Kafedra: Hüquq TƏLƏBƏNİn adi: İlahə Muradova



Yüklə 30,52 Kb.
səhifə2/3
tarix02.12.2022
ölçüsü30,52 Kb.
#72000
1   2   3
Kuelyarın Komissiyası.
1980-ci illərin sonlarından başlayaraq UNESCO BMT-nin beynəlxalq mədəni əməkdaşlıq sahəsində xüsusi mandatına uyğun olaraq mədəniyyət sahəsində qlobal proseslər və onların yaratdığı risklərin proqnozlaşdırılması ilə bağlı informasiyanın toplanması, ümumiləşdirilməsi və müqayisəli təhlili üzrə çoxtərəfli iş həyata keçirir. Təşkilatın o zamankı sədri Fredriko Moyorun rəhbərliyi ilə hə­yata keçirilən təşəbbüslərdən biri də Mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyasının yaradılması oldu (Komissiyaya BMT-nin keçmiş Baş katibi Peres de Kuelyar başçılıq etdiyindən, o, “Kuelyarın komissiyası” adını almışdır - S.Ə.). 1998-ci ildə Komissiya tərəfindən mədəniyyətə dair UNESCO-nun ilk ümumdünya məruzəsi nəşr edildi. Bu unikal nəşrdə dünya mədəniyyətində baş verən əsas meyillər səciyyələndirilmiş, mədəniyyətlə inkişaf, mə­ dəniyyətlə müasir dünya prosesləri arasında sıx əlaqənin olması təsdiq edilmişdir. Sənəddə həmçinin milli hökumətlərə öz daxili strategiyalarında ənənəvi mədəniyyətləri və mədəni plüralizm məsələlərini nəzərə almaq tövsiyə edilmişdir.Həmin ilin aprelində UNESCO-nun himayəsi altında Stokholm şəhərində inkişaf naminə mədəni siyasətə dair ilk hökumətlərarası Konfrans keçirildi.
Azərbaycan-UNESCO əlaqələrin qısa tarixi
UNESCO - Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı - Ulu Öndər Heydər Əliyev mühüm addım ataraq 1993-cü ilin dekabr ayında Fransa Respublikasında rəsmi səfərdə olarkən UNESCO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür. Tərəflər öz aralarında əməkdaşlığın genişlənməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. UNESCO-nun nizamnaməsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Ulu Öndər Heydər Əliyev bununla bağlı 21 fevral 1994-cü il tarixində Sərəncam imzalamışdır. Sərəncama əsasən, Milli Komissiya Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, xarici işlər naziri onun sədri təyin edilmiş və eyni zamanda, sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Azərbaycan Respublikasının Prezidentinin 29 sentyabr 2004-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi təsis edilmiş və Eleonora Hüseynova Daimi Nümayəndə təyin olunmuşdur (2004-2014). Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin «Dədə Qorqud kitabı»nın 1300 illik yubileyinin keçirilməsi ilə bağlı 20 aprel 1997-ci il fərmanına əsasən, «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyası yaradılmış, 21 fevral 1999-cu il tarixində Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında sərəncam imzalanmışdır. 9 aprel 2000-ci il tarixində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin dövlət başçılarının və UNESCO baş direktoru K.Matsuuranın iştirakı ilə “Kitabi ­Dәdә Qorqud" dastanının 1300 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.15 sentyabr 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev UNESCO ilə Azərbaycan Respublikası arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın UNESCO-dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Bu gün Azərbaycanla UNESCO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin UNESCO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində fondun prezidenti Mehriban Əliyevanın rolu xüsusidir. Belə layihələri həyata keçirən fondun prezidentinin humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Mehriban Əliyevaya bu təşkilatın xoşməramlı səfiri adı verilmişdir.
Azərbaycan – UNESCO əlaqələrinin 30 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan - UNESCO əlaqələri” adlı elektron layihə yenilənmişdir. İnternet istifadəçilərinə təqdim edilən bu layihə 2 versiyada – Azərbaycan və ingilis dillərindədir. İstifadəçilər layihədə UNESCO haqqında və Azərbaycan – UNESCO əlaqələrinə dair ətraflı məlumat alacaqlar. Layihə vasitəsilə istifadəçilərə bu mövzuda 100-dək kitabın elektron variantını özündə əks etdirən elektron kitabxana da təqdim edilir. Elektron layihəni Prezident Kitabxanasının Kitabxana işinin avtomatlaşdırılması və elektron resurslar şöbəsi hazırlamışdır.

Yüklə 30,52 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin