Kafedra : İnformatika Fənn: İnformatika və təhsildə İkt ixtisas



Yüklə 0,68 Mb.
səhifə8/97
tarix28.01.2022
ölçüsü0,68 Mb.
#51728
1   ...   4   5   6   7   8   9   10   11   ...   97
İNFORMATİKA VƏ təhsildə İKT- tspx-3k

I = 1, X = 10, C = 100, M = 1000

V = 5, L = 50, D = 500

Romalılar ədədi təsvir etmək üçün onu minliklərin, yüzlüklərin, onluqların, təkliklərin cəmi şəklində yazırdılar.

Məsələn, 28 ədədi aşağıdakı kimi təsvir olunurdu:

XXVIII = 10 + 10 + 5 + 1 + 1 + 1

(iki onluq, bir beşlik və üç təklik)

Aralıq ədədləri təsvir etmək üçün romalılar yalnız toplamadan deyil, həmçinin fərqdən də istifadə etməyə başladılar. Belə bir qayda tətbiq olunurdu: böyük işarədən sağda yerləşən hər bir kiçik işarə onun qiymətinin üzərinə gəlinirdi, böyük işarədən solda yerləşən hər bir kiçik işarə isə həmin ədəddən çıxılırdı. Məsələn: IX – doqquzu, XI – on biri ifadə edir.

Ümumiyyətlə, ədədləri bu ardıcıllıqla yaza bilərik:

I (1), II (2), III (3), IV(4), V(5), VI (6), VII (7), VIII (8), IX (9), X (10)

XX (20), XXX (30), XL (40), L (50), LX (60), LXX (70), LXXX (80), XC (90), C (100)

CC (200), CCC (300), CD (400), D (500), DC (600), DCC (700), DCCC (800), CM (900), M (1000)

Rum say sistemində uzun müddət istifadə etmişlər. Hələ 200 il bundan öncə iş vərəqələrində ədədlər rum rəqəmləri ilə yazılmalı idilər (o zaman belə düşünülürdü ki, adi ərəb rəqəmlərini saxtalaşdırmaq asandır). Hal-hazırda rum say sistemindən əsasən kitablarda məşhur tarixlərin, cildlərin, fəsillərin, başlıqların adlandırılmasında istifadə olunur. Kompyuter texnikasında da isə bu say sistemlərindən istifadə olunmur.

Nisbətən müasir mövqesiz say sistemlərindən hesab olunan Əlifba say sistemlərinə yunan, slavyan, fin və başqa say sistemləri aiddir.

Qədim Yunan əlifba say sistemində 1, 2, ... , 9 ədədləri yunan əlifbasının ilk doqquz hərfi ilə işarə olunurdu. Məsələn: α = 1, β = 2, γ = 3 və s. 10, 20, ... , 90 ədədlərini təsvir etmək üçün isə növbəti doqquz hərfdən (ι = 10, κ = 20, λ = 30, μ = 40 və s.), 100, 200, ... , 900 ədədlərini təsvir etmək üçün isə son doqquz hərfdən (ρ = 100, σ = 200, τ = 300 və s.) istifadə edilmişdir. Məsələn: 141 ədədi bu say sistemində ρμα kimi yazılırdı.

Misal 1. 444 ədədi rum say sistemində aşağıdakı kimi təsvir olunur:

Beləliklə, CDXLIV = (D – С) + (L – Х) + (V – I) = 400 + 40 + 4.

Göründüyü kimi, onluq say sistemində verilmiş 444 ədədi üç eyni rəqəmdən (4) ibarətdir, həmin ədədin rum say sistemindəki yazlışında isə müxtəlif rəqəmlər iştirak edir.


Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin