QƏRB ÖLKƏLƏRİNDƏ BANK FƏALİYYƏTİ
ƏLEYHİNƏ TÖRƏDİLƏN CİNAYƏTLƏRLƏ MÜBARİZƏNİN
CİNAYƏT-HÜQUQİ ASPEKTLƏRİ
S.O.Əliyev
Hüquq üzrə fəlsəfə doktoru,
Azərbaycan Milli Elmlər Akademiyasının
Fəlsəfə və Hüquq İnstitutunun doktorantı
s-aliyev@mail.ru
Açar sözlər: bank; zərər; xarici; cinayət.
Ключевые слова: банк; ущерб; иностранные; преступление.
Keywords: bank; damages; foreign; crime.
Hüquq doktrinasında göstərilir ki, bu və ya digər müəssisənin (təşkilatın) bank
kimi (bank müəssisəsi və ya bank təşkilatı kimi) tanınması üçün onun ən azı, minimum
iki növ əməliyyat aparması tələb edilir ki, bu əməliyyatlardan biri depozit qəbul etmə,
digəri isə kredit vermədir. Kredit vermə əməliyyatı bankların fəaliyyəti üçün xüsusilə
böyük əhəmiyyətə malikdir, çünki bankların mənfəətinin xeyli hissəsini kredit əməliyyatı
aparılması (kredit faizi) nəticəsində əldə olunan gəlir təşkil edir. Buna görə də, məqalədə
ilk olaraq Roman-German (kontinental), habelə İngilis-Sakson (ümumi) hüquq ailəsinə
(hüquq sisteminə) daxil olan bir sıra xarici ölkənin qanunsuz kredit alma, kreditor
borclarını ödəməkdən qəsdən yayınma, daha sonra eyni zamanda saxta pul hazırlama və
s. kimi bank fəaliyyəti əleyhinə törədilən əməllərlə bağlı Cinayət Qanunvericilikləri
araşdırılmış, tədqiq olunmuşdur.
İlk öncə, Almaniya Federativ Respublikasının (irəlidə- AFR) qanunsuz kredit
almağa görə məsuliyyət müəyyənləşdirən Cinayət Qanunvericiliyinə toxunaq və diqqət
yetirək. Bildiyimiz kimi AFR kontinental (Roman-German) hüquq ailəsinə (hüquq
sisteminə) aid olan ölkələrdən biridir. AFR-in Cinayət Məcəlləsinin (irəlidə - AFR CM)
265-6-cı paraqrafı kredit alma ilə bağlı olaraq dələduzluğa görə cinayət məsuliyyəti
nəzərdə tutur. Təsadüfi deyildir ki, AFR CM-nin 265-6-cı paraqrafı “Kredit alma ilə bağlı
dələduzluq” adlanır. Həmin maddənin dispozisiyasına uyğun olaraq aşağıdakı şəxslər
kredit alma ilə bağlı olan dələduzluğa görə cinayət məsuliyyətinə cəlb oluna bilərlər: 1)
kredit alma ilə bağlı olaraq müəssisə və təşkilata düzgün olmayan və ya qeyri-tam
sənədlər təqdim edirlər; 2) kreditləşdirmənin şərtlərinin dəyişdirilməsi barədə düzgün
olmayan və ya qeyri-tam sənədlər təqdim edirlər; 3) təsərrüfat münasibətlərinə aid yazılı
formaya düzgün olmayan və ya qeyri-tam məlumat verirlər; 4) təqdim olunan sənədlərdə
və digər məlumatlarda təsərrüfat münasibətlərinin pisləşməsini göstərmirlər.
AFR CM-nin 265-6-cı paraqrafında ifadə olunan cinayət-hüquq normasında
göstərilən bəzi vacib məqamlara diqqət yetirək. Həmin normada işlədilən kredit anlayışı
ilə əhatə olunur: 1) bütün növ pul ssudaları; 2) aksept kreditləri; 3) pul tələblərinin, çek
98
S.O.Əliyev
və veksellərin ödənişinə möhlət verilməsi; 4) zaminlik, qarantiya və ya digər bu kimi
hərəkətlər.
Təhlil olunan normanın dispozisiyasında söhbət yalnız o məlumatlardan gedir
ki, həmin məlumatlar kredit verilməsi barədə müvafiq qərar qəbul olunarkən mühüm
əhəmiyyətə malik olsun. Məhz mühüm əhəmiyyətə malik olan məlumatlar təqdim
etməklə kredit alan şəxs cinayət məsuliyyətinə cəlb edilir. Deməli, nəzərdən keçirilən
normanın dispozisiyasında söhbət təsərrüfat münasibətlərinə aid olan istənilən
məlumatdan getmir. Təhlil olunan cinayət hüquq norması hər şeydən əvvəl, kredit almaq
məqsədi ilə bilə-bilə yalan məlumatlar verməyə görə cinayət məsuliyyəti nəzərdə tutur.
Həmin norma həmçinin müəssisə və təşkilatın təsərrüfat vəziyyətinin pisləşməsi
haqqında məlumat verilməməsinə görə cinayət məsuliyyəti müəyyənləşdirir.
AFR CM-nin 265-6-cı paraqrafında nəzərdə tutulan cinayətin subyekti həm
mövcud olan, həm də mövcud olmayan müəssisə və ya təşkilatın vəzifəli şəxsi ola bilər.
Bu paraqrafda sadalanan əməllər nəticənin baş verməsindən asılı olmayaraq cinayət
hesab edilir.
AFR CM-nin 264-cü paraqrafı dələduzluq yolu ilə subsidiya alınmasına görə
məsuliyyət nəzərdə tutur. Həmin paraqraf “Dələduzluq yolu ilə subsidiya almaq” adlanır.
Kreditdən fərqli olaraq subsidiya əvəzsiz verilir və geri qaytarılmır. Əgər belə, bilə-bilə
yalan məlumatlar verməklə subsidiya alınarsa, əməl AFR CM-nin 264-cü paraqrafına
uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur.
Kreditor borclarını ödəməkdən qəsdən yayınmağa gəldikdə, qeyd etməliyik ki,
bu əməl bank fəaliyyəti əleyhinə törədilən əsas cinayət növlərindən biridir. AFR CM-ndə
həmin əmələ görə məsuliyyət nəzərdə tutan ayrıca normaya rast gəlinmir, təsadüf edilmir.
Kreditor borclarını ödəməkdən qəsdən yayınan şəxslərin (borclu şəxslərin) cinayət
məsuliyyəti məsələsi AFR CM-nin 24-cü bölməsinin normalarına əsasən həll olunur.
Həmin bölmə “Müflisləşmə ilə bağlı olan cinayət əməlləri” adlanır. Deməli, AFR CM-yə
görə, kreditor borclarını ödəməkdən qəsdən yayınma müflisləşmə ilə bağlı olan cinayət
əməli hesab edilir.
Qanunsuz kredit almağa görə Polşa Respublikasının Cinayət Məcəlləsi
(irəlidə - PR CM) də məsuliyyət nəzərdə tutur ki, həmin Məcəllə 06 iyun 1997-ci ildə
qəbul olunmuşdur. Onun 297-ci maddəsi iki növ əmələ görə məsuliyyət müəyyənləşdirir:
1) özü və ya başqa şəxs üçün kredit, bank ssudası, kredit zaminliyi, dotasiya, subvensiya
və ya ümumi sifariş almaq məqsədi ilə saxta və ya belə kredit, bank ssudası, kredit
zaminliyi, dotasiya, subvensiya və ya ümumi sifariş alınması üçün mühüm əhəmiyyətə
malik olan hallar haqqında yalan yazılı məlumatlar təqdim etmə; 2) müvafiq orqana və ya
idarəyə kredit, bank ssudası, kredit zaminliyi, dotasiya, subvensiya və ya ümumi sifarişin
alınmasının dayandırılmasına və ya məhdudlaşdırılmasına təsir edə bilən halların
yaranması haqqında məlumat verilməməsi.
Əgər şəxs göstərilən iki əməldən birini törədərsə, o, 3 aydan 5 ilə kimi
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əməlin hansı nəticəyə səbəb olmasının
əhəmiyyəti yoxdur. Belə ki, həmin əməllərdən birini törədən şəxs nəticədən asılı
olmayaraq PR CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Həmin
maddəsnin 3-cü paraqrafında deyilir ki, əgər şəxs cinayət təqibinin başlanmasına qədər
qanunsuz yolla aldığı kreditdən və ya bank ssudasından istifadənin qarşısını könüllü
surətdə alarsa və ya zərər çəkənin iddiasını təmin edərsə, cinayət məsuliyyətindən azad
olunur.
99
S.O.Əliyev
PR CM-nin 300-302-ci maddəsində borclunun öz kreditorlarına münasibətdə
etdikləri hüquqazidd hərəkətlərə görə məsuliyyət nəzərdə tutulur. Bu maddələrdə nəzərdə
tutulan cinayət-hüquq normaları müflisləşmə və ya ödəniş qabiliyyətsizliyi anlayışı ilə
bağlıdır. Belə ki, borclunun məsuliyyəti məsələsi müflisləşmə və ödəniş qabiliyətsizliyi
haqqında normaların vasitəsilə həll olunur. Bəzən borclu şəxs öz kreditoru qarşısında
öhdəliyini icra etməmək, yəni kreditor borclarını ödəməmək üçün əmlakını gizlədir, saır,
bağışlayır, üzərinə həbs qoyulan əmlakının tərkib hissələrini zədələyir və s. Bu kimi
əmələ görə PR CM-nin 300-cü maddəsinin 2-ci paraqrafında məsuliyyət
müəyyənləşdirilir.
Fransa Respublikasının Cinayət Məcəlləsində (irəlidə - FR CM) aldatma yolu
ilə qanunsuz kredit almağa görə məsuliyyət nəzərdə tutan hər hansı ayrıca normaya
təsadüf edilmir ki, bu Məcəllə 1992-ci ilin iyul ayında qəbul edilmişdir. Bizim
tədqiqatımız üçün həmin Məcəllənin “Dələduzluq və ona oxşar cinayət əməlləri
haqqında” 3-cü fəsil elmi maraq doğurur. Bu fəslə daxil olan 313-1-ci maddəsə
dələduzluğa görə məsuliyyət müəyyənləşdirir. Dələduzluq dedikdə, şəxsin (fiziki və ya
hüquqi) yalan addan və ya yalan statustan və ya fırıldaq üsullardan istifadə etməklə elə
aldatması başa düşülür ki, bunun nəticəsində şəxs özgəsinin pul vəsaitini, qiymətli
kağızlarını, maddi qiymətlilərini və ya istənilən digər əmlakını ələ keçirir, ona xidmət
göstərilir və ya vəzifə yaradılmasına və ya vəzifədən azad edilməsinə səbəb olan əqd
bağlanılır (FR CM-nin 313-1-ci maddəsi).
FR CM-yə görə dələduzluq həm də etibardan sui-istifadə yolu ilə törədilə bilər
ki, bu yolla şəxs özgə əmlakını ələ keçirir. FR CM-nin I şöbəsində “sui-istifadə”
haqqında belə bir maddəyə (3141-ci maddəyə) rast gəlirik ki, həmin maddə etibardan sui-
istifadə etməyə görə məsuliyyət nəzərdə tutur. Etibardan sui-istifadə etmənin mahiyyəti
bundan ibarətdir ki, hər hansı şəxs özgəsi tərəfindən ona verilmiş (etibar edilmiş) və geri
qaytarılmalı olan pul vəsaitlərini, qiymətli kağızları, maddi qiymətliləri və ya digər
istənilən əmlakı mənimsəyir.
FR CM-ndə kreditor borclarını ödəməkdən qəsdən yayınma kimi cinayət
əməlinə görə məsuliyyət nəzərdə tutan xüsusi normaya rast gəlmirik. Sual olunur:
Fransada əgər belə əməl törədilərsə, həmin əməl FR CM-nin hansı maddəsi ilə tövsif
olunur? Qeyd etməliyik ki, FR CM-nin III şöbəsini (“süni yolla ödəniş qabiliyyətsizliyi
yaratmaq haqqında” şöbəsinin) 1-ci hissəsində belə bir maddəyə (314-7-ci maddəyə)
təsadüf olunur ki, həmin maddə saxta ödəniş qabiliyyətsizliyi yaratmağa görə məsuliyyət
nəzərdə tutur. Kreditor borclarını ödəməkdən qəsdən yayınma, ümumiyyətlə, pul
öhdəliklərini icra etməkdən boyun qaçırma kimi əməl məhz bu maddə, yəni FR CM-nin
314-7-ci maddəsi ilə tövsif edilir. Söhbət, mahiyyətcə FR CM-nin saxta müflisləşmə
(saxta ödəniş qabiliyyətsizliyi) haqqında cinayət-hüquq norması əsasında kreditor
borclarkdən qəsdən yayınma əməlinə cinayət-hüquqi qiymət verilməsindən gedir. Saxta
müflisləşmə (ödəniş qabiliyyətsizliyi) dedikdə, hüquqi şəxsin rəhbəri tərəfindən
kreditorlara olan borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə
özünün bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan edilməsi başa düşülür.
Avropa ölkələrindən biri olan İspaniya Krallığının Cinayət Məcəlləsində
(irəlidə - İK CM) qanunsuz kredit almağa, yəni AR CM-nin 195-ci maddəsində nəzərdə
tutulan cinayət hüquq pozuntusuna oxşayan əmələ görə məsuliyyət müəyyənləşdirən
xüsusi maddəyə də rast gəlinmir. İK CM-nin IV fəslinin 248-ci maddəsi özgə əmlakını
aldatma yolu ilə ələ keçirməyə (mənimsəməyə) görə məsuliyyət nəzərdə tutur. Söhbət
100
S.O.Əliyev
“özgə əmlakını aldatma yolu ilə ələ keçirmə haqqında” maddədən gedir. Həmin maddəyə
görə, hər hansı şəxs zəhmətsiz gəlir (qazanc) əldə etmək məqsədi ilə digər şəxsi aldadarsa
və bunun nəticəsində yanlışlığa yol verən həmin şəxs özünün və ya başqa şəxslərin
ziyanına olaraq əmlaka sərəncam verir.
İK CM-nin VII fəsli “cəzalandırılmalı olan ödəniş qabiliyyətsizliyi haqqında”
adlanır ki, həmin fəsil borclu şəxslər (kreditorlara borcu ödəməli olan şəxslər) üçün
məsuliyyət müəyyənləşdirir. Sözügedən fəslə daxil olan 257-ci maddəyə əsasən, özünü
öz kreditorlarının zərərinə olaraq müflis, yəni ödəniş qabiliyyəti olmayan elan edən şəxs
cinayət məsuliyyətinə cəlb edilir. Həmin maddənin 2-ci hissəsində deyilir ki, bu
maddənin müddəaları istənilən növ öhdəliklərə və ya borclara tətbiq olunur. Belə ki,
öhdəliyini icra etməkdən və ya borclarını ödəməkdən yayınan şəxslər cinayət
məsuliyyətinə cəlb edilirlər. Kreditorun fiziki və ya hüquqi şəxs, dövlət və ya qeyri-
dövlət (xüsusi) hüquqi şəxs olmasının əhəmiyyəti yoxdur. Buna görə də şəxs istənilən
kreditora borcun ödənilməsindən yayınarsa, onun əməli cinayət məsuliyyətinə səbəb olur.
İK CM-ində AR CM-nin 196-cı maddəsində nəzərdə tutulan cinayət-hüquq pozuntusuna
oxşayan əmələ, yəni kreditor borclarını (kreditora olan borcları) ödəməkdən qəsdən
yayınmağa görə məsuliyyət müəyyənləşdirən xüsusi maddə yoxdur. Odur ki, həmin
əməlin İspaniyada cinayət-hüquqi tənzimlənməsi onun Cinayət Məcəlləsinin ödəniş
qabiliyyətsizliyi haqqında normalarının (İK CM-nin VII fəslinin) vasitəsi və köməyi ilə
həyata keçirilir.
İsveçrə Konfederasiyasının Cinayət Məcəlləsində (irəlidə - İS.K CM)
qanunsuz kredit almağa, yəni AR CM-nin 195-ci maddəsinin nəzərdə tutduğu cinayət-
hüquq pozuntusuna oxşayan əmələ görə məsuliyyət müəyyənləşdirən xüsusi maddə
mövcud deyildir. Buna görə də İsveçrədə qanunsuz kredit alma ilə bağlı olan hərəkətlərin
cinayət-hüquqi tənzimlənməsi İS.K CM-nin 146-cı maddəsinin vasitəsilə həyata keçirilir.
“Dələduzluq” adlanan həmin maddəyə görə, aldatma yolu ilə özgə əmlakını ələ keçirən
şəxs cinayət məsuliyyətinə cəlb olunur. Deməli qanunsuz kredit alma ilə bağlı olan
hərəkətlər İS.K CM-nin 146-cı maddəsi ilə nizamlanır və qaydaya salınır. Başqa sözlə,
kreditlə bağlı hüquqazidd əməllər haqqında məsələ cinayət hüquq müstəvisində
“dələduzluq” anlayışının tətbiq olunması ilə həll edilir. “Dələduzluq” kimi cinayət-
hüquqi anlayış isə AR CM-ndə qeyd olunan anlayışdan daha geniş izah edilir, başa
düşülür və təfsir olunur.
İsveç Krallığının Cinayət Məcəlləsində (irəlidə - İsv.K. CM) də qanunsuz
kredit almağa və kreditor borclarını ödəməkdən qəsdən yayınma kimi əməllərə görə
məsuliyyət nəzərdə tutan xüsusi maddəyə rast gəlmirik. Buna görə də həmin əməllərin
cinayət-hüquqi tənzimlənməsi İsv.K. CM-nin dələduzluq və müflisləşmə haqqında
normalarının vasitəsilə həyata keçirilir. Belə ki, İsv.K. CM-nin IX fəsli dələduzluğa və
digər vicdansız davranışa görə məsuliyyət nəzərdə tutur. Həmin fəslin 1.1. maddəsinə
görə, əgər hər hansı aldatma yolu ilə öə məxsus əmlakın ələ keçirilməsi ilə nəticələnən
əməl törədərsə, bu cinayət məsuliyyətinə səbəb olur. AR CM-nin 195-ci maddəsində
nəzərdə tutulan cinayət əməli məhz İsv.K. CM-nin bu norması ilə əhatə olunur. AR CM-
nin 196-cı maddəsinin nəzərdə tutduğu əmələ, yəni kreditor borclarını ödəməkdən qəsdən
yayınma əməlinə oxşayan cinayət-hüquq pozuntusunun İsveçrə Krallığında hüquqi
tənzimlənməsinə gəldikdə isə, qeyd etməliyik ki, həmin cinayət-hüquq pozuntusu İsv.K.
CM-nin “kreditorlar əleyhinə cinayətlər haqqında” XI fəsli ilə nizamlanır. Həmin fəslin
borclu şəxslərin üzərinə öz kreditorları qarşısında öhdəliklərini icra etmədiklərinə görə,
101
S.O.Əliyev
yəni borclarını ödəməkdən yayınmalarına görə cinayət-hüquq məsuliyyəti qoyur. Bu
fəslə daxil olan maddələrin demək olar ki, hamısında “müflisləşmə” termini işlədilir.
Deməli, borclu şəxslərin məsuliyyəti “müflisləşmə” anlayışı ilə əhatə olunur. Belə ki,
əgər borclu şəxs kreditora olan borcunu ödəməkdən qəsdən yayınarsa, o, müflisləşmə
haqqında cinayət-hüquq normalarına uyğun olaraq məsuliyyət daşıyır. Məsələn, XI fəslin
1-ci maddəsinə görə, müflisləşən şəxs əmlakı məhv edərsə, bağışlayarsa və ya əmlaka
digər yolla sərəncam verərsə, o, cinayət məsuliyyətinə cəlb olunur.
Niderland Krallığının (Hollandiya) qüvvədə olan mövcud Cinayət
Qanunvericiliyinə görə özgə əmlakını fırıldaq yolu ilə ələ keçirən şəxsin məsuliyyəti
“aldatma” terminindən istifadə olunmaqla müəyyənləşdirilir. Avropa dövlətlərindən biri
olan həmin ölkənin Cinayət Məcəlləsinin (irəlidə - NK CM) 25-ci bölməsi “aldatma”
adlanır. Bu bölməyə görə, əgər şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirərsə, o,
cinayət məsuliyyətinə cəlb edilir. Söhbət mahiyyətcə dələduzluq kimi ictimai təhlükəli
əməl törədən şəxsin cinayət məsuliyyəti daşımasından gedir. Axı, özgə əmlakını aldatma
yolu ilə ələ keçirmə dələduzluq əməli sayılır. Əgər şəxs Niderland Krallığında qanunsuz
kredit alarsa, onun əməli dələduzluq kimi tövsif olunur.
NK CM-nin 26-cı bölməsi “kreditorlara və ya səlahiyyətli şəxslərə ziyan
vurulması” adlanır ki, həmin bölmə müflisləşmə ilə bağlı cinayətlərə görə məsuliyyət
müəyyənləşdirən maddələr nəzərdə tutur. Bu maddələr, yəni müflisləşmə cinayətlərinə
görə məsuliyyət müəyyənləşdirən hüquq normaları əsasında borclunun məsuliyyəti
məsələsi həll olunur.
NK CM-ndə eyni zamanda pulların saxtalaşdırılmasını nəzərdə tutan xeyli
sayda hüquq norması nəzərdə tutulmuşdur; həmin normala NK CM-nin 10-cu bölməsinə
daxil olan 8 maddədə (208-215-ci maddələr) ifadə edilmişdir. Bu bölmə “pulların, dövlət
qiymətli kağızlarının və banknotların qəlpləşdirilməsi və saxtalaşdırılması” adlanır.
Danimarka Krallığının Cinayət Qanunvericiliyinə nəzər salsaq görərik ki, bu
ölkənin Cinayət Məcələsi (irəlidə - DK CM) qanunsuz kredit almağa görə məsuliyyət
müəyyənləşdirən xüsusi maddə nəzərdə tutmur. Əgər həmin ölkədə şəxs qanunsuz kredit
alarsa, onun əməli DK CM-nin 298-ci haraqrafı ilə tövsif olunur ki, həmin paraqraf DK
CM-nin “əmlak əleyhinə digər cinayətlər” adlı 29-cu fəslinə daxildir. Bu paraqrafda
söhbət dələduzluq hərəkətlərindən gedir ki, bu hərəkətlər AR CM-nin 195-ci maddəsinin
nəzərdə tutduğu qanunsuz kredit almağın tam oxşarıdır. Burada deyilir ki, özünün ödəniş
qabiliyyəti haqqında yalan məlumatlar verməklə özü üçün və ya digər şəxslər üçün ssuda,
borc və ya kredit alan şəxs cəzalandırılır. Lakin şəxsin törətdiyi əməl nəticəsində əmlak
zərəri vurulmalı, maddi ziyan yetirilməlidir.
DK CM həm də kreditor borclarını ödəməkdən qəsdən yayınmağa görə
məsuliyyət müəyyənləşdirən xüsusi maddə nəzərdə tutmur. Borclu şəxslərin
məsuliyyətinin cinayət-hüquqi tənzimlənməsi məsələsi DK CM-nin 300-cü paraqrafı
vasitəsilə həll edilir.
İngilis-sakson hüquq ailəsinə (hüquq sisteminə) aid olan ölkələrə gəldikdə, qeyd
etməliyik ki, elmi tədqiqat konteksində həmin ölkələrin Cinayət Qanunvericiliyinin
təhlilinə də müəyyən diqqət yetirməyi məqsədəuyğun hesab edirik. İngiltərə cinayət
hüququnda qanunsuz kredit almağa və kreditor borclarını ödəməkdən qəsdən yayınma
kimi əməllərə görə cinayət məsuliyyəti müəyyənləşdirən xüsusi norma mövcud deyildir.
Buna görə də qanunsuz kredit alma əməli haqqında məsələ İngiltərə Cinayət
Qanunvericiliyində dələduzluq kimi müstəqil cinayət tərkibi nəzərdə tutulur. İngiltərə
102
S.O.Əliyev
Cinayət Qanunvericiliyinə görə, dələduzluq aldatma yolu ilə özgəsinin daşınar əmlakını
və ya pulunu əldə etmə əməlidir. Bu cinayət tərkibi həm də eyni zamanda qiymətli
kağızların tərtibində və ya imzalanmasında aldatmaya yol verilməsi, aldatma yolu ilə
kredit alınması və aldatma yolu ilə kapital qoyulması kimi əməllərə şamil olunur.
Borclu şəxsin kreditorlar barəsində vicdansız hərəkətləri kommersiya
maraqlarına qəsd edən əməllər sırasına aid olunur. Borclu şəxsin məsuliyyəti müflisləşmə
və ödəniş qabiliyyətsizliyi haqqında normalarla əhatə edilir. Belə normalar müflisləşmə
haqqında 1914 və 1926-cı il Qanunlarında (Bankruptcy Acts) ifadə edilmiş və nəzərdə
tutulmuşdur. Onlar borclu şəxslərə münasibətdə tətbiq olunan normalardır. Həddən çox
borcun yaranması və ödəniş qabiliyyətinin olmaması özlüyündə cəzalandırılmalı olan
cinayət əməli sayılır. Lakin ödəniş qabiliyyətsizliyi kimi vəziyyətə səbəb olan ayrı-ayrı
bir sıra hərəkət cəzalandırılmalı olan əməl hesab edilir. Belə hərəkətlər kreditorların
iddialarının təmin olunmasını qeyri-mümkün edir, yaxud da çətinləşdirir. Məsələn, yalan
məlumatlar təqdim etməklə kreditə əmlak alma, aldatma yolu ilə qanunsuz kredit alma bu
cür hərəkətlər sırasına aiddir.
İngilis-sakson hüquq ailəsinə daxil olan ABŞ-a gəldikdə isə, qeyd etməliyik ki,
bu ölkənin Cinayət Qanunvericiliyində bank fəaliyyəti əleyhinə törədilən cinayətlər
sırasına aid etdiyimiz ictimai təhlükəli əməllərin hüquqi tənzimlənməsinə aid müvafiq
normalar mövcuddur. ABŞ-da törədilən bu kimi əməllər məhz həmin normalar əsasında
tövsif olunur, cinayət-hüquq müstəvisində öz hüquqi qiymətini alır. Söhbət ilk növbədə
ABŞ-ın Nümunəvi Cinayət Məcəlləsindən (irəlidə - ABŞ N.CM) gedir ki, həmin
Məcəllədən ABŞ-ın Ştatları üçün “Model Qanunu” kimi istifadə olunur. ABŞ N.CM
mövcud hüquq normalarının analiz olunması və ümumiləşdirilməsi, habelə cinayət-hüquq
doktrinasının müddəalarının nəzərə alınması əsasında yaradılmışdır. Onun 6-cı hissəsinin
224.7-ci maddəsi (bu maddə “kommersiya fəaliyyətində aldadıcı üsullar” adlanır) əmlak
və ya kredit almaq məqsədilə yalan yazılı ərizə verməyə görə məsuliyyət
müəyyənləşdirir. Bu kimi əməlin cinayət hesab edilməsi üçün kredit almaq məqsədi ilə
yalan yazılı ərizə verilməsi kifayətdir. AR CM-nin 195-ci maddəsində nəzərdə tutulan
əmələ, yəni qanunsuz kredit almağa oxşayan hərəkət ABŞ N.CM-nin məhz 224.7-ci
maddəsi ilə tövsif olunur.
ABŞ N.CM-nin “sənədlərin saxtalaşdırılması və aldadıcı üsullar” adlı
bölməsində kreditorlara münasibətdə aldadıcı hərəkətlər etməyə görə məsuliyyət nəzərdə
tutan maddələr ifadə edilmişdir. Xüsusən də 224.10-cu maddə maraq doğurur və diqqəti
çəkir. Bu maddəyə əsasən, borclu şəxslərin öz kreditorlarının aldatmalarına görə cinayət-
hüquq məsuliyyəti müəyyən edilməlidir. Hesab edirik ki, AR CM-nin 196-cı maddəsində
göstərilən əməlin, yəni kreditor borclarını ödəməkdən qəsdən yayınma əməli ABŞ-da
məhz bu cinayət tərkibi ilə əhatə oluna bilər.
ABŞ-da Federal Cinayət Məcəlləsinə rast gəlmirik. Əvvəllər qüvvədə olan
Cinayət Məcəlləsinin (1909-cu il CM) yenidən işlənilmiş əsas hissəsi ABŞ Konqresinin
25 iyun 1948-ci il tarixli Aktı ilə Qanun şəklində ABŞ-ın Qanunlar Külliyatının 18-ci
bölməsinin 1-ci hissəsinə daxil edilmişdir. ABŞ-ın Qanunlar Külliyatının 46-cı fəsli
“dələduzluq və yalan məlumat vermə” adlanır ki, həmin fəslin 1002-ci maddəsi yalan və
saxta sənədlər təqdim etməklə ABŞ dövlətindən və ya onun hər hansı orqanından,
vəzifəli şəxsindən və ya agentindən müəyyən məbləğdə pul almağa görə məsuliyyət
nəzərdə tutur. Söhbət, həmin maddədə qanunsuz pul alma əməlindən gedir ki, həmin
əməl AR CM-nin 195-ci maddəsində nəzərdə tutulan əmələ (qanunsuz kredit alma)
103
S.O.Əliyev
oxşayır. Buna görə də ABŞ-da bu kimi əməllər ABŞ Qanunlar Külliyatının 1002-ci
maddəsi ilə tövsif olunur.
ABŞ-ın Qanunlar Külliyatının 1341-ci maddəsi (həmin maddə “dələduzluq və
dələduzluq hərəkətləri” adlanır) özgəsiulunu və ya əmlakını ələ keçirmək məqsədi ilə
dələduzluq əməliyyatlarının aparılmasına görə məsuliyyət nəzərdə tutur. Bu zaman şəxs
aldatma yolundan və ya yalan faktlardan və vədetmədən istifadə edir. ABŞ-ın Qanunlar
Külliyatının 1344-cü maddəsi bankda aparılan dələduzluq əməliyyatlarına görə
məsuliyyət nəzərdə tutur. Bu əməliyyatların mahiyyəti isə bilə-bilə yalan məlumatlar
(faktlar) verməklə və ya yalan vədlər verməklə bankların (maliyyə təşkilatlarının)
sahibliyində və ya nəzarəti altında olan əmlakı (pul vəsaitini, qiymətli kağızları, aktivləri,
kredit vəsaitlərini və s.) ələ keçirməkdən ibarətdir.
Bildiyimiz kimi ABŞ-ın ayrı-ayrı ştatları özünün ayrıca Cinayət
Qanunvericiliyinə malikdir. Tədqiqat konteksində Texas ştatının Cinayət Qanunvericiliyi
daha çox diqqəti cəlb edir və maraq doğurur. Belə ki, Texas ştatının CM-nin 32.32-ci
paraqrafı yalan yolla əmlak və ya kredit almağa görə məsuliyyət müəyyənləşdirir. Həmin
paraqrafda kredit geniş mənada işlədilir. Onun məzmunundan və ifadə etdiyi mənadan
müəyyən etmək mümkün olur ki, kredit anlayışına pul borcu, əmlak və ya xidməti kreditə
götürmək, öhdəliyin icrasına möhlət vermək, veksel üzrə öhdəliyi təmin etmək, kredit
xətti, akreditiv və kredit kartı aiddir. Göründüyü kimi, məsələyə bu cür yanaşmaqla
Texas ştatının CM-nin 32.32-ci paraqrafı qanunsuz kredit alma kimi cinayət əməlinin
predmet parametrlərini xeyli genişləndirmişdir. Haqlı olaraq düşünə bilərik ki, təhlil
olunan cinayət-hüquq norması ağlabatan olub, onun AR qanunverici orqanı tərəfindən
qəbul olunması mümkündür.
Qərb ölkələrində bank fəaliyyəti əleyhinə törədilən cinayət növlərindən biri olan
saxta pul hazırlama əməli ilə də mübarizə aparılır ki, həmin mübarizənin hüquqi əsasını
Cinayət Qanunvericiliyində nəzərdə tutulan müvafiq normalar təşkil edir. Almaniya
Dostları ilə paylaş: |