Bildiyiniz kimi, “Dövlət qeydiyyatı-
na alınmış dərman vasitələrinin qiy-
mətlərinin tənzimlənməsi və həmin
qiymətlərə nəzarətin həyata keçiril-
məsi Qaydası” təsdiq edilib. Bu qərar-
dan sonra şirkətiniz tərəfindən idxal
olunan dərman vasitələrinin qiymətin-
də və həcmində hər hansı bir dəyişik-
lik baş verməyib ki? Ümumiyyətlə, bu
qərarı necə dəyərləndirərdiniz?
İ.B.:
“Dövlət qeydiyyatına alınmış
dərman vasitələrinin qiymətlərinin
tənzimlənməsi Qaydası” təsdiq edilən-
dən sonra proses başladı. Sıra ilə siya-
hılar çıxır və onlara uyğun olaraq bütün
dərmanların qiymətləri tənzimlənir.
Hal-hazırda proses davam etdiyinə
görə bir keçid dövrü yaşanır. Bu gün
dərmanların çoxunun qiyməti 2-3 dəfə
aşağı düşüb. Proses bitdiyi zaman, mən
elə düşünürəm ki, bu dəyişiklik əhaliyə
çox müsbət təsir edəcək və alıcılıq qabi-
liyyəti artacaq. Son olaraq bu proseslər
bizə sosial sığorta sisteminin də inkişaf
edəcəyini düşündürür.
Dostları ilə paylaş: |