Жяфяр хянданын aзярбайжан ядябиййатына



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix03.04.2017
ölçüsü4 Mb.
#13209
1   2   3   4   5   6   7   8   9   ...   35

bir surətdə ki, o, müsəlman deyil... rus və gürcüdür, o adam 

murdardır» (29, s.101). 

 Tədqiqatçı yazıçının bəzən hadisələri və ya tiplərin 

işlərini çox real və inandırıcı verdiyini, nəticədə  təsvir olunan 

tipin öz-özünü ifşa etmiş olduğu, bunun «Qurbanəli bəy», 

«Baqqal Məşədi Rəhim», «Taxıl həkimi», «Sarı», «Molla Fəz-

ləli» və başqa hekayələrində «nəzərə çarpdığını» bildirir. 

Tədqiqatçı yazıçının təsvir etdiyi hadisələri «uydur-

madığı», hadisələrə inandırıcı olmayan  «əlavələr etmədiyi», 

əsərlərindəki gülüşün olduqca «dərin və  təsirli» olduğunu, 

«parnoqrafiyanı, naturalizmi, ucuz gülüşləri sevmədiyini», 


Gülxani Pənah 

 

 



93 

bəzən hamıya adi görünən hadisələri seçərək, çox maraqlı bir 

şəkildə  təsvir etdiyini və oxucunun istər-istəməz «gülməyə  və 

düşünməyə» məcbur olduğunu bildirir: «Güldürmək və eyni 

zamanda düşündürmək, onun yaradıcılığındakı gülüşün  əsas 

xüsusiyyətini təşkil edir» (29, s.101). 

Hekayələrindəki «konkretlik və  qətilik», mövzu zəngin-

liyini araşdırır. «Sirkə», «Şeir bülbülləri», «Konsulun arvadı», 

«Buz», «Yan düdüyü», «Baqqal Məşədi Rəhim»,  «Yuxu», 

«Atlar dayandı», «Ucuzluq», «Qoşa balınc», «Şəhər və  kənd» 

kimi hekayələrini tədqiq edir. 

C.Məmmədquluzadənin dramaturgiyası  Cəfər Xəndan 

tərəfindən araşdırılmış, geniş  təhlil edilmişdir. Yazıçının dra-

maturq kimi fəaliyyətini araşdırmadan öncə M. F. Axundovla 

başlayan dramaturgiyanın inkişafını, N.B.Vəzirov,  Ə.Haq-

verdiyev, N.Nərimanov, Süleyman Sani Axundovun bu 

ənənələri davam etdirdiyini, bu realist yazıçıların dini 

mövhumatı, cəhaləti, nadanlığı, feodal-patriarxal adətləri tənqid 

etdiyini, xalqın savadlanmasını maarifdə gördüyünü qeyd edir. 

M. F. Axundovun yolunu davam etdirən 

C.Məmmədquluzadənin ilk əsəri- «Çay dəstgahı» adlanan ilk 

qələm təcrübəsini bədii cəhətdən «zəif» olsa da, onun 

yaradıcılığını öyrənmək cəhətdən «səciyyəvi» bilir: «Yazıçı bu 

alleqorik  əsəri ilə istismar olunan təbəqələrin mənafeyini 

müdafiə etməklə demokratik fikirlərini nümayiş etdirir ki, onun 

sonrakı  əsərlərində bu, daha kəskin mübarizəyə çevrilir» (29, 

s.102). 

Onun dramaturgiya tarixində ən görkəmli yer tutan «Ölü-

lər» (1909) komediyasının geniş təhlilini verir, «öz siyasi fikri 

və bədii qiyməti etibarilə» yazıçının «şah əsəri» sayıla bildiyini 

vurğulayır. 

Əsərlərinin çoxunda hadisələrin cərəyan etdiyi dövrü 

konkret göstərməyən yazıçının 1909-cu il əlyazmasında «20 il 

bundan irəli» sözlərini yazdığını əsas götürməklə bu hadisənin 

1890-cı illərdə baş verdiyini göstərdiyini qeyd edir: «Bu 


                                                                                      Gülxani Pənah 

 

 



94 

illərdə-proletariatın həyat səhnəsinə atılması ilə əlaqədar olaraq 

ictimai həyatda canlanan yenilikləri dövründə qatı qaranlıqlar-

dakı parlaq işıqları görən ədibi realizmdən uzaqlaşmaqda  itti-

ham edənlər çox böyük səhv edirlər.  İşıqların göründüyü, ye-

niliyin köhnəlik üzərinə qılınc çəkməyə hazırlaşdığı bir dövrdə 

xalqının geriliyini böyük demokrat öz vətəndaşlıq qüruruna 

sığışdıra bilmirdi. Məhz bunun üçündür ki, əsər ehtirasla, 

ilhamla, öz qələminin təsir qüvvəsinə inam hissi ilə yazılmışdır. 

O, xalqının geriliyinə acıyır, yanır, təəssüf edir. Əsərin «Ölü-

lər» adlanması da bu real hisslərdən irəli gəlmişdir» (1, s.105). 

Yazıçının bir vətəndaş kimi xalqının cəhalət içində qal-

masına səbəb olan bədbəxtlərə sadəcə gülmədiyini, eyni za-

manda «ağladığını» əsərdən gətirdiyi faktlarla təhlil edir. Şeyx 

Nəsrullahın ölüləri diriltməsinə inanan Kərbəlayı Fatmanı» nalə 

çəkib fəryad qopararaq ağlayan və qeyri-mümkün olan «ölü 

diriltmək»  əhvalatına bu qədər möhkəm inandığı üçün gülünc 

vəziyyətə düşən anasını bu halda gördükdə» İskəndərin yavaş-

yavaş gəlib onun yanında durub, başını aşağı salıb qəmgin bir 

səslə söylədiyi «yazıq ana!» sözlərinə diqqəti cəlb edir. 

Bu iki kəlmədəki məna yuxarıda qeyd etdiyimiz xalqa 

məhəbbəti başa düşmək üçün kifayətdir, çünki bu sözlərdə 

xalqı gülünc vəziyyətdə görmək istəməyən sənətkarın fəryadı 

vardır. Bu mənada C.Məmmədquluzadə «ölülərin» məzhəkəsini 

deyil, faciəsini yaratmışdır» (29, s.106). 

 Maraqlı kompozisiyaya malik əsərin qəhrəmanı  İskən-

dərin o şəraitdə «kefli» şəklində göstərildiyi, onun söylədiyi 

fikirlərin dövrü üçün «böyük vətəndaşlıq cəsarəti» olduğu 

araşdırılır,  Şeyx Nəsrullahla  İskəndərin fərqli xüsusiyyətlərini 

açır. «Əgər  Şeyx Nəsrullah islam dinini, fanatizmi, fırıldaqçı 

din adamlarını  təmsil edirsə,  İskəndər dinin hakim olduğu bu 

nadanlıq dünyasında dindarlıqla, cəhalətlə, avamlıqla və  Şeyx 

nəsrullahlarla mübarizə aparan açıq fikirli bir ziyalıdır» (29, 

s.109-110). 



Gülxani Pənah 

 

 



95

 İskəndərlə Şeyx Nəsrullah arasında gedən mübarizə eyni 

zamanda ona inananlara, ata-anasının avamlığına və nadan-

lığına, dövrünün «məsləksiz ziyalılarına» qarşı (Mir Bağır ağa, 

Heydər ağa, Əli bəy və s) «çevrilir», İskəndər «mübarizə mey-

danında təkdir», «mövhumat, din və ümumən feodal dünyagö-

rüşləri ilə barışmaq istəməyən bu kimi şəxsiyyətlər» cahillər 

tərəfindən «ya dəli, ya kafir» adlanır. Yazıçının yaratdığı kefli 

İskəndər  əsərin sonunda söylədiyi monoloqla,  ölüdiriltmək 

məsələsini «ifşa edir», yalan çıxması ilə hacıları, məşədiləri 

susdurur, bu susmaq «məğlubiyyət işarəsi»dir və tədqiqatçı bu 

qənaətə  gəlir ki, «İskəndərin qalibiyyəti köhnəliyə qarşı ye-

niliyin mənəvi qələbəsi kimi qiymətləndirilə bilər» (29, s.111). 

«İskəndər «ölülər cəmiyyətinə» düşmüş ziyalıdır. Biz ona 

nə qədər  alicənab «sərxoş» sözünü məcazi mənasında desək də 

o,  şərab  şüşəsini götürür və başına çəkir, yalnız bundan sonra 

danışmağa başlayır.  Şübhəsiz, öz-özlüyündə bu sərxoşluq 

sözün lüğəti mənasında da sərxoşluqdur. Lakin bu sərxoşluğun 

motivi, səbəbi  İskəndəri sərxoşluğa gətirib çıxaran cəhət sub-

yektiv-etik xasiyyət daşımır, müəyyən ictimai zərurətdən doğan 

psixoloji məna kəsb edir: hamını «ölüyə» çevirən bir mühitdə 

İskəndər öz «sərxoş» vəziyyəti ilə müstəqil və sərbəst qala bilir. 

Daha doğrusu, o, «ölüyə» çevrilməmək üçün «sərxoşa» çev-

rilir» (2, s.94). 

«Ölülər»  əsərindəki dramatik münaqişə  və  gərginliyin 

«sənətkarcasına» quruluşuna diqqət yetirən tədqiqatçı «Ölü di-

riltmək» kimi boş  və  mənasız bir fikrə inananların «avam-

lığı»nın  əsər boyu ifşa edildiyini, oxucunun Şeyx Nəsrullahın 

ölüləri necə «dirildəcəyi» səhnəsini maraqla gözlədiyi, yazıçı 

əsərdəki «bu xəttin ən yüksək nöqtəsini üçüncü pərdədə» verdi-

yini bildirir: «Burada «hamının fikirləşməsi» üçün yaranan 

şərait olduqca xarakterik və inandırıcıdır. Bu dramatik moment-

dən istifadə edən yazıçı dövrünün hacı və məşədilərini olduqca 

kəskin bir qələmlə ifşa edir. Feodal-patriarxal cəmiyyətdə öz 

qardaşının arvadını alan, öz qohumlarının malına sahib çıxan, 


                                                                                      Gülxani Pənah 

 

 



96 

əlsiz-ayaqsızları tapdalayan adamların  əsas sifətləri yazıçı 

tərəfindən çox sənətkarcasına göstərilmişdir» (29, s.112). 

«Ölülər»dən sonra ikinci böyük dramı hesab etdiyi «Ana-

mın kitabı»nda (1920) ayrı-ayrı burjua ziyalısının tənqidini 

verir, üç qardaş, bir ana və bir bacıdan ibarət olan əbdü-

ləzimovlar ailəsinin dövrün burjua ailələrini təmsil etdiyi fikrin-

dədir, bir-birinin dilini başa düşməyən, üzdə vətənin və xalqın  

dərdlərinə çarə tapmaq istəsələr də özləri yazıçının nəzərində 

«dərmansız dərdə tutulmuş vətənsizlər»in xalqla heç bir əlaqəsi 

olmadığını söyləyir: «müəllif bu ailədəki ziddiyyət fonunda 

mədəniyyət məsələlərini, xüsusən ana dili məsələsini həll 

etməyə çalışmışdır. Bu dövrdə inkişaf edib daha mürtəce 

mahiyyət alan və siyasi-ictimai xarakter kəsb edən pantürkizm 

və panislamizm cərəyanları Azərbaycan burjuaziyasındakı 

antipatriotik-kosmopolitizm meyllərini daha da güc-

ləndirmişdir» (29, s.113).  

Yazıçı bu meyllərə qarşı mübarizəni «ümumi şəkildə 

deyil, konkret bir şəkildə dil və mədəniyyət məsələlərlə əlaqə-

dar» olaraq verir. 

«Kamança» (1920) əsərində də «müsavat dövründə geniş-

lənməkdə olan milli qırğın «siyasəti»nin ifşa olunduğu qə-

naətində olan tədqiqatçının fikrincə, müsavatçılar öz ağalıq-

larını möhkəmlətmək, inqilabi hərəkatın qarşısını almaq, «qəti 

döyüşə qalxmış xalq kütlələrinin qüdrətini zəiflətmək üçün 

1905-1907-ci illər çarizmin törətdiyi «milli qırğın siyasətini 

yenidən alovlandırır, yerli burjuaziya və onun partiyaları  əda-

vəti gücləndirir. «Kamança»da qoyulan problemlərin bu 

nöqteyi-nəzərdən təhlilini verir. Yazıçının  əsərdə qoyduğu 

xalqlar dostluğu məsələsi öz təhlilinə görə düzgündür, əsərin 

müsavat hakimiyyətinin son aylarında yazıldığını əsas götürən 

tədqiqatçının (əsərin sonunda 1920-ci il yanvar tarixi göstə-

rilib), yazıçının müsavatın milli qırğın siyasətinə nifrət etməsi 

haqqında söylədiyi fikir düz olmaya bilər. Çünki C.Məmməd-

quluzadə özü də burjua dövründə yetişmiş ziyalıydı, onun kimi 


Gülxani Pənah 

 

 



97 

milyonlarla azərbaycanlı burjua ziyalısı vardı, xalqının xoşbəxt 

gələcəyini, suveren, müstəqil, demokratik dövlətini görmək 

istəyirdi. Yazıçı buna mane olan qüvvələrin törətdiyi fəlakətləri 

pisləyirdi. Birinci növbədə çoxsaylı xalqların yaşadığı 

Qafqazda, Azərbaycanda törədilən milli qırğınları pisləyirdi. 

Bu qırğınlardan özü də  təngə  gəlmişdi. Günahız insanların 

qanına susayan hakimiyyət hərislərinin, elə müsavatı  yıxıb 

yerinə gələn bolşevik partiyasının törətdiyi nə qədər qanlı cina-

yətlər var, tarix bunların ört-basdır edilməsinə imkan verməyib. 

Xalqlar arasına salınan düşmənçilik toxumundan həmişə haki-

miyyətdə olan qüvvəni yıxmaq üçün istifadə ediblər. Müsavat 

hakimiyyətdə olduğu, hüquqi bir dövlət qurduğu, xalqların azad 

və sərbəst yaşamasını təmin etmək uğrunda mübarizə apardığı 

halda niyə xalqlar arasına düşən millətçilik qırğınını müdafiə 

etməliydi ki? Əsərin mövzu, ideya məsələləri doğru təhlil 

edilmiş olsa da, C.Xəndanın senzuranın kommunist-bolşevik 

ideyalarına uyğun  əsəri təhlil etməsi, həmin hadisələrin baş 

verdiyi dövr hakimiyyətdə olan müsavatyönümlü insanların, 

onların ideologiyalarının səhvi haqqında verdiyi təhlillər də 

səhvdir. C. Xəndan sosializm ideyaları ilə zəngin bir ədəbiyyata 

xidmət edirdi. Sosializm quruluşu özündən  əvvəlki, eləcə  də 

özüylə bir dövrdə hökm sürən kapitalizm ideyalarına düşmən 

cəbhədə idi. O fəhlə-kəndli hökuməti olub, ancaq öz arasından 

çıxan ziyalıları görürdü. Müxtəlif ictimai-siyasi formasiyaların 

hökm sürdüyü bir dövrdə yaşamış, yaratmış,  əqli-ictimai 

fəaliyyəti ilə xalqına xidmət etmiş şəxsiyyətlərin bir zaman az 

qala hamısına göz yumurdu. Amma keçmişi olmayan, kökü 

olmayan nə mədəniyyət, nə ədəbiyyat, nə xalq var. Ona görə də 

yenidən keçmişin yaxşı  dəyərlərindən,  ənənələrindən yarar-

lanmalı oldu. Bu yolla inkişafında müvəffəqiyyətlər tapa bildi. 

Sosializm ideologiyası hakimiyyətə yiyələndiyi dövrdə yeni 

yaranan gənc nəsli bütün quruluşlara, onun varlı  təbəqələrinə 

nifrət ruhunda tərbiyələndirirdi. O dövrdə yaranmış  əsərlərin 

təhlil və tədqiqatında da öz ideyalarının qorunmasına çalışırdı. 


                                                                                      Gülxani Pənah 

 

 



98 

Tənqidçi də özündən  əvvəl yaranan, hakimyyətə bolşeviklərin 

gəldiyi bir dövrdə yaranan ədəbiyyatın, mədəniyyətin təhlil və 

tədqiqatında mənsub olduğu ölkəsinin ideologiyasını müdafiə 

etməyə borclu idi. Əks təqdirdə əhməd cavadların, müşfiqlərin, 

seyid hüseynlərin, hüseyn cavidlərin sayı arta bilərdi, C. 

Xəndan da onların sırasında ola bilərdi. 

«Dəli yığıncağı»  əsəri bir-birinə zidd olan iki qüvvəni-

özlərini ağıllı hesab edən möminlərlə onların nəzərində  ağıllı 

sayılmayan dəliləri qarşılaşdıran yazıçının feodal-patriarxal 

həyatın çirkinliklərini ifşa etmək məqsədilə yazılıb. Dəliləri 

sağaltmaq üçün dəvət edilən doktor Lalbyuz, Hacı Xudaverdi, 

milliyyətcə fars olan Azərbaycan hakimi Həzrət  Əşrəf, Molla 

Abbas, Fazil, Sona, dəlilər surətləri araşdırılır. «Ağıllılarla 

dəlilərin mübahisəsini dinləyən həkimin özü kimin dəli, kimin 

ağıllı olduğunu müəyyən edə bilməyib, «kim dəli, kim dəli»-

deyə düşünür. Buradakı  dəlilərinmi, ağıllılarınmı  dəli olduğu 

ilk baxışda nəzərə çarpmır. Ancaq əsəri diqqətlə oxuduqda öz 

hərəkətləri ilə  ağıllı adlananların dəliliyi daha çox nəzərə 

çarpır» (29, s.120-121).  

Tədqiqatçı burada qeyd edir ki, «özlərini mömin adlan-

dıran, bütün varlıqları ilə dinə, mövhumata bağlanan, feodal-

patriarxal həyatın «qanunları»nı əbədi və əzəli hesab edən, hər 

cür zülm və istismara adət edən, heç bir milli heysiyyatı olma-

yan adamlar, şəhərin mötəbər simaları  hər «dəlidən doğru xə-

bər» eşidirlər. Bu doğru xəbərlər nə  qədər acı olsa da həqi-

qətdir. Lakin bu mömin bəndələr bu həqiqətin öldürücü zər-

bəsini zəiflətmək üçün onun üzərinə qalın pərdə çəkirlər» (29, 

s.121). 

 Tədqiqatçı yazıçının qüvvətli realizminin bu pərdəni 

«yırtdığı», həqiqəti tam çılpaqlığı ilə «göstərdiyi» qənaətində-

dir. O göstərir ki, öz əcayib «qayda-qanun»ları ilə bu mötəbər 

adamlar insanı  dəli vəziyyətinə salırlar.  Əvvəlinci və axırıncı 

sözü «pul» olan həzrət əşrəflər və onların xarici amerikan ağa-

ları lalbyuzlar nəinki ictimai xəstəlikləri aradan qaldırmaq 


Gülxani Pənah 

 

 



99 

iqtidarına malik deyil, hətta bunu istəmirlər. Çünki xalqın fikri-

mədəni geriliyi, insanların başını gicəlləndirən din tiryəki öz 

ağalıqlarını möhkəmlətmək üçün onlara lazımdır. Din və 

mövhumat «ağıllı» bəndələrə daha çox mənfəətlidir. Qabaqcıl 

ideyaların qarşısını almaq, ağlabatan söz deyənləri dəli 

adlandırmaq, öz şəhvani hisslərini söndürmək üçün bundan 

istifadə etmək bu «ağıllılar»a nə qədər lazımdır» (29, s.122). 

«Danabaş kəndinin məktəbi» komediyasının (1921) heka-

yə  şəklində yazılıb yarımçıq olduğu, yazıçının ilk yaradıcılıq 

dövrünə aid olduğu, inqilabdan sonra pyes kimi, sonralar əsaslı 

surətdə yenidən işləndiyi güman edilir. Məktəb və maarif mə-

sələlərindən bəhs edən N.Nərimanovun «Nadanlıq», A.Səh-

hətin «Cəhalət səmərəsi» və b. yazıçıların əsərlərinə bu mövzu 

da yaxındır.  Əsərin təhlilini verən tədqiqatçının fikrincə, «bu 

əsəri yazmaqda yazıçı qarşısına iki məqsəd qoymuşdur. Birinci: 

çar üsul-idarəsinin xalqdan nə qədər uzaq olduğunu, onun müs-

bət təşəbbüslərinə belə xalqın inanmadığını, geniş kütlələrlə 

çinovniklər arasında böyük bir uçurumun olduğunu göstər-

məkdi.  İkinci məqsəd, avamlığı, mədəniyyətsizliyi tənqid 

etməkdir» (29, s.125). 

C.Xəndan böyük realist sənətkarın dramaturq kimi ya-

ratdığı  əsərləri, milli dramaturgiyamızın inkişafına təsirini ge-

niş  və  hərtərəfli təhlil etmiş, hekayələr, felyetonlar ustadı C. 

Məmmədquluzadənin dramaturq kimi də  sənətkarlıq keyfiy-

yətlərini, yaratdığı  əsərlərin ictimai-siyasi əhəmiyyətini dəyər-

ləndirmişdir. 

Cəfər Xəndan digər ədəbiyyatşünaslar kimi C.Məmməd-

quluzadənin ədəbi fəaliyyətini dərindən öyrənmiş, sovet ədəbi-

tənqidinin ilk inkişaf dövrlərində digər böyük sənətkarlar kimi 

Cəlil Məmmədquluzadənin də  fəaliyyətini araşdırmış, dəyərli 

fikirləri ilə  ədəbiyyatşünaslıq elmimizi zənginləşdirmişdir. 

Yazıçının həm dram əsərlərinin, həm də nəsr əsərlərinin möv-

zu, ideya zənginliklərini açmış, bu əsərlərdə qoyulan problem-

lərə münasibətini bildirmiş, yazıçının realist dünyagörüşünün 


                                                                                      Gülxani Pənah 

 

 



100

ədəbi prosesdə əksini araşdırmış, maarifçi, demokrat, inqilabçı 

kimi qələmini çar Rusiyasının eybəcərliklərinə, İran irticasının 

ifşasına qarşı süngüyə çevirmiş olduğuna dair qiymətli fikirlər 

söyləmişdir. Həm Cənubi Azərbaycan, həm də çar Rusiyasının 

zülmü altında inləyən Azərbaycan xalqının taleyinə biganə 

qalmayan sənətkarın xalqının savadlanması, öz haqqını  əldə 

etməsi üçün apardığı mübarizəni  işıqlandırmağa çalışması  və 

istədiyinə də nail olduğu yaradıcılığından gətirilən nümunələrlə 

verilir.  

Cəfər Xəndan Mollanəsrəddinçilər məktəbinin, Cəlil 

Məmmədquluzadənin silahdaşlarının həyat və yaradıcılığını 

geniş şəkildə araşdırmışdır. 

C.Xəndan Sabir satirik şeir məktəbinin nümayəndəsi 

«Kefsiz», «Məşədi Sijimqulu» imzaları ilə tanınmış    Əli Nəz-

mini Sabirin, Sovet hakimiyyəti qurulana qədər yazıb-yaratmış 

Əliqulu Qəmküsarın yolunu davam etdirən  şair kimi, M.S.Or-

dubadi kimi Sovet hakimiyyəti illərində  də  əsərlər yazmış, 

xüsusən Böyük Vətən müharibəsi illərində öz kəskin sati-

ralarını faşizmə qarşı çevirərək bir sovet şairi kimi yüksəlmiş» 

(29, s.331) sənətkar kimi dəyərləndirir. 

Mehdi Hüseyn Əli Nəzminin  ədəbi irsi haqqında yazır: 

«... O, yetmiş illik ömrünün çoxunu xalq yolunda, xalqın 

səadəti uğrunda qələm çaldı. Əli Nəzmi köləlik dünyasını mə-

nəvi məğlubiyyətə uğradan Mollanəsrəddinçilərin və Sabirlərin 

cərgəsində öz təvazökar zəhməti ilə ustad bir satirik kimi 

tanındı. O, həyatının son günlərinə qədər həyatımıza, xalqımıza 

bağlı qaldı» (56).  

İlk yazısından etibarən «Molla Nəsrəddin» üslubuna uy-

ğun mövzular seçməyi bacaran yazıçı «mənalı gülüş və kəskin 

tənqiddən məharətli bir surətdə» istifadə etmişdi: «Onun başqa 

əsərlərində  də «Molla Nəsrəddin» oxucularının səviyyəsinə 

uyğun bir şəkildə feodal-patriarxal adət-ənənələrin kəskin 

tənqid edildiyini görürük» (29, s.334) deyən C.Xəndan «din və 

mövhumatın ifşası,  ərəb  əlifbasının tənqidi, köhnə adət və 


Gülxani Pənah 

 

 



101 

məişətlə mübarizə, mədəniyyətə çağırış, demokratik ideyaların 

təbliği»nin  Əli Nəzminin nəsr  əsərlərində  «əsas mövzu» 

olduğunu göstərir. 

Təxminən il yarım onun nəsr  əsərləri yazmaqla məşğul 

olduğunu, yazdığı felyetonlardakı «yığcamlıq, konkretlik və 

sadəlik», felyetonlarının məzmunun getdikcə «dolğunlaşdığı» 

qeyd edilir. «Kəndçi xəbərçiniz: Məşədi Sijimqulu» imzasıyla 

yazdığı felyeton üzərində xüsusilə dayanır. Burada «silaha pul 

verib qırğınla məşğul olan, məktəbə isə pul verməyən «mötə-

bər» adamları  tənqid edir. Öz məlumatının doğruluğuna oxu-

cuları inandırmaq üçün yazıçı özünəməxsus üsullardan istifadə 

edir, Molla Nəsrəddinə xitabən yazır: 

«A kişi, sən allah bir insaf elə. Vallah heç insaf eləmir-

sən. Kişi həyə  mənim yazdıqlarıma inanmırsan and içim, səni 

inandırım ki, birini də yalan yazmıram. Bu başım üçün yalan 

yazmıram. Həyə başıma da inanmasan, and olsun bizim kən-

dimizdə olan cindar məşədi  Şarabanı xalanın tasına ki, 

tamamən sənə hər nə ki, yazıram biri də yalan deyil..» (3; 57, 

s.335). 


 Sabirin bir çox şairlər kimi Əli Nəzminin də  şeir 

yaradıcılığına «istiqamət» verdiyini, bu sahədə  şairin dərk et-

diyi məsuliyyət hissi, onun şeirləri ilə Sabirin yaradıcılığı ara-

sındakı yaxınlığa dair C.Məmmədquluzadənin fikirləri diqqətə 

çatdırılır.  C.Məmmədquluzadənin onun şeirindən misal gətirə-

rək söylədiyi «Sabiri əvvəldən tanımasaydıq, güman edə bilər-

dik ki, bəlkə Sabir yazıbdır» cümləsini də fikrini sübut üçün 

götürən tədqiqatçı  gəldiyi qənaəti söyləyir: «Doğrudan da Əli 

Nəzmi öz satiralarını Sabirə  bənzədir, onun ideyasından, dil, 

üslub xüsusiyyətlərindən və s. istifadə edir. Lakin bu cəhət-

lərinə baxmayaraq Əli Nəzmi epiqon (təqlidçi) şair deyildir. O, 

Sabirə oxşasa da orijinallığını saxlayır və buna görə yenidir» 

(29, s.336). Nümunə gətirdiyi: 

Ey axund, evin yıxılsın, 

Adına baxıb utan bir. 


                                                                                      Gülxani Pənah 

 

 



102 

Bu qədər ləcacət olmaz, 

Bu qəbahətini qan bir. 

Dediyin çərən-pərəndir. 

Yorulub dəxi usan bir, 

Dolaşıb, sataşma bunca, 

Ağaya, kübara, molla! 

Tədqiqatçı burada «Sabir satiralarından duz olsa da şeir 

orijinaldır»-deyir və əlavə edir ki, «şairin  ən yaxşı  əsərləri isə 

bu orijinal xüsusiyyətlərə malik olanlardır» (29, s.336). 

Tədqiqatçı bəzən Sabirin təkrar hallarına rast gəlindiyini, 

belə hallarda «orijinallıqdan daha çox təqlid» nəzərə çarpdığını 

deyir. Sabirin «Tək səbir» şeirilə Əli Nəzminin «İstixarə» şeiri 

arasında «bu təqlidi görmək» mümkün olduğunu bildirir. Təd-

qiqatlarda «Əli Nəzmi  şeirlərində Sabirin təsiri getdikcə daha 

artıq özünü göstərir, Sabirin müasirlik, aktuallıq, döyüşkənlik 

ruhu ilə  aşılanmış  şeirləri  Əli Nəzmi yaradıcılığını  tədriclə 

formalaşdırır, ona istiqamət verir.  O, Sabirin bəzən ayrı-ayrı 

mövzularının təsiri altında şeirlər yazır» (58, s.109).  

Bununla belə, onun sonralar çox orijinal və maraqlı 

şeirlər yaradıb, öz müəllimi Sabiri «belə nəzirə yazmağa» vadar 

etdiyini qeyd edir. «Əli Nəzminin 

Molla, sənə eyləyirəm məsləhət, 

Söylə görüm, evlənim, evlənməyim? 

Altmışı sinnim eyləyibdir güzəşt, 

Bir qız alım, evlənim, evlənməyim? 

-şeirinə Ə.Sabir cavab şəklində nəzirə yazaraq demişdi: 

Ağrın alım a Məşədi Sijimqulu, 

Altmışa yetdin, demə oldun ölü. 

Şükr ola allaha canındır sulu, 

Ver pulunu dadlı, ləzzətli zad ol, 

Qoy vəbalın boynuma get, arvad al! 

Göründüyü kimi, hər iki şair bir-birindən gözəl demişdi» 

(29, s.337). 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin