Kafedra: Fənn: kurs iŞİ: Fakultə: Qrup



Yüklə 89,28 Kb.
səhifə6/7
tarix29.03.2023
ölçüsü89,28 Kb.
#90954
1   2   3   4   5   6   7
Bayramov Mahmud

Biznes-portfel strategiyasının hazırlanması mərhələsində hər bir fəa­liyyət növü­nün qiymətləndirilməsi kriteriyası seçilir və marke­tinq stra­tegi­yası - qarşıya qoyulmuş məqsəd və ya məqsədlərə nail olunması üçün müəssisənin hədəf bazarlarındakı marketinq fəaliyyəti müəyyən­ləşdirilir.
Biznes-portfelin potensialının qiymətləndirilməsi üçün biznes-portfel, yəni hər bir fəaliyyət növü iki kriteriya: 1) müəssisənin marketinq imkanları və 2) müəssisənin iqtisadi vəziyyəti (və ya marketinq imkanla­rından istifadə səviyyəsi) əsasında qiymətləndirilir. Hər iki kriteriya iki gö­stərici: güclü və zəif qiymətlə qiymətləndirilir. Bu kriteriyaların və onların qiymətlərinin kombinasiyasından asılı olaraq 4 strategiyadan: 1) artım satrategiyasından (həm müəssisənin marketinq imkanları, həm də iqti­sadi vəziyyəti güclüdür); 2) inkişaf və ya ləğvetmə satrategiyasından (müəssisə­nin mar­ke­tinq imkanları güclü, iqtisadi vəziyyəti isə zəifdir); 3) saxlama strategiyasından (müəs­si­sənin marketinq imkanları zəif, iqtisadi vəziyyəti isə güclüdür); 4) biçim və ya ləğvetmə strategiyasından (həm müəssisənin marketinq imkanları, həm də iqtisadi vəziyyəti zəifdir) biri və ya bir neçəsi seçilir.
Artım strategiyası 1) marketinq imkanları güclü, lakin bazar möv­qeyi zəif olan və 2) həm marketinq imkanları, həm də bazar mövqeyi güclü olan fəa­liyyət növləri üzrə tətbiq edilir. Bu strategiyada müəssisə özünün bazar mövqeyini qoruyub-saxlamaq, bazarda liderliyini qorumaq və ya liderə çevrilmək məqsədi ilə qısamüddətli gəlir əldə edilməsi siyasətindən imtina edir və bu fəaliyyət növlərinin inkişafına əlavə investisiya yönəldir.
22
Nəticə
Marketinq – ingilis dilində “market” sözündən götürülüb, bazar mənasını verir. Azərbaycan dilinə hərfi tərcüməsi “bazarda fəaliyyət”dir. Fərdi və ya təşkilati məqsədlərə çatmağa istiqamətli mal, xidmət, fikir və ya hadisələrlə əlaqədar alış-verişi təmin məqsədilə məhsula, paylamaya, qiymətə və saxlamağa bağlı fəaliyyətlərin planlaşdırılması, həyata keçirilməsi və nəzarət müddətidir.
Marketinq – mübadilə fəaliyyətini həyata keçirmək üçün bazarda aparılan məqsədyönlü fəaliyyətdir. Mübadilə prosesini effektiv həyata keçirmək üçün istehlakçıların təlabatlarının müəyyən edilməsi bu təlabatlara uyğun məhsulların hazırlanması, məhsulların bazara çıxarılması, anbarlaşdırılması, daşınması, qiymətləndirilməsi, satışdan əvvəl və satışdan sonrakı xidmətin təşkili reklam fəaliyyəti tələb olunur və bütün bunlar marketinq tərəfindən həyata keçirilməlidir.
Istənilən müəssisə daina dəyişən mühitdə fəaliyyət göstərir və bu mühitdə baş verən hər dəyişiklik onların fəaliyyətinə, o cümlədən marke­tinq fəaliyyətinə birbaşa təsir edir. Bu isə onların idarəetmə qərarlarının qəbul edilməsində qeyri-məyyənlik səviyyəsini və təsərrüfat riskini artı­rır. Belə bir şəraitdə müəssisələrin marketinq fəaliyyətinin planlaşdırıl­ma­sına və marketinq planlarının tərtibinə ciddi ehtiyac duyulur. İngilis alimi K. L. Xadson müəssisələrin fəaliyyətində planlaşdırmanın əhə­miy­yətini qeyd edərək göstərir ki, planlaşdırma müəyyən edilmiş xərclər çər­çi­vəsində və zaman kəsiyində nəzərdə tutulan nəticələrə nail olunması üçün müəssisə­nin gələcək
23
fəaliyyətinin sxeminin hazırlanması deməkdir . Qeyd edildiyi kimi, strateji marketinq planlaşdırılması iki sə­viy­yədə: 1) müəssisə və 2) müstəqil strateji biznes vahidləri səviyyəsində həyata keçirilir.

24


Yüklə 89,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin