Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas


Alqoritmin təsvir üsulları



Yüklə 0,68 Mb.
səhifə25/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   21   22   23   24   25   26   27   28   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

Alqoritmin təsvir üsulları


  1. Mətn şəkildə (adi dildə)

  2. Qrafik – blok-sxem

  3. Cədvəl

  4. Proqram (alqoritmik dil).

Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, kofenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.

Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər. Bloklar standart işarələr şəklində ifadə olunur və bir-birləri ilə şaquli və ya üfüqi xətlərlə birləşdirilir. Birləşdirici xətlərin uclarında istiqaməti göstərən ox işarəsi qoyulur.

Blok-sxem əvvəlcədən ciddi təyin olunmuş həndəsi fiqurların təsviri ardıcıl­lığıdır. Blok-sxemlə alqoritmi təsvir etmək məqsədilə bloklardan istifadə olunur. Bloklar aşağılakılardır:



-prosesin başlanğıcı və sonu bloku;








-şərti və ya məntiqi blok;






  • Dövr bloku;






  • çap bloku.

Blok- sxem tərtib edərkən ayrı-ayrı bloklar bir-biri ilə istiqmətlənmiş oxlarla prosesin gedişatı istiqamətində birləşdirilir.

Alqoritm ayrı-ayrı ədədlərlə yox, verilmiş hər hansı obyektlərlə işləyir. Proqramlaşdırmanın əsas obyekti dəyişəndir. Məsələn, x adlı dəyişənə 5 qiymətinin mənimsənilməsini belə müəyyən etmək olar:

x : = 5 yazılır və x = 5 olur.

Proqramlaşdırmada məsələni alqoritmləşdirməkdən qabaq aşağıdakı addımlar yerinə yetirilməlidir:

Məsələnin riyazi qoyuluşu:

Nə verilir – ilkin verilənlərin sadalanması;

Nə tələb olunur – nəticələrin sadalanması ;

İlkin verilənlərin məhdudiyyət şərtləri.

Riyazi model: nəticələri almaq üçün lazım olan bütün qayda və qanunlar.

Həll metodu: riyazi modelin optimal istifadə olunması.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin