1-1. Nizamiнин yaradıcılığında humanizm və
azadlıq ideyaları
Cəfər Xəndan Azərbaycan ədəbiyyatının keçmişini, dünə-
nini, yaşadığı dövrü tədqiq edən, onu yaradan xalqın, onun qüd-
rətli sənətkarlarının ədəbi irsini diqqətlə öyrənən, hər bir dövr
zəminində tarixi şəraiti əsas götürməklə ideya-məzmun key-
fiyyətlərini təhlil və tədqiq edən, qiymətləndirən ədəbi hadi-
sələrlə ictimai hadisələrin əlaqəsini müəyyənləşdirmək və
Gülxani Pənah
13
bütün bunların nəticəsində ədəbi prosesin inkişafını dövrlər
üzrə tədqiq etmək, müntəzəm, ardıcıl, bir ədəbiyyat tarixi yarat-
maq (1, s.VI) yolunda əzmlə çalışan dəyərli ədəbiyyatşünas-
larımızdandır.
Azərbaycan ədəbiyyatının tarixini yaratmaq yolunda apa-
rılan işlərdə yaxından iştirak etmiş, tarixi faktları araşdırmaqla
Azərbaycan ədəbiyatının tarixi inkişaf prosesini diqqətlə
izləmiş, elmi surətdə tədqiq etmiş, tarixi inkişaf prosesində də
öyrənməyə çalışmışdır. O, çox gözəl bilirdi ki, «hər bir ədəbiy-
yat tarixinin mükəmməlliyi, birinci növbədə, orada istifadə
olunan ictimai-tarixi, elmi-ədəbi materialın zənginliyindən və
yaxşı öyrənilməsindən asılıdır. Əgər tədqiq edilən tarixi dövrün
ictimai-siyasi vəziyyəti yaxşı öyrənilməmişsə, bu və ya digər
ədəbi hadisə və sənətkarlar haqqında lazımi monoqrafiyalar
yaradılmamışsa, həmin dövrün ədəbiyyatını hərtərəfli öyrən-
mək, elmi tarixini yazmaq da çətin olar» (1, s.VI).
Cəfər Xəndan Azərbaycan ədəbiyyatının qısa da olsa,
kursunu yaratmaq üçün çalışan ədəbiyyatşünasdır. O, öz mü-
asiri olan ədəbiyyatşünaslar kimi ədəbiyyat tarixini yaratmaq
işinə yazdığı dərslikləri ilə başlamışdır. Pedaqoji fəaliyyəti döv-
ründə ədəbiyyat tarixi dərslikləri tərtib etmişdir. Azərbaycanda
sovet hakimiyyəti qurulandan sonra başlanan bu elmi-pedaqoji
fəaliyyəti tədqiqatçı alimlər «Azərbaycan ədəbiyyatının tarixini
yaratmaq işində alimlərimizin «ilk addımı» (1-VII), yaradılacaq
çoxcildli ədəbiyyat tarixi üçün bir hazırlıq» kimi (1, s.VII)
qiymətləndirmişlər və tədqiqatçı alim Cəfər Xəndanın da bu
sahədəki fəaliyyəti böyükdür.
Böyük bir mədəni-ədəbi irsə malik xalqımızın ilk yazılı
nümunələri XI-XII əsrlərə aid edilsə də, o dövrə qədər möhtə-
şəm bir xalq ədəbiyyatına, şifahi ədəbi irsə malik olan xalqı-
mızın çoxəsrlik ədəbiyyatı müxtəlif dillərdə olsa da yazılmışdır.
İran və ərəb istilalarına toxunan, tarixi məqamlara düzgün priz-
madan yanaşan alimlərimiz Azərbaycan ədəbiyyatının Şərq
ədəbiyyatı, mədəniyyəti ilə sıx əlaqədə inkişaf etdiyini, ərəb və
Gülxani Pənah
14
fars istilalarına məruz qalan xalqımızın bu dillərin təsirinə
məruz qalaraq ərəb və fars dillərində yazıb-yaratdıqlarını,
«Azərbaycan alim və şairlərinin «İran alim və şairləri kimi
şöhrət qazandıqlarını, bəzilərinin «İran ədəbiyyatı tarixində
özünə möhkəm yer tutmuş (1, s.VII) olduqlarını qeyd edirlər.
C.Cabbarlının 1924-cü ildə yazdığı məqalələrinin birində doğru
olaraq göstərdiyi bir faktı əsas götürməkdə haqlıdırlar ki,
bugünkü İran ədəbiyyatına, daha dəqiq olmaq üçün «farsca ya-
zılmış ədəbiyyat» deyilməlidir, «çünki bu gün fars dilində
gördüyümüz ədəbiyyat ayrıca farsların deyildir, onun sarsılmaz
bir sütunu Cəlaləddin Rumi kimi böyük türk şair və filo-
soflarının farsca yazdığı «Məsnəvi»lər təşkil etdiyi kimi, eynilə
ümumi İran mədəniyyəti mühitində olaraq farsca yazmış olsalar
da, fəqət əsərləri nəinki fars ədəbiyyatına təqlid etməmiş, bəlkə
büsbütün orijinal olub ən qüvvətli, fars yazıçılarının ən qüvvətli
əsərləri ilə rəqabət edə biləcək və bəlkə də bir çoxlarına üstün
gələ biləcək, hətta bir çoxları üçün tərsinə olaraq təqlid
mənbəyi təşkil edəcək və etmiş olan Nizami və Xaqani kimi
Azərbaycan türk ədibləri də vardır (1, s.VII).
Nizaminin ədəbi-bədii fəaliyyətinin, Azərbaycan ədəbi
irsinə təsirinin üzə çıxarılmasında C.Xəndanın xidmətləri
dəyərlidir. Cəfər Xəndan fitri istedada, yaradıcılıq qabiliyyətinə
malik, mifologiya, folklor mənbələrindən faydalan maqla dərin
mənalı beytlər yaradan, bədii dilimizi zənginləşdirən, xalq
ruhuna uyğun, orijinal bir formada əsərlər yaradan, «xalqın
yaratdığı nə varsa, onu əldə edib, məqsəd və amalına uyğun
şəklə salaraq yenidən xalqa qaytaran» (2, s.8) Nizami Gəncəvi-
nin həyat və yaradıcılığı, əsərləri haqqında dəyərli məlumatlar
verən, onun yaradıcılığını qısa şəkildə olsa da, amma geniş
təhlil və tədqiqlərə malik bir səviyyədə tədqiq edən, dəyərli
faktlar üzə çıxaran ilk ədəbiyyatşünaslardandır.
C. Xəndan şairin lirikasını fars dilindən Azərbaycan dili-
nə tərcümə etmiş, 1940-cı ildə (129) 6000 tirajla nəşr etdir-
mişdir: «Onu da qeyd etmək yerinə düşərdi ki, Ü. Hacıbəyovun
Gülxani Pənah
15
«Sənsiz» romansında N. Gəncəvinin eyniadlı şeiri məhz Cəfər
Xəndanın tərcüməsində səslənir» (10, s. 24). 1947-ci ildə
yazdığı «Nizami Gəncəvi» məqaləsində şairin həyatı, əsərləri
haqqında ilk zəngin mənbələri araşdırmış, fikirlərini
söyləmişdir. 1941-ci ildə şairin anadan olmasının 800 illik
yubileyinin keçirilməsinə mane olan alman faşist işğalçılarının
törətdiyi qanlı müharibənin hər sahədə olduğu kimi, ədəbi-
mədəni məsələlərə də vurduğu ağır zərbələri diqqətə çatdıran
C.Xəndan müharibədən sonra milli incəsənət və ədəbiy-
yatımızın yenidən inkişaf etdirildiyini, Nizaminin yubileyinin
keçirilməsi ilə bağlı verilən qərarı, Nizaminin bütün əsərlərinin
Azərbaycan və rus, digər keçmiş SSRİ xalqlarının dillərinə tər-
cümə edilməsini, Nizami haqqında elmi-tədqiqat işlərini, dövrü
haqqında, həyat və yaradıcılığı haqqında elmi əsərlərin yazı-
lacağının da nəzərdə tutulduğunu bildirir. Bu gün artıq
hamımıza məlum olan, təkcə Azərbaycanda deyil, dünya ölkə-
lərinin mədəni aləmində şöhrət qazanan Nizami muzeyinin hələ
40-cı illərdə şöbələrinin genişləndirildiyini, həmin muzeyin
qarşısındakı bağçada «böyük şairə əzəmətli abidə» qoyula-
cağını alqışlayır və bildirir ki, «iyunun 6-da burada mitinq
olmuş və abidənin bünövrəsi qoyulmuşdur. Bu abidə Vətəni-
mizin ən gözəl tikintilərindən biri olmaqla, doğma Bakımıza
yeni zinət verəcəkdir (həqiqətən də bu gün Nizami adına Ədə-
biyyat Muzeyinin qarşısındakı parkda Nizaminin möhtəşəm
heykəli şəhərə xüsusi gözəllik verir. Şəhərin ən gözəl mədəni
mərkəzlərindən biri olan muzeyin qarşısında Nizami heykəli,
şairin əsərlərindən səhnələrlə bəzədilmiş lövhələr ölkəmizə
gələn turistləri heyran qoyur-G.P).
Tədqiqatçı yubileyə hazırlıqla bağlı iyun ayında Bakıda
keçirilmiş elmi konfransda Moskva, Leninqrad və digər res-
publikalardan gəlmiş alimlərin, ədiblərin iştirak etdiyini, SSRİ
Elmlər Akademiyasının, SSRİ Yazıçılar İttifaqının və Azər-
baycan SSR EA-nın şairə həsr edilmiş sessiya və iclasların ke-
çirilməsinin nəzərdə tutulduğunu, yubileydə bütün sovet res-
Gülxani Pənah
16
publikalarından, eləcə da xaricdən qonaqlar dəvət olunacağını
fərəhlə qeyd edir. «Nizaminin anadan olmasının 800 illik
yubileyinin keçirilməsi Azərbaycan mədəniyyətinin həqiqi şanlı
bayramı oldu. Tarixdə ilk dəfə olaraq xalqımız öz doğma
şairinin bizim zəmanəyə qədər gəlib çatan bütün əsərlərini öz
ana dilində oxumaq səadətinə nail oldu» (1, s.193).
C.Xəndan bir ədəbiyyatşünas alim kimi Nizamiyə verilən
bu böyük qiymətin səbəblərini göstərir. Onu doğma Azərbay-
can xalqının şöhrətini bütün dünyada tanıtdıran «filosof şair»
adlandırır. Şairin həyatı haqqında qısa məlumat verir.
Şairin ədəbi fəaliyyətə rübailər yazmaqla başladığını, qə-
zəllərinin təkcə Gəncədə deyil, hətta bütün Azərbaycanda,
Şərq ölkələrində şöhrət tapdığını, şahların, hökmdarların da
diqqətini çəkdiyini bildirir: «O zaman saraylarda xanəndələr
dahi şairin qəzəllərini oxuduqca, şahlar, əmirlər onu saraya də-
vət etmək istəmişlər. Lakin Nizami öz geniş qəlbinin dar saray
çərçivəsinə sığışa bilmədiyini və saray əhli ilə razılaşma-
yacağını nəzərə alaraq, bu təkliflərə razılıq verməmişdir» (2,
s.141).
Uşaq yaşlarından atasını itirib, anasının himayəsində
yaşamış, öz zəhmətilə sonralar öz ailəsini saxlamalı olan şairin
32 yaşlarında ikən Afaq adlı Dərbənd əmirinin göndərdiyi
kənizlə evləndiyini, ondan bir oğlu olduğunu, əsərlərində oğlu,
sevimli Afaqı haqqında qeydlərə rast gəlindiyini, Afaqın onun
yaradıcılığında xüsusi rol oynadığını bildirir: «Nizami müxtəlif
dastanlarında, xüsusilə «Xosrov və Şirin» poemasında gözəl
qadın surətləri yaradarkən Afaqı xatırlatmışdır» (2, s.141).
Ömrünün axırına kimi yazıb-yaratmış və təxminən 62
yaşında vəfat etmiş, beş böyük poema və 20 000 misralıq lirik
əsərlərdən ibarət zəngin bir irs qoyub getmiş şairin lirik əsər-
lərinin hamısının dövrümüzə qədər gəlib çıxmadığını söyləyir:
«əlimizdə 2000 misradan artıq lirik əsərlərinin (qəzəl, rübai,
qəsidə, qitələr) qaldığını, mövzulara münasibətini bildirir:
Gülxani Pənah
17
«Mövzularına görə təyin etmək olur ki, bu əsərləri şair həm
gəncliyində, həm də qocalığında yazmışdır» (2, s.141).
Bununla belə, şairi dünya ədəbiyyatında məşhur edən
qəzəllərinin deyil, poemalarının- «Xəmsə»sinin olduğunu
deyir: «Bu poemalar «Xəmsə» adlı kitabda toplanmışdır,
onların sayı beş olduğu üçün kitabın da adı «Xəmsə»
qoyulmuşdur» (3, s.141).
Dünya ədəbiyyatı tarixində «xüsusi mövqeyə malik bir
sənətkar», yaradıcılığı ilə «orta əsr Azərbaycan ədəbiyyatında
və ictimai fikir tarixində yeni bir dövrün başlanğıcını qoyan,
qabaqcıl ideyaları ilə Yaxın və Orta Şərqdə şöhrət qazanan,
«bir çox xalqların ədəbiyyatının inkişafına» müsbət təsir gös-
tərən (1-107) Nizaminin «Sirlər xəzinəsi» əsərini təhlil edir.
Şairin bu əsərində C.Xəndan Nizaminin ictimai görüşləri, döv-
lət quruluşu və dövlət adamları haqqındakı «fikirləri, nəsihət-
ləri» və s. toplanmış iyirmi hekayət öz mövzularını «xalq
yaradıcılığından, tarixdən və həyat hadisələrindən» götürür.
Sağlığında tərcümeyi-halı yazılmayan, adıyla bağlı yara-
nan əfsanələrin, həyatının öyrənilməsinə törətdiyi maneələr,
XIX əsrdən başlayaraq Macarıstanda, Sovet İttifaqında, İranda
şairin həyatının öyrənilməyə başlanıldığı, «elmi tərcü-meyi-
halını yaratmaq üçün birinci növbədə qeyri-məxəzlərin olma-
dığından öz əsərlərindən istifadə edildiyi, Y.E.Bertelsin tədqi-
qatları məlumdur. Onun təzkirələrdə, cünglərdə, sonralar müx-
təlif kitablarda toplanmış qəzəlləri, rübailəri, qəsidə və qitələri
var. Akademik A.Y. Krımski, prof. Y.E.Bertels Nizami yara-
dıcılığına dair dəyərli tədqiqatların müəllifidir. Y.E.Bertelsin
rəhbərliyi altında Bakıda Nizami poemalarının elmi-tənqidi
mətni yaradılmışdır. Dünyanın müxtəlif kitabxanalarında və
əlyazmaları fondlarında saxlanan ən mötəbər və qədim əlyaz-
maları əsasında Azərbaycan filoloqları tərəfindən ilk dəfə ha-
zırlanmış bu elmi-tənqidi mətnlər sovet elminin dünya
şərqşünaslarına verdiyi ən qiymətli bir hədiyyədir» (1, s.117).
Gülxani Pənah
18
Nizami Gəncəvinin Qərbi Avropa ədəbiyyatına da təsiri
qeyd edilir. Y.E.Bertels XII əsr Avropa ədəbiyyatında yaranmış
cəngavərlik romanları ilə şairin poemaları arasındakı «müəyyən
bənzərlik»lərin mövcudluğunu qeyd edir: «Bir sıra Qərbi
Avropa yazıçılarının əsərlərində N.Gəncəvi poemalarının süjet
və motivlərinə rast gəlinir. Avropa alimlərinin də təsdiq etdiyi
kimi C.Bokkaççonun «Ameto» əsəri N.Gəncəvinin «Yeddi
gözəl» poemasının təsiri ilə yazılmışdır. K.Qotsinin «Turan-
dot» pyesi, A.R. Lesajın «Çin şahzadə xanımı» komik opera-
sının süjetləri də N.Gəncəvinin «Yeddi gözəl» poemasının 4-cü
novellasından-rus gözəlinin nağılından götürülmüşdür. Volterin
«Zadiq, yaxud Tale» fəlsəfi povestindəki «Paxıl» adlı novel-
lanın süjeti isə «Yeddi gözəl»dəki Xeyirlə Şər haqqında
hekayənin süjetini xatırladır. «İskəndərnamə» poemasının süjeti
də Qərbi Avropa ədəbiyyatında Makedoniyalı İskəndərə həsr
olunmuş bir sıra əsərlərin süjetinə yaxındır» (3, s.248).
Şairin irsinin öyrənilməsinə XVII əsrin ortalarından
başlayaraq Avropa alimləri də maraq göstərmiş, tərcümeyi-
halını, əsərlərindən tərcümələri Qərbin oxucularına çatdırmağa
səy göstərilmişdir. «Fransız şərqşünası Der Belo ilə başlanan
bu təşəbbüs XIX əsrin əvvəllərində Hammer Purqştal tərəfin-
dən inkişaf etdirilmişdir. Hammer «Təzkirətüş-şüəra» müəl-
lifinin məlumatı əsasında olsa da, Avropa oxucularını Azərbay-
can şairinin tərcümeyi-halı ilə tanış etmişdir» (1-114).
Sonralar Almaniya, İngiltərə və digər ölkələrdə Nizami-
nin irsinə oyanan maraq müasir tədqiqatçılar tərəfindən qeyd
edilir. Rus alimlərindən F.Erdman və F. C. Şarmuanın səyləri
də diqqətəlayiq bilinir. Bununla belə, XIX əsrin ortalarına qə-
dər Nizaminin həyatı, yaradıcılığı ilə bağlı araşdırmaları «aşağı
səviyyədə» bilən tədqiqatçılar şairin az-çox elmi-tərcümeyi
halını yaradan macar alimi V.Baxerin fəaliyyətini dəyərlən-
dirirlər. V.Baxerin 1871-ci ildə nəşr etdirdiyi «Nizaminin hə-
yatı və əsərləri» adlı kitabında şairin həyatına dair onun öz elmi
əsərlərindən bir sıra dəlillər axtarıb tapdığını və beləliklə,
Gülxani Pənah
19
«nizamişünaslığın gələcək inkişafı üçün müəyyən bir yol aç-
mış» olduğu söylənir» (1, s.115).
A. Bakıxanovun, M.F.Axundovun Nizami irsinə dair
dəyərli fikirləri var. XX əsrdən Qərbi Avropada Eduard Braun,
R. Levi, Xornın etdiyi tərcümələr, həyat və yaradıcılığına dair
məqalələrin nəşri, A.Y.Krımskinin məqalələri dəyərləndirilir.
Bu sahədə A.Y.Krımski, Y.E.Bertels, Y. N. Marr, H.Araslı,
M.Rəfili, Ə.Əlizadə, M.Quluzadə, A. N. Boldırev, Ə.Mübariz,
R.Əliyev, C. Mustafayev, R.Azadə və başqalarının xidmətləri
böyükdür.
1926-cı ildə Yuri Nikolayeviç Marr İran yazıçılarının
ədəbi məclisində çıxışında bildirir ki, «Leninqradda çalışan
müəllimlərim bu əqidədədirlər ki, bəşəriyyət tarixində və bütün
dünyada hələ indiyə qədər həkim Nizamiyə bərabər başqa bir
şair yaranmamışdır» (4, s.51;1, s.116).
Vəhid Dəstgirdi 1920-ci ilin nəşrə başlayan «Ərməğan»
jurnalının birinci nömrəsində çap edilmiş məqaləsində yazır:
«Nizami əfsanəvi qəhrəmanlar yaratmaq və roman yazmaq
sənətinin banisi və ixtiraçısıdır. O, öz şirin poemaları və duzlu
hekayələri vasitəsilə oxucunu təbiətin sirləri və həyat fəlsəfə-
sinin rəmzləri ilə tanış edir, bəşər əxlaqı və insanlıq vəzifə-
lərinin şüurlara yeridilməsi işində nəsihətçiliyin ən yüksək
mövqeyini tutur» (4).
Nizami irsini İran alimləri Rzazadə Şəfəq, Səid Nəfisi,
Bədiüzzəman Foruzənfər, Vəhid Dəstgirdi ilə yanaşı, türk
alimlərindən Əhməd Atəş, A.S. Ləvənd, Əli Nihat Tərlan,
N.Gəncosman, hind alimlərindən Şibli Neman, Mode araş-
dırmışdır. Sovet dövründə, eləcə də, bu gün də müstəqil Azər-
baycan respublikasının elm ocaqlarında Nizami irsi öyrənilir,
tədqiq edilir.
İctimai, fəlsəfi fikri qədim və zəngin olan xalqımızın
yaratdığı sənət abidələri bəşər mədəniyyətinin tərkib hissəsidir.
Böyük eposlar, dastanlar, folklor, mifoloji mətnlərlə zəngin
ədəbiyyatımızın Nizami, Xaqani, Füzuli kimi böyük sənətkar-
Gülxani Pənah
20
ları dərin fəlsəfi fikirləri, qüdrətli sənətkarlıq imkanları ilə məş-
hurdur. Nizami bu qüdrətli dühalardan biridir, onun hikmət və
fəlsəfə ilə dolu, xalq yaradıcılığıyla dərindən bağlı
yaradıcılığının məhsulu olan lirikası fəlsəfi zənginliyi ilə
məşhur olan sənət əsərləridir.
Nizaminin ilk iri həcmli poeması olan «Sirlər xəzinə-
si»ndən əvvəl təbii ki, «Divan»ı olması haqqında tədqiqatçı-
ların apardıqları tədqiqatlar var. Onun böyük «Divan» yaratmış
olduğu bildirilir. Bir sıra təzkirə müəllifləri şairin lirikasının 20
min beytdən ibarət olduğunu söyləsələr də, şairin təzkirə,
cünglərdə, sonrakı dövrlərdə müxtəlif kitablarda toplanmış az
sayda qəzəl, qəsidə, rübai və qitələri bizə gəlib çatıb: «Nizami
lirikasından əlimizdə olan nümunələrin azlığına baxmayaraq,
cəsarətlə demək olar ki, məsnəviləri ilə dünya şöhrəti qazanmış
bu dahi sənətkar eyni zamanda gözəl qəzəlləri ilə də dövrünün
ən istedadlı şairləri dərəcəsinə yüksələ bilmişdir» (1, s.118).
Hələ bu fikirlərdən 30 il əvvəl Cəfər Xəndan yazırdı ki,
«Nizamişünasların dediyinə görə, şairin 20 min beytlik bir di-
vanı varmış. Şairin özü də «Leyli və Məcnun» poemasının
müqəddiməsində öz divanına işarə etmişdir. Lakin təəssüflə
qeyd etməliyik ki, bu qiymətli əsər hələlik bizə bəlli deyildir»
(2, s.153).
Nizami adına məxsus müxtəlif əlyazmalarda və təzki-
rələrdə rast gəlinən əsərləri mütəxəssislərin hamısını Nizamiyə
aid etməməsini haqlı bilən tədqiqatçı C.Xəndan Nizami təxəl-
lüsü ilə mövcud olan lirik parçaları tədqiqatçıların «üç qismə»
böldüyünü bildirir: «Bunlardan biri başqa şairlərin dediyi
parçalardır ki, katiblər üzünü köçürərkən müəllifini bilmədik-
lərindən Nizami adını yazmışlar, ikinci qisim parçalar Nizami
Gəncəvidən sonra Nizami təxəllüsü ilə yazan şairlərə, üçüncü,
həm də çox az qisim lirik şeirlər isə şairin özünə məxsusdur».
Son illərdə tapılmış 1500 misradan artıq lirik parçaları şairin
«lirik əsərlərinin onda biri deyildir» (2, s.151) deyən tədqiqatçı
Gülxani Pənah
21
onun lirikasının yüksək «bəşəri hisslərlə» zənginliyini diqqətə
çatdırır.
C.Xəndan şairin lirik yaradıcılığını həm gəncliyində, həm
də qocalıq dövründə də davam etdirdiyini şairin özünəməxsus
beytlərindən, şeirlərinin məzmunundan aydın olduğu qənaətin-
dədir. «Nizami lirik parçalarını həm gəncliyində, həm də qoca-
lığında yazmışdır. Şairin gənclik hissini tərənnüm edən onlarca
qəzəli ilə bir sırada qocalıq dövrünü xatırladan aşağıdakı mis-
ralarına da rast gəlirik:
Ağ tüklərdən qar yığıldı başım üstə dayandı,
Vücudum bir çardağ kimi yatmasın ah, amandı!
Dağ başında qar olanda əridikcə su gələr,
Gözlərimdən axan yaşın səbəbidir bu məgər?
Gəncliyimi yola saldım nə gəzirsən soruşsan,
Belim əyri, cavanlığı axtarıram hər zaman... (2, s.152).
Şairin bu misraları çox qoca zamanında yazdığını qeyd
edir. C.Xəndan kimi digər tədqiqatçılar da onun lirik
yaradıcılığını həm cavanlığında («Fəxriyyə»), həm də qoca-
lığında («Qocalıq») davam etdirdiyini, lirik əsərlərinin çoxunu
«Sirlər xəzinəsindən» qabaq yazdığı fikrindədirlər: «Möhkəm
bir ehtimala görə, Azərbaycan və fars dillərində yazılmış
Nizami qəzəlləri xalq arasında geniş yayılmış, saz ilə oxunmuş,
məclislərin bəzəyi olmuşdur» (1, s.119). Nizaminin böyük
təcrübə əldə etdikdən sonra iri həcmli əsərlər yazmağa baş-
laması haqqında tədqiqatçıların fikirləri müxtəlif olsa da, bir
sıra nizamişünaslar kimi C. Xəndan da onun lirik şair kimi də
şöhrət qazandığını təsdiq edir. Lirik yaradıcılığı ilə hələ lap
gəncliyindən şöhrət tapan şairin qəzəllərinin xanəndələr tərə-
findən saraylarda, xalq içində oxuduğunu, şairi məşhurlaş-
dırdığını deyir, lirik şeirlərinin qüdrətini şairin özü bildiyi üçün
bu xüsusda dediyi
Qəzəlim ötər qulaqda, verər ərgənun sədası,
Üzü lalə rəngli mey tək əsərim ürək açandır.
Mənim hər büsatda, toyda əsərim oxunmayınca,
Gülxani Pənah
22
Kim içər hünər şərabın, nə bilər meyi-mügandır!
Bu qədər öyünməyimdən daha çox peşimanam mən,
Hünərilə lovğalanmaq hünər əhlinə ziyandır
misralarına diqqəti yönəldir (2, s.153).
Fövqəladə təvazökar, özünə qarşı həqiqi mənada tələbkar
şairin («əgər şeirin səni hamıya tanıtdırmamışsa, heç bir zaman
özünü şair adlandırma»-Nizami) bu prinsipə düzgün riayət
etdiyi qənaətində olan tədqiqatçılar «uzun illər yazıb-
yaratmaqla məşğul olduğu halda özünü şair deyə vəsf etməmiş,
Nizamini tanıtdıran, onu xalqa sevdirən və onun şöhrətini
Azərbaycan hüdudları xaricinə çıxaran onun əsərləri, bu
əsərlərdəki qüdrətli sənət və mütərəqqi ideyalar olmuşdur»
deyirlər (1, s.119).
C.Xəndan Nizaminin «Gecə xəlvətcə bizə sevgili yar gəl-
miş idi», «Hər gecəm oldu kədər, qüssə, fəlakət, sənsiz», «Gö-
zün aydın, gözümə surəti canan görünür», «Hüsnün gözəl ayət-
ləri, ey sevgili canan» misraları ilə başlayan qəzəllərinin «real
insan şüuru, hissi və arzusunu» tərənnüm etməsini görür, uzun
illər insan gözəlliyini tərənnüm üçün ay, gün, gül, çiçək və
sairəyə müraciət edən şairlərdən fərqli olaraq Nizaminin «insan
gözəlliyini təbiət gözəlliyindən üstün» tutduğunu şairin şeir-
lərindən gətirilən nümunələr əsasında tədqiq edir:
Gül rəngli camalın gülə nur verdi üzündən,
Bax, pərdə salıb gül səni gördükdə üzündən.
Qönçə utanıb qırmızı örtük bürünübdür,
Qorxmuş ki, xəcil olsun ona sən görünərkən.
Açdıqca bulud saçlarını gülşənə bir bax,
Gör bir necə təşvişə düşür sünbülü-süsən.
Güldən də, çiçəkdən də gözəl rəngini görcək,
Lal oldu bənövşə, sarı gül qaldı sözündən (2, s.154).
Lirikasının «həm şəkil gözəlliyi, həm məna gözəlliyi»
(M.F.Axundov) ilə zənginliyi, təşbih, epitet, məcaz, kinayə zən-
ginliyi, müraciət etdiyi şeirin janrına məxsus ənənələri göz-
ləməsi, qəzəl və rübailərində nəcib eşq və məhəbbətin, insan
Gülxani Pənah
23
duyğularının tərənnümünün əsas olması şairə şöhrət gətirən
amillər kimi C.Xəndanın tədqiqatlarında öz yerini tapır.
Digər tədqiqatçılar fikirlərində haqlıdır ki, şair «Şeirlərin
hər beytində gözəl təşbihlər, epitetlər, məcazlar, kinayələr ya-
ratmışdır. Digər tərəfdən isə qəzəllərinin və rübailərinin ço-
xunda öz ictimai, fəlsəfi fikirlərini, zülm və haqsızlığa qarşı
dərin nifrətini, ədalət və xoşbəxt gələcək haqqında arzularını
ifadə etmişdir» (1, s.118).
C.Xəndan onun bütün qəzəllərinin «aşiqanə səciyyədə»
deyil, çox zaman «mürəkkəb ictimai-siyasi məsələlərdən də»
bəhs etdiyini deyir, «Yol çətin, dünya qaranlıq, atını bir yana
çək», «Yenə tövbə evini eşq xarab etmədədir», «Sərxoşluq
edən dövlət hüşyar olacaq bir gün» misraları ilə başlayan
ictimai motivli qəzəllərini nümunə gətirir.
Lirik şeirlərində incə, nəcib hisslər tərənnüm edən, qəzəl-
lərində, rübailərində «öz ictimai, fəlsəfi fikirlərini, zülm və
haqsızlığa qarşı dərin nifrətini, ədalət və xoşbəxt gələcək haq-
qında arzularını» ifadə edən (1, s.118) şairin kiçik parçalarda
verdiyi dərin fəlsəfi, hikmətamiz fikirlər, faydalı nəsihətlər
C.Xəndan kimi bir çox nizamişünasların diqqətini cəlb
etmişdir.
Poemalarında olduğu kimi lirik əsərlərində də bədii söz
sənətinin yüksək nümunələrini yaradan şair Şərq poetikasını
«dərindən bilmiş», «yüksək təşbihlər, istiarələr, məcazlar, tə-
zadlar» işlətmiş, bunlar özündən sonra gələn şairlər üçün «bədii
qida mənbəyi» rolunu oynamışdır, xalq yaradıcılığı xəzinə-
sindən sənətkarlıqla “lirikasında da istifadə etmişdir». Cəfər
Xəndan bunları Nizami irsinin geniş şəkildə öyrənilməsindən
neçə illər əvvəl apardığı tədqiqatlarında göstərirdi.
Nizaminin yaradıcılığında «Sirlər xəzinəsi» poeması mü-
hüm yer tutur. Şairin ilk bu böyük əsəri iyirmi məqalətdən iba-
rətdir, hər məqalədə bir məsələ qoyan şair «irəli sürdüyü fikri
atalar sözləri kimi dərin mənalı beytlərlə canlandıraraq, sonra
məişətdən, tarix və xalq ədəbiyyatından istifadə ilə yaratdığı
Gülxani Pənah
24
hekayələrlə öz mütərəqqi görüşlərini daha bədii bir tərzdə»
aydınlaşdırır (11, s.7; 8, s.9).
Bu iyirmi hekayədə «Nizaminin ictimai görüşləri, dövlət
quruluşu və dövlət adamları haqqındakı fikirləri, nəsihətləri»
toplanmış, bu hekayələr öz mövzularını «xalq yaradıcılığından,
tarixdən və həyati hadisələrdən» almışdır.
«Sirlər xəzinəsi» poemasında şair bəzən «həyatda yaşa-
mayan tarixi şəxsiyyət və əfsanələri təsvir bəhanəsilə onların
simasında dövründəki hakimlərə, şahlara müraciət edir, onları
ədalətli olmağa, xalqın divanından qorxmağa, məmləkəti abad
etməyə» çağırır.
Bəzi tədqiqatçılar Nizaminin «qəsdən Ənuşirəvanın-
tarixdə «ədalətli» ləqəbi ilə məşhur olan bir hökmdarın adını
hekayədə qoyulan problemlə» əlaqələndirdiyini, buradakı əfsa-
nənin şairin özü tərəfindən düşünüldüyünü və yaxud şifahi xalq
ədəbiyyatından alındığının söyləmək çətin olduğunu, ancaq
əfsanədəki dərin xalq hikmətinin hər kəsin diqqətini cəlb etdi-
yini (1, s.130) deyirlər, bəziləri isə bu fikirdədir ki, «Şairin ən
böyük arzularından biri hakim dairələrin ədalətli olmasıdır. Bu
arzunu həyata keçirmək üçün Ənuşirəvan haqqında yaranmış
əfsanələr, rəvayətlər, tarixi və yarımtarixi qeydlər, alleqorik
əsərlər köməyə gəlmişdir. Bir sözlə, şair həyatla tarixi birləş-
dirir... Ədalətli şah məsələsi bütün həyat boyu cəmiyyəti
düşündürmüş, sadə əmək adamlarının istək və arzusu olmuşdur.
Deməli, ədalətli şah problemi Nizami Gəncəvinin yaradıcılığına
göydəndüşmə deyil, həqiqətən xalqdan gəlmişdir» (8, s.13).
XIX əsrin axırlarında Tiflisdə «Sbornik materialov dla
opisani mestnostey i plemen Kavkaza» (SMOMPK) toplusun-
da-9-cu nömrədə «Ənuşirəvanın hekayəsi» adlı nağıl verilir: Bu
nağılı «səciyyəvi» sayan T.Xalisbəyli bildirir ki, «Alleqorik
səciyyə daşıyan bu nağıl, Nizami Gəncəvinin «Ədalətli
Nuşirəvan ilə vəzirin dastanı» ilə səsləşir. Hələ erkən çağlardan
bir sıra yazılı mənbələrdə olduğu kimi, şifahi xalq yaradıcılı-
ğında da Ənuşirəvan haqqında əfsanə, rəvayət və nağıl
Gülxani Pənah
25
yarandığını göstərir. Bu həm də Nizami Gəncəvinin folklordan
bəhrələnərək əsərlər yaratdığını söyləməyə haqq verir» (8,
s.15).
C.Xəndan Tağı Xalisbəylidən və bir sıra alimlərdən çox-
çox illər əvvəl «Ənuşirəvan və bayquşlar» hekayəsində
«Ənuşirəvan şahın zülmünün bayquşlara da bəlli olduğunu
göstərir və belə məcazi bir ifadə ilə şair zülmkar şahları ədalətli
olmağa çağırır. O, yoxsul insanların-qarıların, kərpickəsənlərin
acınacaqlı həyatını təsvir etməklə, onları bu ağır vəziyyətə
salan hakim siniflərə qarşı oxucuda nifrət hissi oyadır» - deyir
(2, s.142).
Cəfər Xəndan Nizaminin - «şahları ədalətli yola dəvət et-
məklə xalqın ağır həyatını nisbətən yaxşılaşdırmağın» müm-
künlüyünə inanan şairin bu arzularının «onun insana verdiyi
yüksək qiymətdən» irəli gəldiyini düşünür.
«Nizamiyə görə yaranmışların ən qüdrətlisi, ən şərəflisi,
təbiətin ən gözəl, mükəmməl əsəri insandır. İnsan dünyada olan
başqa yaranmışlardan onunla seçilir ki, o, hər şeyə qadirdir.
Həyat bir bağçadırsa, bu bağçanın bağbanı insandır. İnsan dün-
yanın yaraşığıdır. Lakin görkəminə görə deyil, işinə, əməlinə
görə» (5, s.89). C.Xəndanın bu hekayətdə diqqətini cəlb edən
də Məmməd Cəfər kimi Nizaminin insana verdiyi yüksək qiy-
mətdir. Onun təbirincə, «Nizamiyə görə, yaranmışların ən
şərəflisi insandır. O, öz hüququnu almalı insan kimi yaşamalı-
dır» (2, s.142). C.Xəndan Nizaminin digər saray şairlərindən
fərqli olaraq insan məfhumunda yalnız saray varlılarını, saray
adamlarını düşünmədiyini, zəhmətkeş xalq kütlələrini düşün-
düyünü qeyd edir.
Nizaminin yaratdığı əməkçi insanların (əkinçilər, çoban-
lar, kənizlər, rəssamlar, memarlar və s.) bütün əsərlərində iş-
tirak etdiyini, onların bir qayda olaraq müsbət «xasiyyətə» ma-
lik olduğunu, «ağıllı, cəsarətli, ədalətli» olduqlarını deyən
Məmməd Arif yazır: «Nizaminin hökmdar surətləri öz fəaliy-
yətləri zamanı çox səhvə yol verir, zəiflik göstərir, çətinliklər
Gülxani Pənah
26
qarşısında aciz qalırlar, haqsızlığa, zülmə və təcavüzə yol
verirlər. «Kiçik» adamlarda isə hökmdarlarda olan bu sifətlər
yoxdur. Hökmdarlarla təmas etdikləri zaman onlar öz yüksək
mənəviyyatı, ağıl və istedadları, insaniyyət və cəsarətləri ilə
fərqlənirlər» (6, s.428).
Cəfər Xəndan Nizaminin əsərlərində sadə xalqın nüma-
yəndələrinin ağıllı, qabiliyyətli, cəsarətli olduğunu, xaqanlardan
üstün tutulduğunu, ölkənin abadlığı, insanların firavan yaşa-
ması üçün müdrik sadə xalq nümayəndələrinin təcrübə-lərindən
öyrənməli olduqlarını, öz hikmətli fikirləri ilə ancaq xalqına,
insanlığa xeyir verə bildiklərini əsas tutduğunu qeyd edir:
«Təsadüfi deyil ki, xalq içərisindən çıxmış çobanlar, sənətkar-
lar, qocalar, kəndlilər və s. Nizami yaradıcılığında müsbət
qiymətləndirilmişdir» (2, s.144).
«Sirlər xəzinəsi» əsərində qəddar, zülmkar, müstəbid şah-
lara qarşı açıq tənqidləri məhz bu müdrik qocalar edir. Doğru
danışan qoca kəfən geyinərək şahın hüzuruna gəlir, həqiqəti
onun üzünə söyləyir:
Şah dedi: «Sən mənim dalımca danışırsan,
Məni zalım və qatil adlandırırsan...».
Qoca cavab verdi: - Bəli, mən ondan da artıq deyirəm,
Çünki sənin əlindən qocalar, cavanlar təngə gəlib.
Şəhərlər, kəndlər xarabə qalıbdır.
Mən sənin zülmündən danışarkən sənin qabağına güzgü
tutub pis və yaxşı tərəflərini göstərirəm.
Əgər güzgü sənin simanı yaxşı göstərmirsə, onu vur
sındır.
Lakin güzgünü sındırmağın heç bir mənası yoxdur» (6,
s.43).
Bütün əsərlərində ədaləti, insanlığı əsas tutan, ədalətli
cəmiyyət arzusunda olan Nizami məzlumların, əməkçi insan-
ların hiss və duyğularını əsas götürür. Qanlara susayan, insan-
ların varını talayan, əməkçi insanların hesabına müftəxor ömür
sürən yüksək təbəqəli saray əyanlarının əksinə olaraq, dinc,
Gülxani Pənah
27
sakit həyat arzusunda olan insanların səadətini istəyir. Onun
demokratik, humanist arzuları, sadə, çalışqan, öz əməyi ilə ya-
şayan insanlara məhəbbəti, hörmət və ehtiramı bütün əsər-
lərində əsasdır. Cəfər Xəndan bu fikirdədir ki, «bir sıra saray
şairləri kimi, Nizami insan məfhumunda yalnız varlıları-saray
adamlarını düşünmürdü. Onu zəhmətkeş kütlə xalq
maraqlandırırdı» (2, s.142).
«Sirlər xəzinəsi»ndə toplanan hekayətlərdə şair xalqın
əməyini istismar edən, kəndləri talayıb çox vergilər yığmaqla
onları xarabazara çevirən, vergiləri xalqdan xoşluqla deyil,
istismarcasına toplayan, onun əmin-amanlığını qorumayan
şahları tənqid edir, onların qarşısına öz əməyi ilə dolanan sadə
xalq kütlələrini çıxarır. C. Xəndan şairin məqsəd və fikirlərini
düzgün qiymətləndirir. Nizami açıq göstərirdi ki, «başqalarının
əməyindən istifadə yolu ilə deyil, insan öz əməyi ilə öz həyatını
xoş keçirməyə çalışmalıdır» (2, s.144).
Tədqiqatçı alimlər, M.C.Cəfərov, T.Xalisbəyli və başqa-
ları C.Xəndanın fikirlərini sonralar öz tədqiqatlarında möhür-
ləmiş olurlar. Fikirlərində haqlıdırlar ki, unutmaq olmaz ki,
cəmiyyət üçün, xalq üçün yeni xarakterli insan yetişdirmək işi
renesans ədəbiyyatının qarşısında duran ən ümdə məsələlərdən
biri olmuşdur. M.C.Cəfərov yazır: «Həyatda insanlıq vərdişləri
Nizamiyə görə hər şeydən əvvəl yüksək zəka ilə əldə edilir.
Yalnız ağlın ecazkar qüvvəsi ilə insan təbiəti fəth edir və özünə
hakim olub özü üçün səadət qazana bilir.... İnsanın həyatdakı
yaradıcılığı, təsiredici fəaliyyəti ancaq ondakı yüksək idrak
qabiliyyəti və fəaliyyəti ilə müəyyən edilir.... Bir sözlə ağıl-
kamal, baş, beyin, təbiətin idrak prosesində alınan ideyaları
ümumiləşdirmək bacarığı, dil və bunları ifadə edə bilmək üçün
kifayət qədər çeviklik insanı başqa heyvanatdan ayıran və onu
ali varlıq dərəcəsinə çatdıran xüsusiyyətlər bunlardan ibarətdir»
(5, s.91).
Bu ədəbiyyatın başında duran N.Gəncəvi də bütün ədəbi
ənənələrdən, bədii vasitələrdən istifadə etmək yolu ilə, sənət-
Gülxani Pənah
28
karanə şəkildə dərin mənalı və yığcam süjetli əsərlər
yaratmışdır. Bu hekayədə də əsas ideya xalqla əsl insan kimi
rəftar etməkdirsə, N.Gəncəvinin əsərlərində bu amal xüsusi
olaraq qeyd olunursa, «ədalətli insan, ədalətli şah, ədalətli
hakim ideyası xalqla, cəmiyyətlə bağlıdırsa, onda C.Xəndan
kimi digər tədqiqatçılar da təsdiq edir ki, «bu həmişə xalqın
idealı, arzusu və istəyi olmuşdur. Xalq düşünmüşdür ki, əgər
şah ədalətli olarsa, onda cəmiyyət firavan yaşayar, insan qırğı-
nına səbəb olan qanlı müharibələr törəməz (8, s.14-15).
C.Xəndan Nizami yaradıcılığında, eyni zamanda Şərq
xalqlarının ədəbiyyatında «yeni bir hadisə», «insan haqqında,
onun qəlbinin vüsəti, arzularının əzəməti, eşqin və yaradıcı
əməyin hər şeyə qalib gələn qüdrəti haqqında bir dastan» kimi
dəyərləndirilən «Xosrov və Şirin» poemasını araşdırır. Şairin
ikinci əsərini «sevgi mövzusunda yazılmış ilk mənzum ro-
manımız (2, s.142) kimi dəyərləndirir. «Xosrov və Şirin» tam
mənası ilə məhəbbət dastanıdır. Bu əsərdə Bəhram Çubinə ilə
olan kiçik vuruşma səhnəsi müstəsna olarsa, bütün poema
Xosrov Pərvizin eşq macərası üzərində qurulmuşdur... «Xosrov
və Şirin»də... məhəbbətin möhtəşəm abidəsini yaratmışdır» (1,
s.136).
Həyatın bütün sahələrində, kainatın bütün fəaliyyətində
eşqin böyük məna kəsb etməsi, eşqin geniş mənada tərənnümü,
«vətənə, xalqa, şeirə, sənətə, ailəyə» olan sonsuz məhəbbət
şairə imkan vermişdir ki, «eşq haqqındakı mülahizələrinə fəlsə-
fi bir məzmun verərək eşqi təbiətdəki cazibə qanunu ilə» əlaqə-
ləndirsin və öz müşahidələrini belə ifadə etsin: «Əgər daşın
qəlbində eşq varsa, o gövhəri məşuqə kimi qucaqlayar. Əgər
maqnit aşiq olmasaydı, dəmiri o qədər böyük bir şövq ilə özünə
tərəf çəkməzdi. Əgər kəhraba aşiq olmasaydı, saman çöpünü
axtarıb tapmazdı. Saysız-hesabsız cisimlər bir qanunla öz mər-
kəzlərinə meyl edirlər. Od yerin altında cəzbedici qüvvə tap-
mazsa, yeri yarar və fəzaya yüksələr. Lakin bir qədər havada
Gülxani Pənah
29
qaldıqdan sonra öz təbiətinə görə aşağı enər. Əgər dərindən
düşünsən bütün kainat eşq üzərində dayanmışdır» (1, s.136).
C. Xəndan şairin bu mövzunu xalq dastanından aldığını,
qocalarla, müdrik ağsaqqallarla görüşmək, bu mövzuda ətraflı
bilgi almaq üçün Bərdəyə getdiyini, bu barədə dastanın əv-
vəlində özünün verdiyi məlumata toxunur:
Ruha xoş gəlsə də bu gözəl dastan,
Pərdədə qalmışdı bu gəlin çoxdan.
Tanıyan yoxdu bu gözəl alması.
Bərdədəydi onun bir əlyazması.
O ölkənin qədim tarixlərindən
Tamam bir dastanı öyrənmişəm mən.
O ölkədə olan qədim adamlar,
Təşviq etdi, işə mən verdim qərar» (2, s.142).
Xosrov və Şirin əfsanəsinin müxtəlif variantlarda Yaxın
Şərq xalqlarının şifahi ədəbiyyatında çoxdan mövcud olduğunu,
Firdovsinin «Şahnamə»sində bu mövzunun olduğunu (Xos-
rovla Şirin arasında epizodik bir hekayə verilir) bilən şairin
Firdovsi sənətinə məhəbbəti, onu təkrar etməmək, orijinal bir
əsər yaratmaq yolları axtarması (təqlidçi və nəzirəçi olmayan
şairin «Məndən qabaqkı şairlərin söylədiyini mən təkrar et-
mədim. Bir inciyə iki deşik açmaq yaramaz» - Nizami), bu işdə
ona «şifahi ədəbiyyat, qədim maddi mədəniyyət abidələri» kö-
mək etdiyini, Xosrov və Şirin hekayəsinin dillər əzbəri olduğu-
nu, bu hekayənin Bərdədə məşhurluğunu, onu bu əsəri yazmağa
Bərdə qocalarının «ruhlandırdığını», şairin bu əfsanə ilə əla-
qədar olan bir sıra maddi mədəniyyət abidələrinin, o cümlədən
Bisütun dağında çəkilmiş Şirinin və onu «Şəbdiz» adlı məşhur
atının baralyeflərini, guya Fərhadın əli ilə çəkilmiş süd arxının,
Şahruddakı Xosrov düşərgəsinin və ovlağının tarixdən qalan
nişanələr olduğunu» göstərdiyi tədqiqatçıların tədqiqatlarında
verilir» (1, s.134-135).
H.Araslı yazır: «Şair tarixdən məlum hadisələrin təsvirin-
də də təkrar yolu ilə getməmiş, mövzu ilə əlaqədar ciddi axta-
Gülxani Pənah
30
rışlar aparmış, Azərbaycandakı əlyazmalarını axtarıb öyrənmiş,
Azərbaycan ərazisində Fərhada istinad edilən tarixi nişanələr və
xalq rəvayətlərindən faydalanmışdır» (13, s.7).
Müasir tədqiqatçılar «Xosrov və Şirin» əsərini şairin
«dünyagörüşünün, tarixi hadisələrə və şifahi xalq yaradıcılığına
şair baxışının qiymətli incisi» adlandırır, bu əsərdə tarixi fakt-
larla Azərbaycan folklor qaynaqlarının üzvi surətdə birləşmə-
sinin «çox səciyyəvi» olduğunu bildirir: «Deməli, «Xosrov və
Şirin» dastanında tarixi hadisələrlə yanaşı, əfsanə, rəvayət, na-
ğıl və s. folklor nümunələri və xalq yaradıcılığının bir sıra mo-
tivləri özünə köklü şəkildə yer tapmışdır» (8, s.38).
Əsərin mövzusunun Azərbaycan folkloru ilə bağlı olduğu
bildirilir. Folklorşünas Ə.Axundov yazır: «Xosrov və Şirin»
əsərinin mövzusunu xalqdan aldığını şair özü də əsərlərinin
müqəddiməsində qeyd edir. Bu əsərin xalq içərisində bir sıra
maraqlı variantları vardır. Çox ehtimal ki, bunların bir qismi
Nizami əsərlərinin el variantları, bir qismi isə Nizamidən əvvəl
olan nağıllardır. Bunlardan «Xosrov və Şirin» adlı nağıl və das-
tan, «Fərhad və Şirin» nağılı, «Şahzadə Süleyman nağılı»nı
xüsusi qeyd edə bilərik» (88; 10; 8, s.41).
Bu əsərdə də şairin «ağıllı, ədalətli şah haqqında» fikirləri
təhlilə cəlb edilir. Şirin surəti araşdırılır, onun məhkumları
bağışlayan, kəndlilərdən xərac almayan, zülmə, zorakılığa qarşı
çıxan, bunu ölkəsindən kənar edən, bir ağıllı hökmdar olmaqla
yanaşı, şairin Şirinin simasında Şərq ədəbiyyatında ilk dəfə
olaraq «həm ağıllı, həm də gözəl qadın surəti yaratmış» oldu-
ğunu bildirir. Tədqiqatçılar C.Xəndanın bu fikirlərini təsdiq-
ləyən məsələlərə toxunur, Şərq ədəbiyyatında islamiyyətin
yayılmasıyla qadın surətlərinin mənfi planda verildiyini qeyd
edirlər. Əslində islami dəyərlərdən xəbərsiz, cahil, az-maz oxu-
maq, yazmaq qabiliyyətinə malik olub, xalqı cəhalətdə, zülm və
əsarət girdabında saxlamaqda maraqlı qüvvələrin, avam, savad-
sız insanların qadınlar haqqında mənfi düşüncələrinin nəticəsi
kimi feodalpatriarxal ənənələrin, adətlərin, elmdən, savaddan
Gülxani Pənah
31
üstün olması cəmiyyətdə qadına belə münasibət yaratmışdı.
«Nizami öz həqiqi insani hissləri ilə bir yerə sığmayan və
əslində ədəbiyyatın inkişafına mane olan bu ənənəni rədd etmiş
və bir sıra müsbət qadın surətləri yaratmışdır ki, onların əksə-
riyyəti dünya ədəbiyyatının ölməz qəhrəmanları kimi yaşamış
və əsrlər ötdükcə bir çox xalqların ədəbiyyatında təkrar edilmiş,
ən görkəmli şairləri və ədibləri ruhlandırmışdır» (1, s.137).
«Coşqun məhəbbət, sədaqət, misilsiz gözəllik, dərin ağıl,
zəka, yenilməz iradə simvolu» Şirin surətinə diqqəti yönəldən
C.Xəndan bildirir ki, «Bu əsərində də şair ağıllı, ədalətli şah
haqqında yeri gəldikcə fikirlərini demişdir. Bütün bu cəhətləri
biz Şirin surətində görürük. O, məhkumları bağışlayır, ölkədən
zülmü kənar edir, kəndlilərdən xərac almır. Beləliklə, Nizami
birinci dəfə Şərq ədəbiyyatında həm ağıllı, adil, həm də gözəl
qadın surəti yaratmışdır» (2, s.143).
Şirinin tarixi şəxsiyyət olduğu, «boylu-buxunlu və gözəl-
liyi barədə X yüzilliyin məşhur tarixçisi Təbərinin çox bəla-
ğətlə» ondan bəhs etdiyi, Firdovsinin də əsərini yazarkən «tari-
xi qaynaqlara, eləcə də şifahi xalq yaradıcılığına əsaslandığı,
Nizaminin «çox aydın şəkildə Məhin Banunun diliylə (O aydır-
sa, biz günəşik, o Keyxosrovdursa, biz Əfrasiyabıq) Xosrovun
Keyxosrov, Şirinin türk hökmdarı Əfrasiyabın nəslinə mənsub
olduğu», əsərin başqa yerində də Şirinin türk mənşəli olduğuna
dair («Xosrov istəyirdi ki, Şirinə tərəf at çapsın, Türksayağı
türkü (yəni Şirini) qarət etsin» (13, s.217) və yaxud: «O nazən-
də türk başını dik tutdu ki, onun Xosrov deyil, Keyxosrov da
nazını çəkərdi» (13, s.223) fikirlər söyləндийи мялумдур (1,
s.58-59).
Nizaminin əsərlərində görünən türk həyatı, türk xalqına
məxsus məişət tərzi, türk təfəkkürü tədqiqatçıların diqqətini
cəlb etmişdir. Onun doğma vətənindən məhəbbətlə danışdığı,
adət-ənənələrinə bəslədyi dərin rəğbət hissi ilə bağlı türk
ədəbiyyatşünası Əli Gəncəli danışır. O, türk şairi M.F. Gürtün-
canın «Leyli və Məcnun» tərcüməsinə yazdığı müqəddimədə
Gülxani Pənah
32
Nizaminin əsərlərinin Ayasofyada rast gəldiyi qədim bir
əlyazmasında belə bir beytə («Mənim ata-babam türk idi. Ağıl
və hikmətdə hər biri bir qurd kimi idi») təsadüf etdiyini, türk
məsnəvi şeirinin yaranma və inkişafına şairin təsirini araşdır-
mışdır, «Nizami yaradıcılığının türk ədəbiyyatına təsiri prob-
lemi»ni N.Araslı da geniş şəkildə oxuculara təqdim etmişdir.
XV əsrdə Ədirnəli Şahidi türk dilində «Leyli və Məcnun» möv-
zusu əsasında «Gülşəni-üşşaq», XV əsrin sonlarında yaşamış
Həmdullah Həmdi «Xəmsə», «Leyli və Məcnun», «Yusif və
Züleyxa» poemaları, XVI əsrdə Behişti Əhməd Sinan «Xəmsə»
yaratmışdır. XV əsrin sonu, XVI əsrin əvvəllərində yaşamış,
«Xəmsə» yaratdığı haqda mənbələrdə məlumat verilən Əhməd
Rizvanın «Xosrov və Şirin», «Leyli və Məcnun», «İskəndər-
namə» poemaları, Həyatinin «Xəmsə»si məlumdur. XIII əsrdən
başlayaraq Nizami haqqında türk alim və şairləri, tədqiqatçılar
müxtəsər də olsa fikirlərini söyləmişlər. Əli Nihat Tərlan
(«Xosrov və Şirin» poemasınının qısa məzmununu türk dilinə
çevirib nəşr etdirib, «Leyli və Məcnun» poemasının tərcümə-
sinə də yığcam girişlər yazıb), Səbri Sevsevil, Nuri Gənc-
osman, M.F.Gürtünca, Əli Gəncəli, Agah Sirri Ləvənd, F.K.
Timurtaş Nizami irsi haqqında maraqlı, təzadlı araşdırmaları
ilə tanınır.
Bir sözlə, şairin vəfatından sonra bir çox görkəmli sənət-
karların bu əsər əsasında qiymətli əsərlər yazmış olduğunu
bildirir: «XIII əsrdən başlayaraq Nizami Gəncəvinin poemala-
rına onlarca nəzirələr, o cümlədən «Sirlər xəzinəsi»nə, «Xosrov
və Şirin»ə, «Leyli və Məcnun»a ayrı-ayrılıqda 40-dan çox
nəzirə yazılmışdır. Əmir Xosrov Dəhləvi, Ə. Cami, Ə.Nəvai
kimi böyük sənətkarlar N.Gəncəvini ustad adlandırmış, onun
«Xəmsə»sinə cavab yazmaqla şairin Şərq bədii fikrinə gətirdiyi
qabaqcıl ənənələri davam etdirmişdir» (3, s.248).
Əsərdəki Xosrov Pərviz (590-628) Sasanilər sülaləsinin
sonuncu hökmdarı, Ənuşirəvanın nəvəsi, Hürmüzün oğludur.
Cəfər Xəndan burada Xosrov surətinin geniş, əhatəli təhlilini
Gülxani Pənah
33
verməsə də, burada saray mühitində böyüyən, şahlara, şahza-
dələrə, saray əyanlarına məxsus yüngül xasiyyətə malik olmuş
Xosrovun müəyyən xüsusiyyətlərinə də diqqət yetirdiyini
görürük. Şair bu surətin simasında «öz siyasi görüşlərini» də
əks etdirir, yüksək eşq səhnələri yaratmaqla, «öz qəhrəmanını
imtahanlardan keçirir». Bütün məziyyətlərinə baxmayaraq
Şirinin saf və səmimi məhəbbətinə layiq deyil, «öz ehtirasının
əsiri olan», «hərdəmxəyal», «laqeyd həyata adət etmiş gənc və
ərköyün bir şahzadədir”. Bu surət “iki cəhətdən” oxucunun
diqqətini cəlb edir: «Birinci cəhət ondan ibarətdir ki, şair
Xosrov Pərviz surətindən istifadə edərək özünün hələ «Sirlər
xəzinəsi» əsərində mühüm bir problem kimi irəli sürdüyü ideal
hökmdar surəti yaratmaq məsələsinə qayıdır. İkinci cəhət ondan
ibarətdir ki, bu bədii surət həya və namus rəmzi olan Şirin kimi
bir qızın qəlbini ovlamaq, onu öz eşqinə, hüsnünə valeh etmək
qüdrətinə malik olan bir aşiq kimi təsvir edilmişdir» (1, s.138).
C.Xəndan Şirinin sayəsində Xosrovun pis əməllərdən
uzaqlaşdığını, onun sayəsində tərbiyələndiyini, yüngül əxlaqlı
bir şahzadənin Şirinin sayəsində hökmdara çevrildiyini vur-
ğulayır, «insan istəsə pis əməllərdən uzaqlaşa bilər» (2, s.143).
Şirinin eşqindən ilham alıb, külüngü ilə dağlar yaran Fər-
hadın hünərini, saf sevgisini, onun simasında şairin zəhmətkeş
insanların əməyini yüksək qiymətləndirməsi, sadə insanların
mətanətini, qürur və yenilməzliyini tərənnüm etməsi C. Xən-
danın diqqətindən yayınmır. Daşyonan sənətkar Fərhadın «Şi-
rini daha səmimi, daha həqiqi ürəklə sevən bir gənc kimi» təs-
vir etdiyini, bu «həqiqi məhəbbət dastanının şairə böyük hörmət
qazandırmış» olduğunu açır.
Cəfər Xəndan Nizaminin üçüncü böyük poeması - Şərq
ədəbiyyatında, eləcə də xalq ədəbiyyatında geniş yayılmış
«Leyli və Məcnun» əsərini təhlil edir. Şairin bu əsəri 47 yaşın-
da yazdığını, bu əsərində də insan taleyini əsas götürdüyünü,
«insan öz ləyaqətini əskiltməməli, şəxsiyyətini yüksək tut-
malıdır» fikrində olduğunu bildirir «O, alçalan, zülmə boyun
Gülxani Pənah
34
əyən, çiynini dağ kimi uca tutmayan insanları töhmətləyirdi»
(2, s.143).
İnsana məxsus bütün müsbət keyfiyyətləri Məcnunun
simasında cəmləşdirdiyini qeyd edir. Nizami əsərində Məcnun
«nəcib sifətlərə malik həssas bir şair» kimi dəyərləndirilir:
«Belə bir gəncin öz sevgilisinə çatmaması oxucuda o zamankı
cəmiyyətin ictimai qanunlarına, adət və ənənələrinə qarşı nifrət
hissi oyadır» (2, s.143).
Əsərdə qadınların taleyi, hüququndan məhrum zərif xil-
qətlərin faciəsinə səbəb olan mühit, cəhalət araşdırılır. Poemada
Leyli Nizaminin dövründəki Azərbaycan qadınlarının tipik
nümayəndəsi kimi götürülür. «O, həyatla daha çox bağlı olan
bir surətdir. Hərarətlə sevən bir qəlbə malik olan Leyli eyni
zamanda hüquqsuzdur. İctimai həyat onun arzularını boğur,
sevgilisindən ayırır. Onu sevmədiyi adama ərə getməyə məcbur
edirlər. O isə son nəfəsinədək eşqinə sadiq qalır» (2, s.143).
Doğrudan da, feodal-patriarxal həyatda yaşayan Leyli ilə
Məcnun «mühitin rəsmi qaydalarına riayət etmədən, öz
talelərini arzu və istəkləri əsasında qurmaq istəyirlər. Həqiqi və
müqəddəs bir məhəbbət bu iki gənci ağır imtahanlar üçün
birləşdirir. Onlar mühitə qarşı çıxdıqlarını dərk edir, öz
hisslərini, məhəbbətlərini, qarşılıqlı münasibətlərini gizlətməyə
çalışsalar da mümkün olmur:
Bu səyin olmadı faydası bir az,
Günəşi palçıqla qapamaq olmaz.
«Faciə ilə bitən bu əsərdə mənfi surət ayrı-ayrı adamlar
deyil, cəmiyyət və bu cəmiyyətdə hakim olan feodal-patriarxal
qayda-qanunlarıdır» (1, s.152).
C.Xəndan «hərarətlə sevən bir qəlbə malik» Leylinin hü-
quqsuzluğunu, ictimai həyatın onun arzularını boğduğunu,
sevgisindən ayırdığını dilə gətirir. Bununla belə, sevmədiyi
adama ərə getməyə məcbur edilən Leylinin son nəfəsinədək
eşqinə sadiq qaldığını vurğulayır.
Gülxani Pənah
35
Nizaminin dördüncü məşhur əsəri-»Yeddi gözəl» poema-
sıdır. Sasani sülaləsinin banisi, hökmdarı Bəhram Gur surəti X
əsrdə Firdovsinin «Şahnamə» əsərində də öz əksini tapır. Digər
tədqiqatçılar da şairin bu əsərdə də «ədalətli hökmdar
məsələsini» irəli sürdüyünü söyləyir. Cəfər Xəndan bu
mövzunun ona «Sirlər xəzinəsi», «Xosrov və Şirin»dən başla-
yaraq, «ideal hökmdar surəti» yaratmaq səylərini davam etdir-
mək «imkanını» verdiyini bildirir: «Əsərin qəhrəmanı Bəhram
ədalətli, ağıllı, bilikli bir hökmdardır. O, öz yurdunu yadların
əlindən qurtarır, ölkəni abadlaşdırır, aclıq vaxtı taxıl anbarlarını
xalqın üzünə açır, bir rəiyyətin ölməsindən belə vicdan əzabı
çəkir. Bütün bunlar şairin arzu və istəkləridir» (2, s.144).
Tədqiqatçı əsərdə Bəhramın müsbət keyfiyyətləri ilə
yanaşı mənfi keyfiyyətlərini də görür, hakimiyyətə gəldikdən
sonra başı yeddi gözəllə kefə qarışan Bəhram «eyş-işrət
düşkününə» çevrilir, apardığı dövlət quruculuğu işlərini «unu-
dur», xalqın firavan həyatı pozulur, hakimiyyəti idarə etməkdə
maraqlı olan qüvvələr xalqı «soyub talayır», xalqın fəlakətli
günləri başlayır. Bəhramın sonralar vəziyyətdən hali olması,
onun qoca çoban sayəsində yoluna qayıtmasını söyləyən təd-
qiqatçı bəzi məqamlara, incə mətləblərə diqqəti cəlb edir.
Çoban dişi canavarla əlbir olub sürünü bada verən köpəyi
boğazından asır:
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram, verməyincə can,
Günahkarla belə rəftar etməsən,
Kimsə deməz sənə afərin, əhsən.
Çobanın bu sözlərindən gözü açılan Bəhram arif qocadan
«ibrət» dərsi götürür.
Akademik Məmməd Arif yazır: «Ağıllı və ədalətli şah
məsələsi Nizami yaradıcılığının ana xəttini təşkil edir. Bu əsas
məsələni Nizami bəzən bir qədər üstüörtülü, çox vaxt isə ta-
mamilə açıq və aydın bir şəkildə irəli sürmüş və hər yerdə eyni
qətiyyətlə həll etmişdir. Dövrün tələb və ənənələrinə uyğun
Gülxani Pənah
36
olaraq öz ölməz əsərlərini padşahlara ithaf edən Nizami bu
padşahları mədh və tərifdən artıq tənqid etmək, zülmdən çəkin-
dirmək məqsədini güdmüş, onları ağıllı, səxavətli və ədaləti
olmağa çağırmışdır. Nizami Azərbaycan hakimlərinə hər zaman
xatırlatmışdır ki, dövlətin yaraşığı xalqı ədalətlə idarə
etməkdir» (6, s.19).
Cəfər Xəndan «Yeddi gözəl» poemasının ideya-məzmun
keyfiyyətlərini açır: «Nizami təsvir edir ki, çoban öz köpəyini
asarkən Bəhram səbəbini soruşur, bəlli olur ki, sürünü dağıdan
çobanın inandığı köpək imiş. Bəhram bundan nəticə çıxarır və
məmləkəti onun yaxın adamlarının dağıtdığını müəyyən edib
cəzalandırır. Yeddi gözəlin nəşəsinə uyan Bəhram həyatda
yeddi məzlumun faciəsinə rast gəlir və nəticə çıxardır (2,
s.144).
Şair «bu nəticəni öz dövründəki şahlara bir nümunə
kimi» göstərir və «onların da eyş-işrətdən uzaqlaşıb məmləkət
məsələləri ilə məşğul olmalarını» tövsiyə edir.
Başı eyş-işrətə qarışan Bəhram idarə işlərini qəddar,
zalım vəziri Rast-Rövşənə tapşırır, o da öz çirkin niyyətlərini
xalqın sakit həyatından üstün tutur, padşahın nayibini ələ alıb,
onunla birlikdə xalqı istismar edir. Dövlətin özülünü sarsıdan,
xalqı soyan, talan edən, xəzinəsini boşaldan, ordusunu dağıdan
vəzir həm də vətən xainidir, Çin xaqanına məktub yazaraq
İrana hücum etməyə çağırır.
Cəfər Xəndan Nizaminin son iri həcmli poeması «İskən-
dərnamə» haqqında da dəyərli tədqiqatların müəllifidir. Türk,
Şərq, Azərbaycan ədəbiyyatında «İskəndərnamə»də qoyulan
ədalətli hökmdar məsələsi, dövlətin idarə edilməsində ağıllı
adamların əsas olması, elm, bilik, hünər sahiblərinin ölkənin
idarə edilməsində xüsusi rolunun zəruriliyi diqqətini cəlb etmiş-
dir. Hələ sağlığında haqqında müxtəlif məlumatlar yayılan,
Qərbdə, eləcə də Şərqdə ölümündən sonra bu şaiyələr «şişir-
dilən», «saysız-hesabsız dərəcədə fəthlər, bu fəthlər zamanı
göstərdiyi şücaətlər haqqında əfsanələr, rəvayətlər, nağıllar,
Gülxani Pənah
37
dastanlar yaranmağa və yayılmağa» başlanan Makedoniya
padşahı İskəndər bu əsərdə əsas surətdir.
Əfsanə, rəvayət və nağıllarda geniş yer tutan İskəndər
haqqında tədqiqatçıların müxtəlif rəy və mülahizələri var.
Nizami «İskəndərnamə» əsərini iki hissəyə- «Şərəfnamə»
və «İqbalnamə»yə bölmüş, əvvəlki əsərlərində qoyduğu
«ictimai-siyasi məsələlərə» bu əsərdə «yekun» vurmuş, əsərin
birinci hissəsində İskəndərin müharibələrini təsvir edən
qəhrəmanlıq səhnələri, ikinci hissədə şair fəlsəfi fikirləri,
siyasi-ictimai hadisələr haqqındakı görüşlərini tərənnüm
etmişdir. «Şair İskəndər simasında bütün dünyanı ədalətlə idarə
etməyi bacaran, vahid bir dövlət yaratmaq istəyən müsbət
hökmdar surəti yaratmağa çalışmışdır» (2, s.144-145).
Cəfər Xəndan bir tədqiqatçı kimi Nizaminin «Şərəfna-
mə»ni yazarkən xalq yaradıcılığından geniş və səmərəli istifadə
etdiyini dəyərləndirir: «Nizami Gəncəvi istər özünəqədərki
şairlərdən, istərsə də müasirlərindən, xalq yaradıcılığından isti-
fadə meyarına görə tamamilə fərqlənmişdir. Bunu bizə qədər də
duymuşlar. … C.Xəndanın göstərdiyi kimi Nizami və folklor
məsələləri ayrıca tədqiqat sahəsi olduğu halda, hər hansı bir
səbəb üzündən geniş şəkildə öyrənilməmişdir» (8, s.121).
Həmid Araslı hələ 41-ci illərdə Nizaminin ümumilikdə
«Xəmsə»si haqqında tədqiqatlarında bildirirdi ki, «Nizamini
bütün müasirlərindən fərqləndirən, onu dünya ədəbiyyatının
yüksək zirvəsinə qaldıran əsas xüsusiyyətlərdən birisi və baş-
lıcası da onun xalq ədəbiyyatı ilə yaxından bağlı olması,
xalqdan qüvvət alaraq yaradıcılığını yeni bir istiqamətdə inkişaf
etdirməsidir» (9, s.32; 8, s.192).
C.Xəndan şairin arzuladığı ictimai həyatı, dövləti yarada
bilməyən İskəndərin əvəzinə şairin «yüksək cəmiyyət qurulu-
şuna malik xəyali bir ölkə» yaratmasını qeyd edir.
Əsərdə İskəndərin Azərbaycana səfəri ilə bağlı məqamları
araşdıran tədqiqatçı burada sənətkarın doğma vətəninə, Azər-
baycana bağlılığını diqqətə çəkir: «böyük vətənpərvər İskəndəri
Gülxani Pənah
38
səfərləri ilə əlaqədar olaraq doğma Azərbaycana da gətirib
çıxarır. Bunu şair müəyyən bir məqsədlə edir. O, əsərin bu
yerində Azərbaycanın, xüsusən Bərdənin təbii gözəlliklərini
təsvir edir və doğma vətənin sərvətindən ilham alaraq deyir:
Bu mərdlər, gözəllər yurdunda inan,
Çox saysız xəzinə gizləmiş zaman.
Belə şux, sevimli gülşən harda var?
Harda var xəzinə saçan bu diyar?!» (2, s.145).
Tədqiqatçı dəniz incilərindən saf, mərd, ağıllı, dövlət
işlərində tədbirli, ölkəsini İskəndərin hücumundan, qarətindən
öz ağıllı tədbirləriylə xilas edən, eyni zamanda İskəndər kimi
qüdrətli bir fatehlə dostluq əlaqələri yarada bilən Nüşabə
surətini xarakterizə edir, qeyd edir ki, «Nizami Bərdə hökmdarı
Nüşabənin əqli qarşısında İskəndəri məftun edir, ölkəni idarə
edən bu hökmdarı öz şair xəyalının arzuladığı qəhrəman,
vətənpərvər və tədbirli qadın surəti kimi yaradır» (2, s.145).
Tədqiqatçı alimlər haqlıdırlar ki, Nizami «özündən əvvəl
və özündən sonra gələn məşhur hümanist mütəfəkkirlərdən
daha böyük bir qətiyyətlə hər cür avtoritetlərin, feodal imtiyaz-
larının əleyhinə çıxaraq göstərir ki, «şəxsiyyətin cəmiyyətdə
tutduğu mövqeyi və mərtəbəsi də onun biliyinə, hünərinə görə
olmalıdır» (5, s.92).
Cəfər Xəndan Nizaminin bu poemada ictimai fəlsəfi
fikirlərini ümumiləşdirdiyi kimi, estetik görüşlərini də inkişaf
etdirdiyini bildirir. Nizaminin sənətkarlıq imkanlarını araşdırır.
Onu narahat edən fikirləri «quru mühakimə yolu ilə deyil,
yüksək bədii bir dillə» ifadə etməsini, «yüngül müqavimət yolu
ilə» getmədiyini, öz istedadına, yaradıcılıq qüvvəsinə arxalana-
raq məzmunun çətinliyinin öhdəsindən «məharətlə» gələ bil-
diyini dəyərləndirir. Yaratdığı əsəri xalq üçün yaratmış şairin
özünü xalqdan kənarda hiss etmədiyini, buna görə yaratdığı
əsərlərin, eləcə də özünün ustad sənətkar kimi əsrlər boyu yaşa-
dığını deyir: «Əlçatmaz xəzinələrin torpaq altında qaldığını,
heç kəsə mənfəət vermədiyini düşünən şair, həmişə əsərini
Gülxani Pənah
39
xalqın malı etmək istəyirdi. Onun fikrincə, insanlardan uzaq
olan şair yaxşı əsərlər yaratsa da, onun dəyəri yoxdur. Çünki
xalqın əli çatmayan bir yerdə bitən ağac xurma da versə, tikan
da versə birdir» (2, s.145-146).
Tədqiqatçı şairin fikirlərinə düz prizmadan yanaşır. Onun
yaxşı şair olmaq üçün bütün elmləri öyrənməli olduğunu başa
düşdüyünü, bunun üçün Azərbaycan, fars, ərəb, yunan, kürd,
pəhləvi dillərini, tarix, fəlsəfə, iqtisadiyyat, kimya, təbabət,
astronomiya və s. elmlər sahəsindəki bilgilərini nəzərə alan
alimlərin onu böyük alim kimi dəyərləndirdiyini, elmləri öy-
rənməkdə məqsədi hər cür elmi biliklərə malik olmaqla «incə
söz demək» qabiliyyətinə malik olmaq məqsədini dilə gətirir.
Nizami yazır:
Hər gecə biliyə qapı açmadan,
Başımı yastığa qoymadım bir an.
Bu bakir sözləri düşüncə ilə,
Olduqca çətindir gətirmək ələ.
Bakir söz tapınca yontunur ürək,
Hər kəsin işimi incə söz demək?!
Nizami öz əsərlərində «elmin qulu» olmadığını, «əksinə,
elmin hökmlərini də yenidən işləyib, bir sıra maraqlı fikirlər»
söylədiyini, ağlına sığmayanları «qəbul etmədiyini» misraları
ilə təsdiq edir:
Ən doğru sözlər ki, oyadır maraq,
Tarixdən onları bir-bir alaraq,
Düzdüm dastanıma, əsər yaratdım,
Ağlasığmayanı büsbütün atdım.
Şair kimi Nizaminin öz vəzifəsini yaxşı dərk etdiyini
söyləyir: «şairin vəzifəsi alimin vəzifəsinə bənzəməz. Şair ta-
rixi faktları eynilə şeirə saldıqda və onlar haqqında fikir
söylədikdə bu, bir qədər dolaşıq olacaqdır. Çünki şairin yolu
bambaşqadır» (2, s.147). «Çünki incəlikdir işim, sənətim, haq-
lıyam bu işdə çıxsa qələtim»-deyən şairin bu qeydlərinə
baxmayaraq tədqiqatçı görür ki, «onun əsərlərində dövrünün
Gülxani Pənah
40
elmləri parlaq surətdə əks olunmuşdur. Çünki o yaratdığı su-
rətin və ya hadisənin inandırıcı olmasına çalışan bir şair idi.
Ona görə də bir tarixi hadisə və ya şəxsiyyət haqqında fikir
söyləmək üçün o, müxtəlif mənbələrdən material toplayırdı.
Baxın, İskəndər surətini yaratmaq üçün Nizami hansı məxəz-
lərdən istifadə etmişdir» (2, s.147). Nizaminin misralarını yada
salır.
Nizaminin bu ənənəsindən ondan sonra gələn şairlərin də
çox şey öyrəndiyini, xalq yaradıcılığını dərindən öyrənən şairin
bütün axtarışlar, öyrənmələrlə yanaşı, «şair xəyalı»nın üstün-
lüyünü də görür: «Bütün bu axtarışlar, öyrənmələr nə qədər çox
olursa olsun, Nizami üçün şair xəyalı bunların hamısından
üstün idi. Ağır zəhmət nəticəsində oxuduğu yüzlərlə kitablar
bəlkə bir səciyyəni və ya bir təfərrüatı işıqlandırmaq üçün isti-
fadə edilirdi. Əgər şairin ifadəli təfəkkürü əsas olmasaydı,
özünün dediyi kimi, İskəndərin sərgüzəştini bir vərəqdə bitirə
bilərdi:
Şeirimdən atsaydım bəzəkli donu,
Azacıq zəhmətlə yazsaydım onu,
Bu böyük fatehin sərgüzəştindən,
Bir varaq yazmaqla bitirərdim mən.
Demək, Nizami tarixdən və başqa elmlərdən istifadə
etdikdə əsas işiniyaradıcılığını onların kölgəsində qoymurdu»
(2, s.148).
C.Xəndan Nizaminin yaradıcılığındakı inandırıcılıq mə-
sələsinə xüsusi diqqət yetirir. Bədii yaradıcılıqda həqiqətə
uyğunluğun, təbiiliyin «tərəfdarı» Nizami bütün əsərlərində,
eləcə də «İskəndərnamə»də bir sıra elmi-tarixi və ədəbi mənbə-
lərdən istifadə etmiş, «süni uydurmalardan, inandırıcılıqdan
uzaq olan təsvirlərin» əleyhinə çıxmışdır:
Doğruya azacıq bənzəyən yalan,
Yaxşıdır yalana bənzər doğrudan
Gülxani Pənah
41
fikrində olan «Nizaminin poemalarında inandırıcılıq mə-
sələsi təqdirəlayiqdir. Onun əsərlərində fantastik səhnələr belə,
bədii mənada «inandırıcıdır». Digər mütəfəkkir şəxsiyyətlər,
tədqiqatçı alimlərlə həmfikir olan C.Xəndan Axundovun bu
fikrini nümunə gətirir. «Hərçənd Nizami qara geyimlilərin fik-
rini söyləyir. Lakin o, mətləbə xələl gətirmir. Onların əhva-
latına da başqa bəşər cisimləri əhvalatı kimi zikr edir. İngiltə-
rənin misilsiz şairi Şekspir də insanların əxlaq və əhvalını çin,
şəyatin, div və s. bu kimi xəyali varlıqların timsalında verir»
(130, s.243-245).
Şairin təsvir etdiyi hadisələrin inandırıcı olması üçün lirik
ricətlərdə dediyi fikirləri epik hadisələrdə də «təkrarlamasının»
«onun hökmünün təsirini bir qat daha» artırdığını gətirdiyi
nümunə ilə təsdiqləyir: «Dünya və yaşayış haqqında nikbin
görüşə malik olan şair deyir ki:
Bu dünya kədərə dəyməz, şən keçin,
Kim deyir bu saray tikildi qəmçin!
Şənlikçin yaranmış dünya bunu bil!
O, zillət, fəlakət ocağı deyil!
Nizami bu kimi nikbin fikirlərini daha inandırıcı şəkildə
xırda epik parçada belə ifadə edir:
Eşitdim çox şadmış bir gənc müqəssir,
Dara çəkilirkən boynunda zəncir.
Dostlardan birisi verdi bir sual;
Az qalır ömründən, bəs nədir bu hal?
Dedi: son nəfəsdir ömrüm qalır az,
Az ömrü kədərlə keçirmək olmaz.
Şübhəsiz, yaddan çıxmayan bu lövhə oxucunu düşündü-
rür, onu nikbin olmağa çağırır, son dəqiqələrinə kimi həyatı,
yaşayışı sevməyi təbliğ edir» (2, s.149).
C.Xəndan Nizami yaradıcılığındakı «orijinallığı», sənətə
yüksək tələblə yanaşdığını, «asanlıqla yazan oğru «şairləri»
tənqid etdiyini, bu cəhətə bütün poemalarında rast gəlindiyini
Gülxani Pənah
42
qeyd edir. Nizami yaradıcılıqda bir «şərt» qoyur: «qonşunun
malına uzatmasın əl». Özünü dənizə bənzədir:
Dənizəm, qorxmuram əsla oğrudan,
Təbimin buludu yağdırar hər an
deyən şair özünü sənət aləmində Günəşə bənzədir. Fikrinin
«çalınmasına» əmin şair «Buxaraya getsə, o Gəncənindir»-de-
yir və bildirir ki, «gizlində mətaya çıxmaz müştəri,//Oğurluq bir
malın olmaz dəyəri». Şairin yaradıcılığı haqqında deyilmiş bu
fikirləri «başqa şəkildə ümumiləşdirərək» cəmiyyət haqqında
dediyini görən tədqiqatçı bildirir ki, şair özgələrin hesabına
yaşayan, şöhrət gəzənləri tənqid edir: «ağac ol, özündən doğur
qolbudaq»,-deyir. Özgə hesabına yaşayanlara barama qurdunu
nümunə gətirir:
Barama qurdu, bax, sevdi köləlik,
Özgədən yem aldı, həm də köləlik,
Bir barmaq boyunda olanda təni,
Qusdu yediyini, söndü bədəni.
C.Xəndanın Nizaminin bu sonuncu poemasında öz yara-
dıcılığına «yekun» vurduğu, burada ictimai-fəlsəfi fikirlərini
ümumiləşdirdiyi kimi fəlsəfi düşüncələrini də inkişaf etdirdiyi
fikri C.Xəndan irsini tədqiq edən alimlərimizin diqqətindədir.
Aparılan təhlil və tədqiqatlar C.Xəndanın «İskəndərnamə» əsəri
haqında dediyi fikirlərin doğruluğunu, düzgün təhlilini sübut
edir: «İskəndərnamə» təkcə öz bədii dəyəri ilə deyil, eyni za-
manda şairin bu əsərdə qoyub həll etmiş olduğu məsələlərin
vüsəti, rəngarəngliyi, yeniliyi və həyatiliyi ilə də yeddi əsrdən
artıq bir dövrdə bir çox insan nəsillərini valeh etmişdir. Əsərdə
həcm etibarilə az yer tutan və İskəndərin Dərbəndə, Hindistana,
Çinə, Tibetə, qıpçaq səhrasına səfərindən danışan epizodlara
nəzər saldıqda, Nizami oxucunun gözü qarşısında sözün həqiqi
mənasında bir ensiklopedist kimi canlanır. Bu ölkələrdəki əha-
linin məişəti, əxlaqı, mədəni səviyyəsi, adət və ənənəsi, bu
sahələrin coğrafi vəziyyəti, oralarda bitən bitkilərin, yaşayan
vəhşi heyvanların xüsusiyyətləri şair tərəfindən o qədər dəqiq
Gülxani Pənah
43
və əslinə müvafiq verilmişdir ki, insan müəllifin bilik və mə-
lumat dairəsinin genişliyi qarşısında valeh olur» (1, s.184-185).
Böyük qüdrətli qələm sahibinin, türkcə düşünüb farsca
yazan, əsərlərindən «türk kokusu gelen», bu «türk kokusu» ilə
türk xalqlarının şairlərinə xüsusi təsir bağışlayan, türk dilində
«Xəmsə»lər yaradan, Behişti, Həyati, Cəlili, Əhməd Rizvan və
digər Şərqin böyük simaları Ə.Nəvai, Ə.Cami, Ə.X.Dəhləvi
kimi sənətkarlar Nizami ədəbi məktəbinin davamçıları olub
yaradıcılıqlarında Nizami təsirinin güclü olduğu bildirilir. Türk
məsnəvi şeirinin yaranmasında və inkişafında Nizaminin təsiri
araşdırılmış, tədqiq edilmişdir. Nizami mövzusunda yazmış or-
ta əsr sənətkarlarının əsərlərini üzə çıxarmış türk ədəbiyyat-
şünası Agah Sirri Ləvəndinin, M.F.Timurtaşın, H.Araslının, rus
şərqşünaslarından Y.E.Bertelsin, V.S.Qarbuzova, İ.V.Borolina,
Q.A.Qorbatkinanın da bu sahədə araşdırmaları diqqətə layiqdir.
Cəfər Xəndan onlardan öncə keçən əsrin 40-cı illərdə «XIX-
XX əsr Azərbaycan ədəbiyyatında Nizami mövzuları» əsərində
Nizami irsindən bəhrələnərək yaradılan qiymətli sənət əsər-
lərinə, klassik Azərbaycan ədəbiyyatına Nizami yaradıcılığının
təsirini müxtəlif sənətkarların yaradıcılığı əsasında tədqiq
etmiş, yaranan əsərlərin ideya-məzmun zənginliklərini, bədii
əsər kimi dəyərini üzə çıxarmış, Nizaminin sənətkarlıq xüsusiy-
yətlərindən bəhrələnmiş, bu gün klassik ədəbi irsimizdə layiqli
yerini tutan şairlərimizin, tədqiqatçı alimlərimizin irsini
tədqiqata cəlb etmişdir. Bu böyük qələm sahiblərindən biri Se-
yid Əzim Şirvanidir. S.Ə.Şirvani dövrünün böyük sənətkar-
larından biridir.
C.Xəndan S.Ə.Şirvanini qüdrətli Şərqin, xüsusilə Azər-
baycan poeziyasının sənətkarlarının yaradıcılığını, Nizami, Fü-
zuli, Xaqani, Hafiz, Sədi yaradıcılığını dərindən mənimsəmiş,
onların ənənələrini davam etdirmiş lirik şair kimi dəyərləndirir.
Şairin Nizami irsinə böyük məhəbbət bəslədiyini, sevimli
tələbəsi M.Ə.Sabirə-onun böyük sənətkar olacağına inan-
dığından «Xəmsə»sini hədiyyə etdiyini bildirir. Şairin orada
Gülxani Pənah
44
yazmış olduğu fikrə diqqəti yönəldir. Sabir yazır: «Nuri-didəm
Sabir! Qəzəlimə yazdığın məlih və şirin cavab çox xoşuma
gəldi. Hazırda başqa bir şeyə gümanım olmadığından, həmin
kitabı sənə silə (bəxşiş əvəzi) göndərirəm.
Yadigari-ustadanə olmaq təriqi ilə qəbul edəsiniz və şair-
likdə tərəqqi etmənizi arzu edirəm» (18;19,s.5). Cəfər Xəndan
S.Əzimin şairə münasibətini, haqqında dəyərli misralarını
diqqətə çəkir.
1830-1858-ci illərdə bir sıra şəhərlərdə-Şuşa, Şəki, Bakı,
Gəncə, Naxçıvan, Şamaxı şəhərlərində müxtəlif məktəblər açı-
lır, bu məktəblərdə Azərbaycan, rus, ərəb, fars dilləri tədris
olunurdu, 1860-70-ci illərdə maaarifpərvər şəxslər məhəllə
məktəbləri açdırır. Şamaxıda şairin açdığı məhəllə məktəbinin
təlim-tərbiyə üsulları, tədrisin məzmunu üzrə mütərrəqi keyfiy-
yətləri «cəza-çubuq, falaqqa» hökm sürən məhəllə məktəblərin-
dən seçildiyindən, şairin «Üsuli-cədid» üzrə təliminin «nədən
ibarət olduğunu dərk etməyənlər buna xor baxırdılar. Mürtəce
qüvvələr üzündən məktəbi bağlanan Seyid Əzim Şirvani Tiflisə
şikayətə gedir. C. Xəndan onun Gəncə şəhərin-dən keçərkən
Şeyx Nizaminin türbəsini ziyarət etdiyini və türbəsi dağılmış
şairin məzarı qarşısında kədərləndiyini, böyük sənətkara
bəslədiyi hörmətini, gördüyü kədərli mənzərəni, bu münasibətlə
söylədiyi dörd misralıq rübaini yada salır:
Ey Şeyx- Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü ehtişamı dağılan.
Olubdu səninlə mən kimi aləmdə
Beyti, evi, məktəbi, kəlamı dağılan? (19, s.5).
Tədqiqatçı S.Əzimin Nizaminin müxtəlif mövzu və fi-
kirlərindən bəhs etdiyini deyir. Nümunə üçün «İqbal-namə»
əsərinin sonuna yaxın «İskəndərin anasına yazdığı andı»-
Nizaminin İskəndərin dili ilə söylədiyi misraları yada salır.
Bu fikrə yaxın məzmunu Cəfər Xəndan Seyid Əzimin
«Vəsiyyəti-İskəndəri-Zülqərneyn» əsərində görür:
Canı təslim edəndə İskəndər,
Gülxani Pənah
45
Eylədi bir vəsiyyət ol sərvər.
Ki, deyin annəmə bu göftari,
Xalqa ehsanim eyləsin çari,
Leyk hər kəs çəkibdi dərdü-bəla,
Yeməsin ol təamda əsla!
Çünki saz oldu neməti-əlvan,
Qıldı anın vəsiyyətini bəyan;
Ki, gərək əkl etsin ol aləm,
Çəkməyibdir cahanda möhnətü qəm.
Mütənnəbbe olub kəlamından,
Hamı çəkdi əlin təamından.
Çünki çəkmişdi hamı möhnətü qəm,
Çıxmadı hiç bir nəfər xürrəm.
Madəri-əşkbar İskəndər,
Gərçi olmuşdu zar İskəndər.
Bildi ki, mörkə yoxdu bir çarə,
Hamının qəlbinə dəyib yarə.
Dilbəra, çox da çəkmə möhnətü qəm.
Könlünü eylə qəm günü xürrəm.
Gərdişi-çərxi-gəcmədar keçər,
Bu qəmü dərdi-rüzigar keçər.
C.Xəndan bu nümunələrə əsasən «Nizami süjetindən
istifadə edən S.Ə.Şirvaninin «axırda öz nikbin tərbiyəvi fikir-
lərini də əlavə etmiş» olduğunu deyir. Füzuli kimi onun da
Nizaminin «söz və sənətkarlıq fikirlərindən istifadə etmiş və
bəzən də onu eynilə təkrarlamış» olduğunu şairin Nalana yaz-
mış olduğu mənzum məktubdan gətirdiyi bir parça ilə diqqətə
çatdırır.
Nizami yaradıcılığının ondan sonra gələn sənətkarların,
xüsusilə, XIX-XX əsr sənətkarlarının yaradıcılığına xüsusi
təsirini araşdıran C.Xəndan Q.Zakirin yaradıcılığında da
Nizami ənənələrindən istifadəni görür. Şairin Bərdə tərəfləri
ziyarət edərkən «o yerlərin keçmişini Nizami yaradıcılığında
Gülxani Pənah
46
olduğu kimi» xatırladığı və Nizaminin bədii surətlərindən isti-
fadə edərək» yazdığı misraları verir.
Nizaminin yaratdığı Məcnun, Leyli, Şirin, Xosrov, İs-
kəndər kimi surətlərin «rəmz şəklində» sonrakı şeirlərimizdə,
şairlərin yaradıcılığında «təkrar» edildiyini İbrahimbəy Azərin,
XIX əsr şairlərindən Mustafa ağa Nasirin, İsmayılbəy Nakamın,
Xalxalinin, Hacı Mehdi Şükuhinin, Məhəmməd Hadinin
yaradıcılığı əsasında tədqiq edir.
Rus ordusunun polkovniki Həsən ağanın oğlu Nasirin Qa-
zağın Dağkəsəmən kəndində doğulduğunu, rus, fransız, fars
dillərini yaxşı bildiyini, şərq, qərb ədəbiyyatı ilə yaxınan tanış
olduğunu, əlli illik ömründə Nizami yaradıcılığına hörmətini,
ən çox mütaliə etdiyi onun «Xəmsə»si olduğunu deyir:
«Nizami haqqında yazdığı şeirlərindən birində o öz böyük
sələfinə yüksək qiymət verərək, onun haqqında bu sözləri
yazmışdı:
Süxənguyi-u dərsənci təalallah bədii payə,
Dili-gövhər fəşani-u məgər dəryayü ümmanə-st» (197).
Şairin «Xosrov və Şirin» poemasını Azərbaycan dilinə
tərcümə etməyə başlasa da yarımçıq qaldığını, vaxtsız ölümün
bu işi başa çatdırmağa imkan vermədiyini kədərlə qeyd edir,
şairin istedadı ilə tanışlıq üçün XIX əsr tərcümə dilini öyrən-
mək baxımından maraqlı olan poemanın əvvəlindən gətirdiyi
bir parça tərcüməni oxucu diqqətinə çatdırır.
F.Köçərli şairin başlamış olduğu bu tərcümə işinin davam
etdirilməsini istəyirdi. O yazırdı: «Anladığıma görə bizim hal-
həyatda olan şairlərimizin bir neçəsi, əz cümlə cənab Mirzə
Rəhim Fəna, Mirzə Ələkbər Sabir, Məşədi Əyyub Baki, Mirzə
Həbib Qüdsi, Mirzə İbrahim Tahir mərhum Mustafa Ağanın
natamam qalmış zəhmətini asanlıqla bacarıb tamam yetirə
bilərlər.
Cənab Sabirin «Rəhbər» jurnalında çap olan «Şahna-
mə»dən tərcüməsi, Tahirin və Qüdsinin ruznamə və jurnallarda
dərc olunan əşari-abidarları və Fənanın və Bakinin gözəl və can
Gülxani Pənah
47
riştəsi kimi nazik olan qəzəlləri bizim rəyimizi təsdiqedici
dəlillərdir». Nasirin bu işinin «nəticəsiz» qalmadığını sonrakı
illərdə Nizaminin əsərlərinin dilimizə tərcümə edilməsi işində
olan irəliləyişləri qeyd edən C.Xəndan Nizami mövzularından
bəhrələnən və onun əsərlərinin tərcümə edilməsində rolu olan
İsmayılbəy Nakamı yada salır.
Nakam İsmayıl bəy Hacı Məhəmməd bəy oğlu Sədrəd-
dinbəyovun (1839-1906) təxəllüsüdür. Nuxada doğulub,
yaşayıb, «Fani» təxəllüsü ilə də şeirlər yazıb, S. Ə. Şirvani,
X.B. Natəvanla şeirləşib, lirik şeirlərindən ibarət «Divani-
bədi», «Xəyaləti-pərişan», «Gəncineyi-ədəb» (Nizaminin «Sir-
lər xəzinəsi»nə nəzirədir), «Leyli-Məcnun», «Fərhad-Şirin»,
nəsrlə yazılmış «Lətifnamə» və s. əsərləri var. F. Qasımzadə
«XIX əsr Azərbaycan ədəbiyyatı tarixi» əsərində Bahar Şirvani
kimi Hindistanı, Yaxın Şərqi gəzmiş, Füzuli, Nizami irsi ilə
yaxından tanış olmuş Nakamın yaradıcılığı haqqında qısa
məlumat verir. C.Xəndan 40-cı illərdə Nakamın yaradıcılığına
Nizaminin təsirini araşdırıb tədqiq edir. Nizaminin söz haq-
qında qiymətli fikirlərindən ilham alaraq eyni ruhda yazdığı
misralarla yanaşı Nizaminin söz haqqındakı fikirlərindən də öz
əsərində «bəhs etdiyini» yazır:
Mən edəməm şərh kəmahü-bəyan,
Şərh qılıbdır anı pişiniyan:
Şeyx Nizami ki, süxən sazdır,
Bülbüli-qüds ilə həvavazdır.
Ol süxənim həqqin əyan eyləmiş,
Əhsənü vəchilə bəyan eyləmiş:
«Maki nəzər bir süxən əfkəndəyəm»... Nizaminin 10 mis-
rasını eynilə təkrar edən şairin onun poemaları əsasında yazdığı
əsərləri də «diqqətəşayandır»-deyir. Nakamın «Fərhad və Şi-
rin» poemasını nəzərdən keçirir, Nizaminin «Xosrov və Şirin»
dastanından sonra bu mövzuda Azərbaycanda, Şərqdə yaranmış
əsərlərin hamısında «Nizami təsirlərini» görür: «Bunlar orijinal
olsalar da, Nizami poemasının quruluşu və ruhu dərhal hiss
Gülxani Pənah
48
olunur. Nizami müaqiblərindən çoxu mövzunun adını dəyişdir-
mək, bədii surətlərin bəzisini ixtisar etmək, Fərhadın şəxsiyyəti
haqqında yeni mülahizələr irəli sürməklə Nizamidən fərqlən-
məyə çalışmışlar. Bu növ şairlərdən biri də Nakamdır» (19,
s.10).
Nizaminin dastanının 14 000 misraya yaxın olduğu
halda, Nakamın «Fərhad və Şirin»inin təxminən yüz min misra
olduğunu söyləyir, Fərhad, Şirin, Xosrov surətlərinin təhlilini
verir, əsərin bədii qiyməti, dili, üslubu ilə oxucunu tanış edir,
özünəməxsus ideya, məzmun keyfiyyətlərini tədqiq edir,
təhlilini verir, Şirin-Xosrov sevgisinin Nizamidə olduğundan
çox «səthi» verildiyini, Fərhad-Şirin sevgisinin daha çox qabar-
dıldığını, əsərdə Nizaminin təsiri güclü olan məqamları araş-
dıran tədqiqatçı Fərhadın ölümündən sonra qara geyib, yas
saxlayan, Fərhadı qanına qəltan gördükdə qan ağlayan Şirinin
Fərhadın qəbri üzərində günbəz qurdurduğunu, Fərhad-Şirin
sevgisinin əsərdə daha güclü verildiyini bildirir və Nizaminin
təsiri ilə yazılmış Nakamın «bu əsəri Azərbaycan dilində yazıl-
mış yaxşı Fərhad və Şirinlər sırasındadır. Əsər dilcə bir qədər
qəliz olsa da, çox maraqla oxunur və Nizami mövzularının
təkcə xalq yaradıcılığına deyil, yazılı ədəbiyyatımıza da hakim
təsirini bir daha xatırladır» deyir (19, s.14).
Prof. F.Qasımzadə də bildirir ki, Nakamın «Gəncineyi-
ədəb», «Fərhad-Şirin» əsərləri «Nizami təsiri altında yazılmış-
dır. «Gəncineyi-ədəb» Nizaminin «Sirlər xəzinəsi» əsərinə
nəzirədir. Otuz bir mənzum hekayədən ibarət olan «Gəncineyi-
ədəb» Nizaminin «Sirlər xəzinəsi»ndə olduğu kimi, sözün
mədh və tərifi ilə başlanır. «Məcnun-Leyli» əsərini yazarkən
Nakam Nizami və Füzuli «Leyli və Məcnun»larından istifadə
etmiş və bunlardan ikincisinə daha artıq meyl göstərmişdir. Bu
əsər iqtibas və nəzirə deyildir, əsərdə orijinal xüsusiyyətlər
çoxdur»-deyir (20, s.392).
Gülxani Pənah
49
C.Xəndan öz şeirlərində Nizamidən ilham alan «Sələ-
biyyə» müəllifi Mirzə Məhəmmməd Bağır Xalxalinin misrala-
rını yada salır:
Bu ovzai görüb gəlmə suala,
Təərrüz eyləyib çıxma cidala
Ki, hikmətlə xuda düzmüş Nizami
Bu mətləbdə nə xoş yazmış Nizami:
«Cahan çün çeşmü zülfü xalü əbrust,
Ki, hərcizi bəcayi-xişi-nikust» (19, s.15).
XIX əsr Azərbaycan şairlərindən Hacı Mehdi Şükuhinin
də Nizamidən bəhrələndiyini, «Mənazireyi-əql və eşq» dasta-
nında şairin aşağıdakı misralarını xatırladığını bildirir:
Tamama yetirməmiş kəlamı,
Bu yerdə nə xoş deyir Nizami:
«Öz daməni-dəşt övci-ovrəng
Gərdi bərxast tutiya rəng...» (19, s.15).
XIX əsr Azərbaycan ədəbiyyatında bədii yaradıcılıqda
olduğu kimi tənqidi məqalələrdə də Nizamidən istifadə məsələ-
lərini araşdıran C.Xəndan Abbasqulu ağa Bakıxanovun «Gü-
listani-İrəm» əsərini, bu tarixi əsərdə müəllifin Nizamiyə yük-
sək qiymət verdiyini, hətta «bir sıra tarixi məsələləri aydın-
laşdırarkən» Nizamiyə müraciət etdiyini, onun fikirləri ilə he-
sablaşdığını görür: «Gülüstani-İrəm» əsərinin sonunda A.Ba-
kıxanov tarixi adlar haqqında izahat verərək Nizamidən də bəhs
edir». Nizami haqqında elmi fikirlərin hələ XIX əsrin birinci
yarısında yarandığını qeyd edən C.Xəndan Bakıxanovun
əsərinin 165-ci səhifəsinə diqqəti cəlb edir.
C.Xəndan M. F. Axundovun bir sıra məqalə və əsərində,
xüsusilə «Nizami və nəsr haqqında»kı məqaləsində Nizami sə-
nətinə verilən yüksək qiyməti, sonralar F.Köçərlinin Nizaminin
Şərq şairlərinə təsirini araşdırır. Mirzə Məhəmməd Axundovun
Nizaminin bütün poemalarını təhlil etdiyini qeyd edir: «Burada
hər bir poemanın yazılmış tarixi, ideyası və məzmunu haqqında
qısa məlumat vardır» (6-19). Burada şairin həyatı və dünya
Gülxani Pənah
50
ədəbiyyatında tutduğu yer haqqında qısaca məlumat da
tədqiqatçının diqqət mərkəzindədir.
Tədqiqatçı XX əsr ədəbiyyat tarixi üzrə materiallarda,
müntəxəbatlarda Nizami yaradıcılığı haqqında məlumatları
araşdırır, kitablar içində Fərhad Ağazadə və Həmidbəy Mah-
mudbəyov tərəfindən yazılmış dərs kitablarının daha çox nəzəri
cəlb etdiyini bildirir. Məhəmməd Hadinin tərcümə etdiyi «Fü-
yuzat»ın 27-ci nömrəsində dərc olunan «Nizaminin övladına
nəsihəti»ni, «Sirlər xəzinəsi»dən etdiyi tərcüməni yüksək
dəyərləndirir.
C.Xəndan XX əsrin əvvəllərində musiqi sahəsində də
Nizami mövzularına artan marağı görür. «Üzeyir Hacıbəyovun
1908-ci ildə yazmış olduğu «Leyli və Məcnun» operası Fü-
zulinin sözlərindən istifadədə yaransa da, əsli Nizami möv-
zusudur. Bundan başqa Cəlal Yusifzadə də Mustafa Ağa Nasir
tərəfindən tərcümə edilən Nizaminin «Xosrov və Şirin»i
əsasında bir opera yazmışdır» (16, s.68).
C.Xəndan klassik irsimizin qüdrətli nümayəndəsi Niza-
minin yaradıcılığının özündən sonra gələn sənətkarların yara-
dıcılığına təsirini düzgün təhlil edir, tədqiqatında faktlara
əsasən xüsusilə son iki yüzillikdə Nizami ənənələri sayəsində
yaranan bədii əsərlərin dəyərini, məzmun, ideya gözəlliklərini
üzə çıxarır. Hələ sağlığında bütün Şərqdə tanınan sənətkarın
əsərlərinin mövzularının müxtəlif motivlərlə zənginləşdiri-
məklə yenidən işləndiyini bildirən tədqiqatçılar buna ilk dəfə
Sədi Şirazinin (1184-1291) «Bustan», Cəlaləddin Ruminin
(1207-1273) məşhur «Məsnəvi»sində rast gəlindiyini deyir.
Sonralar ilk «Xəmsə»ni XIII əsrin klassik şairi Əmir Xosrov
Dəhləvi yaradır. XIII əsrdə «Lübabül-əlbab» təzkirəsinin müəl-
lifi Məhəmməd Ovfi, Ravəndi kimi tarixçilər (1203),
Əbdürrəhman Cami, Arif Ərdəbili, Məhəmməd Füzuli, Vaqif,
zaman-zaman digər sənətkarlar Nizami irsindən yüksək sə-
nətkarlıqla bəhrələnmiş, bir-birindən məzmun, bədii cəhətdən
qüvvətli sənət əsərləri yaratmışdır və tədqiqatçı C. Xəndan
Gülxani Pənah
51
xüsusilə XIX-XX əsrin ilk illərində Nizami irsindən bəhrələnən
sənətkarların yaradıcılığını araşdırmaqla, tədqiqatçı, ədəbiyyat-
şünas kimi maraqlı fikirlərini mülahizələrini müqayisələrlə,
təhlil və tədqiqatlarda zənginləşdirmiş, Nizaminin Azərbaycan,
eləcə də, dünya ədəbi prosesində tutduğu layiqli yeri faktlarla
isbatlamağa çalışmışdır. «Nizami Gəncəvi», «Şərəfnamə»nin
bədii xüsusiyyətləri haqqında», «Nizami və Seyid Əzim
Şirvani», «XIX-XX əsr Azərbaycan ədəbiyyatında Nizami
mövzuları» adlı məqalələrində, şairin yaradıcılığından etdiyi
tərcümələrdə «Nizami şəxsiyyəti və yaradıcılığının əzəmətini,
yüksəkliyini dəyərləndirdiyi, onun saraylara sığmayan geniş
qəlb sahibi olduğunu» vurğuladığını, Nizaminin irsinin üç
sahədə araşdırıldığını yüksək qiymətləndirdiyini, C.Xəndanın
Nizami «yaradıcılığının ideya-məzmun, bədii keyfiyyətlərini»
öyrəndiyini, onun «XIX-XX əsr ədiblərinin yaradıcılığına» təsir
göstərdiyini, Nizaminin əsərlərini «böyük sənətkarlıqla»
tərcümə etdiyini bildirən tədqiqatçı alim dos. Məhərrəm Vəli-
yev «Cəfər Xəndan Nizaminin tədqiqatçısı kimi» məqaləsində
haqlı olaraq bildirir ki, bu məqalələrin həcmi kiçik olsa da,
Nizami poemaları geniş təhlil edilməsə də, «amma buna bax-
mayaraq onun poemalar haqqında verdiyi məlumat o dövr üçün
Nizami yaradıcılığını öyrənmək baxımından əhəmiyyətli
olmuşdur» (10, s.51).
C.Xəndan hələ 40-cı illərdə Nizaminin həyat və yara-
dıcılığını araşdırmış, dəyərli təhlil və tədqiqatlarını aparmışdır,
şairin həm Azərbaycan, həm də Yaxın Şərq ədəbiyyatında
tutduğu mövqeyi araşdırmış, lirik yaradıcılığına, iri həcmli beş
poemasına dair qiymətli fikirlər söyləmiş, Nizami irsinin öy-
rənilməsinə, tədqiq və təhlilinə maraq göstərmişdir. Əsrinin qa-
baqcıl simalarından olan, Yaxın və Orta Şərq xalqlarının ədə-
biyyatına, təfəkkürünün inkişafına təsir göstərən, mütərəqqi
ideyalar sahibi, humanist, qüdrətli sənətkarın ədəbi irsinə dair
dəyərli fikirlərilə ədəbiyyatşünaslığımızı zənginləşdirmişdir.
H.Araslı («Şairin həyatı». Bakı. 1940, 1967: Nizami Gəncəvi.
Gülxani Pənah
52
Bakı. 1947), Mübariz Ə (Nizami və dövrü-müz». Bakı. 1947)
kimi hələ keçən əsrin ilk onilliklərində Cəfər Xəndan da şairin
irsini tədqiq etmiş, onlardan sonra gələn tədqiqatçılar C.Xəndan
və onun həmkarlarının işini davam etdirmiş, nizamişünaslıq
elminin inkişafına zəngin töhfələrini vermişlər. Sonralar M.Qu-
luzadə (Nizami Gəncəvi. Bakı.1953), Bertels («Böyük Azər-
baycan şairi Nizami». Bakı. 1958), Ə.Ağayev («Nizami və
dünya ədəbiyyatı». Bakı. 1964), Ə.Abbasov («Nizami Gəncə-
vinin «İsgəndərnamə» poeması, Bakı, 1966), Y.Xəlilov («Niza-
minin lirikası». Bakı.1968; «Şərqdə intibah və Nizami
Gəncəvi». Bakı. 1982), Məmməd Cəfər («Nizaminin fikir
dünyası». Bakı. 1981), Azadə R. «Nizami Gəncəvi (həyatı və
sənəti)». Bakı. 1979), Cahani Q («Azərbaycan ədəbiyyatında
Nizami ənənələri». Bakı. 1979), H.Araslı («Nizami və türk
ədəbiyyatı». Bakı. 1980), X.Hüseynov («Nizaminin «Sirlər
xəzinəsi». Bakı. 1981), R.Əliyev («Niza-minin tərcümeyi-
halına dair araşdırmalar». «Azərbaycan» jurnalı, №6. 1981) və
başqaları elmi araşdırmalar aparmışlar.
Dostları ilə paylaş: |