Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   2   3   4   5   6   7   8   9   10   ...   35


Gülxani Pənah 

 

 



103

C.Xəndanın tədqiqatlarında  şairin yaradıcılığında molla, 

ruhani tiplərin hiylələri, azyaşlı  qızlarla evlənmələri, yeniliyə 

qarşı  çıxanların tənqidi, feodal-patriarxal adət-ənənələri 

«qamçı-laması» və s. təhlil edilir, onun getdikcə yaradıcılığında 

dövrün aktual və siyasi mövzulara yer verməsi, İran inqilabı və 

Cənubi Azərbaycanda gedən milli-azadlıq hərəkatının  şairin 

diqqətini cəlb etməsi, xalqın apardığı mübarizəyə səmimiyyəti, 

Məhəm-mədəli  şahın diliylə söylədiyi «Mən istəmirəm qoy 

baba, İran sizin olsun»  sözlərində şahı «təngə» gətirən inqilabi 

hərəkata  şairin müsbət münasibətinin nəzərə çarpdığını, digər 

satirasında  İran inqilabının qatı düşməni Məhəmmədəli  şaha 

məktubu  şəklində dediyi sözlərilə «fikrini daha aydın ifadə» 

etməsini araşdırır: 

İstədim bir də səni şah eləyim İrana, 

Olmadı mümkün, edəm məmləkəti virana. 

Qənim olsun çörəyin Bağıra, Səttar xana, 

Etdilər işləri hər yanda pərişan, gəlirəm (29, s.338). 

Tədqiqatçı onun da Sabir kimi Türkiyə  və  İran istibda-

dına, ümumilikdə Şərq ölkələrini müstəmləkə altında saxlayan 

Avropa, Amerika imperialistlərinə qarşı mübarizə apardığının 

müqayisəli şəkildə təhlilini verir. Sosialist inqilabının yazıçının 

yaradıcılığında «yeni səhifələr» açdığı, yeni həyatı  tərənnüm 

etməklə yanaşı, köhnə qalıqları da «ifşa» etdiyi, «kəskin və 

cəsarətli» çıxışları tədqiq edilir. Onun dil haqqında yazdığı şeiri 

verir: 


Dil var ikən gəlin lisan deməyək, 

Döndərib farscan zəban deməyək. 

Hər kəsin var sözü, dili, ağızı, 

Ağıza, and içək, dəhan deməyək! 

Ərəbi göndərək öz evlərinə, 

Farsa qal bizdə mehman deməyək (29, s.340).  

Tədqiqatçı bu şeiri təhlil edir, dilin saflığı  uğrunda mü-

barizə aparan şairin bu şeirdə əqidəsinin daha kəskin və konkret 

ifadəsini tapdığını qeyd edir.  


                                                                                      Gülxani Pənah 

 

 



104 

Yeni həyat səhnəsinə atılan Azərbaycan qadınlarının 

həyatı da şairin  əsas mövzularından olub, bir tərəfdən 

köhnəpərəstlərin dililə: 

Əfsus, pisi, yaxşını qandı bizim arvad, 

Kursa, kluba, sirkə dadandı bizim arvad 

-deyə satiralarını işə salırsa, digər tərəfdən də ciddi şeirlər 

yazırdı: 

Göstər üzünü parlasın ellər də, vətən də

Məsud yaşa böylə işıq ölkədə sən də (29, s.341). 

Əli Nəzminin yaradıcılığında «beynəlxalq mövzu»nu, bu 

mövzuda satirik və ciddi şeirləri araşdıran tədqiqatçı onun in-

gilis, amerikan imperialistlərinə qarşı çevrilmiş şeirlərini tədqiq 

edir, sovet adamlarına qarşı düşmən münasibətlərini ifşa etdiyi, 

yeni həyatı ürəkdən alqışladığı, bununla belə, şairi «maraqlan-

dıran» əsas məsələ «müasir mövzu» olduğu qeyd edilir. 

Satirik  şair kimi tanınan  Əli Nəzminin lirik və epik 

əsərləri araşdırılır: «lirika onun yaradıcılığında əsas bir janr ki-

mi siyasi mahiyyətdə olduğundan dolğun mündəricaya malik-

dir. Ən səmimi  arzu və istəklərini lirik boyalarla verməyə çalı-

şan  şair burjua romantiklərinə zidd bir cəbhədə duraraq siyasi 

lirikada da realizm yolunu tutmuşdur» (29, s.342). Bu mövzuda 

1912-ci ildə «Molla Nəsrəddin» jurnalının on ay bağlı olması 

münasibətilə yazdığı şeirdən aşağıdakı parçanı nümunə gətirir: 

Ulduz kimi parlayırdın süslənirdi yurdumuz, 

Hansı qalın bulutların arxasında dayandın? 

Bais nə şey oldu belə yavaşıdın, yubandın? 

Azalırdı, üzülürdü pırıltınla dərdimiz (29, s.342). 

Şairin Nizami, M.F.Axundov, M.Ə.Sabir, Ə.Qəmküsar və 

digər sənətkarlara ithaf edilən  əsərlərində «həyatiliyin, 

realizmin gözəl nümunələr»ində onun bədii təsvir 

vasitələrindən daha geniş miqyasda istifadə etməklə canlı 

təşbihlər, istiarələr, məcazlar» yaratdığını görür, epik 

əsərlərində isə bunların «zəif» olduğunu qeyd edir: «istər 

mənzum hekayələri, istərsə  də poemalarında geniş  həyat 


Gülxani Pənah 

 

 



105 

lövhələri, canlı tiplər, gərgin münaqişələr  əvəzinə çox zaman 

özü danışır, sadəcə olaraq hadisələrin təsvirini verir. Məhz buna 

görə  də lirika və satira nümunələrinə nisbətən bu kimi 

əsərlərində o öz məqsədinə daha az müvəffəq olur, böyük sənət 

əsərlərinə xas olan ümumiləşdirmə yolu ilə gedə bilmir. Bəzən 

kiçik bir şeirdə ifadəsi mümkün olan süjet xəttini şair poemaya 

bənzəyən uzun şeirlərdə versə  də, bunlardakı  həyat lövhələri 

sönük, tiplər bəsit, həcm isə böyük çıxır» (29, s.342). 

 Müharibə dövründə «qələmə sarılmış», düşmən üzərində 

qələbəyə ruhlandıran yeni-yeni əsərlər yazmış, kəskin satiraları 

ilə düşmənin iç üzünü açmış şairin qəzet və jurnallarda fəal işti-

rakı  təhlil edilir. Vətənpərvər  şairin  «Vətənimdir»  şeiri  şairin 

«həm siyasi fikri, həm də  bədii cəhətdən» nə  qədər inkişaf 

etdiyini «göstərir»: 

Sən çox yaşa, ey şanlı vətən, çox yaşa, yüksəl, 

Parla gələcək Şərq üçün ol ayinə, məşəl, 

Qoymam sənə doğru uzana hər qaba, nəhs əl, 

Hər xırda daşın bir daha dürri-Ərdənimdir, 

Azərbaycan doğma, müqəddəs vətənimdir. 

Şair bu misraları təhlil edir və qeyd edir ki, «doğma vətə-

nini bu qədər yüksək bir hiss ilə sevən şair Böyük Vətən mü-

haribəsi illərində onun müdafiəsi və düşməndən tamamilə 

təmizlənməsi mövzusunda gözəl əsərlər yazmışdır» (29, s.344). 

Abdulla Şaiq «Böyük şairin davamçısı» məqaləsində ya-

zırdı: «sən böyük Sabirin açmış olduğu  ədəbi məktəbin  ən 

sadiq yolçularından, o məktəbin  ən istedadlı davamçılarından 

idin. Biz böyük Sabirin ətrini səndən alırdıq. Həyatımızın 

qaranlıq səhnəciklərini qara, kəskin boyalar və incə cizgilərlə 

təsvir etdiyin hər canlı hadisə bizim gözümüzün qarşısında 

aləmlər açırdı. Çox şirin, duzlu, oxunaqlı bir şair idin» (27, 

s.318). 


Əli Nəzmi digər tədqiqatçıların tədqiqatlarında M. Ə.Mö-

cüz,  Ə.Qəmküsar, M.S.Ordubadi, Ə.R.  Şəmsizadə, M.C. Əs-



                                                                                      Gülxani Pənah 

 

 



106 

gərzadə, S.Mümtaz, C.Cabbarlı kimi Sabir satira məktəbinin 

«davamçılarından biri kimi» dəyərləndirilir (6, s.198).  

Əli Nəzmi özünü Sabirin şagirdi olduğunu bildirir: «Mü-

baliğə olmasın, deyə bilərəm ki, əgər «Molla Nəsrəddin» məc-

muəsi olmasaydı,  əziz  şairimiz Sabir də bu qədər məşhur ola 

bilməzdi. Mən isə ya heç şair ola bilməzdim, ya şair olsam da 

bir növhə  və  mərsiyə  şairi olmaqdan irəli gedə bilməzdim» 

(59).  

Əli Nəzmi tədqiqatçıların, eləcə  də müasiri olan sənət-



karların qəlbini öz yaradıcılığı ilə fəth etmişdi. Səməd Vurğun 

yazırdı: «...Öz ömrünün çiçəkli dövrünü sədaqətlə xalq xidmə-

tinə vermiş olan Əli Nəzmi öz kəskin qələmi ilə xatirəsini 

əbədiləşdirmiş simalardan biridir» (60). 

Cəfər Xəndan realist Azərbaycan  ədəbiyyatının görkəmli 

nümayəndəsi,  şair və jurnalist Əliqulu Qəmküsarın  şeir, fel-

yeton və publisist yazılarını «həm siyasi, həm də bədii cəhətdən 

qüvvətli» bilir. Tədqiqatçı «Molla Nəsrəddin» məcmuəsinin 

Qəmküsar «kimi məslək dostlarının sayəsində yaşadığını» (C. 

Məmmədquluzadə), bu jurnalın müəyyən bir dövrdə redaktoru 

olduğunu, C.Məmmədquluzadənin  ən yaxın köməkçisi olması 

haqqında faktları araşdırır.  

«Molla Nəsrəddin» jurnalının 1917-ci il nömrələrində iki 

şairin  Ə.Qəmküsar və  Əli Nəzminin yaxından iştirak etdiyi, 

«bu şairlərin əsərlərində müvəqqəti hökümətin xalqa zidd xətt-

hərəkəti»nin ifşa edildiyi, «sinfi mübarizə, demokratiya və 

sosializm ideyaları» təbliğ olunduğu sonrakı dövr  tədqiqatçı-

ların da araşdırmalarındadır. «Əli Nəzmi siyasi məzmunlu 

«Hürriyyət», «Qurultaylar», «Diksinmə» və s.» şeirlərini yazdı-

ğı, «molla nəsrəddinçi şeirin mübarizə ənənələri Ə.Qəmküsarın 

yaradıcılığında» da davam etdirildiyi bildirilir (58, s.122). 

C.Məmmədquluzadə yazır: «Molla Nəsrəddin» tək bir nə-

fər müəllifin  əsəri deyil. «Molla Nəsrəddin» bir neçə  mənim 

əziz yoldaşlarımın qələmlərinin  əsərinin məcmuəsidir ki, mən 



Gülxani Pənah 

 

 



107 

də onların ancaq ağsaqqal yoldaşıyam. Bu əziz yoldaşlarımızın 

biri də mərhum Əliqulu Nəcəfovdur» (61). 

  1880-ci ildə Naxçıvanda, “papaqçı ailəsində doğulmuş”, 

ibtidai təhsilini mollaxanada almış, sonra Naxçıvanda açılmış 

“yeni tipli məktəbdə” oxumuş, burada rus dilini öyrənmiş, eyni 

zamanda şəxsi mütaliə yolu ilə «klassik Azərbaycan ədəbiyyatı 

ilə» tanış olmuş, müəllimi Məmmədtağı Sidqi onun inkişafında 

mühüm rol oynamışdır. Atasının ölümündən sonra ailəni saxla-

mağa məcbur olan gənc Qəmküsar Culfaya köçüb tamojna ida-

rəsində tam 15 il ekspeditor vəzifəsində çalışmış, həmişə 

ehtiyac içində yaşadığını yazılarında («Gəldim cahana sanki 

həmişə bəla çəkim»-Ə.Qəmküsar) “əks etdirmişdir”. 

1905-ci il inqilabı, ölkədə baş verən ictimai-siyasi hadi-

sələr dövründə  ədəbiyyata gələn  şairin «Hümmət» qrupunun 

Naxçıvan və Culfa şöbələrində inqilabçılarla birlikdə çalışdı-

ğını sübut edən sənədə (Marks-Engels-Lenin-Stalin İnstitutu-

nun Gürcüstan filialının xatirələr fondunda (Fond 2, iş №148) 

istinad edir, gənc yaşlarından inqilabi mübarizə yoluna qədəm 

qoyan  şairin yaradıcılığına bunun böyük təsirini, onun «Tez-

liklə köhnə  qəzəl  şairlərinin yaradıcılıq yolundan uzaqlaşaraq 

XX  əsr mətbuatında demokratik fikirli bir yazıçı kimi» tanın-

dığını, «xüsusən 1906-cı    ildə Tiflisdə «Molla Nəsrəddin» 

jurnalının nəşrə başlaması»nın onun «daha geniş yaradıcılıq 

fəaliyyəti» göstərməsinə səbəb olduğunu söyləyir. Demokratik 

fikirli  şeir və felyetonlarına görə mürtəce qüvvələr tərəfindən 

«izlənilir», polislər evində axtarış «aparır». «Əliqulu Qəmkü-

sarın çar idarələri tərəfindən necə təqib edildiyini aydınlaşdıran 

çoxlu arxiv sənədi var» (4-317) deyən tədqiqatçı onlardan bir 

neçəsini qeyd edir: «Tiflis qəza məhkəməsi prokuroruna 23 

avqust 1913-cü ildə yazılmış 1650 nömrəli bir sənəddə «Molla 

Nəsrəddin»in 1912-ci ildə çıxan 21-ci nömrəsində «Gimnazist» 

şeirinə görə C.Məmmədquluzadə  və  Əliqulu Qəmküsarın 

məhkəmə məsuliyyətinə cəlb olunmaları xahiş edilir. Gürcüstan 

Mərkəzi dövlət arxivində saxlanan bir sənəddə (Fond 7, iş  № 


                                                                                      Gülxani Pənah 

 

 



108 

2879)  şairin evində gecə saat 1-dən 3-dək axtarış aparıldığı, 

məktub və məqalələrin, habelə Azərbaycan dilində evində olan 

ədəbiyyatın zəbt edildiyi göstərilir. 1915-ci il 10 dekabr taixli 

digər bir sənəddə  onun həbs olunub zindana salınmasından 

bəhs olunur...» (29, s.317). 

Əliqulu Qəmküsar jandarm idarəsinin sorğu-suallarında 

heç bir partiyanın göstərişi ilə çalışmadığını bildirsə  də  tədqi-

qatçı onun yaxından kömək etdiyi «Molla Nəsrəddin» 

jurnalının «bitərəf» sayıla bilmədiyini qeyd edir, bu jurnalın öz 

siyasi görüşləri ilə «Bolşevizmdən» ilham aldığını, inqilabçı 

demokratik ideyaları ilə «çarizmi təşvişə saldığını», şairin də bu 

jurnalın «qüvvətli təsiri nəticəsində  bəzi  şeirlərində  nəzərə 

çarpan millətçi görüşlərindən uzaqlaşıb», demokratizmə «meyl 

etməsini» söyləyir. Jurnalın təqib olunduğu dövrlərdə C. Məm-

mədquluzadədən «uzaqlaşmır», «özünü böyük inqilabçı de-

mokratın» «məslək dostu» sayır. «Ə.Qəmküsar satirik jurnallar-

dakı dəyərli satiraları, epiqramları, felyetonları ilə XX əsr Azər-

baycan satirik ədəbiyyatının gözəl nümunələrini yaratmışdır. O, 

başqa satiriklərlə  sıx  əlaqə saxlayır, onlara dərin ehtiramla 

yanaşırdı» (62, s.156). 

1916-cı ildə jurnal bağlandığı dövrdə  məslək dostları ilə 

birgə müxtəlif  şəhərləri gəzir, «Ölülər»i tamaşaya qoyurlar. 

«Cüvəllağı  bəy» imzasıyla bir çox qəzet və jurnallarla əmək-

daşlıq edir, təqiblərə məruz qalsa da fəaliyyətini davam etdirir. 

Cənubi Azərbaycanda inqilabi hərəkatın yaxın fəallarından olan 

Səid Səlmasi ilə yaxınlığını «təsadüfi» saymayan tədqiqatçı 

«bəşəriyyətin quruluşunu sosializmdə» görən Səid Səlmasi ilə 

müntəzəm məktublaşmasını, onun vasitəsilə Zaqafqaziyada baş 

verən hadisələrdən xəbər tutmasını, siyasi, ictimai, inqilabi 

hadisələri «öyrəndiyini», Qəmküsarın onun «ədəbi, inqilabi 

fəaliyyətinə» yüksək qiymət verdiyini, «ölümü münasibətilə 

yazdığı şeir və məqalələrində onu «şəhidi-hürriyyət» adlandır-

masını» diqqətə çəkir. 



Gülxani Pənah 

 

 



109 

Qəmküsarın gərgin fəaliyyəti, onun 1917-ci ildə C.Məm-

mədquluzadə ilə  Bakı, Daşkənd, Aşqabad, Həştərxan və digər 

yerləri gəzib qayıtdıqdan sonra «El güzgüsü» adlı dram dərnəyi 

təşkil etdikləri, həvəskarları ətraflarına topladıqları qeyd edilir, 

fevral burjua inqilabından sonra  «fevral inqilabının nəticəsində 

yaranan müvəqqəti hökumətin xalqa istənilən azadlığını» 

vermədiyindən onları nifrətlə qamçıladığını («Qarğalar» 

felyetonu) deyir, Bakıda Sovet hakimiyyətinin qurulmasını 

sevinclə «qarşıladığını», musavatçılar  əleyhinə yazdığı 

«Əlaman» rədifli satirasını diqqətə  çəkir. 1919-cu ildə ingilis 

ağaların göstərişi ilə polis nəfəri  şairi öz evinin qapısında 

öldürür, «bu ölümün xalqda, demokratik fikirli insanlarda irti-

caya qarşı doğurduğu nifrəti», bu münasibətlə  Əli Nəzminin 

yazdığı aşağıdakı 

Səd heyf ki, aldı səni  dövran əlimizdən, 

Etdi bizi matəmzədə, qəmdideyi-həsrət. 

Ey pak dil insan, o gülər ruhuna bizdən, 

Olsun əbədi xatirə ey Xadimi-millət (29, s.320). 

-misralarını yada salır, burjua mətbuatının əsl canini giz-

lədib «onu «polis tərəfindən öldürülmüş bir cani kimi qələmə 

verməyə» çalışdığını, onun dəfni zamanı keçirilən mitinqlərdə 

mürtəcelərə qarşı nitqləri, xalqın  şairə olan məhəbbəti qeyd 

edilir.  

Ə.Haqverdiyev yazır: «... gözəl natiq, şirin zəban, dərin 

fikirli, geniş  məlumatlı  və insanı  təəccübə  gətirən hafizə sahi-

bi...  Əliqulu Nəcəfzadəyə  dəyən güllə «Molla Nəsrəddin»in 

ürəyinə dəydi. Ona mən «Molla Nəsrəddin» məcmuəsinin ürəyi 

adı qoymaqda səhv etmirəm və cürətlə  də bu sözü deyirəm» 

(62, s.237). 

Sovet hakimiyyəti qurulandan sonra irsinin toplandığını, 

tədqiq olunduğunu bildirən tədqiqatçı  şairin 1906-1019-cu 

illərdə «İrşad», «Tərəqqi», «Günəş», «Hürriyyət», «Molla Nəs-

rəddin», «Tuti», «Yeni Füyuzat» kimi qəzet və jurnallarda 

«Əliqulu», «Qəmküsar», «Cüvəllağı  bəy», «Sarsaqqulu bəy», 


                                                                                      Gülxani Pənah 

 

 



110 

«Simurq», «Xadimi-millət», «O taylı» kimi imzalarla satira, 

mənzum hekayə, lirik şeir, felyeton və məqalələr»lə çıxış etdi-

yini deyir, mətbu yazıları ilə «bəzən millətçi ideoloqların 

təsirinə qapıldığını, sonralar «Molla Nəsrəddin» təsiri altında 

demokratik cəbhəyə meylini, 1905-ci il inqilabından əvvəl yaz-

dığı  şeirlərinin bu cəbhənin «tələbinə uyğun gəlmədiyindən» 

kitabça  şəklində çap olunmasına «təşəbbüs göstərmədiyini» 

bildirir. 

Tədqiqatçı  əksinqilabi «Füyuzat», «Şəlalə» jurnallarının 

«Molla Nəsrəddin»ə qarşı çıxanda şairin «özünəməxsus üslub-

da» düşmənə verdiyi cavabını 

Vursalar onbasına min zəki məcmuəmizin, 

Haq bilir düşməyəcək bir tükü məcmuəmizin  

yada salır (29, s.322). 

Onun ilk felyetonvari yazısı-dilənçilərin fırıldağını tənqid 

edən yazısı «İrşad» qəzetinin 83-cü nömrəsində çap edilir. Əsl 

həqiqi yaradıcılıq yolunu «Molla Nəsrəddin» cərəyanında tapır. 

Burjua ideoloqlarının dil siyasətinə qarşı çıxanda onları kəskin 

satira atəşinə tutur, sonralar da bu cəbhədə möhkəm dayanıb, 

həm nəsr, həm də  şeir yaradıcılığında  «ana dilində yazmaq, 

sadə yazmaq» prinsipini «müdafiə» edir. Sabir satiralarından 

ilham alaraq «şeir sahəsində daha orijinal bir sənətkar» kimi 

tanınır. Böyük xalq şairinə lazımi qiymətin verilməməsi, vətəni 

xarici istilaçılara satanlara nifrət, onların satira atəşinə tu-

tulduğu açıqlanır: «Sabir kimi Əliqulu Qəmküsar da Şərq xalq-

ların müstəmləkə  və yarımmüstəmləkə  vəziyətində saxlayan 

xarici işğalçıları aşağıdakı misraları ilə nifrətlə qarşılayır, asılı 

vəziyyətə dözməyərək deyir: 

Gah olur hami ingilis bizə... 

Gah olur dost nemsə və alman. 

Olmuşuq yaxşı bəxtəvər insan 

Özgələr səy edir də xeyrimizə. 


Gülxani Pənah 

 

 



111 

Buradakı «bəxtəvər olmaq», «özgələr səy edir də xeyri-

mizə» kimi ifadələr, əlbəttə, Sabirdə olduğu kimi, tərs mənada 

başa düşülməlidir» (29, s.321-322). 

N.Axundov yazır: «Ə.Qəmküsar M.Ə.Sabirin istedadlı 

şagirdidir. O, öz müəlliminin ədəbi cəbhəsinə sonadək sədaqətli 

qalmış, hadisələri Sabir kimi cəsarətlə qələmə almaqla yanaşı, 

«Çox da Rusiyyədə nəşr olundu ədalət, bizə nə?», «İndi qalmış-

lar tamamən intizar iranlılar» kimi bir çox şeirlərini də bila-

vasitə böyük müəlliminin əsərlərinə bənzətmişdir» (6, s.136). 

Qəmküsarın aşağıdakı misralarını nümunə gətirir: 

Hansı bir şəhrə və ya kəndə ki, düşdü güzərim, 

Olacaq gündə kababım, bilirəm simü-zərim. 

Olmayıbdır əli boş övdət edən bir səfərim, 

«Eşq sərkeştəsiyəm, seyli-sirişk içrə yerim, 

Bir hübabəm ki, havadan doludur pirəhənim» 

Şairin Füzuliyə nəzirəsində Füzulinin lirik şeirindən sati-

ra üçün məharətlə istifadəsi, ruhaniləri kəskin satiraya tutması 

dəyərləndirilir: «burada aşiqin göz yaşı içərisində olması kimi 

lirik ifadə, xalqı ağladaraq göz yaşı içərisində nəşələnən molla-

nın vəziyyəti kimi satirik bir ifadə ilə  nə  qədər uyğun  əla-

qələndirilmişdir» (29, s.322). 

 «Şəlalə» jurnalının redaktorunu, xalqa zidd mövqe tutan 

burjua ziyalılarını  tənqid edən  əsərlərində «vəznin oynaqlığı, 

qafiyələrin ahəngdarlığı, sözlərin axıcılığı, habelə dolğun fikir-

lərin ifadəsindəki aydınlıq və sadəlik  şeirin təsir qüvvəsini 

qatqat» artırmış olduğunu bildirən tədqiqatçı onun misra-ların-

dakı tendensiyaçılığı, ifadələrindəki qüvvətli istehzanın aydın 

və  bədii ifadəsini unutmur. «Şəlalə»dəki tənqidçilərdən fərqli 

olaraq «satiranın tələb etdiyi ədəb dairəsində» yazılarına diqqəti 

yönəldir, dindən istifadə edib xalqa zidd siyasət yeridənlərin 

fikirlərinə qarşı çıxdığını bildirir.  

Tədqiqatçı öz «sosialist ideyalarına»  əsasən  Əliqulu 

Qəmküsarın «pantürkizmə  və panislamizmə qarşı» mübarizə-

sini əks etdirən şeirlərini təhlil edir, «beləliklə, feodal-patriarxal 


                                                                                      Gülxani Pənah 

 

 



112

həyat, din, mövhumat, zülm və istismara qarşı  Əliqulu Qəm-

küsarın apardığı mübarizə ictimai səciyyədə idi». Öz ictimai 

satiralarını dövrün ən mürtəce siniflərinə qarşı çevirdiyi üçün 

Ə. Qəmküsar XX əsrin inqilabçı sinfi olan proletariatın 

kapitalizmə qarşı apardığı mübarizələrdə də ona kömək edirdi» 

(29-324)-deyən tədqiqatçı  Cəlil Məmmədquluzadənin satirik 

şair haqqında fikrinə diqqəti yönəldir, o «Əliqulu Qəmküsarın 

şeirlərini  Ə.Sabirin  şeirləri ilə müqayisə edərkən, Qəmküsarın 

«fikir açıqlığı və mövhumata qarşı şiddətli tənqidi çıxışları ilə» 

çox irəli getdiyini söyləmişdi» (1, s.324-325; 97) 

C.Xəndan C.Məmmədquluzadənin  Ə.Qəmküsar yara-

dıcılığına dair «bu sözlərini» Sabirin ölümündən sonrakı dövrə 

aid edir: «Məlumdur ki, Ə.Sabirdən sonra «Molla Nəsrəddin» 

səhifələrində yazan şairlər içərisində Əliqulu Qəmküsar və Əli 

Nəzmi, Ə.Sabirin yolunu davam etdirdikləri üçün geniş oxucu 

kütlələri içərisində böyük şöhrət qazanmışdılar» (29, s.325). 

«Sabirə»  şeirində  Əliqulu Qəmküsar  şairin ölümündən 

sonra ölkədə gah ingilis, gah almanların işğalçılıq siyasətlərini 

aparmasını özünəməxsus kinayəli bir üslubla tənqid edir, 

«Sabir satiralarının daha kəskin, daha ciddi bir şəkildə işə düş-

məsinin əhəmiyyəti», bunun «eyni zamanda həyatın tələbi» ol-

duğu qeyd edilir. Bu dövrdə daxili düşmənləri və onların xarici 

havadarlarını  tənqid edən inqilabi-proletar mətbuatı, bolşevik 

qəzetləri öz səhifələrində «Sabir satiralarını cüzi dəyişikliklərlə 

ingilislər, daşnaklar... əleyhinə yenidən işə salırlar, «lakin buna 

baxmayaraq baş verən yeni məsələlər «yeni-yeni satiraların 

yaranmasını» tələb edir (29, s.325). 

  Tədqiqatçı «Molla Nəsrəddin» cərəyanına mənsub olan 

digər yazıçılar kimi Ə.Qəmküsarın da fevral burjua inqilabının 

əsl mahiyyətini birdən-birə «dərk etmədiyini, bu inqilabın 

yıxılmasıyla məsələlərin həll olunacağına inandığını söyləyir. 

Şairin: 

Bugün Rusiyyə əhli büsbütün azad olan gündür, 

Fəqirə, binəvayə ədl ilə imdad olan gündür 


Gülxani Pənah 

 

 



113 

fikirlərinin «yanlış» olduğunu, realist şairin səhv etdiyini, so-

sialist inqilabından sonra yazdığı «Biz nə haldayıq» adlı fel-

yetonunda, «Başa gəlməz» adlı siyasi satirasında, «İngiltərə» 

şeirində bu «səhvlərini» düzəltdiyi qənaətindədir. 26 Bakı Ko-

missarlarının məhvindən sonra musavatçılar hakimiyyətə gəlir, 

«indi bülbüllər yerində qarğalar tutmuş  məkan» sözlərindəki  

məcazi ifadələrdə «bülbüllə qarğa» təşbihlərinin kimə aid 

olduğunu» təyin etməyin «çətin» olmadığını deyən tədqiqatçı 

burada şairin müsavat hökumətinə qarşı çıxdığını bildirir və bu 

satiranın geniş  təhlilini verir. Musavatçıları ifşa etmək üçün 

bolşevik intibahnamələrindən «ilham» aldığını qeyd edən C. 

Xəndan 1919-cu ilin avqust-sentabr aylarında «dövlət seçki-

ləri»nə başlayan müsavatçıları  tənqid edən, bu hökuməti ifşa 

etməyə çalışan bolşevik vərəqələrinin yayıldığını qeyd edir və 

diqqəti M.C.Pişəvərinin redaktə etdiyi «Hürriyyət» qəzetinin 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin