Jurnal Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçmişdir



Yüklə 14,92 Mb.
Pdf görüntüsü
səhifə9/20
tarix16.02.2017
ölçüsü14,92 Mb.
#8497
1   ...   5   6   7   8   9   10   11   12   ...   20

Federativ Respublikasının CM-ndə saxta pul hazırlama  əməli ilə mübarizəyə  həsr 
olunan üç müstəqil maddə  nəzərdə tutulmuşdur. Söhbət həmin Məcəllənin 146, 147 və 
149-cu paraqraflarından gedir ki, bu paraqrafların vasitəsi ilə ayrıca üç cinayət tərkibinin 
cinayət-hüquqi tənzimlənməsi həyata keçirilir. 146-cı paraqrafda pul nişanlarının 
saxtalaşdırılmasına və ya satış  məqsədi ilə saxta pul nişanlarının  əldə olunmasına görə 
cinayət məsuliyyəti nəzərdə tutulur. 147-ci paraqraf saxta pul nişanlarını satmanı, habelə 
saxta pul nişanlarını satmağa cəhd etməni cinayət əməli kimi tanıyır. 149-cu paraqraf isə 
pul nişanlarının saxtalaşdırılmasına hazırlığı cinayət hesab edir və  həmin  əmələ görə 
məsuliyyət nəzərdə tutur.  
İsveçrə Konfederasiyasının Cinayət Qanunvericiliyində (irəlidə - İS.K. CM) 
pul nişanlarının saxtalaşdırılması ilə mübarizə aparmaq üçün bir neçə cinayət hüquq 
norması müəyyən edilmişdir. Söhbət  İS.K. CM-nin 240-244-cü maddələrində ifadə 
olunan cinayət-hüquq normalarından gedir. Həmin Məcəllənin 240-cı maddəsi qəlb 
(saxta) metal və kağız pullar və ya banknot hazırlamağı cinayət əməli hesab edir. Həmin 
maddəyə görə qəlb kağız və metal pul və ya banknot hazırlayan (düzəldən) şəxs cinayət 
məsuliyyətinə  cəlb olunur və  cəzalandırılır.  İS.K. CM-nin 241-ci maddəsi pulların 
saxtalaşdırılmasına görə  məsuliyyət müəyyənləşdirir. Burada deyilir ki, metal və kağız 
pulları  və ya banknotları böyük nominala malik olan pul kimi dövriyyəyə buraxmaq 
məqsədi ilə saxtalaşdıran şəxs cəzalandırılır.  
 

 
104
S.O.Əliyev 
 
İS.K. CM-nin 242-ci maddəsi saxta pulları dövriyyəyə buraxmağa, 243-cü 
maddəsi pulun məzmununu qanunsuz azaltmağa, 244-cü maddəsi isə saxta pulları 
daşımağa,  əldə etməyə  və ya saxlamağa görə  məsuliyyət müəyyənləşdirir. Bu kimi 
hərəkətlər (hazırlama, saxtalaşdırma, dövriyyəyə buraxma, daşıma, saxlama və s.) pul 
nişanlarını saxtalaşdırmanın müstəqil formalarıdır. 
İsveç Krallığının Cinayət Məcəlləsinin 14-cü fəsli “saxtalaşdırma ilə bağlı olan 
cinayətələr haqqında” adlanır ki, həmin fəsil özündə 12 maddəni (1-12-ci maddələri) 
birləşdirir. Bu maddələrdən ikisinin (1-ci və 2-ci maddələrin) vasitəsi ilə pulları 
saxtalaşdırma cinayətinə görə məsuliyyət məsələsi həll olunur.   
Fransa Respublikasında saxta pul hazırlama (pulları saxtalaşdırma) ictimai 
inama qəsd edən  əməllər sırasına aid olunur. Fransa Respublikasının Cinayət 
Məcəlləsinin (irəlidə - FR CM) “saxta pullar haqqında” II fəsli pulların 
saxtalaşdırılmasına görə məsuliyyət nəzərdə tutur ki, həmin fəslə bir neçə maddə (442-1 
– 442-14-cü maddələr) daxildir. Bu maddələrdə pul və ya banknotların saxtalaşdırılması 
ilə bağlı ictimai təhlükəli əməllər cinayət hesab edilir. Bu cinayətlərin predmeti qismində 
pul çıxış edir.         
FR CM-nin ayrıca bir fəsli (III fəsil) qiymətli kağızların saxtalaşdırılmasına 
görə  məsuliyyət nəzərdə tutur ki, həmin fəsil özündə 8 maddəni (443-1 – 443-8 ci 
maddələri) birləşdirir. Həmin maddələrdə  nəzərdə tutulan cinayətlərin (saxtalaşdırma 
cinayətlərinin) predmeti qismində qiymətli kağızlar çıxış edir. 
Polşa Respublikasının qüvvədə olan Cinayət Məcəlləsi pulların 
saxtalaşdırılmasını təsərrüfat dövriyyəsi əleyhinə olan cinayətlər sırasına aid edir. Onun 
310-cu maddəsi həmin növ cinayətlərlə mübarizəyə həsr edilmişdir. Ölkəmizin Cinayət 
Qanunvericiliyi ilə müqayisədəd həmin cinayətin obyektiv tərəfi daha geniş hərəkətlərdə 
ifadə olunur (qəlb pul hazırlama; yenidən pul düzəltmə; saxta pulu saxlama; saxta pulu 
göndərmə; saxta pulun yerini dəyişmə; saxta pulu əldə etmə). Bu kimi hərəkətlər saxta 
pulları dövriyyəyə buraxmaq məqsədi ilə edilməlidir.  
İspaniya Respublikasının Cinayət Məcəlləsinin (irəlidə - İR CM) 386-cı 
maddəsi də pulları saxtalaşdırma cinayətinin obyektiv tərəfini təşkil edən əməllərə daha 
geniş hərəkətlər daxil edir. Belə ki, pulları saxtalaşdırma cinayəti aşağıdakı hərəkətlərlə 
edilə bilər: 1) saxta pul hazırlama; 2) ölkəyə saxta pullar gətirmə; 3) saxta pulları satma; 
4) saxta pulları qaçaqmalçılıqla məşğul olan və ya saxta pul hazırlayan başqa  şəxslərlə 
əlbir yayma; 4) satış  məqsədi ilə saxta pulları  əldə etmə; 5) dövriyyəyə buraxmaq 
məqsədi ilə saxta pulları əldə etmə. 
Göründüyü kimi İR CM-nin pulları saxtalaşdırma cinayətinin obyektiv tərəfini 
xarakterizə edən əməllərə daha geniş dairəli hərəkətləri daxil edir. Bu da öz növbəsində 
həmin cinayətlə daha effektiv mübarizə aparılmasını təmin edir.  
Göründüyü kimi biz, bank fəaliyyəti əleyhinə törədilən ictimai təhlükəli əməllər 
sırasına aid etdiyimiz cinayətlərə görə  məsuliyyət müəyyənləşdirən xarici ölkə 
Qanunvericiliyinə elmi tədqiqat konteksində diqqət yetirdik. Xarici ölkə 
Qanunvericiliyinin təhlili göstərir ki, Qərb dövlətlərində qanunsuz kredit alma, kreditor 
borclarını ödəməkdən qəsdən yayınma, saxta pul hazırlama və bank fəaliyyəti  əleyhinə 
törədilən digər cinayətlərlə mübarizə aparılmasına xüsusi əhəmiyyət verilir. Aparılan 
mübarizənin hüquqi əsasını həmin dövlətlərdə qəbul edilmiş Cinayət Məcəllələri və digər 
hüquqi aktlar təşkil edir ki, belə aktlar xarici ölkələrin Cinayət Qanunvericiliyinin əsasını 
təşkil edir. Nəzərdən keçirdiyimiz xarici ölkələrin Qanunvericiliyinin demək olar ki,  

 
105
S.O.Əliyev 
 
hamısında bank fəaliyyəti  əleyhinə törədilən ictimai təhlükəli  əməllər haqqında məsələ 
müxtəlif anlayışların (məsələn, dələduzluq, müflisləşmə  və digər anlayışların) tətbiq 
olunması ilə həll edilir. Lakin buna baxmayaraq, xarici ölkələrin Qanunvericilik təcrübəsi 
Azərbaycan Respublikasının hüquqyaratma subyektləri tərəfindən nəzərə alınmalı, ona 
diqqət yetirilməlidir. Zənn edirik ki, bunun ölkəmizdə bank fəaliyyəti əleyhinə törədilən 
ictimai təhlükəli əməllərlə aparılan mübarizə məsələsində yalnız əhəmiyyəti ola bilər.   
 
 
 
ƏDƏBİYYAT SİYAHISI: 
 
1.
 
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. Bakı: Hüquq nəşriyyatı, 2014; 
2.
 
Cinayət Qanunları Külliyyatı 1920-2000-ci illər. Hüquq yayın evi: 2014; 
3.
 
Щербаков,  Александр  Васильевич  "Уголовно-правовые  проблемы  борьбы  с 
преступлениями в банковской сфере", М: 2003 г, диссертасия; 
4.
 
Уголовное  право  России.  Часть  особенная.  Учебник/  отв.  ред.  Л.Л.Кругликов. 
М.: Проспект, 2013; 
5.
 
Уголовное  право  России.  Часть  общая  и  особенная.  Учебник / Под  ред. 
А.И.Рарога. М.: Проспект, 2008; 
6.
 
Уголовное  право  зарубежных  стран.  Общая  часть / Под  ред.  И.Д.  Козочкина. 
М.: Омега-Л, 2003; 
7.
 
Уголовное право в ХХI веке. М.: Лекс-Эст, 2002; 
8.
 
Уголовное  законодательство  зарубежных  стран / Под  ред.  И.Д.Козочкина.  М.: 
Зерцало, 1998; 
9.
 
Трикоз Е.Н. Практикум международное уголовное право. М.: Норма, 2007; 
10.
 
Тынель  А.  Функ  Я.,  Хвалей  В.,  Курс  международного  торгового  права. 
Учебник. Минск: Амалфея, 2000. 
 
 
КРИМИНАЛЬНО-ПРАВОВЫЕ АСПЕКТЫ БОРЬБЫ С ПРЕСТУПЛЕНИЯМИ 
ПРОТИВ БАНКОВСКОЙ ДЕЯТЕЛЬНОСТИ В ЗАПАДНЫХ  СТРАНАХ 
 
РЕЗЮМЕ 
 
Будучи субъектом предпринимательства банк является важным средством в 
развитии постоянно изменяющейся развивающейся и параллельно с этим развитием 
экономики,  требующей  размещения  и  приспособления  в  правовой  системе. 
Современный  банк,  занимаясь  многосторонней  деятельностью  характеризуется 
значительным  денежным  оборотом  и  финансируя  различные  области  экономики 
создает основу для экономического прогресса. 
Борьба с преступлениями, посягающими на денежный и финансовый оборот, 
а также экономических отношений, связанных с банковской деятельностью, иными 
словами на финансово-кредитную сферу (финансово-кредитный сектор экономики) 
считается одной из актуальных задач уголовного права. В период, когда банковская 
деятельность  получила  широкий  размах  и  уделения  особого  внимания  этой 
деятельности очень насущным является проведение научных исследований  

 
106
S.O.Əliyev 
 
уголовно-правовых  аспектов  регулирования  этой  деятельности  и  внесения 
предложений по этому поводу.  
В  этом  значении  в  статье  на  передний  план  выставляется  экономическая 
важность  банков  для  страны,  затрагиваются  особенности  преступлений, 
совершенных  против  банков,  кратко  анализируются  уголовно-правовые  нормы, 
предусмотренные за такие преступления. 
    
 
 
 
CRIMINAL AND LEGAL ASPECTS OF FIGHTING TOWARDS CRIMINAL 
ACTS COMMITED AGAINST BANKING ACTIVITY IN WESTERN 
COUNTRIES 
 
RESUME 
 
Bank, being an entrepreneurial entity, in line with current and international 
conditions, is an important means in development of continually changing and developing 
economy which requires renovation, adaptation in legal system in parallel with this 
development. The modern bank, with its multilateral operation, is characterized by huge 
money turnover and provides basis for economic progress by financing various fields of 
economy.  
 
One of the most actual duties of criminal law is to combat against the crimes which 
offend the economic relations related to money and financial turnover, as well as bank 
operation, in other words, the financial-credit sphere (financial-credit sector of economy).  
In the period in which banking operations are widespread and special attention is focused 
on these operations, it is crucial to conduct scientific researches on criminal-legal aspects 
of regulation of this type of operations and to make offers thereon.  
 
In this context, the submitted article brings into foreground the economic 
importance of banks for the country, touches upon the features of crimes perpetrated 
against banks, and briefly reviews the criminal-legal standards for such crimes.  
 
 
 
 
 

 
90
ODLAR YURDU UNİVERSİTETİNİN ELMİ VƏ PEDAQOJİ XƏBƏRLƏRİ 
THE SCIENTIFIC AND PEDAGOGICAL NEWS OF ODLAR YURDU UNIVERSITY
 
 
2015 - № 41
 
 
 
DEMOKRATİK DÖVLƏT QURUCULUĞU PROSESİNDƏ  
MƏTBUATIN YERİ VƏ ROLU 
 
            V.G.Rəhimzadə 
            AMEA Naxçıvan bölməsi 
                                        Naxçıvan AZ7000, Heydər Əliyev prospekti 76 
                                                            e-mail: ikisahil@mail.ru 
 
Açar sözlər: demokratiya, plüralizm, söz və fikir azadlığı, konstitusiya, hakimiyyət, mətbuat,  hüqu- 
qi dövlət 
Keywords: democracy, pluralism, freedom of thought and speech, constitution, power, press, lawful 
state 
Ключевые слова:  демократия,  плюрализм,  свобода  мысли  и  слова,  конституция,   власть,  
пресса, правовое государство 
 
Demokratik prinsiplər, plüralist dəyərlər statik vəziyyətdə qalan anlayışlar 
olmayıb, daim təkmilləşməyə və yeniliyə meyillidir. Azərbaycanda qərarlaşan demokratik 
dəyərlər də davamlı təkmilləşərək, yeni keyfiyyətdə təzahür edir. Əsas odur ki, demokratik 
dəyərlərin təşəkkülü və  təkmilləşməsi üçün kifayət qədər  əlverişli mühit yaradılmışdır. 
Demokratik dövlət quruculuğu ölkədə sivil dəyərlərin geniş  tətbiqini ilk sıraya 
çıxarmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev Azərbaycanın gələcək 
inkişafının məhz demokratiyadan asılı olacağı, dövlət quruculuğunda bu mühüm dəyərə 
xüsusi diqqət yetiriləcəyini vurğulamışdır: “Azərbaycan demokratik dəyərlərə möhkəm 
inanan ölkədir. Demokratiyanın inkişafına tam sadiqdir. Biz başa düşürük ki, cəmiyyətin 
demokratikləşməsi həyata keçmədən nəzərdə tutduğumuz iri iqtisadi layihələr uğurlu ola 
bilməz” [1, s.37-38]. 
Avropa məkanına intensiv inteqrasiya olunan Azərbaycanda insan haqlarının 
qorunması sahəsindəki vəziyyəti məncə iki mərhələyə bölmək olar. Birinci mərhələdə 
insan hüquqlarının qorunması ölkədəki hərc-mərclik ilə  əlaqədar yox dərəcəsində idi. 
Əksinə, dövlət müstəqilliyinin ilkin mərhələsində insan hüquqları kütləvi şəkildə pozulur, 
onların bu və ya başqa fəaliyyət imkanları, hər cür təşəbbüsləri məhdudlaşdırılırdı. 
Ölkənin dünya birliyinə inteqrasiyası sürətləndikcə insan hüquqlarının qorunmasına olan 
zərurət daha da artırdı. Belə ki, demokratik idarəçiliyə  əsaslanan dövlətlərlə  əməkdaşlıq 
demokratik dəyərlərə hörmətlə yanaşmağı labüd edirdi. 
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə respublika rəhbərliyinə 
ümummilli lider Heydər  Əliyevin qayıdışı dövlətçiliyin qorunub saxlanılmasını  və 
möhkəmləndirilməsini, demokratik prinsiplərə riayət edilməsini təmin etdi. Bunun da 
nəticəsində insan hüquqlarının qorunması dövlət səviyyəsində yerinə yetirilməyə başlandı. 
Bu artıq ikinci və mühüm mərhələnin başlanğıcı idi. 
Dövlət quruculuğu, demokratikləşmə prosesi ilk  növbədə  insanların  düşüncə  tər-
zində, təfəkküründə yeniləşməni zəruri edir. Bu ondan irəli gəlir ki, demokratiya hər 
şeydən əvvəl düşüncə tərzidir. İnsanlar fikrən, ruhən bunu qəbul etməyə hazır olmadıqca 
demokratikləşmədən, dünyəvi, hüquqi dövlət quruculuğundan söhbət gedə bilməz. 
Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin ilkin mərhələsində  

 
91
V.G.Rəhimzadə
 
 
insanlarda anarxizm, xaosa aludəlik meyli güclənmişdi ki, bu da demokratik təsisatların 
formalaşdırılması prosesini ləngidir, hüquqi dövlət qurmaq işində baryerlər yaradırdı. 
Əlbəttə ki, demokratik inkişaf elə bir prosesdir ki, onu birdən-birə, xüsusi 
göstəricilərlə formalaşdırmaq olmur. Heç Avropanın özü də indiki demokratik dəyərlərə 
birdən-birə çatmamışdır. Böyük publisist Ü.Hacıbəyli hələ ötən əsrin əvvəllərində yazırdı: 
“Avropanın xarici politikası, ya bizim qonşumuz ermənilərin politikası – birdir. Ermənilər 
öz qonşularının tərəqqisini istəmədiyi kimi, Avropa dəxi qonşusu Asiyanın və Afrikanın… 
münbit yerlərini ona buraxmasını arzu ediyor» (7, s.125). Bu səviyyədən indiki 
demokratik dəyərlərə çatan Avropanın tarixi inkişaf yolunda insan hüquq və 
azadlıqlarından keçmişdir. 
Bu mənada, ictimai şüurun yeniliklərə hazır olmadığı  cəmiyyətdə modernləşmə 
prosesində  ətalət, hadisələrin axarında kortəbii iştirak tendensiyası hökm sürürdü. 
Şübhəsiz ki, belə situasiyada – demokratik ənənələrin, demokratik təfəkkürün olmadığı 
şəraitdə – demokratiyadan, onun reallaşmasından danışmaq yersiz olardı. Cəmiyyət 
həyatında müşayiət olunan inkişaf rüşeymləri intişar tapdıqca insanların  şüurlarında 
tərpəniş, irəliyə doğru hərəkət baş verdi ki, bu da öz növbəsində yeni təfəkkür tərzinin 
formalaşmasına zəmin yaratdı.  İnsanların siyasi şüuru gerçək hadisələri daha doğru 
qiymətləndirdikcə onların reallaşan dəyişikliklərə adaptasiyası prosesi də sürətlənmiş 
oldu. Lakin bu proses heç də öz-özünə baş vermədi. Ölkədə demokratik dəyərlərin 
formalaşması üçün möhkəm iradəli, siyasi təcrübəli, xalqı  və dünyanın dəyişən 
proseslərini duyub təhlil edən, bu təhlillərin nəticəsini ölkəyə tətbiq edən lider lazım idi. 
Xalqımız o çətin günlərdə özünün Heydər Əliyev kimi liderini sığındı. Ümummilli lider 
ölkədə demokratik dəyərlərin, insan hüquqlarının formalaşdırılması üçün ilk növbədə 
Azərbaycan Respublikasının Konstitusiyasını ümumxalq müzakirəsinə  çıxardı. Böyük 
miqyaslı ümumxalq müzakirəsindən keçən bu Konstitusiya insan hüquq və azadlıqları 
haqqında Heydər Əliyevin möhtəşəm əsəri idi. 
Demokratik dövlət quruculuğu prosesində Konstitusiyanın yerini, insanların siyasi 
şüurunun pozitiv rolunu başa düşmək üçün son illərin xronikasına nəzər salmaq kifayətdir. 
Siyasi həyatın insan tərəfindən qavranılmasını ehtiva edən siyasi şüur baş verən hadisə və 
proseslərə həlledici təsir göstərmək imkanındadır. Belə ki, siyasətin subyekti olan insanlar 
siyasi proseslərə özləri istiqamət verirlər. Buna görə də demokratikləşmə prosesinin tərkib 
hissəsi kimi ictimai şüurun, onun tərkib hissəsi olan siyasi şüurun inkişaf səviyyəsi, 
cəmiyyətin yeni dəyərləri qəbul etməsi mühüm səciyyə daşıyır. Demokratik dövlət 
quruculuğu zamanı siyasi şüurda dövlətçilik ruhunun və  şüurunun təşəkkül tapması 
məqsədin daha dinamik və pozitiv şəkildə reallaşmasına təkan verir. 
Bu mənada, hakimiyyətin mənbəyi xalqdır və xalqın hakimiyyəti formalaşdırması 
seçkilər vasitəsilə reallaşır. Hər bir demokratik ölkənin xüsusi dəyərlər sisteminə daxil 
olan bu demokratik prinsip Azərbaycan Respublikası Konstitusiyasında xüsusi maddə ilə 
təsbit olunmuşdur: “Azərbaycan Respublikasında hakimiyyətin yeganə  mənbəyi 
Azərbaycan xalqıdır” [6, səh. 4]. 
Konstitusiyanın dövlət orqanlarına seçmək və seçilmək haqqı verən bu maddəsi 
dövlət hakimiyyətinin vətəndaşların nəzarətində saxlanılmasına hüquqi şərait yaradır.  De- 
mokratik dəyərlərin yüksək tutulduğu dövlətlərdə reallaşan hakimiyyətin xalqdan asılılığı 
prinsipinin Azərbaycanda da özünə dayaq tapmasında Konstitusiyanın həmin maddəsinin 
müstəsna əhəmiyyəti var. 
 

 
92
V.G.Rəhimzadə
 
 
Bütün mahiyyətində demokratik prinsiplərə söykənən Azərbaycan Respublikası 
Konstitusiyası Azərbaycan vətəndaşının fikir və söz azadlığını  təsbit edərək ona hüquqi 
status vermişdir: Maddə  47.1 “Hər kəsin fikir və söz azadlığı vardır” [6, s.16]. Əslində bu 
maddə söz və fikir azadlığının təminatçısı olan mətbuatın da müstəqilliyini, azadlığını 
təsbit edir. 
Konstitusiyada təsbit olunmuş fikir və söz azadlığı hüququ dövlətin və xalq 
hakimiyyətinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu hüququn 
gerçəkləşməsi plüralist dəyərlərin inkişafı üçün katalizator rolu oynayır. Məsələ bundadır 
ki, demokratik cəmiyyətlərdə fikir və söz azadlığı  şəxsiyyətin sosiallaşması prosesində 
başlıca meyar sayılır. Öz rəyi, məsələlərə yanaşma tərzi olan insanlar sivil qaydaları 
yarada bilən, onun inkişafına təkan verən  şəxsiyyət kimi qəbul olunurlar. Vətəndaş 
cəmiyyətinin, hüquqi dövlətin ali məqsədinin həm də azad insan yetişdirmək olduğunu 
nəzərə alsaq, fikir və söz azadlığının demokratikləşmə prosesi üçün əhəmiyyəti daha aydın 
görünər. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, demokratik 
cəmiyyətin qurulması  işində azad medianın xüsusi rolu vardır: “Azərbaycanda söz 
azadlığı, mətbuat azadlığı, siyasi fəaliyyət azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan 
azadlığı təmin edilib. Hesab edirəm ki, bizim gündəlik həyatımız dediklərimi təsdiq edir. 
Azərbaycan o ölkələrdəndir ki, azad internet mövcuddur və internet istifadəçilərinin sayı 
70 faizdən çoxdur. Heç bir məhdudiyyət yoxdur. Yüzlərlə  mətbuat orqanı  fəaliyyət 
göstərir. Bir sözlə, medianın inkişafı ilə bağlı dövlət tərəfindən yalnız dəstək göstərilir” 
[2]. 
İnsan və  vətəndaş hüquq və azadlıqlarının təminatı haqqında Konstitusiya 
maddəsi, yuxarıda deyilənlərin davamı kimi, dövlətçiliyin demokratik əsaslar üzərində 
təşəkkül tapması  və inkişafında  əhəmiyyətli hadisədir. Məsələ bundadır ki, uzun illər 
ərzində totalitar idarə maşını insanların hüquq və azadlıqlarını deklorativ görüntüyə 
çevirməklə, reallıqda cəza maşınına rəvac vermişdi. Bu halda insanlar nəinki öz haqlarına 
sahib çıxa bilmir, habelə, dövlətin  əlində kölə  vəziyyətinə düşürdülər. Belə mühitdə 
yetişən insanlarda dövlətçilik təfəkküründən söhbət açmaq yersiz görünərdi. 
Konstitusiyada fikir və söz azadlığının, insan və  vətəndaş hüquq və azadlıqlarının təsbit 
olunması insanların  şəxsiyyət kimi yetişməsində çox böyük əhəmiyyət kəsb edir və 
dövlətçilik baxımından vacib səciyyə daşıyır. Azərbaycan Respublikası Konstitusiyası 
ölkəmizdə mətbuatın hüquqi bazasının yaradılması işində də əsas mənbə olmuşdur. 
Bundan irəli gələrək, Azərbaycanın demokratik inkişafı prosesində  mətbuatın 
xüsusi rolu və çəkisi önə çəkilmişdir. Belə ki, ümummilli lider Heydər Əliyevin misilsiz 
səyləri nəticəsində Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda 
süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in 
maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. 
Vətəndaş  cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 
Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra 
beynəlxalq konvensiya və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin 
təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradıldı. Bu 
hüquqi baza isə informasiya azadlığına təminat verən, mətbuat  da  daxil  olmaqla  KİV-də 
dövlət senzurasının aradan qaldırılması prinsipini təsbit edən Azərbaycan Respublikasının 
Konstitusiyasına söykənir. 
 

 
93
V.G.Rəhimzadə
 
 
Tarix elmləri doktoru, professor Əli Həsənov qeyd edir ki, mətbuat-dövlət 
münasibətlərində mütərəqqi  ənənələrin  əsasının qoyulması  və inkişaf etdirilməsi 
ümummilli liderin Azərbaycan mediası  və  cəmiyyəti qarşısında mühüm xidmətlərindən 
biridir [5]. 
Belə ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında söz, 
fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 6 avqust 
1998-ci il tarixli fərmanı  KİV-in sərbəst inkişafı,cəmiyyətin dinamik şəkildə 
demokratikləşməsinə  təsir edən qüdrətli vasitəyə çevrilməsi yolunda dövlət siyasətinin 
həyata keçirilməsində mühüm addım oldu [8]. Bu fərmanla Nazirlər Kabineti yanında 
mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş 
İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman 
və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il 
tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Həmçinin, 1998-ci ildə senzuranın ləğvi 
müstəqil mətbuatımızın ictimai fikrə  təsir edən və “dördüncü hakimiyyət” funksiyasını 
həyata keçirən real gücə çevrildi. Məhz, bundan sonra mətbuatımızın azad cəmiyyətin və 
demokratik ölkənin formalaşdırılmasında rolu ortaya çıxdı, hərtərəfli  şəkildə dövlət 
qayğısı ilə  əhatələnən mediamız həmin dövrdə tranzitar dövlət kimi müstəqil 
Azərbaycanın atributuna çevrildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan 
qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən «Kütləvi informasiya 
vasitələri haqqında», «Məlumat azadlığı haqqında» və s. qanunlar qəbul edildi, KİV-in 
təsis edilməsi və  fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi 
mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. 
Belə ki, 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" Qanun qəbul 
edildi. Bu müasir Azərbaycan reallıqlarını dolğun  əks etdirən, KİV-in istehsalı  və 
yayımının bütün məsələlərini demokratik şəkildə tənzimləyən hüquqi sənəddir. 
2000-ci il martın 6-da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "2000-
2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması 
üzrə tədbirlər proqramı" təsdiq olundu. Eyni zamanda, ümummilli lider Heydər Əliyevin 
11 may 2002-ci il tarixli ««Kütləvi informasiya vasitələri haqqında Qanuna əlavə  və 
dəyişikliklər edilməsi haqqında» fərmanı ilə bir daha ölkəmizdə  KİV sahəsində dövlət 
siyasəti xalqın maariflənməsində, ümumbəşəri ideyaların təbliğində, vətəndaş  cəmiyyəti 
quruculuğunda KİV-in qüdrətli vasitəyə çevrilməsinə, demokratiya, aşkarlıq və  ədalətin 
təntənəsinə xidmət etməyə yönəldildi [8]. 
Fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyev qeyd edir ki, Azərbaycanda 
azad kütləvi informasiya vasitələrinin yaranması hüquqi dövlət və  vətəndaş  cəmiyyəti 
quruculuğunun  əsas  şərtlərindən biri kimi qəbul olunmuşdur və daim dövlətin diqqət 
mərkəzindədir: “Ümummilli lider Heydər  Əliyev söz və  məlumat azadlığını, KİV-lərin 
müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. İstər 
Azərbaycana rəhbərliyinin sovet dövründə, istərsə də müstəqil dövlətimizə başçılıq etdiyi 
illərdə Heydər  Əliyev jurnalistikanın inkişafına, KİV-lərin maddi-texniki bazasının, 
yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərmiş, dövlət 
quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideyalarının, 
milli-mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verirdi” [3]. 
Prezident İlham Əliyevin 2003-cü ildə dövlət başçısı seçilməsindən sonra Azərbay
-
can mətbuatı keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəldi. 2005-ci ildə  «Əməkdar 
jurnalist» adı bərpa olundu, «Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında»,  

 
94
V.G.Rəhimzadə
 
 
«Azərbaycan mətbuat işçilərinə  fəxri adların verilməsi haqqında», «Kütləvi informasiya 
vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında» sərəncamlar imzalandı, həmçinin 
milli mətbuatımızın yaranma tarixinin ardıcıl  şəkildə qeyd olunması davam etdirildi, 
2008-cu ildə KİV-lərin inkişafına dövlət dəstəyi Konsepsiyası təsdiq edildi və bir il sonra 
müstəqil mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan 
Respublikası Prezidenti yanında Kütləvi  İnformasiya Vasitələrinin  İnkişafına Dövlət 
Dəstəyi Fondu yaradıldı. Bu Azərbaycanın mətbuat tarixində çox böyük hadisə idi. Eyni 
zamanda, dünyada ilk dəfə olaraq, Azərbaycanda jurnalistlərin mənzil problemi həll 
edildi, 2010-cu ildə jurnalist şəhərciyinin salınması üçün maliyyə  vəsaiti ayrıldı  və 
Azərbaycan Respublikası Prezidenti İlham  Əliyevin iştirakı ilə 17 mərtəbədən və iki 
girişdən ibarət olan müasir üslubda inşa olunmuş və tam təmirli binanın 2013-cü ilin 22 
iyul tarixində  rəsmi açılış  mərasimi keçirildi və 156 mənsildən ibarət bina jurnalistlərin 
ixtiyarına verildi. Eyni zamanda 3 girişli 17 mərtəbəli 255 mənzildən ibarət yeni binanın 
inşa edilməsi üçün növbəti sərəncam imzalandı  və bu binanın təməlqoyma mərasimi 
keçirildi. Bütün bunları nəzərə alaraq mətbuat işçiləri, Azərbaycanın mətbuat tarixinə qızıl 
hərflərlə yazılmış addımların atılmasının təşəbbüskarı olan Prezident İlham  Əliyevi iki 
dəfə “Jurnalistlərin dostu” seçdi. 
Tarix elmləri doktoru, professor Əli Həsənov qeyd edir ki, müstəqil medianın 
inkişafına xidmət edən yeni qanunların qəbul edilməsi, mətbuat orqanlarının 
"Azərbaycan" nəşriyyatına borclarının silinməsi, hər beş ildən bir milli mətbuatın, 
televiziya və radionun yubileylərinin ölkə  səviyyəsində qeyd edilməsi, KİV 
əməkdaşlarının dövlət mükafatlarına və fəxri adlara layiq görülməsi, redaksiyalara birbaşa 
maliyyə yardımının göstərilməsi və s. 2003-cü ildən sonrakı dövrdə  həyata keçirilmiş 
rəsmi tədbirlərin qısa siyahısıdır. Prezident İlham Əliyev Azərbaycanda mətbuata dövlət 
dəstəyini yüksək səviyyəyə qaldıraraq rəsmiləşdirmiş  və  şəffaflaşdırmışdır: "İlham 
Əliyevin prezidentliyi dövründə dövlətin media siyasətinin başlıca məqsədi güclü, 
müstəqil, obyektiv informasiya daşıyıcısı olan, eyni zamanda dövlətçilik prinsiplərinə 
sədaqət nümayiş etdirən, milli maraqların təəssübünü çəkən medianın formalaşması  və 
inkişafı olmuşdur. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, 
xüsusilə 2008-ci ildə  təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya 
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata 
keçirilməsinə xidmət etmişdir. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2009-cu ildə 
yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi  İnformasiya 
Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Fondu KİV-lərin maddi-texniki bazasının, 
jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. 
Fəaliyyət göstərdiyi 5 il ərzində dövlət büdcəsindən Fonda ayrılmış  vəsaitin həcmi 17 
milyon manatı keçmişdir" [5]. 
Bu gün Cənubi Qafqaz regionunun iqtisadiyyatının, maliyyə kütləsinin 80-90 
faizini özündə  cəmləşdirən Azərbaycanda reallaşdırılmış iqtisadi və siyasi reformalar 
insanların hüquq və azadlıqlarının təmin edilməsinə, sosial rifah halının yüksəlməsinə 
səbəb olduğu kimi, demokratik tranziti də labüdləşdirir. Azərbaycanda dövlət 
quruculuğunun ümumi inkişaf xətti barədə  fəlsəfə elmləri doktoru, akademik Ramiz 
Mehdiyev yazır: “XXI əsrin astanasında müstəqillik  əldə etmiş Azərbaycan xalqı böyük 
tarixə və zəngin ənənələrə malik olan dövlətçiliyini  bərpa  etmək,  milli-mənəvi  dəyərlərə 
söykənən və ümumbəşəri ideallardan qidalanan məfkurəsini, öz milli ideologiyasını 
formalaşdırmaq, azad iqtisadi münasibətlərə əsaslanan, demokratik prinsipləri ehtiva və  

 
95
V.G.Rəhimzadə
 
 
tətbiq edən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla irəliləyir” (4, 
s.67).  
Eyni zamanda, Azərbaycanda dövlətçiliyin demokratik əsaslar üzərində 
qurulmasının vətəndaşlardan da asılı olduğunu nəzərə alsaq, hazırki mərhələdə  hər bir 
fərdin məsuliyyətinin nə qədər böyük olduğu haqda dolğun təsəvvür yaranar. Bütövlükdə 
dövlət qurmaq, demokratik dəyərlər formalaşdırmaq bir təbəqənin, yaxud bir dairənin 
imkanları xaricindədir. Belə miqyaslı proseslər yalnız geniş insan kütlələrinin iştirakı ilə 
reallaşır. Buna görə  də, hər bir fərddən yeniliklərə dözümlü, təşəbbüskar yanaşmaqla 
birgə, onların möhkəmlənməsinə  səy göstərməsi də lazım gəlir. Fərdlərin keçid dövrünə 
psixoloji adaptasiyası prosesi o qədər də asan iş deyil. “Problem ondadır ki, insanın 
radikal şəkildə dəyişilmiş real şəraitə adaptasiya imkanları hüdudsuz deyil. Burada insanın 
fiziki və psixoloji imkanları ilə bağlı olan həddin varlığını inkar etmək olmaz. Bu həddin 
pozulması əks proseslərin yaranmasına səbəb olar” (9, s.212). 
Beləliklə də, artıq bu mərhələdə medianın gücləndirilməsi və nəhayət, demokratik 
dəyərlərin cəmiyyətdə oturuşmasına nail olmaq hədəfi reallaşdırılır.  
 
Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin