ЭЦЛХАНИ ПЯНАЩ
ЖЯФЯР ХЯНДАНЫН
AЗЯРБАЙЖАН
ЯДЯБИЙЙАТЫНА
ДАИР ТЯДГИГАТЛАРЫНЫН
СЯЖИЙЙЯВИ
ХЦСУСИЙЙЯТЛЯРИ
Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin 26 may
2014-cü il tarixli 07 saylı qərarına əsasən çap olunur.
Bakı – 2014
Gülxani Pənah
2
Elmi redaktorlar:
f. ü. e. d. prof.
Qara Namazov
f. ü. e. d. prof.
İfrat Əliyeva
f. ü. e. d. prof.
Elməddin Əlibəyzadə
f. ü. e. d. prof..
Muxtar Kazımoğlu
f. ü. e. d. prof.
Seyfəddin Rzasoy
Редакторлар:
Salatın Əhmədli
Мялащят Гянбярова
Корректор:
Бащар Исайева
Дизайн:
Шямсиййя Əliyeva
Эцлхани Пянащ.
Жяфяр Хянданын Азярбайжан ядябиййатына даир тядгигатларынын
сяжиййяви хцсусиййятляри.
Bakı, UniPrint, 2014.
ISBN 978‐9952‐440‐04‐1
© Эцлхани Пянащ, 2014.
Gülxani Pənah
3
«Жяфяр Хянданын Азярбайжан ядябиййатына даир
тядгигатларынын сяжиййяви хцсусиййятляри»
Эюркямли ядябиййатшцнас, тянгидчи Жəfər Хяндан
Азярбайжан ядябиййаты тарихиндя ады олан бюйцк сималардан
биридир. Onun ədəbiyyata gəldiyi 1930-1950-ci illər “yeni
ruhlu, yeni məfkurəli ədəbi prosesin çox sürətlə inkişaf etdiyi
bir dövr idi. Yeni şeirin, yeni nəsrin və yeni dramaturgiyanın
yeni üfüqlər fəth etdiyi kimi yeni ədəbi tənqid də bu inkişafi
ardıcıl olaraq tənzimləyir, təhili və təqdir edirdi”.
Ядябиййатшцнас алим Эцлхани Пянащын онун йарадыжылыьы
ясасында апардыьы тядгигатлар вя ярсяйя эятирдийи «Жяфяр
Хянданын Азярбайжан ядябиййатына даир тядгигатларынын сяжий-
йяви хцсусиййятляри» монографийасы ядябиййатымызын актуал
мясялялярини юзцндя ещтива едир.
Монографийа алты фясилдян, эириш, нятижя вя истифадя
едилмиш ядябиййатын сийащысындан ибарятдир.
Жяфяр Хяндан йашадыьы дюврцн мцасир щяйаты иля сяс-
ляшян дяйярли сянят ясярлярини, ону йарадан шаир вя йазычыларын
йарадыжылыьыны тящлил вя тядгигата жялб етмякля йанашы, классик
ядяби ирсимизя дя гайьы вя диггятля йанашмыш, гцдрятли сянят-
карларымызын йаратдыьы сянят ясярлярини арашдырмыш, онларын
щяйаты, дюврц иля баьлы тядгигатлар апармышдыр. Низамиnin,
M.F. Axundovun, Сабир ядяби мяктябинин, Жялил Мяммяд-
гулузадя, Молла Нясряддинчиляр мяктябинин йарадыжыларынын
щяйат вя йарадыжылыьыны эениш шякилдя арашдырмыш, ядябиййаты-
мызын инкишафында бу бюйцк сяняткарларын тутдуьу йери
мцяййянляшдирмишдир.
Монографийада Ж.Хянданын елми йарадыжылыьы йаша-
дыьы вя фяалиййят эюстярдийи дюврля ялагяли шякилдя ядяби-тарихи
Gülxani Pənah
4
планда тядгиг вя тящлил едилир. Онун елми-нязяри фяалиййяти
классик ядяби ирся, сянят вя сяняткарлыг мясяляляриня даир мц-
лащизяляри цзяриндя хцсусиля дайанылыр. Н.Эянжяви, М. Ф.
Ахундов, Ж.Мяммядгулузадя, М.Я.Сабир, Я.Щагвер-
дийев, Я.Гямкцсар, М.С.Ордубади, цмумиликдя Молла
Нясряддинчиляр мяктяби, Н.Няриманов, М. Щади, М.Мцш-
фиг, А.Шаиг вя диэяр сяняткарларын щяйат вя йарадыжылыьы
щаггында илк дяфя ядябиййатшцнас фикри олдуьундан апардыьы
тядгигатлар айрыжа эюстярилир. Хцсусиля, классик ядябиййаты-
мызын нцмайяндяляринин ирсини юйрянмяк, онларын сяняткар-
лыьыны арашдырмаг вя айдынлашдырмаг сащясиндя фяалиййяти,
ейни заманда ХХ ясрин бюйцк бир дюврцнц ящатя едян
Азярбайжан совет ядябиййатынын, дюврцн мцряккяб ядяби-
мядяни щяйатынын тядгигиня даир хидмятляри дя арашдырылыр,
гиймятляндирилир. Онун ХХ ясрин 20-жи илляриндян башлайараг
совет ядябиййатынын инкишафы, йаранан ясярлярин идейа, мяз-
мун хцсусиййятляри, ядябиййатымызын иnкишафында совет дюв-
рцнцн ролу щаггында, еляжя дя ядябиййат нязяриййяси, кон-
крет йарадыжылыг мясяляляри иля баьлы тядгигатлары арашдырылыр.
Эцлхани Пянащ «Жяфяр Хянданын Азярбайжан ядябий-
йатына даир тядгигатларынын сяжиййяви хцсусиййятляри» адлы мо-
нографийада Ж.Хянданын тянгидчи, ядябиййатшцнас кими
классик сяняткарларымызын щяйаты вя йарадыжылыьы иля баьлы
apardığı təhlil və tədqiqatları geniş şəkildə araşdırmış, санбаллы
бир ясяр ярсяйя эятирмишдир.
Ж.Хянданын алим, тядгигатчы кими бу эцня гядяр тядги-
гатдан кянарда галмыш, чох аз ишыгландырылмыш елми фяалий-
йятинин тящлилиня хцсуси диггят йетирилмишдир. Доьрудур, бир
сыра ядябиййатшцнас алимляр, йазычы вя шаирляр- М. Жялал, М.
Ибращимов, М. Ариф, Й. Гарайев, Б. Нябийев, А. Заманов,
К. Талыбзадя, М. Мяммядов, М. Жяфяр вя б.) онун
фяалиййяти иля баьлы мцхтялиф фикирляр сюйлямишляр. Бу
монографийада яввялки тядгигатчыларын Ж.Хянданын елми-
нязяри ирсиня даир фикирлярi тякрар едилмямиш, онун елми
фяалиййяти, ядяби-тянгиди эюрцшляри, ядябиййатшцнас алим кими
Gülxani Pənah
5
санбаллы фикирляри daha geniş aspektdə арашдырылмышдыр. Бу бир
фактдыр ки, 40 иля йахын мящсулдар елми, педагоъи вя ядяби
фяалиййят эюстярян, ядябиййатшцнаслыг елминя дяйярли тядгигат
ясярляри бяхш едян Ж.Хянданын ядябиййатшцнаслыьымызын
инкишафында ролу, йери, елми нязяри ясярляри илк дяфя бу
монографийада эениш тящлил вя тядгигатыны тапмышдыр. Онун
елми тяржцмейи-щалы бир кцлл щалында нязярдян кечирилмиш,
ядябиййатшцнаслыг нюгтейи-нязяриндян йенидян арашдырылмыш,
онун бцтцн тядгиг вя тядгигатлары айры-айры бюлмя вя фясилляр
дахилиндя тядгиг едиляряк гиймятляндирилмиш, классик ирсля
баьлы эениш арашдырмалары мцасир елми, нязяри, ядяби мцщитля
ялагяли шякилдя тядгигата жялб едилмишдир. Монографийада
тядгигатчынын елми-нязяри фяалиййяти щаггында эениш вя там
тясяввцрцн олмасы цчцн онун щям чап олунмуш, щям дя
архив ялйазмалары да нязярдян кечирилмишдир.
Азярбайжан ядябиййатшцнаслыьынын илк юнжцлляриндян
олан, онун инкишафында бюйцк хидмятляри олан, милли кюкя,
классик ирся баьлы Ж.Хянданын классик ядяби ирсимизин елми,
нязяри, тарихи проблемляринин тядгигиня даир комплекс фяа-
лиййяти иля баьлы ярсяйя эялян бу монографийада онун елми-
нязяри фяалиййятини бцтювлцкдя тядгиг етмяк, тящлил вя тядги-
гатларыны цмумиляшдириб гиймятляндирмяк, мцасир Азярбай-
жан ядябиййатшцнаслыьынын инкишафында йерини, ролуну сярбяст
тящлил вя тядгигат ясасында тясбит етмяк ясас мягсяддир.
Монографийанын мювзусу иля баьлы елми-нязяри мате-
риаллара йахшы бяляд олдуьундан чохшахяли фикир вя мцлащи-
зялярини бир систем дахилиндя жямляшдирмишдир. Э. Пянащын
«Жяфяр Хянданын Азярбайжан ядябиййатына даир тядгигатла-
рынын сяжиййяви хцсусиййятляри» адлы монографийа ядябиййат-
шцнаслыг елмимизя дяйярли тющфядир.
Qara Namazov
Фил. ц. е. д. проф.
Gülxani Pənah
6
GİRİŞ
Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi
klassik ədəbiyyatımıza möhkəm tellərlə bağlı Cəfər Xəndan bir
alim kimi dünya ədəbiyyatının qüdrətli sənətkarları sırasına da-
xil olan, yaratdığı əsərləri ilə milli-mədəni-ədəbi irsimizi şöh-
rətləndirən klassiklərimizin yaradıcılığı haqqında maraqlı oldu-
ğu qədər də aktual problemləri özündə əks etdirən qiymətli elmi
nəzəri, fikirlərin, təhlil və tədqiqatların müəllifidir.
Müxtəlif dövrlərdə yaşayıb-yaratmış, ədəbiyyatımızı zən-
ginləşdirmiş sənətkarların yaradıcılığına yanaşma tempi, onla-
rın yaradıcılığını bu günün tələbləri baxımından obyektik təhlil
etməsi, müxtəlif janrlarda yazdıqları əsərləri ümumiləşdirib
qiymətləndirməsi, müasir Azərbaycan ədəbiyyatının inkişafında
yerini dəqiq müəyyənləşdirməsi mükəmməl ədəbiyyatşünas,
tədqiqatçı kimi qiymətləndirilməsinə imkan verir.
«Cəfər Xəndan ədəbi fəaliyyətə əsasən tənqidçi kimi
başlamışdır. Realist ədəbiyyatın sürətlə tərəqqisini təmin
etmək, ədəbi inkişafa doğru istiqamət vermək, mühafizəkar
ədəbi cərəyanlar və görüşlərə qarşı ardıcıl mübarizə aparmaq
onun bir tənqidçi kimi əsas məqsədi idi» (10, s. 27).
Azərbaycan ədəbiyyatının elmi-nəzəri, tarixi problemlə-
rinin geniş şəkildə, «özünəməxsus» formada araşdırılmasına
XX əsrin əvvəllərində müntəzəm şəkildə başlanılmışdır. Hələ
Cümhuriyyət dövründə «bir tərəfdən klassik ədəbi irsin tədqiqi
istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş
ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın
nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən
işlər görülmüşdür» (82,s.24).
Gülxani Pənah
7
Çağdaş ədəbiyyatşünaslarımız bu sahədə M.Ə.Rəsulza-
dənin, Seyid Hüseynin, Y.V.Çəmənzəminlinin rolunu yüksək
qiymətləndirir. Seyid Hüseynin rəhbərlik etdiyi «Yaşıl qələm»
ədəbi-elmi cəmiyyətinin sıralarında M.Ə.Rəsulzadə, H. Cavid,
S.Hüseyn, Ü.Hacıbəyov, A.Şaiq, C.Cabbarlı, S.Mümtaz, Əli
Yusif kimi ədəbiyyatımızın inkişafına xüsusi diqqqət yetirən
şəxsiyyətlərin olduğu qeyd edilir: «Yaşıl qələm» cəmiyyəti,
eyni zamanda ədəbiyyat tarixinin öyrənilməsi və araşdırılması
məsələlərinə, ədəbi tənqidin inkişafına xüsusi diqqət yetirmiş-
dir. Lakin məlum səbəblərdən Cümhuriyyətin süqutu cəmiyyə-
tin başladığı mühüm işləri yarımçıq qoymuşdur» (82, s.25).
Y.V.Çəmənzəminlinin «Azəbaycan ədəbiyyatına bir nə-
zər» (Nizami, Nəsimi, Ş.İ.Xətayi, Füzuli, Vaqif, M.F. Axun-
dov, M.Ə. Sabir və başqaları haqqında), F.Köçərlinin «Azər-
baycan türklərinin ədəbiyyat tarixi» əsərlərində dəyərli araşdır-
maları diqqəti cəlb edir (82, s.26).
Lakin klassik Azərbaycan ədəbiyyatının elmi-nəzəri, tarixi
problemlərinin sürətli inkişaf mərhələsinin otuzuncu illərə
təsadüf edildiyi bildirilir. Bu dövrdə ədəbiyyatın xalqın həyatına
«çox yaxınlaşdığı», «ədəbiyyatın xəlqi və realistik mahiyyəti,
beynəlmiləl pafosu getdikcə artmağa, vüsət və ənginlik kəsb et-
məyə» başladığı, bununla əlaqədar olaraq tənqid və ədəbiyyat-
şünaslığın da «əhatə dairəsi genişləndiyi», yeni ədəbiyyatşünas
alimlər, tənqidçilər, estetika ilə məşğul olan qüvvələr (Salman
Mümtaz, Əli Nazim, Mustafa Quliyev, Ruhulla Axundov, Ata-
baba Musaxanlı, Hənəfi Zeynallı, Məmmədkazım Ələkbərli, Cə-
fər Cəfərov, Məmməd Arif, Hidayət Əfəndiyev, Əziz Şərif,
Həmid Araslı, Cəfər Xəndan, Mir Cəlal, Feyzulla Qasımzadə,
Mikayıl Rəfili, Mübariz Əlizadə, Əkbər Ağayev, görkəmli ya-
zıçılardan Mehdi Hüseyn, M.İbrahimov, A.Şaiq, C.Cabbarlı, H.
Cavid, S.Vurğun və s.) yetişdiyi məlumdur (82, s.80).
Bu fikirlərdə böyük bir həqiqət vardır ki, «ümumiyyət-
lə… xalqımızın öz tarixi, onun mədəniyyətinin, ədəbiyyatının
tarixi həmin illərdə sözün həqiqi mənasında, öyrənilməyə
Gülxani Pənah
8
başlamış və özünün yüksək mərhələsinə daxil olmuşdur. Bu
illər klassik irsin tədqiqində həm başlanğıc, həm də yüksəliş
illəri oldu. Xalqın qabaqcıl ziyalıları özünü dərk etdikcə xalqın
zəngin mənəvi irsinin tədqiqinə daha ehtirasla, daha həvəslə
girişirdilər. Milli özünü idrakın bu mərhələsində dünya mədə-
niyyəti tarixinə nadir incilər bəxş etmiş böyük sənət bahadır-
larının şəxsiyyəti, həyatı, yaradıcılıq yolu obyektiv şəkildə
öyrənilirdi» (82, s.91).
40-50-ci illərdə ədəbiyyatşünaslığın inkişafından danı-
şarkən «Məmməd Cəfərin «Azərbaycan şeirində novatorluq və
ənənə», «Tipiklik haqqında», «Şairin düşüncələri», Cəfər Xən-
danın Sabir, Möcüz, Səid Musəvi, Səməd Vurğuna həsr etdiyi
məqalələri» (82, s.379) yüksək qiymətləndirilir. Qırx-əllinci il-
lərdə Nizami, M.F.Axundov, Ə. Haqverdiyev, Sabir, C.Məm-
mədquluzadə və başqa klassiklərin irsinin öyrənilməsi sahəsin-
də C.Xəndanın rolu yüksək qiymətləndirilir: «Azərbaycanda
klassik ədəbiyyat tarixçiliyindən müasir ədəbiyyatşünaslığa
inqilaba qədərki, ədəbi və pedaqoji fikirdən bu günkü sovet
filologiya məktəbinə böyük dönüşü yaradanlardan, birinci
körpünü salanlardan biri-Cəfər Xəndan idi» (10, s. 27).
1950-1954-cü illərdə Azərbaycan (indiki Bakı) Dövlət
Universitetinin rektoru olmuş, ədəbiyyatşünas alim, lirik şeir-
lər, poemalar müəllifi, Azərbaycan satirasının banisi M. Ə.Sa-
bir haqqında ilk monoqrafiyanın («Sabir». 1940) müəllifi, ilk
Azərbaycan elmində «Ədəbiyyat nəzəriyyəsi»nin müəllifi
(1940), ilk İran Azərbaycanı ədəbiyyatının tədqiqatçısı (1949)
Cəfər Xəndan Zeynal oğlu Hacıyev ədəbiyyatşünaslıq tarixi-
mizə adı yazılmış böyük simalardan biridir.
Cəfər Xəndan maraqlı, bir-birindən oxunaqlı, orijinal
keyfiyyətləri ilə seçilən şeir, poemaları ilə yanaşı Azərbaycan
elminə, ədəbiyyatşünaslığına dəyərli tədqiqat əsərləri də vermiş
alimdir.
O, yaşadığı dövrün müasir həyatı ilə səsləşən dəyərli sə-
nət əsərlərini, onu yaradan şair və yazıçıların yaradıcılığını təh-
Gülxani Pənah
9
lil və tədqiqata cəlb etməklə yanaşı, klassik ədəbi irsimizə də
qayğı və diqqətlə yanaşmış, qüdrətli sənətkarlarımızın yaratdığı
sənət əsərlərini araşdırmış, onların həyatı, dövrü ilə bağlı
tədqiqatlar aparmışdır. Nizamişünaslıq elmimizin, Sabir ədəbi
məktəbinin, Cəlil Məmmədquluzadə, Molla Nəsrəddinçilər
məktəbinin yaradıcılarının həyat və yaradıcılığını geniş şəkildə
araşdırmış, ədəbiyyatımızın inkişafında bu böyük sənətkar-
larların tutduğu yeri müəyyənləşdirmişdir.
Öz fəaliyyəti dövründə elmi araşdırmalarını davam et-
dirmiş, mövzu və janr etibarilə zəngin olan ədəbi mühitimizi,
onun inkişaf mərhələlərini, müxtəlif dövrlərdə yaşamış qüdrətli
qələm sahiblərinin bədii təfəkkürünün müxtəlif qatlarını araş-
dırmış, mədəniyyətimizin, ədəbiyyatımızın yaradıcılarının sə-
nətkarlıq imkanlarını nəzərdən keçirmiş, mənəvi gözəllikləri,
ülvi hissləri, humanist keyfiyyətləri, bəşəri duyğuları, əxlaqi,
milli-mənəvi dəyərləri özündə birləşdirən yüksək bədii dəyərə
malik ədəbi nümunələrin hər bir klassik sənətkara xas olan
cəhətlərini üzə çıxarmışdır.
Şair, alim, müəllim C. Xəndan klassik və müasir sənət-
karlarımızın yaradıcılığını, onların sənətkarlıq xüsusiyyətlərini
dərindən öyrənmiş, ədəbiyyat tariximiz, ədəbi tənqidimiz və
ədəbiyat nəzəriyyəsi sahələri ilə ciddi məşğul olmuş və buna
görə də o dövrün böyük alimlərindən biri olan yazıçı, alim,
müəllim Mir Cəlal kimi, «bir çox klassik və müasir sənətkar-
ların yaradıcılıq xüsusiyyətlərinin öyrənilməsində, ədəbiyyat
tariximizə dair ciddi tədqiqat əsərlərinin yazılmasında, elmi-
tənqidi fikrimizin düzgün inkişafında, onun da diqqətəlayiq
xidmətləri, yazıçı alim təfəkkürünün vəhdətindən yaranan
məntiqli və orijinal fikirləri var»-desək yanılmarıq (128, s.5).
Monoqrafiyada C.Xəndanın elmi yaradıcılığı yaşadığı və
fəaliyyət göstərdiyi dövrlə əlaqəli şəkildə ədəbi-tarixi planda
tədqiq və təhlil edilir, elmi-nəzəri fəaliyyəti klassik ədəbi irsə,
sənət və sənətkarlıq məsələlərinə dair mülahizələri üzərində
xüsusilə dayanılır. N.Gəncəvi, M. F. Axundov, C.Məmməd-
Gülxani Pənah
10
quluzadə, M.Ə.Sabir, Ə. Haqverdiyev, Ə. Qəmküsar, M.S.
Ordubadi, N.Nərimanov, M. Hadi, M. Müşfiq, A. Şaiq və digər
sənətkarların həyat və yaradıcılığı haqqında ilk dəfə ədəbiy-
yatşünas fikri olduğundan apardığı tədqiqatlar ayrıca göstərilir.
Xüsusilə klassik ədəbiyyatımızın nümayəndələrinin irsini
öyrənmək, onların sənətkarlığını araşdırmaq və aydınlaşdırmaq
sahəsində fəaliyyəti, eyni zamanda XX əsrin böyük bir dövrünü
əhatə edən Azərbaycan sovet ədəbiyyatının, dövrün mürəkkəb
ədəbi-mədəni həyatının tədqiqinə dair xidmətləri də araşdırılır,
qiymətləndirilir. XX əsrin 20-ci illərindən başlayaraq sovet
ədəbiyyatının inkişafı, yaranan əsərlərin ideya, məzmun xüsu-
siyyətləri, ədəbiyyatımızın inkişafında sovet dövrünün rolu
haqqında, eləcə də ədəbiyyat nəzəriyyəsi, konkret yaradıcılıq
mə-sələləri ilə bağlı tədqiqatları araşdırılır.
Azərbaycan ədəbiyyatşünaslığının ilk öncüllərindən olan,
onun inkişafında böyük xidmətləri olan, milli kökə, klassik irsə
bağlı C.Xəndanın klassik ədəbi irsimizin elmi, nəzəri, tarixi
problemlərinin tədqiqinə dair kompleks fəaliyyəti ilə bağlı ərsə-
yə gələn bu monoqrafiyada onun elmi-nəzəri fəaliyyətini bü-
tövlükdə tədqiq etmək, təhlil və tədqiqatlarını ümumiləşdirib
qiymətləndirmək, müasir Azərbaycan ədəbiyyatşünaslığının in-
kişafında yerini, rolunu sərbəst təhlil və tədqiqat əsasında təsbit
etmək əsas məqsədimizdir.
Gülxani Pənah
11
I FƏSİL
Cəfər Xəndan yaradıcılığında Azərbaycan
ədəbiyyatı məsələləri (tədqiq və tədqiqatlar)
Klassik Azərbaycan ədəbiyyatının elmi, nəzəri, tarixi
problemlərinin kompleks tədqiqi sahəsində tədqiqatçı alim-
lərimizin, ədəbiyyatşünaslarımızın, tənqidçilərimizin çox böyük
xidmətləri vardır. Ədəbi tənqidin bu sahədə rolu danılmazdır.
Kamal Talıbzadə fikirlərində haqlıdır ki, «Ədəbi tənqid bədii
ədəbiyyatın üzvü hissəsidir; o yaradıcılıq prosesinin öz ehtiyac
və tələblərindən yaranır. Əgər ədəbi proses həyat həqiqəti,
sənətkar, bədii əsər, oxucu, tənqid kimi müxtəlif sahələri olan
bir külldürsə, bu sahələrin qarşılıqlı təsiri nəticəsində meydana
gəlirsə, tənqid özlüyündə hər sahə ilə sıx bağlı olur, bu sahələ-
rin hər birilə əlaqəsi onun müəyyən spesifik cəhətini, istiqa-
mətini təşkil edir» (43, s.361). Ədəbiyyatşünas, tənqidçi alimlə-
rimizin ədəbiyyatımızın aktual yaradıcılıq problemlərinə həsr
olunmuş yüzlərlə əsərləri, monorqafiyaları, kitabları var. Xüsu-
silə XX əsrdən başlayaraq ədəbi proseslə yanaşı tənqidi ədəbiy-
yatımız da inkişaf edir. Tənqidi ədəbiyyat ədəbi prosesin düz-
gün istiqamətlənməsində, əsl sənət əsərlərinin yaranmasında
mühüm rol oynayır, bədii sənətkarlıq cəhətdən qüvvətli olan
sənətkarları öz yaradıcılığı ilə, yaratdığı gözəl əsərləri ilə ədə-
biyyatımızı zənginləşdirməyə, bəşəri ədəbiyyatın yaranmasına
doğru istiqamətləndirir. Böyük ədəbiyyat uğrunda mübarizədə
ədəbi, elmi, nəzəri araşdırmaların rolu misilsizdir. Ədəbi tənqid
yaranan ədəbiyyatın bədiiliyinə, canlılığına, aktuallığına ümumi
marağı yönəldir. Ədəbiyyatımızın bir çox problemlərinin üzə
çıxarılması, tənqidin ədəbi prosesdə mövqeyi ilə bağlı aparılan
araşdırılmalar, tənqidçi fikri, nəzəri mülahizələri yetərincədir,
klassik ədəbiyyatımızın elmi, nəzəri tarixi problemlərinin
kompleks tədqiqi baxımından da araşdırılmasına ehtiyac var.
Gülxani Pənah
12
Sovetlər hakimiyyətə gələndən sonra xalq irsi ilə yanaşı,
klassik irsin də öyrənilməsinə, böyük sənətkarların həyat və
yaradıcılığının da tədqiq edilməsinə, üzə çıxarılmasına dair
qərarlar qəbul edildi. XX əsrdə Azərbaycan ədəbiyyatının
tarixinin tədqiqi və öyrənilməsində yeni bir mərhələ başlandı.
Ədəbiyyatşünaslıq elmində mövcud məlum fikirlər, rəylər daha
ağlabatan, həqiqi, doğru faktlar əsasında inkişaf xəttini tapdı.
Bu, bir faktdır ki, xalqımızın zəngin şifahi mədəniyyətinin də-
rin qədim kökləri, o köklər üstündə yaranan, inkişaf edən yazılı
ədəbiyyatı var. Onu yaradan böyük ustadların dövrü, həyatı və
yaradıcılığını araşdırıb üzə çıxaran alimlərimizdən biri olan C.
Xəndan Azərbaycan ədəbiyyatı tarixinə, klassik sənətkarları-
mızın sənətkarlıq xüsusiyyətlərinə dair çoxlu məqalə və kitab-
ların müəllifi kimi tanınır. Özünəməxsus tədqiqatları, fərdi alim
kimi təhlil mədəniyyəti, geniş elmi potensialı ondan sonra
yetişən bir çox ədəbiyyatşünas, dilçi, tarixçi alimlərimizə təsir
etmişdir. XX əsr Azərbaycan şair və yazıçılarının həyat və
yaradıcılığına, ictimai fəaliyyətinə dair üzə çıxardığı faktlar,
həyat və yaradıcılıqları ilə bağlı təhlillər və tədqiqatlar C.Xən-
danın əhatəli, geniş elmi biliklərə sahib olduğunu göstərir.
Klassik irsimizə dair apardığı tədqiqatlar bu gün də öz elmi də-
yərini saxlayır. Onların həyat və yaradıcılığının üzə çıxarıl-
masında Cəfər Xəndan bir alim, ədəbiyyatşünas kimi üzərinə
düşən vəzifənin öhdəsindən ləyaqətlə gəlmişdir. Nizaminin
irsiylə bağlı araşdırmaları da bunun bariz nümunəsidir.
Dostları ilə paylaş: |