Strateji marketinq planlaşdırılmasımüəssisənin məqsədi, imkanları və resursları arasında, həmçinin onlarla bazar imkanları arasında uzunmüddətli stabil tarazlıq yaradılması və bu tarazlığın saxlanması üzrə idarəetmə prosesidir.
İllik marketinq planlaşdırılması məhsul çeşidi və ya konkret məhsul növü üzrə həyata keçirilir və cari il üçün marketinqin məqsədinin müəyyən edilməsini, məhsul üzrə marketinq strategiyasının və kompleksinin tərtib edilməsini nəzərdə tutur.
Marketinqin planlaşdırılmasının nəticələri ğz əksini marketinq planlarında tapır. Müəssisənin marketinq planları onun marketinq imkanlarını, məqsəd bazarlarını və onun xüsusiyyətlərini, bu bazarlara yönəlik marketinq strategiyasını və marketinq fəaliyyətinin qiymətləndirilməsi və nəzarət kriteriyalarını özündə əks etdirən rəsmi sənəddir.
Marketinqin planlaşdırılması formalarına uyğun olaraq marketinq planlarının iki forması: 1) strateji marketinq planları və 2) illik (məhsul üzrə) marketinq planları vardır. Marketinq planlarında müəssisənin cari mövqeyi, məqsədi və hədəf göstəriciləri və onun qarşıya qoyulmuş məqsədə və müəyyən edilmiş göstəriclərə nail olması üçün yerinə yetirməli olduğu fəaliyyət qeyd edilir.
Strateji marketinq planlarında müəssisənin uzunmüddətli məqsədi, inkişaf istiqamətləri və meylləri, həmçinin marketinq strategiyaları və bu sterategiyaların realizasiyası üçün tələb edilən resurslar əks etdirilir. Bu planlar adətən hər il ətraf mühitdə baş verən dəyişiklikləri nəzərə almaqla növbəti 3-5 il üçün strateji biznes vahidlərinin və müəssisənin marketinq üzrə
11
menecerləri tərəfindən tərtib olunur.
Hər il strateji marketinq planlarına yenidən baxılır və onun əsasında illik və ya məhsul üzrə marketinq planları tərtib edilir. İllik və ya məhsul üzrə marketinq planları cari bazaar situasiyasının icmalını, cari il üçün bazar fəaliyyətinin məqsədini, konkret məhsul növü və ya məhsul çeşidi üzrə marketinq strategiyasını əhatə edir. Bu planlar məhsul üzrə menecerlər tərəfindən tərtib edilir.
Müəssisələrdə marketinq planlaşdırılarkən və marketinq planlarının tərtib edilərkən aşağıdakı tələblərə əməl edilməlidir:
- marketinqin planlaşdırılması fasiləsiz, dövri və sürüşkən proses formasında həyata keçirilməlidir. Başqa sözlə marketinq mühitində baş verən dəyişiklikləri və nail olunmuş nəticələri nəzərə almaqla vaxtaşırı (adətən plan ilinin sonunda) marketinq planlaşdırılması yenidən həyata keçirilməlidir;
- marketinq planlaşdırılması proseduru strateji problemlərlə məşğul olan ali rəhbərliklə taktiki məsələləri həll edən, tərtib edilmiş planların icrasına məsul olan menecerlər arasında dialoq funksiyasını yerinə yetirməlidir;
- çevik və adaptasiya oluna bilən olmalıdır, ətraf mühitdə baş verən dəyişikliklərə vaxtında reaksiya verməlidir;
- planlaşdırma və mrketinq planları fəaliyyət növlərinin və məhsulların prioritetliyini nəzərə almaqla resursların optimal bölüçdürülməsini təmin etməlidir;
- planlaşdırmanı həyata keçirən şəxslərin səlahiyyətləri onların resursların bölüşdürülməsi sahəsində səlahiyyətlərinə uyğun olmalıdır
- planlaşdırmanı onun əsasında tərtib edilən planları icra edən şəxslər həyata
12
keçirməlidir və s.
Marketinqin planlaşdırılmasında «yuxarıdan aşağıya», «aşağıdan yuxarıya» və «məqsədlər yuxarıdan aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodlarından istifadə edilir.
«Yuxarıdan aşağıya» planlaşdırma metodunda marketinq strategiyası və resursların bölüşdürülməsi haqqında qərarlar müəssisənin planlaşdırma bölməsi tərəfindən mərkəzləşdirilmiş qaydada hazırlanır və icra üçün müvafiq bölmələrə və strateji biznes vahidlərinə göndərilir. Bu metoddan bir qayda olaraq mərkəzləşdirilmiş idarəetmə sisteminə malik müəssisələr istifadə edirlər.
«Aşağıdan yuxarıya» planlaşdırma metodu qeyri-mərkəzləşdirilmiş planlaşdırma prosesidir və burada marketinq planlaşdırılması aşağı pillələrdə həyata keçirilir, baxılmaq və təsdiq edilmək üçün müəssisənin rəhbərliyinə təqdim edilir.
«Məqsədlər yuxarıdan aşağıya, planlaşdırma aşağıdan yuxarıya» metodunun mahiyyəti ondan ibarətdir ki, marketinqin məqsədi rəhbərlik tərəfindən müəyyən edilir, marketinqin planlaşdırılması və marketinq planlarının tərtibi isə müəyyən edilmiş məqsədlərə uyğun olaraq menecerlər tərəfindən həyata keçirilir.