Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə14/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   10   11   12   13   14   15   16   17   ...   75

AZƏRBAYCAN VƏ AZƏRBAYCANLILAR



TARİXƏ BİR NƏZƏR
Azərbaycan ən qədim zamandan bəri yaşaya gəlmişdir. Məmləkətin əski hüdudu Xorasan, İsfahan, Diyarbəkir, Ərzin­can, Qafqaz silsiləsi və Dərbənd şəhəri dairəsində böyük bir qitə təşkil eləyir. Azərbaycan uzun əsrlər müddətində bir çox millətlər afininə təsadüf edib də, ancaq zahir şəklinə təğyir ve­rə bilmiş. Daxildə isə bütün istiqlali-milliyyəsini mühafizə edə durmuş. İstər ərəb, istər fars qılıncı Azərbaycanı başdan-başa istila etdikdə, onun ruh və mənəviyyatını heç bir zaman kəndi­lərinə tabe edəməmişlər. Ərəb və farsın yüksək mədəniy­yət­ləri də Azərbaycanın milli xüsusiyyətlərilə mübarizə etmədə aciz qalmışlardır. Çünki azərbaycanlıların fitrətlə­rində öylə bir qüvvət var ki, o millətin daima sabit və mətin qal­masına və kən­disini qaib etməməsinə səbəb olmuş. O səbəblədir ki, tari­xin uzun əsrlərində dəfələr ilə qəzaya uğrayıb idari şəklini də­yişdirən Azərbaycan yenə də istiqlaliyyət yoluyla getməyə baş­­layır, zaman və siyasi vəziyyətlər imkan verdikdə yenidən dövlət şəklinə düşməyə çalışır.

Məcusilik dövründə Azərbaycan iki qisimdən ibarət idi. Aras nəhrinin şimalına “Aran” və cənubuna “Azərbaygan” de­yi­lirdi. Aran türklər tərəfindən, Azərbaygan iranlılar tərəfindən idarə olunurdu. Bir çox dəfə Azərbaycanın iki qisminin bir ələ keçib, müttəfiqə idarə edilmələri tarixdə görünməkdədir. Mə­sə­lən, on ikinci əsri-miladidə Atabəy Şəmsəddin Eldəgiz Bakı, Şirvan və Gəncə diyarlarını fəth edib, Azərbaygan valiliyini də öhdəsinə almışdı. Atabəyi Nəsrəddin Əbubəkir bin Cahan Pəh­ləvan Aran və Azər­baycanda iyirmi yıl səltənət sürmüş. Ruslar Qafqazı fəth et­dikdə Azərbaycan bir kaç müstəqil xan­lıqlardan ibarət idi. Rusluq bu türk xanlıqlarına nəhayət verdi. Türkmənçay müahidənaməsi mövcu­bunca Azərbaycan İran ilə Rus arasında təqsim olundu. Aran son inqi­lab zamanına qə­dər rus dəsti-təsərrüfündə qaldığı kibi, Azərbay­gan da İrana mal ola gəldi.



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin