Kafedra: Hüquq TƏLƏBƏNİn adi: İlahə Muradova


Azərbaycanın UNESKO-da təmsil olunan irsləri



Yüklə 30,52 Kb.
səhifə3/3
tarix02.12.2022
ölçüsü30,52 Kb.
#72000
1   2   3
Azərbaycanın UNESKO-da təmsil olunan irsləri
1. “İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”27 noyabr – 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.
2.“Qobustan Qaya Sənəti Mədəni Landşaftı”23 iyun – 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
QEYD: 18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə “gücləndirilmiş mühafizə” statusu verilmişdir.
3.“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”30 iyun-10 iyul 2019-cu il tarixində Bakıda keçirilən YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı siyahıya daxil edilmişdir.
NƏTİCƏ
Azərbaycan ilə UNESCO arasındakı əlaqələrin möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin bu ixtisaslaşmış qurumun o vaxtkı baş direktoru Federiko Mayor ilə görüşləri mühüm əhəmiyyət kəsb edir. Keçirilən görüşlərdə Azərbaycanla bağlı təhsil, elm və mədəniyyət məsələləri müzakirə edilmişdir. 1994-cü il noyabrın 18-də ümummilli liderimiz Heydər Əliyev və UNESCO-nun baş direktoru Federiko Mayor tərəfindən Azərbaycan Respublikası ilə UNESCO arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı.
UNESCO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirakı, nəhayət, baş direktorun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır.
Bununla yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları” haqqında Beynəlxalq Konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində UNESCO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
Məlumdur ki, BMT-nin ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq özünü əsasən elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan alimləri müxtəlif məsələlərə həsr olunmuş konfrans və seminarlarda çıxış etməklə yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq məclislərdə də öz sözlərini deyirlər. Bir sıra elmi toplantıların Bakıda keçirilməsi isə, Azərbaycan elminin böyük uğurudur. Qeyd etmək lazımdır ki, bu nüfuzlu qurum dünya şöhrətli alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə də xüsusi diqqət verir. Görkəmli Azərbaycan alimi, akademik Azad Mirzəcanzadənin elmi-pedaqoji irsi haqqında UNESCO-nun xətti ilə konfrans keçirilməsi qərarı hələ 1992-ci ildə qəbul edilmişdi. Bu cür konfransların keçirilməsi istər Azərbaycan alimlərinin dünyada tanınmasında, istərsə də respublikada elmin inkişafında böyük əhəmiyyət rol oynayır.
Bu mədəni əlaqələr çərçivəsində sərgilərin, baxış- müsabiqələrin, fotosərgilərin təşkil edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərindən ibarət sərginin BMT-nin Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi respublikamızın təsviri incəsənət sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir.
BMT baş katibinin həmin sərginin açılışında iştirakı Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqətdir. UNESCO baş direktorunun kabineti yanındakı sərgidə dünya incəsənət inciləri ilə bir sırada Lətif Kərimovun müəllifi olduğu “Memar Əcəmi” xalçasının asılması (bu xalça 1983-cü ildə Bakıda UNESCO xətti ilə keçirilən xalça simpoziumunda o vaxtkı baş direktor A.Bouya hədiyyə edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin nəticəsi idi.
Azərbaycan UNESCO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış sazişi heç bir mübaliğəyə yol vermədən təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı hesab etmək olar. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihənin reallaşdırılmasına başlanılmış, 2000-ci il UNESCO tərəfindən “Böyük İpək yolu - TRASEKA ili” elan olunmuşdu.
Bundan əlavə, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə UNESCO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ölkəmiz UNESCO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur.

ƏDƏBİYYAT



  1. Azərbaycan Respublikası - YUNESKO əməkdaşlığı. Xarici İşlər Nazirliyi. (rəsmi səyfə)

  2. S.A.Əhədova. Mədəniyyətlərin qarşılıqlı əlaqələrində YUNESKO-nun rolu. Bakı: "Beynəlxalqkitab", 2014.

  3. VAHİD ÖMƏROV, fəlsəfə üzrə fəlsəfə doktoru Səs.- 2013.

Yüklə 30,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin