Йусиф Вязир Чямянзяминли (Мягаляляр вя фелйатонлар)



Yüklə 1,48 Mb.
səhifə19/75
tarix02.01.2022
ölçüsü1,48 Mb.
#1660
1   ...   15   16   17   18   19   20   21   22   ...   75
QADIN MƏSƏLƏSİ

Şəhərlərimizdə qadın bütün-bütününə qapalıdır. Qapalılıq çarşaf gəzdirməkdən ibarətdir. Çarşafdan başqa, bəzi yer­lər­də, ələlxüsus İran Azərbaycanında yüzü mükəmməl qapamaq üçün rübəndlər qullanırlar. Rübənd qalın ağ parçasıdır. Bunu qadınlar yüzlərinə dutub, başlarının arxasında uclarını bağla­yır­lar və gözləriçün ağ üstünə ufacıq dəliklər qaldırıyorlar. Rü­bəndli qadının yüzünü və gözlərini görmək heç də mümkün deyil. Rübənd İran üsulu olaraq Qafqaz türkləri arasından qal­dırılmış. Çarşaf da son zamanlar şiddətini qaib etmiş. Şimdi çox yerlərdə çarşaflı xanımların yüzləri açıq olur. Çarşaf tərəq­qiyə mane olduğu üçün daima Azərbaycan ziyalılarını məşğul ediyor. Bu xüsusda qəzetələrdə arada bir müna­qi­şələr qopa­rılır. “Molla Nəsrəddin” məcmüəsi çoxluca çalışır. Qadını inci­dən adamların adlarını belə qəzetə və məcmuələrdə yazırlar, rəsm və karikaturlarını cızıyorlar.

Qadın məsələsi Azərbaycanda şiddətini qaib etmiş demək mümkündür. Qadının huququnu tanımağa başladılar. Onların mək­tə­bə getmələrinə daha maneələr qalmadı. Cahil mollaların nüfuzu düşdü və bu nüfuzu ədəbi qaib etməmək üçün molla­lar da qadınlığı tutmağa və maariflərinə çalışmağa başladılar.

Zatən Azərbaycan qadınının əsarəti İran pozuq mədəniy­yə­tinin məhsuludur. O yerdə ki, İran təsiri sabitdir, orada qadın əsarəti də səltənət sürmədədir. Baxınız, şəhərlərimizdə qadın qapalıdır, köy­lə­rimizdə isə asudə və yüzü açıq bir surətdə er­kəklər ilə bərabər tarlalarda çalışmadadırlar. Köy qadını yal­nız­ba­şına bazara gəlir, alış-verişini yapar, gedər.

Şəhərlərdə qadının qapalılığı oralarda İran təsirinin mövcu­diy­­­yətidir. Bu fikrin doğruluğunu isbat etmək üçün Türküstan qövm­lərinin həyatına müraciət edəlim.

Tarix göstəriyor ki, türkmanlar (təkələr) daima iranlılar ilə mü­­ha­­ribə və mücadilədə bulunmuşlar. Şimdi də onların ara­sın­da tarixi kin duruyor. İran heç bir zaman cəngavər türkmanı kən­di­sinə tabe edəməmişdir (…).2)


Yusif bəy Vəzirov

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin