verən bankın zimməsi olsa, fiqhi istilahda ona həvalə deyilməz, çünki onda borcun bir yerdən başqa yerə nəql olunması baş verməmiş olur, əksinə həqiqətdə bank öz vəkilindən istəmişdir ki, şəxsin tələbini nəzərdə tutulan yerdə versin. Hər halda caizdir ki bank yuxarıdakı işləri yerinə yetirdiyinə görə hətta bankda hesabı olan şəxsin həvaləsini qəbul etmək qarşısında belə, əmək haqqı tələb etsin. Çünki bu həvalə borcluya həvalə vermək qəbilindəndir ki, onu qəbul edə bilər. Bu halda əmək haqqı almağa icazəlidir. Məsələ 22: Həvalənin qismləri və onun şər`i hökmlərində qeyd olunanlar eynilə şəxslərə verilən həvalədə də doğrudur. Belə ki, şəxs müəyyən bir məbləği bir şəxsə verib və ondan başqa bir şəhər üçün həvalə ala bilər və onun müqabilində də müəyyən qədər əmək haqqı ala bilər, yaxud müəyyən bir məbləği bir kəsdən alıb, onu başqa bir şəxsə həvalə verə bilər ki bunun müqabilində də əmək haqqı alsın. Məsələ 23: Qeyd olunanlarda həvalənin borclu şəxsə, ya qeyrisinə olması arasında heç bir fərq yoxdur. Birincisi belə ola bilər ki, həvalə edilən şəxsin yanında mali hesabı olsun, ikincisi odur ki, belə olmasın.
9-Bank mükafatları. Bə`zən banklar ona əmanət olaraq qoyulan pul sahibləri arasında püşk atır və onları banka daha çox pul qoymağa təşviq etmək üçün adları çıxan şəxslərə müəyyən mükafat və hədiyyələr verir. Məsələ 24: Görəsən bankların bu işi düzdürmü? Bu məsələnin bir qədər izaha ehtiyacı vardır. Belə ki, əmanət qoyan şəxs əmanət qoyma işini püşk atmaya şərtləndirməyibsə və banklar sadəcə olaraq onların təşviq edilməsi, banklara daha çox pul qoyulması və başqalarının hesab açmağa təşviq edilməsi üçün bu işi görmüş olarsa, bu iş caizdir eləcə də püşkdə adları çıxanların həmin mükafatları alması da caizdir. Amma əhvətə əsasən əgər müştərək, yaxud dövlət bankları olarsa, məchulul-malik mal ünvanı ilə onları alıb təsərrüf etmək üçün şəriət hakimindən icazə almalıdır. Amma bank xüsusi olarsa hədiyyələri alıb onlardan istifadə etmək caizdir və şəriət hakiminə müraciət etməyə ehtiyac duyulmur. Lakin banka pul qoyanlar öz pul qoymalarını əqd və başqa şey əsnasında püşk atmaqla şərtləndirmiş olsalar, bank da bu şərti icra etmək məqamında püşk atmış olarsa bu iş caiz deyildir. Eləcə də bu halda adına püşk çıxmış şəxsin hədiyyələri alması əgər şərtə əməl etmək ünvanı ilə olsa caiz deyil amma bu şərt olmazsa caizdir.
10-Səftənin KÖÇÜRÜLMƏSİ. Bank xidmətlərindən biri də öz müştərisinin nümayəndəsi olaraq səftənin hesaba köçürülməsidir. Belə ki, onun vaxtı çatmazdan qabaq bank, səftəni imza edən şəxsi, vaxtın çatmasından və onun miqdarından xəbərdar edir ki, onu ödəmək üçün hazırlaşsın. Bank, səftənin məbləğini əldə edəndən sonra onu öz müştərisinin hesabına köçürür, yaxud nəqd olaraq ona verir, əvəzində isə əmək haqqı alır. Həmçinin bank öz müştərisinin nümayəndəsi kimi, çekin də hesaba köçürülməsi ilə əlaqədar onun şəhərində, yaxud başqa şəhərdə bu işi görür, çek əlində olan şəxs onun hesaba köçrülməsini istəmədiyi vaxt onun tərəfindən nümayəndə kimi hesaba tökür və bu xidmətin müqabilində də muzd alır. Məsələ 25: Səftənin hesaba köçürülməsi və bunun müqabilində əmək haqqı alınmasının bir neçə forması vardır: 1-Səftədən istifadə edən onu, həvalə edilmədiyi bir banka verir, müəyyən qədər əmək haqqı vermək müqabilində həmin məbləğin hesaba köçürülməsini istəyir. Zahirən bu xidmət və onun müqabilində əmək haqqı almaq cizdir, bu şərtlə ki, bank yalnız səftəni hesaba köçürsün. Lakin onun ribalı qazancını hesaba köçürmək caiz deyildir. Bu iş müqabilindəki əmək haqqını fiqhi nəzərdən cüalə hesab etmək olar ki, bunun əsasında tələbkar öz tələbinin hesaba köçürülməsini bank yolu ilə istəyir. 2-Səftədən istifadə edəni onu, həvalə edildiyi banka təqdim edir, lakin bank onu imza edən şəxs qarşısında borclu deyil və, yaxud ona həvalə edilən puldan başqa bir pul borclu olur. Belə olan halda caizdir ki, bank bu həvaləni qəbul etmə müqabilində (əvvəlki halda qeyd olunan şərtlərlə yanaşı) əmək haqqı alsın. Çünki borclu olmayan şəxsə həvaləni qəbul etmək və, yaxud həvalədə qeyd olunan şeydən başqa bir cinsə borclu olsa vacib deyildir. Buna görə də bu haqqdan güzəştə getmək və xidmət işlərini yerinə yetirmək üçün bir şey almağın işkalı yoxdur. 3-Səftəni imza eləyən şəxs o pulu bankın nəzdində olan hesabından verməyə işarə edərək onu banka həvalə edir ki, vaxtı çatan zaman onun hesabından çıxılsın və o məbləğ səftəyə malik olan şəxsin hesabına köçürülsün, yaxud nəqd olaraq ona verilsin. Belə olan halda səftəni imzalayan öz tələbkarını, özünün borclu olduğu banka həvalə etmiş olur. Buna görə də borcluya həvalə etmə qəbilindəndir. Həvalə edilən şəxsin (bankın) bu həvalə ilə razılaşmaması lazım deyildir və bank tərəfindən onun qəbul olunmadığı halda da nüfuzlu deyildir. Buna görə də bank üçün caizdir ki, bu həvalənin, eləcə də həvalə verənin borcunu ödəmək müqabilində müəyyən qədər zəhmət haqqı alsın.
11-Pul alveri Bankların işlərindən biri də pul alveri, eləcə də öz müştərilərinin, xüsusilə xarici mal gətirən müştərilərin ehtiyaclarını tə`min etmək üçün kifayət qədər pulu dəyişdirmək və pul alveri işlərini yerinə yetirməkdir ki, nəticədə pulun alış və veriş qiymətlərinin fərqli olmasından qazanc əldə edir. Məsələ 26: Pulun bazar qiymətinə və, yaxud ondan az, ya daha çox qiymətə alveri istər nəqd olsun, istərsə də müddətli, səhihdir.
12-ARTIQ GÖTÜRMƏK Hər kəsin banklarda cari hesabı olsa, oraya qoyduğu puldan artıq olmayan bir məbləği oradan götürə bilər. Bə`zən bank e`timad etdiyi bə`zi hesab sahiblərinə icazə verir ki, malik olduqları puldan artıq götürsün. Bu işə «artıq götürmə» deyilir. Bank bu yolla özü üçün müəyyən məbləğdə qazanc nəzərdə tutur. Məsələ 27: Artıq götürmək həqiqətdə əlavə qazanc qaytarmaq məqsədi ilə bankdan borc götürməkdir və nəticədə ribalı və haram borcdur. Bankın əlavə məbləğdən götürdüyü qazanc ribalı və haram qazanclardan sayılır. Əlbəttə, əgər bank dövləti, ya müştərək bank olsa onların əlavə götürmələri borc ünvanı ilə deyil, əksinə məchulul-malikin malını əldə etmək üçün olsa (əvvəlki məsələdə deyilən yolla) işkalı yoxdur.
13-Tənzili bərat Bir neçə müqəddimə 1-Alverin borc vermə ilə müxtəlif fərqləri vardır, o cümlədən: 1-Bey` (alver) bir əvəz müqabilində malın eynini alıcının mülkiyyətinə keçirməkdir. Halbuki, borc misli olduqda malın mislini, qiymi olduqda isə qiymətini ödəməyə iltizam verməsi müqabilində malı mülkiyyətə keçirməyə deyilir.[8] 2-Ribalı bey` ümumiyyətlə batildir, amma ribalı borcda onun əsli səhihdir, lakin artıq alınan hissə batildir. 3-Borcda əlavə alınması şərt olunan hər bir şey riba və haramdır. Amma bey`də belə deyildir, ölçü və çəki ilə satılan şeylərdə (peymanə, yaxud çəki ilə müamilə olunan əşyalarda) əgər bir cinsdən olsalar, artıq alınan miqdar mütləq şəkildə haramdır. Amma cinsləri müxtəlif olsa, yaxud ölçü və çəki ilə satılanlardan olmasa, bu halda əgər müamilə nəqdi olarsa artıq alınan riba deyil, müamilə də səhihdir. Lakin əgər müamilə müddətli olsa məsələn yüz yumurtanı sonradan təhvil verəcəyi yüz on yumurtaya satsa, yaxud iyirmi kilo düyünü bir aydan sonra təhvil alacağı qırx kilo buğdaya satsa bu mümilənin ribalı olmamasında işkal vardır, ehtiyat vacib ondan uzaq olmaqdır. İkincisi; Əskinaslar sayılanlardan (mə`dud) hesab olunduğuna görə onların artığına ya əskiyinə satılması, yaxud dəyişdirilməsi bir cinsdən olmazsa və nəqdi və nisyə olarsa caizdir. Lakin əgər bir cinsdən olsalar onların artığına satılması yalnız nəqd olduqda caizdir. Amma onların nisyə satılması yuxarıda da qeyd olunduğu kimi, işkalsız deyildir. Buna əsasən, misal üçün, on İraq dinarı borc verən şəxs öz borcunu ondan az məsələn doqquz nəqd dinara sata bilər. Həmçinin caizdir ki, onu öz qiymətindən az başqa pula məsələn doqquz İordoniya dinarına nəqd ya nisyə olaraq satsın. Üçüncüsü; Bazar tacirləri arasında geniş yayılmış səftələrin (əskinaslar kimi) mali e`tibarı yoxdur və sadəcə olaraq borcunu isbat etmə sənədi hesab olunur. Və bunu göstərir onda dərc olunan məbləğ onu imza edən şəxsin zimməsində və o kəs üçündür ki, səftə onun adına çıxarılmışdır. Buna əsasən müamilələr onların özləri üzərində cərəyan etmir, əksinə o malların üzərində cərəyan edir ki, bu vərəqlər onların göstəricisidir. Həmçinin əgər müştəri satıcıya bərat, yaxud səftə verərsə malın qiymətini də ödəmiş olur. Buna görə də əgər o sənəd itərsə, yaxud satıcının yanında tələf olarsa onun malından tələf olmamışdır və müştərinin zimməsi borcdan xilas olmamışdır. Amma əgər əskinas hər bir qiymətə verilmiş olsa tələf olduqda bayenin (satıcının) malından tələf olur.
Məsələ 28 : Səftələr iki cürdür. 1-Həqiqi borcları göstərən səftələr. Belə ki, onu imza eləyən şəxs səftə kimi adına yazılmışsa, o şəxsə borclu olur. 2-Qeyri-vaqei və zahiri borcun göstəricisi. Birinci halda tələbkar borclunun zimməsində olan öz müddətli tələbini naqd olaraq ondan az məbələğə sata bilər. Məsələn, əgər onun alacağı yüz manat olsa və onu doxsan manata nəqd olaraq satsa (əlbəttə, onun müdətli satışı caiz deyildir, çünki borcun borca satışıdır) və bundan sonra bank, yaxud başqa şəxs borcludan (səftəni imza edəndən) almağa haqlı olduğu zamanda onun qiymətini tələb edə bilər. Amma ikinci halda qeyri-həqiqi olan tələbkar üçün səftəni satmaq caiz deyildir, çünki həqiqətdə heç bir borc mövcud deyil və onu imzalayan şəxsin zimməsi də məşğul deyil, sadəcə olaraq tənzil üçün çıxarılmışdır. Buna görə də «dostluq səftəsi» adı ilə məhşurdur. Bununla belə, onun tənzilini də başqa şəkildə qanuni hesab etmək olar. Belə ki, səftəni imza eləyən şəxs istifadə edən şəxsi vəkil edir ki, səftənin miqdarını imza edənin zimməsində, başqa pula və onun qiymətindən ucuzuna satsın. Məsələn əgər səftə 50 İraq dinarı dəyərində olsa və onun həqiqi dəyəri 1100 manat olsa, istifadə edən imzalayan şəxsin tərəfindən vəkil olaraq əlli dinarı onun zimməsində 1000 manata satır. Bu müamilədən sonra səftəni imza edən şəxsin zimməsi əlli dinara məşğul olur və imza edənin mülkü olan min manatdan istifadə edən, onu alır. Sonra istifadə edən şəxs min manatı imza edənin vəkili olaraq öz boynunda olan əlli dinarın müqabilində onun özünə satır. Nəticədə onun zimməsi imza edən şəxs üçün, imza edənin banka borclu olduğu əlli dinar miqdarında borclu olur. Lakin bu yolun az faydası vardır. Çünki yalnız o hallarda faydalı olur ki, tənzil xarici pulla baş vermiş olsun. Amma ölkə daxilində işlənən pullara gəldikdə isə heç bir tə`siri yoxdur. Çünki onun bey ilə təshih olunması (sayla alverdə artığına satmanın işkalına diqqət yetirməklə) mümkün deyildir. Amma zahiri səftənin qiymətinin banka borc olaraq qoyulması, belə ki, borc alan və səftədən istifadə edən səftənin rəsmi qiymətindən az olan bir məbləği bankdan borc alsa və bankı səftəni imzalayana (ki, borclu deyildir), onun bütün qiymətinin hamısını köçürmək üçün həvalə etsə, bu haram ribadır. Çünki bankın səftənin məbləğinin bir miqdarının azaldılması şərti həqiqətdə artıq qazanc almadır və haramdır. Hətta, bu artıq alınan hissə möhlət verilməsi müqabilində olmasa, əksinə müəyyən bank əməliyyatları icrası müqabilində olsa, məsələn, borcun qeydə alınması və onun əldə edilməsi olsa belə. Çünki borc verənin haqqı yoxdur ki, borc alan şəxsə, onda onun özü üçün mali bir mənfəət olan şərt qoysun. Yuxarıdakı hökm xüsusi banklarla əlaqədardır. Amma dövləti, yaxud müştərək banklara gəldikdə isə riba müşkülündən xilas olmaq üçün belə əməl etmək olar ki istifadə edən, səftəni tənzil edərkən satmaq və borc etmək qəsdi olmasın, əksinə onun məqsədi məchulul malik olan bir malı əldə etmək olsun. Bu halda əhvət nəzərə əsasən şəriət hakiminin icazəsi ilə onu götürmək, sonra onda təsərrüf etmək və islah etmək üçün hakimə müraciət etmək olar. Hərgah müddətin axırında bank səftəni imza edənə müraciət etsə və onun qiymətini ödəməyə vadar etsə imza edən də ödədiyi şeylərin əvəzini almaq üçün istifadə edənə müraciət edə bilər. Belə ki, əgər onun istəyi ilə imza etmiş olsa.
14-BANKDA İŞLƏMƏK Bank əməliyyatı iki cür olur: 1-Haram bank əməliyyatı; bu, ribalı müamilələrlə əlaqədar olan əməliyyatdır. Məsələn, onların icra olunmasında nümayəndəlik, onların qeydə alınması və onlara şəhadət verilməsi, alanın xeyrinə olaraq artıq ribalı qazanc almaq. Həmçinin, ribalı müamilələri olan şirkətlərin müamilələri ilə əlaqədar olan əməliyyatlar, yaxud şərab ticarəti ilə məşğul olanlar, onların səhmlərini satmaq, onlar üçün e`tibar açmaq haram əməliyyatlardan hesab olunur. Bu əməliyyatların hamısı haramdır və belə bölmələrdə işləmək caiz deyildir, ücrət almağa haqlı olmağa səbəb olmur. 2-Caiz olan bank əməliyyatları; bu, yuxarıda qeyd olunan əməliyyatdan tamamilə fərqlənir, orada işləmək və əmək haqqı almaq caizdir. Məsələ 29: Əgər ribalı müamilədə artıq verən tərəf malı möhtərəm olmayan kafir olsa, istər xarici bank olsun, istər başqası, bu halda, qeyd olunduğu kimi, bu artıq hissəni almaq müsəlman üçün caizdir. Nəticədə belə ribalı müamilələrin icrası ilə əlaqədar bank əməliyyatları bölməsində və sair yerlərdə işləmək caizdir. Məsələ 30. İslam ölkələrindəki dövlət banklarında, yaxud müştərək banklarda mövcud olan sərmayə məchulul-malik malındandır ki, şəriət hakiminə müraciət etmədən onlarda təsərrüf etmək caiz deyildir. Buna əsasən, bu cür banklarda işləmək, eləcə də mallarını (sərmayələrini) islah etmək üçün şəriət hakiminə müraciə etməyib onlarda təsərrüf edən müştərilərə mal (sərmayə) vermək və ya onlardan mal almaq işkallıdır. Məsələ 31: Cüalənin, icarənin həvalənin və islam ölkələrinin dövlət banklarında mövcud olan sair müamilələrin səhih olması şəriət hakiminin icazəsinə bağlıdır və onun icazəsi olmadan bu müamilələr səhih deyildir.
15-SIĞORTA MÜQAVİLƏSİ Sığorta bir müqavilədir ki, onun əsasında sığorta olunan şəxs iltizam verir ki, aylıq, illik, yaxud birdəfəyə olaraq müəyyən bir məbləği sığorta edənə versin və onun müqabilində sığorta edən şəxs də iltizam verir ki, sığortaya üzv olan şəxsə, yaxud adı sığorta müqaviləsində müəyyən olunan və müqavilənin onun xeyrinə olduğu üçüncü bir şəxs müəyyən məbləğdə pulu, yaxud sabit bir ödənci və yaxud hər hansı başqa bir şeyi həmin müqavilədə aşkar şəkildə qeyd olunan hər hansı bir gözlənilməz hadisə baş verdikdə, yaxud zərər yetişdikdə ödəsin. Məsələ 32: Sığortanın bir neçə növü vardır, o cümlədən: 1-Şəxsin ölüm, xəstəlik və sair hadisələr müqabilində sığortası. 2-Mal–dövlətin, o cümlədən, avtomobil, təyyarə, gəmi kimi şeylərin yanğın, qərq olma, oğurlanma və sair kimi işlər müqabilində sığortası. Sığortanın digər növləri də vardır ki, onun şər`i hökmləri qeyd olunan hallarla heç də fərqlənmir buna görə onların qeyd olunmasına ehtiyac duyulmur. Məsələ 33: Sığorta müqaviləsinin bir neçə rüknü vardır: 1 və 2 –Sığorta edən və sığorta olunan şəxslərin icab və qəbulu demələri belə ki, orada danışıqları, yazıları, yaxud onlara dəlalət edən hər hansı bir şey kifayətdir. 3-Sığorta hansı barədə olsa, istər şəxs, istərsə də mal-dövlət barəsində növü təyin edilməlidir. 4-Sığorta müqaviləsinin əvvəli və sona çatma dövrünün qeyd olunması. Məsələ 34: Sığorta müqaviləsində xətər və ziyanın amili məsələn, yanğın, oğurluq, suda qərq olmaq, xəstəlik, ölüm və sair kimi şeylər; eləcə də əgər hissə-hissə ödəniləcəksə sığortanın illik, yaxud aylıq ödəniş miqdarı tə`yin edilməlidir. Məsələ 35: Sığorta müqaviləsindəki tərəflər həddi-büluğa çatmış, ağıllı olmalı qəsd və ixtiyar üzərindən bu müqaviləni bağlamalı, onların səfehlik, yaxud müflisləşmə nəticəsində məhcur olmamaları (mal-dövlətindən istifadə etməkdən məhrum edilməmələri) şərtdir. Əgər hər iki tərəf, yaxud onlardan biri həddi-büluğa çatmayan, dəli, bu işə məcbur edilmiş, yaxud mal-dövlətində təsərrüfdən qadağan edilmiş olsalar, yaxud ciddi məqsədləri olmasa, müqavilə səhih deyil. Məsələ 36: Sığorta müqaviləsi lazım əqdlərdən sayılır və iki tərəfin razılığı olmadan pozula bilməz. Əlbəttə, əgər müqavilədə şərt edilsə ki, sığorta edən və sığorta olunan, yaxud hər ikisinin müqaviləni pozma hüquqları vardır, bu şərtə əsasən sığorta müqaviləsini pozmaları caizdir. Məsələ 37: Əgər sığorta edən öz verdiyi iltizamına əməl etməsə, sığorta olunan şəxs şəriət hakiminə və, yaxud ondan başqasına müraciət etməklə onu öz vəzifəsini yerinə yetirməyə vadar edə bilər. Həmçinin müqaviləni poza da bilər və sığorta haqqı adı ilə verdiyi məbləğin geri qaytarılmasını tələb edə bilər. Məsələ 38: Əgər sığorta müqaviləsində müəyyən olunsa ki, sığorta olunan şəxs müəyyən bir məbləği sığorta haqqı adı altında hissə-hissə ödəsin və, bu razılaşmanın icrasında istər miqdar baxımından, istərsə də ödəniş zamanı baxımından və`dəsinə xilaf çıxsa, sığorta edənə vacib deyildir ki, müəyyən hadisə və ya zərər büruz etdikdə müəyyən məbləği ödəməklə əlaqədar verdiyi iltizama əməl etsin və sığorta olunan da ödənmiş sığorta haqqının qaytarılmasını tələb edə bilməz. Məsələ 39: Sığortada xüsusi bir müddətin tə`yin edilməsi şərt deyildir, əksinə müqavilədəki tərəflərin yə`ni sığorta edən və sığorta olunanın razılığına tabedir. Məsələ 40: Əgər bir neçə nəfər öz müştərək mallarından əldə etdikləri sərmayə ilə bir şirkət tə`sis etsələr və onlardan hər biri şirkət (şəriklik) müqaviləsi əsnasında başqasına şərt etsə ki, onun özünə, yaxud mal-dövlətinə müəyyən bir hadisə baş verdiyi təqdirdə (onun növünü də şərtin əsnasında müəyyən etsələr) şirkət vəzifəlidir ki, şirkətin sərmayəsindən, yaxud qazancından istifadə edərək dəymiş xəsarətləri aradan qaldırsın; bu halda müqavilənin qüvvədə qaldığı dövrdə bu şərtə əməl edilməsi vacibdir.
16-Sərqüfli Tacir və bazar işçiləri arasında geniş yayılmış müamilələrdən biri də sərqüfli, yaxud irəli olmaq haqqı adlı müqavilədir. Məqsəd budur ki, icarə edən şəxs özünün icarə etdiyi və ixtiyarında olduğu məhəlli iki tərəfin razılığı əsasında alınmış məbləğ müqabilində başqasına həvalə edir, yaxud malik aldığı müəyyən məbləğ müqabilində icarə müddəti sona çatdıqdan sonra icarəçini, icarə etdiyi yerdən çıxarmaqdan, yaxud icarə haqqını artırmaqdan çəkinsin. Məsələ 41: Kəsb-ticarət yeri (sadəcə) kimi bir yerin icarə edilməsi icarəçi üçün orada heç bir haqq gətirmir və o, icarə müddəti qurtardıqdan sonra oranın malikinin öz mülkündə təsərrüf etməsinə, oranı boşaltmasına, yaxud əvvəlki icarə məbləğinin artırılmasına mane ola bilməz. Həmçinin icarəçinin müəyyən bir məhəldə uzun müddətli olması, həmin məhəllin müəyyən dəyər və, yaxşı ticarət mövqeyi qazanması və sair kimi şeylər onun üçün həmin yerdə qalmağa heç bir haqq gətirmir. İcarə müddəti qurtardıqdan sonra həmin yeri boşaldaraq malikinə təhvil verməsi vacibdir. Əgər icarəçi dövlət qanunundan (belə ki, bu qanun malikin icarəçini zorla icarə etdiyi yeri boşaltmağa vadar etməsinin və yaxud icarə miqdarını artırmasının qarşısını alır) istifadə etsə və həmin yeri boşaltmaqda, yaxud icarə haqqının artırılmasından imtina etsə bunun işi haramdır və onun həmin yerdə malikinin razılığı olmadan təsərrüf etməsi qəsb sayılır. Əgər həmin yeri boşaltmaq işi müqabilində müəyyən məbləğ alsa haramdır. Məsələ 42: Əgər malik bir yeri məsələn bir il müddətində on min manata icarəyə versə, bundan əlavə, əlli min manat məbləğində ondan alsa və müqavilə əsnasında şərt etsə ki, hər il həmin məbləği artırmadan onun icarə müddətini uzatsın, yaxud həmin məbləğə, amma icarəçinin o məhəlli həvalə etdiyi şəxs (ikinci icarəçiyə) icarəyə versin, həmçinin, ikinci şəkildə üçüncü icarəçiyə və sair... belə olan halda caizdir ki, icarəçi malikə verdiyi məbləğ qədər və ya ondan çox, yaxud ondan az məbləğ alaraq belə bir şərtdən əldə olunan razılaşma əsasında həmin yeri başqasına həvalə etsin. Məsələ 43: Əgər malik bir yeri müəyyən bir şəxsə müəyyən müddət ərzində icarəyə versə və icarə əqdinin əsnasında özünə şərt etsə ki, müəyyən bir məbləğ almaqla, yaxud almamaq, müqabilində müddət sona çatdıqdan sonra onun icarəsini birinci ildə razılaşdıqları həmin surətdə və ya hər il adi qayda olan şəkildə uzatsın və təsadüfən digər bir şəxs icarəçiyə müəyyən məbləğ versə ki, o təkcə icarə yerini boşaltsın, belə ki, daha onun orada qalmaq haqqı olmasın və malik oranı boşaltdıqdan sonra həmin yeri istədiyi kimi icarə versin, belə olan halda caizdir ki, icarəçi razılaşılan məbləği alsın. Bu sərqüfli icarəçinin təsərrüf etmə haqqının ikinci şəxsə nəql olunması müqabilində deyil, yalnız oranın boşaldılması üçün olacaqdır.