Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə16/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   12   13   14   15   16   17   18   19   ...   75
MƏTBUAT 1)
Rusiyada birinci türk qəzetəsi “Əkinçi” Bakıda bundan əlli sənə əvvəl Zərdablı Həsən bəy Məlikzadə müdirliyi və naşir­li­yilə meydana çıxıb. Bu qəzetə çox yaşamayıb qapanmış, son­ra dəfələr ilə azərbaycanlılar qəzetə nəşrinə başlamışlarsa da, davamına müvəffəq olamamışlar. Mətbuat sabit bir şəkli an­caq birinci rus inqilabından sonra ala bilmiş, 1905-ci sənədən bəri bir çox qəzetə və məcmuələr nəşr oluna gəldi. Məşhur qə­zetə mühərrirlərimiz şun­lardır: Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Cəlil bəy Məhəm­mədquluzadə, Haşım bəy Vəzi­rov, Məhəmməd Əmin Rəsulzadə və başqaları. Azərbaycan mət­buatını zinətləndirən “Molla Nəsrəddin” adlı həzliyyə məc­muəsidir. Bu məcmuə on iki sənədən bəri millətin bütün qü­sur­larını meydana çıxarmışdır. “Molla Nəsrəddin”in uçu­rucu ox­ları qarşısında bir müqəddəs şey qalmadı. Millətə şanlı hə­yat yolu açmada mövhum məbədləri yüzü üstə çöndərdi, qatil fikirləri öldürdü, cahili daşlayıb, candan saldı, bir çürük dini və ya milli bina qalmadı ki, yıxıb məhv etməsin. İslam aləmində həlli üsyana səbəb ola bilən bir çox dini məsələləri “Molla Nəs­rəddin” zəmanə nöqteyi-nəzərini etibarə alaraq qolaylıq ilə həll yoluna saldı. Şərqin bütün fənalıqlarını və çürük təməllər üstünə quruld­u­ğunu həm söz ilə, həm karikaturlar vasitəsilə aləmə bildirdi. “Molla Nəsrəddin” əski qanun və adətlər dairə­sini pozub, geniş bir vadiyə çıxdı və arxasınca da Azərbaycan söz və fikrini genişliyə sövq etdi.

Qadın məsələsi kibi zəruri, həyati və şununla böylə qarışıq mə­sələni həll etdi, “zəmanə yazılmış qanunlardan qüvvətlidir, – dedi, – zəmanə tələbatına tabe olunuz”.

Doğrudan da, zamanə cahilliyə qələbə çaldı. Azərbaycan türk­ləri qəflət səddini yıxıb, mədəniyyətə doğru yürüdülər.
MUSİQİ
Azərbaycanlılar musiqi aşiqidirlər, desək, xəta etməriz İs­lam aləminin bütün musiqi havaları burada qəbul olunub, inki­şaf etdi­rilir. Bizlərdəki havaların adlarına bakılırsa, musiqimizin mənbələri bəlli olur: “Hicaz”, “Heyratı”, “Bayatı-Şirazi”, “Üskü­dar” və baş­qa­ları. Türk, fars və ərəb havaları əxz olunub da ey­­nilə qullanılmıyor, bunlara məhəlli rəngi də verilir, tərəq­qi­si­nə çalışılır.

Bundan başqa, Azərbaycan musiqi dühası da yeni havalar doğuruyor, sənədə yeni havalar, rəqslər meydana çıxır. Bu ha­va­ların müəllifləri tanılmır – xalqın fitrəti yetişdiriyor. Son za­manlar musi­qişünasımız və Azərbaycanın iftixarı Üzeyir bəy Ha­cıbəyov musi­qi­mizi nizama salmağa başladı, yazdığı opera və operettalar ilə şöhrət qazandı, yalnız kəndisini deyil, bütün millətini aləmə tanıtdı. Bu gün Krımda tatarlar və ermənilər tə­rəfindən səhnəyə vüzuh olunan “Arşın mal olan”, “O olmasın, bu olsun” operettaları həp Üzeyir bəyindir. Təəssüf olunur ki, mu­siqarımızın əsərlərini Krım karikatur şəklində xalqa göstəri­yor.

Üzeyir bəyin “Arşın mal alan”ı Amerika səhnələrində belə mü­vəf­fəqiyyət qazandı.

Məşhur operalarımız şunlardır: “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşudbanu” və başqaları.

Opera Qafqazda ol qədər müvəffəqiyyət qazandı ki, drama teatrosuna xalq getmək istəmiyor. Operaya girmək üçün Bakı­da müsəlmanlar teatro qapısında növbət bəkliyorlar. Bir mü­səl­man deyil, erməni, gürcü və ruslar da teatromuzdan həzz alıyorlar.

Qeyri millətlərdə musiqi yalnız əşrəf və əyanın malıdır, hal­buki Azərbaycanda musiqi ümumun ruhunu oxşayır. Xalqın ən geniş bir kütləsi musiqini anlayıb, ondan faydalanır. Biz iftixar edə biliriz ki, bütün aləmi-islamda birinci milli operanı biz vü­cu­da gətirdik. Üzeyir bəy birinci müsəlman operanəvisi (kom­pozitor)dur. Çox yaşasın və bizi də yaşatsın!!!



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin