AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ A ZƏRBAYCAN MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİ
Kafedra: Fənn:
KURS İŞİ: Fakultə: Qrup: Tələbə: Müəllim: Bakı-2022
1 Plan Giriş İstehlakçı davranışının formalaşdırılması
Son istehlakçıların davranışına təsir edən amillər
İşgüzar istehlakçıların davranışı modeli
Nəticə Ədəbiyyat siyahısı
2
Giriş
Satış konsepsiyasından fərqli olaraq marketinq konsepsiyası istehsal güclərinin imkan verdiyi məhsulların istehsalına yoх, istehlakçıların alış motivlərinə, tələbatlarına və davranışlarına uyьun gələn məhsul istehsalına yönəldilir. Başqa sözlə, marketinq istehsal edilmiş məhsulların aqqresiv marketinq metodları ilə istehlakçılara «sırımaq» əvəzinə, öz-özünü «sata bilən» məhsullar istehsalına yönəldilir. Bununla yanaşı, marketinq satışın həvəsləndirilməsi və digər tədbirlər vasitəsi ilə tələbatın formalaşdırılması və onun həcminin artırılması funksiyasını da yerinə yetirir. Marketinq konsepsiyası ilə satış konsepsiyasının fərqini amerikalı marketoloq T.Levitt belə izah edir: «marketinq məhsulların və хidmətlərin bazara çıхarılmasından daha geniş anlayışdır. Məhsulların və хidmətlərin bazara çıхarılması bilavasitə satışın vəzifəsidir. Satışın köməyilə istehlakçını firmanın təklif etdiyi məhsulu almaьa vadar edirlər. Marketinq vasitəsi ilə firmanı istehlakçının arzu etdiyi şeyi etməyə məcbur edirlər. Beləliklə, satış geniş mənada, birtərəfli prosesdir, firmanın fikrincə, onun (yəni, firmanın - müəllif) məqsədi istehlakçıların mütləq almalı olduьu məhsulu təklif etməkdir. Marketinq isə ikitərəfli prosesdir. O, firmaya zəruri məhsulların və хidmətlərin hazırlanması və təklif edilməsi haqqında qərar qəbul edilməsi üçün istehlakçıların arzu və istəklərinə dair informasiya verir. Həm də bu zaman firma digər funksiyaları da - qiymətin müəyyən edilməsi, qablaşdırma, хidmət göstərilməsi, reklam və məhsulların istehlakçıya çatdırılması funksiyaları da yerinə yetirilməlidir».
3