Йарымкечириъи диодларын тяснифаты



Yüklə 0,58 Mb.
səhifə11/20
tarix07.01.2024
ölçüsü0,58 Mb.
#211603
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
2–ci muhazirə

3. Trinistor
Tiristorda emitter keçidlərindən biri idarə olunduqda, yəni açılma gərginliyi idarə olunduqda onun tətbiq imkanları artır. Belə tiristor idarə olunan tiristor və ya trinistor adlanır.
Dinistoru açıq hala keçirmək üçün gərginliyi açılma qiymətinə qədər artərmaq lazımdır. Həmin effekt bazalardan birinə əlavə elektrod birləşdirmək yolu ilə də əldə edilə bilər. Bazaya birləşdirilmiş bu omik kontakt idarəedici adlanır (şəkil 1,b). İdarəediciyə elə qütblü sabit və ya impuls gərginliyi tətbiq olunur ki, bu bazaya bitişmiş emitter keçidi düz istiqamətdə qoşulsun. Bu zaman  – emitterindən elektronların cərəyanı artır; bu isə öz növbəsində tiristorun bazalarındaki tarazsız daşıyıcıların sayını artırır və tiristordaki anod gərginliyi açılma gərginliyindən az olduqda belə tiristorun açılmasına gətirir. Başqa sözlə, idarəediciyə gərginlik tətbiq etdikdə emitterin cərəyanını və deməli, tranzistorlardan birinin ötürülmə əmsalını tənzim etmək olar. Beləlilklə, tirisorun açılma gərginliyini idarə etmək olar. İdarəedici cərəyan  ) artdıqca açılma gərginliyinin qiyməti azalır (şəkil 3)  cərəyanının kafi qədər böyük qiymətində tiristorun VAX-ı diodun düz xarakteristikası ilə eyni olur, yəni tiristor birbaşa açıq hala keçir. Dinistor və trinistorun elektrik sxemlərində şərti qrafik işarələri şəkil 4–də göstərilən kimidir.



4. Simmetrik tiristor – simistor


Simmetrik tirstor keçiriciliyi ardıcıl dəyişən 5 hissədən və bu hissələrin yaratdığı 4 p–n keçiddən ibarət olan yarımkeçirici cihazdır. Simmetrik tirstorun quruluşu və elektrik sxemlərində şərti qrafik işarələri şəkil 5–də göstərilmişdir. Əgər bu tiristorun n1–hissəsinə qida mənbəyinin müsbət və n3–hissəsinə mənfi qütbünü birləşdirsək, onda K1 keçidi əks istiqamətə qoşulmuş olur. K1 keçidi bağlı olduğundan tiristordan axan cərəyan şuntlayıcı p1–hissəsindən keçir. Bu zaman tiristorun işçi hissəsi p1–n2–p2–n3 quruluşu olur və bu quruluşda adi dinistordaki hadisələr baş verir, yəni xarici gərginliyin müəyyən qiymətində belə tiristor bağlı haldan açıq hala keçir.
Xarici gərginliyin qütblərini dəyişsək, K4 keçidi əks istiqamətə qoşulur, yəni o bağlı olur, tiristorun cərəyanı şuntlayıcı p2–hissədən axır. Bu zaman tiristorun işçi hissəsi
n1–p1–n2 –p2 quruluşu olur. Bu dinistor xarici gərginliklə bağlı haldan açıq hala və əksinə keçə bilər. Simmetrik tiristorun VAX–ı şəkil 6–da göstərilmişdir.





Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin