Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)


AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR



Yüklə 1,48 Mb.
səhifə6/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   2   3   4   5   6   7   8   9   ...   75

BİZLƏRDƏ ÜÇ NÖV TƏRBİYƏ

Əcnəbilərdə tərbiyəyə dair hədsiz-hesabsız kitablar yazılıb və yazılmaqdadır. Gündə bu barədə yeni bir fikir, yeni bir tə­səv­vür ortaya çıxır. Bizlərdəsə bircə risalə də yazılmayıb. Və ta­mam ca­maatımız arasında düzgün tərbiyəyə az-az rast gəl­mək olar. Hal-hazırda balalarımıza verilən tərbiyəni, zənnimiz­cə, üç qismə ayırmaq olar. Bu qisimlərin bir-birilə təfavütü var­sa da, kəlabatil olub, doğru bir məsləkə qulluq etmirlər. Əvvə­linci qisim tərbiyə ən qədim halında durub qalmaqdadır. Uşaqlar doğular-doğulmaz bərk-bərk bələk ilə sarınıb, bağla­narlar. Gündə bir çöpçüyə, ocağa (pirə), bo­yaqçı küpünün ba­şı­na apararlar; nadan duaçıların qələmindən keçər, dərvişlər osunlarlar... və ilax. və ilax. Bunları quru topraq­ların üstə bu­ra­xarlar. Əllərinə keçəni yeyərlər. Toz-toprağa bula­şar­lar. Çirk ol qədər basar ki, üfunətdən yanlarına düşmək mümkün ol­maz. Paltarları gec-gec dəyişilər, yuyundurulmazlar. Ağız-bu­run­ları milçək yığnağı olar. Bunların başları keçəl, qarınları şi­şik, təmiz hava görməyib, rəngləri sarı olar.

Mənəvi tərbiyələrinə gəldikdə, bu daha da pis. Dili uşağın söz tutar-tutmaz valideynin təhrikilə başlar ətrafdakılara söy­mə­yə. Gözünü açar, evdə ata-anası bir yatacağa girib yatdı­ğını görər, əxlaqı pozular. Qulağı həmişə böhtan, yalan, qey­bət eşidər, bu da başlar öyrənməyə. Ata-anası bir-birilə çarpı­şar, söyüşər, uşaqlar da onların izincə getməyə adət edərlər.

Böylə tərbiyənin nəticəsi üç cürə olar. Ol uşaqlar böyüyüb oğru, əyri, quldur, yolkəsən, adamöldürən olarlar, min evlər yıxarlar, müsəlmana əcnəbilər arasında "vəhşi" ləqəbi qazan­dırarlar və axırda özləri də hədər yerə tələf olub gedərlər.

Əvvəlinci qisim tərbiyə alanlar bir az tərəqqi etsələr, nadan molla, müftəxor seyid, dərviş, duayazan və falçı kimi axmaq şeylər olur, da­rışarlar millətin canına və başlarlar onun olub-qalan qanını sor­mağa. Bunlar əcnəbilər arasında camaatımıza "geridəqalmış" adı qa­za­narlar.

Bir də bu tərbiyədən əmələ gələn xəsis hacılar, mütəəssib kərbəlayılar, riyakar mömün və müridlər olar ki, bəsirət gözləri bağlı mollanın ətəyindən tutub uçurumlara tərəf gedirlər. Bun­lar köhnə məsləkdə ola-ola hamını murdar, napak sayıb, özlə­rinin "düz və Allah bəndəsi" olduqlarına fəxr edirlər. Bunlar da əcnəbilərdən mil­lətə "mütəəssib" rütbəsini alarlar.

Bu qisim tərbiyənin insanın bünövrəsinə atdığı köklər ol qə­dər dərin olur ki, insan ondan qəbir evinədək aralana bilmir. Çoxları hökumət məktəblərinə girirlər, tərbiyəli ailələrdə ömrü­nü keçirir, arif məscislərinə düşürsə də, aldığı tərbiyənin təsi­rin­dən xilas ola bilmir. Danosçu məmurlar, ruslaşmış "ariflər" hə­min bu tərbiyənin meyvə­ləridirlər. Ali məktəbdə oxuyan bir xeyli müsəlman qurtaran kimi ya mil­lə­tin namusunu satar, ya da ki, yalandan camaata qarışıb "mil­lət­pərəstlik" edib, cama­atın ciblərini kəsirlər. Çoxları təkyə edirlər, mərsiyəxana pul verirlər və möminləri "feyziyab" etdirib, öz sənət­lərinə rəvac vermək üçün camaata xoş gəlmək istəyirlər. Bu həriflər də köh­nə tərbiyənin toxumlarını ürəklərində bəsləməkdədirlər.


Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin